
"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev parlament seçkilərinə qatılacaq.
Bakupost.az –ın məlumatına görə, Ə.Nuriyev namizdəliyini 75 saylı Yardımlı-Masallı seçki dairəsindən verib.
Ə.Nuriyev xəbəri Bakupost.az -a təsdiqləyib. Bildirib ki, sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edib.
Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsini Milli Məclisdə tarixçi alim Musa Qasımlı təmsil edirdi.
Görünür, bu dəfə o, namizəd olmayacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.