Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! .....                     Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi .....                     Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? .....                     "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu .....                     Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? .....                     Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur .....                     Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... .....                     "Teleqraf"ın 13 yaşı tamam olur .....                     Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir .....                     Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə .....                     Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib .....                     Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? .....                     “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” .....                     "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." .....                     "Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər" .....                     Yardımlıda şəhid bacısı çətin durumda .....                     Adnan Oktar bəraət aldı .....                     Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər .....                     Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya .....                     Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? .....                     Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil .....                     “Xazar Oil” ölkədən böyük pul çıxarıb .....                     Ermənilərin Aİ ilə ortaq təxribatı... .....                     "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" .....                     Fazil Qasımova 10 il həbs cəzası istənilib .....                     Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib .....                     QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” .....                     Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək .....                     Büdcə strukturlarında ixtisarlar .....                     Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: .....                     Ermənilərə görə Pezeşkiana müraciət edildi: .....                     “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir .....                     “Bahalı kostyumlarım var, əynimə gəlmir” .....                     "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, .....                     Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan .....                     Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub .....                     Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ .....                     Tehran İrəvanla strateji razılaşma axtarır: .....                     İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib .....                     Türkiyə mümkünsüzü bacardı .....                 

"Nərimanov o torpaqları Ermənistana verəndə düşünmürdü ki, nə vaxtsa..." - deputat
Tarix: 8-03-2024, 11:36 | Çap et
"Nərimanov o torpaqları Ermənistana verəndə düşünmürdü ki, nə vaxtsa..."
BAXCP sədri, Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bu mövzularla bağlı Musavat.com-un suallarını cavablandırıb. Müsahibəni tədim edirik:

- Qüdrət bəy, görünən budur ki, Ermənistanla münasibətlər hər an gərginləşə bilər. İrəvandan davamlı şəkildə təxribatçı açıqlamalar yayılır, müharibə anonsu verilir. Eyni zamanda Avropa İttifaqının bölgədəki missiyası da gərginliyi tətikləməklə məşğuldur. Yeni müharibə baş verə bilərmi?

- Təəssüf ki, baş verə bilər. Ona görə ki, Ermənistan Qərb ölkələrini, xüsusilə Fransanı bölgəyə gətirmək üçün belə bir təxribata əl ata bilər. Biləsiniz, Ermənistana təzyiq etməsək bizimlə heç vaxt sülh sazişi imzalamayacaq. Bəzi adamlar Ermənistanın məkrli təbliğat kampaniyasının təsiri altına düşərək illuziyaya qapılıblar ki, guya Ermənistan sülh sazişinin olmasına çox istəklidir. Bu, aldadıcıdır. Onlar beynəlxalq birliyi aldatmaq istəyirlər ki, biz sülh istəyirdik, amma Azərbaycan müharibəni başlatdı. Bununla da kollektiv Qərbi bizim üstümüzə gətirmək istəyirlər. Paşinyan çox cəsarətsiz adamdır. Mən hər zaman söyləyirəm, Paşinyan bilə-bilə ki, devriləcək, heç olmasa xalqı üçün sülh sazişinə imza atıb, onu türklərlə əbədi münaqişədən çıxara bilərdi,amma bunu etmir..

- Amma imza atsa da, Ermənistanın Konstitusiyası müsbət sonluğa imkan verməyəcək...

- Yox, imza atsa, konstitusiyanı sonra da dəyişə bilər. Amma onda o cəsarət yoxdur,həm də soydaşları kimi bizə nifrət edən ermənidir. Bizim ən azı 4 anklav olmayan kənd dərhal qaytarılmalıdır, Naxçıvana maneəsiz gediş-gəlişə imkan verilməlidir. Amma o da sələfləri kimi erməni xalqının yox, özünün havadarlarının maraqlarından çıxış edir. Ona görə də bizdən çox Ermənistana lazım olan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil.

- Qüdrət bəy, əgər ehtimallar doğrularsa, Ermənistan təxrübatçı hücumlara başlasa, o halda Azərbaycan ordusu haraya qədər irəliləməlidir?

- Mən Vətən müharibəsindən sonra əmin idim ki, Ermənistan öz öhdəliklərini yerinə yetirmək fikrindən çox uzaqdır. Hələ 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri başlamamışdan öncə deyirdim ki, Ermənistanın növbəti təxribatlarından birində - indi Azərbaycan hökuməti buna qərar verməlidir – Azərbaycan Zəngəzura nəzarəti öz əlinə almalıdır. Bundan sonra beynəlxalq birliyə deməliyik ki, Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri bizə lazım deyil, biz həmin ərazini 10 noyabr 2020-ci il üçtərəfli sazişə uyğun olaraq Rusiyanın nəzarətinə verməliyik. Özü də elə-belə yox, o təminatla ki, ruslar ordan bizim Naxçıvana maneəsiz gediş-gəlişimizi təmin edəcəklər. Bundan sonra bizim Silahlı Qüvvələr həmin ərazidən çıxmalıdır. Nərimanov o torpaqları Ermənistana verəndə düşünmürdü ki, nə vaxtsa bizim Naxçıvana gediş - gəlişimizə mənfur qonşularımız əngəl yaradacaq. Zəngəzur qədim, əzəli torpaqlarımız olsa da, bizi zamanında Ermənistanın xeyrinə ondan imtinaya məcbur ediblər..

