Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? .....                     "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu .....                     Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? .....                     Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur .....                     Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... .....                     "Teleqraf"ın 13 yaşı tamam olur .....                     Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir .....                     Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə .....                     Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib .....                     Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? .....                     “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” .....                     "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." .....                     "Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər" .....                     Yardımlıda şəhid bacısı çətin durumda .....                     Adnan Oktar bəraət aldı .....                     Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər .....                     Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya .....                     Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? .....                     Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil .....                     “Xazar Oil” ölkədən böyük pul çıxarıb .....                     Ermənilərin Aİ ilə ortaq təxribatı... .....                     "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" .....                     Fazil Qasımova 10 il həbs cəzası istənilib .....                     Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib .....                     QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” .....                     Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək .....                     Büdcə strukturlarında ixtisarlar .....                     Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: .....                     Ermənilərə görə Pezeşkiana müraciət edildi: .....                     “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir .....                     “Bahalı kostyumlarım var, əynimə gəlmir” .....                     "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, .....                     Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan .....                     Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub .....                     Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ .....                     Tehran İrəvanla strateji razılaşma axtarır: .....                     İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib .....                     Türkiyə mümkünsüzü bacardı .....                     Jurnalist fəaliyyətinə qadağa! .....                     TRAMP... .....                 

"Adına “məmur qısqanclığı” deyilən bir mərəz var"
Tarix: 8-03-2024, 10:04 | Çap et
"Adına “məmur qısqanclığı” deyilən bir mərəz var"
diaaz.space kult.az-a isttinadla Aqşin Yeniseylə müsahibəni təqdim edir:

- Aqşin, sizinlə son vaxtlar edilən müsahibələr eyni formatdadır. Hamı nə yazmaq, necə yazmaq kimi məsələlərdən danışır. İstəyirəm, “düşüncəmizin zirzəmilərində” danışılanları müzakirə edək.

- Anladım, "qara camaat"ın danışdıqlarını deyirsiniz. Danışaq.

- Hiss edirsiniz ki, sizə qarşı ictimai rəy son vaxtlar dəyişib? Sanki sizi həmişə müxalifətçi kimi görüblər, indi hansısa bir dövlət tədbirində görəndə də qınayırlar ki, Aqşin yaltaqlıq edir…

- Sovet dövründə hökumət xalqla kütləni birləşdirib “xalq kütlələri” deyə özü üçün qəribə bir kollektiv yaratmışdı. Bu xalq kütlələrinə lazım olan qəhrəmanları da özü yaradırdı. Kommunizm sistemi dağıldı, dərhal xalqla kütlə bir-birindən ayrıldı. İndi xalq və kütlə üçün heç kim qəhrəman yaratmır, xalq özünə lazım olan obrazı özü yaradır, kütlə də özünə lazım olan qəhrəmanı özü düz-qoş edir. Mənim də iki obrazım var, xalqın yaratdığı Yenisey və kütlənin yaratdığı YeniŞey. YeniŞeyin başına gətirilənlərlə demək olar ki, maraqlanmıram, “itaparan olsun” deyib bağışlamışam onu kütlə insanına. Kütlə insanı özü üçün yaratdığı bu YeniŞey obrazı haqqında nə istəsə, danışa, yaza bilər. Yeniseyi isə ona görə ittiham etmirlər ki, hakimiyyətə yaltaqlanır, ona görə ittiham edirlər ki, kütləyə yaltaqlanmır. Əgər doğrudan da sizin ağlınızca desəm, hakimiyyətə, yoxsa kütləyə yaltaqlanmaq seçimi qarşısında qalsaydım, hakimiyyəti seçərdim. Mədəniyyət tarixi mənim tərəfimdədir. Xalq isə bu məsələlərdə münsifdir.

- Özünüzün niyə şair kimi tükəndiyinizi elan elədiniz ki? Sizə elə gəlmir ki, nəsriniz şeirlər kimi yaxşı alınmadı?

- Mən şair kimi özümdən əvvəlki heç bir şairin bostanından oğurluq etmədim. Öz oxucumu özüm yaratdım. Eyni işi yazıçı kimi də görürəm. Mənə Azərbaycan nəsrinin yetişdirdiyi oxucu lazım deyil.

- Gənc vaxtlarınızda ədəbiyyatın məmur zümrəsinə qarşı olmusunuz. Amma indi onlarla eyni məclislərdə, tədbirlərdə görünürsünüz. Bu nə deməkdir? Yanlış etdiyini düşünmək, yoxsa həqiqətə çatıb bir yol tutmaq?

- Sosiologiyada adına “məmur qısqanclığı” deyilən bir mərəz var. Nədir “məmur qısqanclığı?” - vəzifə kimliyinin hakimiyyətin himayəsi altında böyüyərək inzibati sərhədləri aşıb elmin, sənətin, biznesin ərazilərinə təcavüz etməsi və bu ərazilərdə burnunun ovulmasının qisasını vəzifə səlahiyyətlərindən istifadə edərək əsl elm, sənət, biznes adamlarından almağa and içməsi. Bu cür adamlar ya sənətin, elmin, biznes mühitinin imkanlarından yararlanaraq vəzifə əldə edənlər olur, ya da vəzifə əldə etdikdən sonra sənətin, elmin, biznesin imkanlarına göz dikənlər. Baxın Azərbaycan elminə, ədəbiyyatına, biznes sektoruna - hər yerdə əsl alimi, əsl şairi, əsl biznesmeni özünün vəzifə səlahiyyətləri ilə əzib yox etməyə çalışan bir məmur-alim, məmur-yazıçı, məmur-biznesmen görəcəksiniz.

- Sizin bir yerdə göründüyünüz məmurlar belə deyil?

- Ümumiyyətlə, mədəniyyətimizin bugünkü durğunluğunun daha bir səbəbi də onun sovet dönəmində yoluxduğu “məmur qısqanclığı” xəstəliyindən əziyyət çəkməsinə bağlıdır. Mədəniyyətin əsl sahiblərinin taxtında məmur alimlərin, məmur şairlərin, məmur biznesmenlərin əyləşməsidir. Yaradıcılığın vacib şərti olan alçaqkönüllülük heysiyyatından min ağac uzaq olan bu tip “məmur-yaradıcılar”, adətən, yerini yarada bilmək potensialına sahib olmadıqları üçün mədəni mirasa sığınıb, onunla, bir növ, parazit münasibətdə olurlar. Buna görə də qidalandıqları mövcud mədəniyyətə yönəlik istənilən dəyişiklik cəhdini özlərinin məhvi kimi görürlər. Mədəni yeniliyi onları yox edəcək təhdid kimi dəyərləndirirlər. Hər vəchlə paraziti olduqları köhnəni qoruyurlar. Füzulinin, Cavidin, Hacıbəylinin və sairin mədəni avtoritetinin kölgəsində şəxsi məqsədlərini rahatlıqla gerçəkləşdirə bildikləri üçün mədəniyyətin yalnız keçmişdə yaradılan obrazının üstündə əsirlər. Və belə bir fikir formalaşdırırlar ki, Azərbaycan qadınları artıq Nizami Gəncəvi, Nəsimi, Seyid Əzim-filan doğa bilmirlər.

Mədəniyyət keçmişdə baş verən hadisədir. Əlimizdə olanlardan bərk-bərk yapışmalıyıq. “Xalq yazıçı”larının tez-tez cəmiyyətdən daha çox hökumətə eşitdirdikləri “daha ədəbi hadisə baş vermir” kərənayı da xalqın boynuna qoyduqları “mədəni qısırlığın” diaqnozudur. Yəni ey cəmiyyət, sənə deyirəm, ey hökumət, sən eşit, bir mahnıda deyildiyi kimi: “Bizdən bir də olmayacaq!” Onların özlərini mədəniyyət fədailəri kimi aparması artıq bioloji kimliklərinə xidmət edən özünüqoruma instiktidir. Mədəniyyətin inkişafına nail olmaq üçün ilk növbədə onun bu sosioloji mərəzini müalicə etmək lazımdır. Sözümün canı odur ki, Azərbaycanda kimin məmur, kimin şair olduğu hələ bəlli deyil.

- Tez-tez yazılır, tələb edilir ki, şair-yazıçı cəsarətli olmalıdır.

- Biz bunları yazanda soşial şəbəkələr yox idi. Biz o vaxt bu cür yazılarımızla ictimai mühitdə cəsarəti təmsil edirdik. İndi sosial şəbəkələrdə hər kəs bunları daha sərt yazır. Bizə ehtiyac yoxdur. Bu gün cəsarət deyilən yazıçı, şair hünəri, sadəcə, kütlə yaltaqlığıdır, kütlədən şöhrət ummaqdır. Bu gün dünyanın heç harasında yazıçı, şairin cəsarətinə ehtiyac yoxdur. Cəsarət missiyasını narsist kütlə və onun təmsilçiləri öz üzərlərinə götürüblər.

- Nəsildaşlarınız arasında sizi ən çox Seymur Baycan qınayıb, bəzən də mövqe dəyişməkdə ittiham edərək təhqir edib. Amma siz nədənsə, Seymura cavab vermirsiniz. Baş qoşmursunuz, ya necəsə razılaşdığınız məqamlar olur?

- Seymurun heç kimlə işi yoxdur, o, öz-özüylə dalaşır.

- “AYB Anar müəllimə atasından qalmış bir mülkdür” - Anar haqqında hələ də belə düşünürsünüz? AYB-yə qarşı mövqeyinizdə dəyişiklik yoxdur ki?

- Anar özünün “Sizsiz” kitabında yazır ki, Azərbaycan yazıçılarının III Qurultayı keçiriləndə qurultayın səhərisi gün xəstənaxaya anama baş çəkməyə gəldim. Hardansa anama söhbət gəlib çatmışdı ki, İmran Qasımovun yerinə təyin olunacaq namizədlər arasında mənim də adım var. Ona Mirzə İbrahimovun seçildiyini deyəndə anamın sifətinə çox məmnun bir təbəssüm qondu. Əlini uzadıb yastığının altından üç manat çıxardıb mənə uzatdı ki, gedəndə bunu nəzir ver, nəzir demişdim ki, o yerə səni qoymasınlar. Bu stalinizmin yaratdığı “Yazıçılar Birliyi şifrəsi”ni açan çox ciddi ana-oğul söhbətdir. Nigar Rəfibəyli oğlu Anarı Yazıçılar Birliyinin sədri qoymasınlar deyə, pulun pul vaxtı 3 manat nəzir götürübmüş. Çünki Mirzə İbrahimovdan 10 il əvvəl Nigar xanımın əri Rəsul Rza bu birliyə sədrlik etmişdi və Nigar xanım o birlikdə ədəbiyyatdan, mənəviyyatdan uzaq oyunların oynanıldığını, həm də tapşırıqla, telefon zəngləriylə və 3-5 manat, ev növbəsi-filan uğrunda nələr yaşandığını bilirdi. Ana ürəyi oğlu da bu çirkin oyunların zığına bulaşmasın deyə, onun sədr qoyulmaması üçün Allaha yalvarıb, nəzir deyibmiş. Amma Anar gözəl anası ilə gözəl Allah arasındakı səmimi müqaviləni sonradan pozdu, Yazıçılar Birliyinə nəinki sədr seçildi, onu bir ata mirası kimi özününküləşdirib şəxsi monastırına çevirdi. Bu gün mədəniyyətimizin “qara dəlik”lərindən biridir o birlik.

- Aqşin Yenisey dövlətdən xüsusi qayğı gözləyirmi? Məsələn, xalq şairi, yazıçısı adı?

- Əksinə, dövlətin ədəbiyyatla heç yoxmuş kimi davranmasını alqışlayıram. Bu bir dünyəvi seçimdir. Əgər cəmiyyətin ədəbiyyata ehtiyacı varsa, özü öz ədəbiyyatına qayğı göstərməlidir, yazıçılarının, şairlərinin kitablarının çıxmasında, satılmasında sinəsini qabağa verməlidir. Amma bu gün naşirlərin hökumətlə münasibətlərinə şair, yazıçılar mat-mat baxırlar. Bu gün naşirlər hökumətə yalvarırlar ki, bizi oxucuların umuduna buraxmayın, bunlardan kitab alan, kitab oxuyan olmaz, bizə büdcədən yardımlar ayırın. Dövlətin ədəbiyyatı qayğıdan məhrum etməsi həm də cəmiyyətin özü haqqında uydurduğu mifi dağıdır. Cəmiyyət elə bilir ki, Mirzə Ələkbər Sabirə heykəli özü qoyub. Halbuki bu və bu kimi heykəllər müstəmləkə siyasətinin mirasıdır. Azərbaycan cəmiyyəti müstəqillik illərində öz hesabına yalnız üç sahənin adamına heykəl qoyub: kriminal avtoritetlərə, meyxanaçılara və xırda çaplı şeyxnəsrullahlara. Bu, onu göstərir ki, mədəniyyəti cəmiyyətin umuduna buraxmaq olmaz. Dövlət mədəniyyətə sahib çıxmalıdır. Necə ki, dünyanın ən demokratik ölkələri olan ABŞ-da, İngiltərədə Reyqan, Tetçer bunu etmişdi.

- AYO zamanında qınandığınız bir məsələ də Kamal Abdulla ilə bağlı idi. Əsərini müzakirəyə çıxartdığınıza görə demişdilər, Aqşin yaltaqlıq edir. Ümumiyyətlə, Kamal Abdulla sizə görə necə yazıçıdır? Ona rəğbətiniz varmı? Düşünürsüz ki, o, çox böyük yazıçıdır?

- Kamal Abdulla Azərbaycan ədəbiyyatı üçün çox ciddi ədəbiyyat platformasıdır. Onun Azərbaycan romanına gətirdiyi mifologiya ilə müasirliyin sintezi məsələsi bizim üçün tamamilə yeni istiqamətdir. Başda sən olmaqla, gənc yazarların Kamal Abdulladan öyrənəcəyi çox şey var. Onun Dədə Qorqud mətnləri əsasında yazdığı mifolinqivistika haqqında kitabını oxuyun, indiki yazı dilinizdən utanacaqsınız.

- Bir zamanlar dünyəvi, kosmopolit tanınan Aqşin son vaxtlarda, xüsusi ilə İkinci Qarabağ savaşından sonra milliyyətçi kimi görünməyə başladı. Səbəb nədir? Müharibənin təsiri var, yoxsa elə əvvəl də beləydi, yanlış görülür?

- Deyəsən, bütün sualları qara camaatın özü şəxsən verir (gülür). Bütün suallar qara camaatın mövzuları oldu bu dəfə. Bunlar kimə maraqlıdır, getsin özü axtarıb oxusun.

- Müasir gənc nəsil yazarlardan razısınız? Həm sizə qarşı mövqelərindən, həm də ümumi olaraq. Gənclər ölüvay deyil ki? Düşünürsünüz ki indiki gənclərdə sizlər kimi olmalıdır, etirazçı ruhları çatışmır? Yoxsa, bunun da faydası yoxdur?

- Hər dövrün öz ruhu, öz şərtləri var. Bəzən 70-80 yaşlı ziyalılar olur, hamıdan öz uşaqlığının Bakısını tələb edirlər. O gün qədim bir ziyalı bir tədbirdə dava saldı ki, mən uşaq olanda bu binadan həmişə küftə-bozbaş qoxusu gəlirdi, indi niyə gəlmir. Mən hansısa gənc həmkarımdan öz gəncliyimi tələb edəcək qədər eqoist məxluq deyiləm. Bir yoldur gedirik, sonrası nə ola, ola...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44
Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58
Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Dünən, 17:53
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Dünən, 17:49
QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Dünən, 17:47
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Dünən, 17:38
Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Dünən, 17:32
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Dünən, 17:28
Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Dünən, 17:24
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Dünən, 17:07
“Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Dünən, 16:58
"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Dünən, 16:56
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Dünən, 16:52
Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:49
Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Dünən, 16:47
Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Dünən, 16:43
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Dünən, 16:40
Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Dünən, 15:45
TRAMP... - hələ ki... HOQQA VERİR!
Dünən, 15:39
Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Dünən, 15:35
Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Dünən, 15:29
Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 15:26
Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Dünən, 15:17
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Dünən, 15:12
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Dünən, 14:02
Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Dünən, 14:00
Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Dünən, 13:58
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Dünən, 13:14
Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Dünən, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru