"Adam var ki, bütün çağırışlarda millət vəkili olub, seçiciniq ane edib..." - Mirmahmud Mirəlioğlu
Tarix: 16-07-2024, 07:56 | Çap et
 Partiyaların sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinə hazırlıq işləri davam edir. Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib ki, 401 nəfər parlament seçkilərinə namizədlik üçün müraciət edib. O qeyd edib ki, siyasi partiyalar kifayət qədər fəaldır: "Sənəd təqdim edənlərin 168-i siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər. Bu say artmaqdadır". Seçkilərdə şansını sınayacaq partiyalardan biri də Klassik Xalq Cəbhəsi Partiyasıdır. Partiya sədri Mirmahmud Mirəlioğlu "Sherg.az"a aparılan müzakirələrdən sonra partiya olaraq seçki prosesində iştirak etmək qərarı aldıqlarını bildirib. M.Mirəlioğlu neçə dairə üzrə namizəd çıxaracaqlarının müəyyənləşdiyini söyləyib: "Səlahiyyətli nümayəndələrimiz təsdiqlənib. 43 dairədən namizədimiz var. Hazırda müvafiq sənədlərin dairələrə təqdim olunması mərhələsindəyik. Sənədlərini verib, namizədliyi təsdiqlənib, imza vərəqələrini alanlarımız da var. Onlar imzatoplamaqla məşğuldurlar. Artıq iki gündür qanunlara uyğun olaraq prosesə başlamışıq. Mənim də namizədliyim irəli sürülüb. 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyim verilib".
"Yeni dönəmə, müasir tələblərə uyğun yeni parlament necə formalaşmalıdır" sualına isə M.Mirəlioğlunun cavabı belə olub: "Bu suala obyektiv və dolğun cavabı məsələni gündəmə gətirənlər, anlayışın müəllifləri özləri verməlidir. Açıqlasınlar, görək "yeni parlament" dedikdə nəyi nəzərdə tuturlar? Axı bu məsələ 4 il bundan öncə, Milli Məclis özünü buraxanda, fəaliyyətinə xitam verəndə də aktual idi. Elə sizlər də, bizlər də bu məsələdə seyirçi qismindəyik. Çünki "müasir dövrün yeni çağırışlarının" nədən ibarət olduğunu bilmirik. Şəxsən mən bilmirəm. Əgər parlamentdə 4-5 çağırış gördüyümüz deputatların dəyişməsindən söhbət gedirsə, bu, bizim istəyimizdən asılı deyil. Bu, həm də birbaşa və birmənalı şəkildə yürüdülən siyasətdən asılıdır. Ona görə də belə məsələlərdə ancaq özümüzün subyektiv mülahizələrimizi deyə bilərik. Adam var ki, bütün çağırışlarda millət vəkili olub. Seçicini qane edib, o cümlədən hakimiyyətin siyasətinin həyata keçirilməsində iştirakçı olub və nəticədə orada əyləşib. Bizim məsələyə münasibət bildirməyimiz heç nəyi dəyişmir".
Partiya rəhbəri hazırda seçki prosesində, yəni namizəd və dairələrin müəyyən olunması məsələsində tərəfdaşlıq etdikləri partiyanın olmadığını deyib: "Əgər gündəmə gələrsə, təklif olarsa, dəyərləndirərik. Hazırda belə məsələ yoxdur". M.Mirəlioğlu seçki sistemində dəyişikliyin vacib və aktuallıq kəsb edən məsələ olduğunu vurğulayıb: "Amma bunun reallaşdırılması üçün referendum keçirilməli, konstitusiya dəyişikliyi edilməli və ondan sonra proporsional seçki sistemi tətbiq olunmalıdır. Hətta qarışıq sistem - yəni həm proporsional, həm də majoritar qaydada seçki keçirilə bilər. Bununla bağlı bizim nümunəmiz mövcuddur. 2000-ci il parlament seçkiləri həm proporsional, həm də majoritar seçki sistemi ilə keçirilib".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Deputat Mübariz Qurbanlının təklifi cavabsız suallar doğurub - AÇIQLAMA
Bu gün, 00:57 |
|
|
|
• Cavad Zərif istefa verdi - "Fars News"
Bu gün, 00:53 |
|
|
|
• "Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram..."
Bu gün, 00:14 |
|
|
|
• " 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." - İTTİHAM VAR...
Bu gün, 00:12 |
|
|
|
• Rusiya Kiyevin İrəvan və Bakı ilə münasibətlərini pozmaq üçün informasiya əməliyyatına başladı... -Ukrayna MN Baş Kəşfiyyat İdarəsi
Bu gün, 00:06 |
|
|
|
• Azərbaycanlı ailə İsveçrədən qovuldu - ŞOK DETALLAR
Bu gün, 00:04 |
|
|
|
• Oval ofisdəki mübahisə və ya ABŞ-ın məğlubiyyətinə doğru daha bir addım - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• “Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir” - GƏLİŞMƏ
Dünən, 23:30 |
|
|
|
• "Əvvəl evli kişi ilə münasibəti gizlədirdilər, indi efirdə danışırlar" - MALƏSƏF... Bu faktdır...
Dünən, 23:27 |
|
|
|
• Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? - AKTUAL
Dünən, 23:25 |
|
|
|
• Moskvadan ermənilərin Vardanyanla bağlı sualına cavab - “Rusiya vətəndaşları deyil”
Dünən, 23:22 |
|
|
|
• İran dəyişikliyə gedir... - Prezident günahı sistemin üzərinə yıxır
Dünən, 15:14 |
|
|
|
• “Putini dayandırmasaq, bu ölkələrə girə bilər” - Makron
Dünən, 15:10 |
|
|
|
• Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… - Abramyan
Dünən, 13:47 |
|
|
|
• Ağ Evdəki davanın ən üzücü nəticəsi: - “Şantaj” başladı
Dünən, 13:44 |
|
|
|
• Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri
Dünən, 13:43 |
|
|
|
• Azərbaycanın strateji rolu dünya gündəmində - İNCƏLƏMƏ
Dünən, 12:42 |
|
|
|
• “Hikmət Hacıyev ilə Benyamin Netanyahunun müzakirə edəcəyi çox şey var” - AKTUAL
Dünən, 12:36 |
|
|
|
• Azərbaycanda siyasətçi vəfat etdi - DOSYE
Dünən, 12:34 |
|
|
|
• "Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" - ETİRAZ
Dünən, 12:31 |
|
|
|
• Zəngəzura görə hərbi müdaxilə… – İrəvandan gözlənilməz sərhəd həmləsi
Dünən, 12:28 |
|
|
|
• "Baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa..." - deputat
Dünən, 12:24 |
|
|
|
• Azərbaycanda federasiya rəsmisi qəfil vəfat etdi
Dünən, 10:48 |
|
|
|
• Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq - BŞTİ
Dünən, 10:45 |
|
|
|
• Azərbaycanlı müğənni 3-cü dəfə ailə qurur
Dünən, 09:16 |
|
|
|
• Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:12 |
|
|
|
• "Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..."
Dünən, 08:48 |
|
|
|
• "Yazıçının oğlunun evdən qaçmasının günahkarı…" - ŞOK AÇIQLAMA
Dünən, 08:45 |
|
|
|
• Sumqayıtda bu təhsil ocağında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Dünən, 08:27 |
|
|
|
• “Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” - ETİRAZ
Dünən, 08:21 |
|
|
|
• Tramp-Zelenski qalmaqalında Putini narahat edən detal: Bakı ehtiyatlı olmalıdır - NƏ BAŞ VERİR?
Dünən, 08:18 |
|
|
|
• Norveç ABŞ gəmilərinə xidmət göstərmir - SƏBƏB ZELENSKİDİR
Dünən, 08:14 |
|
|
|
• Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı - NƏ ETMƏLİ?
Dünən, 01:51 |
|
|
|
• Tramp Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb
Dünən, 01:47 |
|
|
|
• Axtarışa verilən meyxanaçıdan xəbər var - “10 ildən çoxdur ki...”
Dünən, 01:44 |
|
|
|
• Ağ Evdəki fiaskodan sonra BÖYÜK ANLAŞMA - London Kiyev üçün bu addımı atdı
Dünən, 01:00 |
|
|
|
• Siyasi partiyaların hakimiyyətlə əməkdaşlığı... GƏRƏKLİDİRMİ?
Dünən, 00:48 |
|
|
|
• Ah, Amerika..! - Ukraynanın taleyi necə olacaq?
Dünən, 00:44 |
|
|
|
• Məhəmməd Məmmədovun adı QARANLIQ İŞLƏRDƏ... - TƏFƏRRÜAT
Dünən, 00:25 |
|
|
|
• Elvin nazirliyə və AFFA-ya müraciət etdi - FOTO
Dünən, 00:20 |
|
|
|
• Naxçıvanda sabiq sədr saxlanıldı - MR-da NƏ BAŞ VERİR?
Dünən, 00:15 |
|
|
|
• Bu, öncədən hazırlanan pusqu idi, ya da... - "Tayms"
Dünən, 00:10 |
|
|
|
• İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir - ŞƏRH
1-03-2025, 19:00 |
|
|
|
• Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
1-03-2025, 18:58 |
|
|
|
• Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? – Hədəfi prezident olmaqdır
1-03-2025, 18:23 |
|
|
|
• Zelenskiyə qarşı çevriliş planı hazırlanır? - “Ehtimallar kifayət qədər...”
1-03-2025, 18:08 |
|
|
|
• Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil - ONA GÖRƏ DƏ...
1-03-2025, 18:00 |
|
|
|
• Əmək müqaviləsinə xitam verilərkən - Ekspert danışır...
1-03-2025, 17:51 |
|
|
|
• Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi - BELƏ DAVAM EDƏRSƏ...
1-03-2025, 17:44 |
|
|
|
• Norveç Ukraynaya maliyyə yardımını artıracaq - Baş nazir
1-03-2025, 17:38 |
|
|
|
|