- Sizcə, hazırda hansı addımlar atılmalıdır?

- Ermənistanla sərhəddə yerləşən Qazaxın 4 kəndi də azad olunmalı, bundan sonra da anklavlar problemini həll etmək üçün ərazi mübadiləsi məsələsi müzakirə mövzusu ola bilər. Xatırlayırsınızsa, 44 günlük savaşa qədər ,uzun illər boyu deyirdim ki, Qarabağ məsələsinin sülh yolu ilə ədalətli həlli yoxdur. Ona görə ki, ermənilər deyirlər eramızdan əvvəl, 2 min il bundan əvvəl 2-ci Tiqranın , “çarlar -çarı Böyük Tiqran” deyirlər, zamanı - Roma İmperiyasının şərq sərhədlərində dənizdən-dənizə böyük imperiyamız olub.Azərbaycan da bizim ərazimiz olub. Bundan sonra sən oturub bu xəstə millətlə nə danışasan və bununla hansısa razılığa gələsən, bu, mümkün olan məsələ deyil.

- Ağdama da “Tiqranakert” adı qoymuşdular...

- Hə, indi də demirlər ki, Azərbaycan Qarabağ qarışıq öz torpaqlarını işğaldan azad edib.Deyirlər, Azərbaycan erməni torpaqlarını işğal edib. Danışıqlar yolu ilə onların bizim kəndlərimizi boşaldacağını, Naxçıvana maneəsiz gediş-gəlişimizi təmin edəcəklərinə inanmıram, bu, mümkün olmayan bir şeydir. Ona görə də hesab edirəm ki, onlar onsuz da revanşist müharibəyə başlayacaq.Ona görə Azərbaycan növbəti təxribatların birində,elə ilk əlverişli şəraitdə “Dəmir yumruğ”u Ermənistandakı revanşist qüvvələrin təpəsinə endirməlidir.

Yeri gəlmişkən, onu da qeyd edim ki, biz bağlı qapılar arxasında aparılan danışıqlardan məlumatsızıq, bu məlumatları geniş ictimaiyyətə açıqlamaq da olmaz. Biz regionda, dünyada baş verən proseslərin bəzən üzdə olanlarını görürük. Amma alt qatda baş verənlərdən xəbərsizik. Ona görə də Prezidentə güvənmək, onu bu məsələdə sona qədər dəstəkləmək gərəkdir. 44 günlük savaşa qədər insanlarda çox böyük ümidsizlik yarananda mən həmişə deyirdim ki, Prezidentə inanmaq lazımdır, əlverişli məqamda o lazım olan qərarı verəcək. İndi çox yazırlar ki, sülhməramlılar niyə getmir? 44 günlük müharibədəki qələbəmizdən sonra mən deyirdim ki, bu qələbə yalnız Silahlı Qüvvələrinimizin şücaəti hesabına başa gəlməyib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qələbənin əsası danışıqlarda qoyulub. O zaman əminliklə deyirdim ki, biz Rusiya ilə, Türkiyə ilə, böyük dövlətlərlə 44 günlük savaşa qədər böyük iş aparmışıq.Bizim hansısa razılaşmalarımız olubsa, torpaqlarımızı azad etmişiksə, onlardan imtina edə bilmərik. Ona görə deyirəm, Prezidentə güvənmək lazımdır və onun qəbul edəcəyi qərarlara hörmətlə yanaşmaq lazımdır. Biz bu qədər möhtəşəm uğura nəyinsə qarşılığında nail olmuşuqsa və öz tərəfimizdən hansısa addımlar atmalıyıqsa, xalq gərək bunu anlayışla qəbul etsin. Ən önəmli olan nə idi: torpaqlarımızın işğaldan azad olunması. Qalanları təfərrüatlardır, onlar zamanla dəyişəcək.

20 sentyabr həm gələcək uğurlarımızın əsasını qoyan 1994-cü il “Əsrin müqaviləsi”nə görə, həm də 20 sentyabr 2023-cü ildə Qarabağ üzərində dövlət suverenliyinin bərpası, erməni seperatizminə son qoyulamsı ilə əlaqədar olaraq bayram günlərinə daxil edilməli, “Uğur günü” kimi qeyd olunmalıdır. Zaman keçdikcə xalqımız bu iki əlamətdar gündə nə qədər böyük uğura imza atmağımızın daha çox fərqində olacaq. Hesab edirəm Ermənistanla bağlı bütün mübahisəli məsələləri başa çatdırmalıyıq. Ermənistana müharibəyə hazırlaşmaq və özü üçün əlverişli məqamda müharibəyə başlamaq şansı verməməliyik. Ermənistan Rusiyanın Ukraynada məğlubiyyətinə töhfə vermək, Qərbi bölgəyə gətirmək üçün müharibəyə başlaya bilər...Hesab edirlər ki, Rusiya çökərsə ölkədə qərbyönümlü hakimiyyət formalaşacaq. Daha sonra da Qərb və erməni diasporu Rusiyadakı qərbyönümlü hakimiyyətə Birinci Qarabağ müharibəsində olduğu kimi, Ermənistanın yanında olmağı diktə edəcək. Bundan sonra da Ermənistan yenidən birinci Qarabağ savaşında olduğu kimi bizim torpaqlarımızı Qərbin və Rusiyanın dəstəyi ilə ələ keçirəcək.

- Qərbin Azərbaycana münasibəti barədə nə demək olar?

- Mən həmişə deyirəm ki, biz Qərbin dövlət idarəetməsi ilə bağlı təcrübəsini mənimsəməliyik. Ona görə ki, o idarəetmə Qərbdə iqtisadiyyatın inkişafına imkan verir, insanların sosial rifahını ,qanunun aliliyini təmin edir. Amma Qərb bir xristian dünyasıdır, orada islamafobiya var. Gördünüz, Birinci Qarabağ müharibəsi zamanı 1 milyon soydaşımız ev-eşiyindən qovuldu, şəhərlərimiz,kəndlərimiz yer üzündən silindi, Xocalı soyqırımı törədildi. Onlar Ermənistanı işğalçı dövlət kimi tanıdılarmı? Yox. Onlar Xocalı qətliamını soyqırımı kimi tanıdılarmı? Yox. 1 milyon qaçqın və köçkünümüzlə bağlı bizə ciddi dəstək verdilərmi? Yox. Amma seperatçılara yardım etdilər.Görürsünüz, özlərinin iddia etdiyi 100 min erməni Qarabağdan könüllü köçüb ki, Azərbaycan dövlətinin suverenliyi altında yaşamaq istəmirik,amma buna baxmayaraq bizi necə hədələyirlər,etnik təmizləmədə ittiham edirlər. Bu gün Türkiyənin Azərbaycana dəstəyi daha çox Ərdoğana bağlı məsələdir, ona görə onun devrilməsi üçün Qərb hansı oyunlardan çıxmadı. Onlar Birinci Qarabağ müharibəsi dönəmindəki Türkiyəni arzulayırlar. Çünki o zaman Ankaraya deyəcəklər ki, Azərbaycana “Akıncı” nədir, heç bir dənə patron da vermə, o da verməyəcək. Hazırda ələ alıb bəslədikləri satqın soydaşlarımız vasitəsilə bizi təcavüzkar dövlət kimi qələmə verməyə çalışırlar. Fərqli düşünənləri mənəvi terrora məruz qoyurlar. Hökumətin Qərbdən maliyyələşən və yönləndirilən şəxslərə qarşı sərt münasibəti də burdan qaynaqlanır. Mövcud reallıqdan çıxış edərək deyə bilərəm ki,biz təhlükəsizliyimizi, bir hissəsi olduğumuz türk və islam dünyası və qonşularımızla yaxından əməkdaşlıq etməklə təmin etməliyik.Qərbin bizə münasibəti dəyişəcəksə onlarla həmişə dostluq etməyə hazır olmalıyıq.Müttəfiqlərimizlə Ermənistanı sülhə və öz öhdəliklərini yerinə yetirməyə məcbur etməliyik. Hazırda Qərbdən ədalət gözləməyə dəyməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44
Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58
Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Dünən, 17:53
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Dünən, 17:49
QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Dünən, 17:47
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Dünən, 17:38
Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Dünən, 17:32
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Dünən, 17:28
Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Dünən, 17:24
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Dünən, 17:07
“Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Dünən, 16:58
"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Dünən, 16:56
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Dünən, 16:52
Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:49
Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Dünən, 16:47
Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Dünən, 16:43
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Dünən, 16:40
Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Dünən, 15:45
TRAMP... - hələ ki... HOQQA VERİR!
Dünən, 15:39
Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Dünən, 15:35
Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Dünən, 15:29
Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 15:26
Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Dünən, 15:17
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Dünən, 15:12
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Dünən, 14:02
Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Dünən, 14:00
Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru