"Vasitəçilik təşəbbüslərindən tamam imtina edilməlidir" - ÇAĞIRIŞ
Tarix: 6-03-2024, 09:47 | Çap et
 Martın 6-da Almaniya Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondu keçmiş, qondarma “Artsaxın mədəni irsi” adlı qərəzli tədbir keçirəcək. Bakı etirazını bildirib və qeyd edib ki, bu, qarşılıqlı etnik nifrəti artıran, sülh danışıqlarına zərbə vurmağa yönəlmiş addımların bir hissəsidir və buna imkan verilməməlidir. Almaniya və Azərbaycan arasında təmasların intensivləşdiyi bir vaxtda qərəzli və ermənipərəst təbliğat tədbirinin təşkili düşündürücü suallar doğurur. Qarabağ mövzusu artıq bitib və Qarabağ erməniləri ilə bağlı məsələ də Azərbaycanın daxili işidir. Özünü artıq danışıqlarda üçüncü tərəf sayan Almaniyada - Avropa İttifaqının mərkəzində belə bir tədbir keçirilməsi göstərir ki, bu ölkə Fransanın səhvlərini real olaraq davam etdirə bilər. Almaniya kansleri Olaf Şoltsun yeni bir imic qazanması üçün imkan yaranıb. Həm Emmanuel Makron, həm də Şoltsun Ukraynada müharibənin başlamaması üçün apardıqları danışıqlar nəticə verməmişdi, iflasa uğramışdı. Almaniya, Fransada da çox yaxşı bilirlər ki, Qarabağ erməniləri ilə bağlı nə qərar çıxarsalar, nə tədbir keçirsələr bölgədəki proseslərin qarşısını ala bilməzlər. Həmin tədbiri maliyyələşdirənlərdən biri "Soros" Fondudur. "Soros" Fondu Ermənistanda Nikol Paşinyanı hakimiyyətə gətirib, Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında bütün inqilablara rəhbərlik edib, amma Azərbaycanda son 20 ildə istəyinə çata bilməyib. Berlində martın 6-da tədbir keçiriləcəyi halda Azərbaycan-Almaniya münasibətlərinə ciddi təsir edəcək. Eyni zamanda belə bir tədbirin keçirilməsi sülh prosesinə də zərbə vuracaq. Xatırladaq ki, Azərbaycan QHT-si Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıblar. Müraciətdə qeyd olunub ki, Ermənistan və separatçı rejim Azərbaycan ərazisini işğal altında saxlayaraq, maddi və mədəni irsimizi məhv edib, şəhər və kəndləri Yer üzündən silib, qəbiristanlıqlara qədər hər şeyi dağıdıb. Amma Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondu bir dəfə də olsun bu işğala, etnik təmizləməyə qarşı ekspert müzakirələri təşkil etməyib, Azərbaycan xalqının maddi və mədəni irsinin məhvi barədə hesabatlar yaymayıblar.
AĞ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a açıqlamasında bildirib ki, o, "Avropada, Almaniyada sülh istəyən qüvvələr və buna qarşı çıxanlar var" yanaşması ilə razı deyil. Partiya rəhbərinin sözlərinə görə, ümumiyyətlə, Avropada aparıcı qüvvələr, digər ölkələrə təsir imkanlarına sahib olan siyasi-iqtisadi dairələr bu məsələdə Azərbaycanın əleyhinədir: "Onların hamısı birmənalı Ermənistanın mövqeyini dəstəkləyir. Biz bu həqiqəti görməliyik və ona fərqli şərhlər verməməliyik. Gördüyümüz işlər də həmin istiqamət üzrə olmalıdır. Fransanın vasitəçiliyindən, təşəbbüslərindən onun qərəzli mövqeyinə görə imtina etdik. Paris açıq-aşkar İrəvanın tərəfini tutduğu üçün bu ölkənin vasitəçilik statusundan çıxış etməsi qeyri-mümkündür. Sonra Münhendə əldə olunmuş razılığa görə, XİN başçıları arasında görüş keçirildi. Hətta nazirlər arasında üçlü formatda müzakirələr aparıldı. Bunun ardınca təxribatyönlü addımları müşahidə etdik. İndi bəziləri iddia edirlər ki, Almaniya hökuməti fərqli mövqedədir və təxribatçı tədbirləri təşkil edənlər ermənipərəst qüvvələrdir. Elə deyil. Kansler başda olmaqla digər rəsmilər də birmənalı olaraq Ermənistanın yanındadır. Sadəcə, Fransa mövqeyini açıq elan edir, digər Qərb dövlətləri isə gizlətməyi üstün tuturlar. Ona görə də hansı ölkə olmasından asılı olmayaraq, vasitəçilik təşəbbüslərindən imtina edilməlidir".
T.Abbaslının qənaətincə, bütün təmaslar ikitərəfli qaydada baş tutmalıdır, yaxud da görüşləri və danışıqları birdəfəlik dayandıraraq Ermənistanla məsələni meydanda həll etməliyik: "Dünyadan, Qərb ölkələrindən ədalət, obyektiv yanaşma gözləmək sadəlövhlükdür. Onun ümidinə qalsaq, prosesin sonu gəlməyəcək. Bunu ilk dəfə yaşamırıq. 30 il ərzində dünya birliyinin işğala, təcavüzə, soyqırımlara necə kar, kor, lal olduqlarını görmüşük. Dəyişən heç nə yoxdur axı. Niyə həmin ölkələrin, beynəlxalq qurumların səmimi olduğuna inanaq ki?! Bizə olan münasibətdə köklü dəyişiklik yoxdur. Hətta sabah Almaniya Bundestaqı bizi işğalçı kimi qəbul etsə, ona da təəccüblənməməliyik. Öz dostlarımızı, müttəfiqlərimizi dəqiq müəyyənləşdirməliyik. Addımlarımızı da onlarla birgə atmalıyıq".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25 |
|
|
|
• Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23 |
|
|
|
• "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21 |
|
|
|
• Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18 |
|
|
|
• Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16 |
|
|
|
• "Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14 |
|
|
|
• Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12 |
|
|
|
• Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02 |
|
|
|
• Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00 |
|
|
|
• Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16 |
|
|
|
• “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15 |
|
|
|
• "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12 |
|
|
|
• "Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09 |
|
|
|
• Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07 |
|
|
|
• Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59 |
|
|
|
• Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55 |
|
|
|
• Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44 |
|
|
|
• Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41 |
|
|
|
• Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00 |
|
|
|
• “Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58 |
|
|
|
• Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07 |
|
|
|
• "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02 |
|
|
|
• Fazil Qasımova 10 il həbs cəzası istənilib
Dünən, 17:53 |
|
|
|
• Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Dünən, 17:49 |
|
|
|
• QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Dünən, 17:47 |
|
|
|
• Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Dünən, 17:38 |
|
|
|
• Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Dünən, 17:32 |
|
|
|
• Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Dünən, 17:28 |
|
|
|
• Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Dünən, 17:24 |
|
|
|
• “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Dünən, 17:07 |
|
|
|
• “Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Dünən, 16:58 |
|
|
|
• "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Dünən, 16:56 |
|
|
|
• Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Dünən, 16:52 |
|
|
|
• Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:49 |
|
|
|
• Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Dünən, 16:47 |
|
|
|
• Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Dünən, 16:43 |
|
|
|
• İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Dünən, 16:40 |
|
|
|
• Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
• Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Dünən, 15:45 |
|
|
|
• TRAMP... - hələ ki... HOQQA VERİR!
Dünən, 15:39 |
|
|
|
• Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Dünən, 15:35 |
|
|
|
• Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Dünən, 15:29 |
|
|
|
• Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 15:26 |
|
|
|
• Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Dünən, 15:17 |
|
|
|
• Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Dünən, 15:12 |
|
|
|
• "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Dünən, 14:02 |
|
|
|
• Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Dünən, 14:00 |
|
|
|
• Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Dünən, 13:58 |
|
|
|
• Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Dünən, 13:14 |
|
|
|
|