Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                 

"Korrupsiya faktı ilə saxlanan məmurlara ən ağır cəza verilməlidir" - ÇAĞIRIŞ
Tarix: 4-11-2022, 08:52 | Çap et
"Korrupsiya faktı ilə saxlanan məmurlara ən ağır cəza verilməlidir"
Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov, Protokol şöbəsinin rəisi Kamil Rzayev və digər vəzifəli şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. DİA.AZ bildirir ki, DTX-nin keçirdiyi əməliyyatın detalları açıqlanmasa da, nazirliyin yüksək vəzifəli əməkdaşlarının korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə saxlanıldıqları bildirilir. O da məlum olub ki, əməliyyat keçirilən gün nazir Anar Kərimov işdə olmayıb. Mətbuatda yer alan məlumata görə, Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlama aparıb, Anar Kərimovun vəzifədə olduğu dövr təftiş edilib. Yoxlamaların nəticələrinə gəlincə, nazirlikdə külli miqdarda yeyinti faktının üzə çıxdığı iddia olunur.

Lakin hələlik bununla bağlı rəsmi məlumat dərc olunmayıb. Qəribə görünsə də, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş və həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı. Korrupsiya olayında adı hallanan Əbülfəs Qarayev 2020-ci ilin mayın 21-də vəzifəsindən azad edilmiş, bir müddət sonra onun yerinə Anar Kərimov gətirilmişdi. İlk baxışda yeni nazirdən gözləntilər müsbət olsa da, cəmi bir ildən sonra belə neqativ halların üzə çıxması təəssüf doğurur. İddialara əsasən, Anar Kərimovun əvvəlki rəhbərliyin yol verdiyi səhvləri təkrarlaması onun tezliklə vəzifəsini itirməsinə səbəb ola bilər.

Nazirlikdəki əməliyyat barədə danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, ortada korrupsiya faktı varsa, ciddi araşdırılmalı və qanunauyğun şəkildə addım atılmalıdır: “Bir nazirlikdə iki dəfə eyni hadisə baş verirsə, deməli, hamı məsuliyyət daşıyır. Korrupsiya və rüşvətlə bağlı daha ciddi tədbirlərin görülməsinə ehtiyac var. Dövlət başçısı dəfələrlə korrupsiya ilə bağlı xəbərdarlıq edib.

Bundan sonra dərhal müəyyən tədbirlər həyata keçirilir, yoxlamalar aparılır. Ancaq yenə də fikir verirsən ki, korrupsiya hallarına yol verirlər. Açığı, mən düşünürdüm ki, 44 günlük Vətən müharibəsindən sonra korrupsiya ilə bağlı məsələlər bir balaca öz həllini tapar. Təəssüflər olsun ki, mən hazırda onun əksini gördüm. Bu, bizim millətimiz və dövlətimizin təhlükəsizliyi üçün ciddi problemdir. Mənimsəmə halları ciddi araşdırılmalı, dövlət büdcəsi üzrə nəzarət mexanizmi gücləndirilməlidir. Hesablama Palatası daha ciddi yoxlamalar aparmalıdır. Yoxlamanın nəticələri ciddi müzakirə obyektinə çevrilməlidir. Şəffaflıq təmin olunmalıdır.

Qeyri-hökumət təşkilatları yoxlamalara çağırılmalıdır”. V.Əhmədov xüsusilə vurğulayıb ki, korrupsiya şübhəsi ilə saxlanan məmurlar ağır cəzaya məhkum edilməlidirlər: “İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri gedir. Bura böyük vəsaitlər xərclənməlidir. İri layihələr həyata keçiriləcək. Yəni bu, ciddi məsələdir. Cinayətə bulaşmış insanlar sözün əsl mənasında cəzalarını almalıdırlar. Yoxsa görürsən ki, adam bir-iki il həbsdə yatır, çıxdıqda yenə öz kefi ilə hərəkət edir”. Anar Kərimovun işdən çıxarılması ehtimalına gəlincə, deputat araşdırmanın nəticəsindən sonra hər şeyin bəlli olacağını vurğulayıb: “Nazirin vəzifədən kənarlaşdırılması Prezidentin səlahiyyətində olan məsələdir. Doğrudur, nazir müavini, digər vəzifəli şəxslər saxlanılıblar. Ancaq saxlanılma səbəbi ilə bağlı dəqiq fakt yoxdur. Nəyə görə saxlanıldıqları ilə bağlı məlumat verildikdən sonra hansısa qərar veriləcək. Bu, daha doğrudur. Nazir hələ təzədir, araşdırmalardan sonra hər şey bilinəcək”.
Anar Kərimov 2021-ci ildən mədəniyyət naziri vəzifəsində çalışır. O, daha öncə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi olub. Mədəniyyət Nazirliyində aşkarlanan yeyinti halları həqiqətən də heyrət doğurur. Bu, yeyinti, korrupsiyanın daha çox yollarda olduğu qənaətini də sarsıdır. Demək ki, mədəniyyətimizdə də oğrular varmış.

Məlum hadisə ilə bağlı “Şərq”ə danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mədəniyyət sahəsindəki yeyintinin, oğurluğun bağışlanmaz olduğunu bildirdi:

- Hər bir korrupsiya faktı millətdən, dövlətdən oğurluqdur, bu, birmənalıdır. Hər bir belə fakt, korrupsiya halı üzə çıxdıqda da məsuliyyət daşıyan şəxslər həbs edilir, vəzifəsindən kənarlaşdırılır. Mədəniyyət sahəsi niyə önəmlidir, çünki burada məsələ xalqın milli sərvətindən gedir. Başqa hansısa sahədə baş vermiş korrupsiya halını müəyyən qədər aradan qaldırmaq mümkündür. Məsələ maliyyədirsə, hansısa dərəcədə əvəz ediləcək, yerini tutacaq. Amma xalqın milli sərvətlərinə qarşı oğurluq edilirsə, onun yerini doldurmaq olmur.

Korrupsiya bir bəladır, onun kökü həm aşağıdan, həm də yuxarıdan kəsilməlidir. Amma bu gün mədəniyyətimizdə oğurluq varsa, deməli, oğurlanan bir millət olaraq hamımızın sərvətidir. Deməli, millətdən oğurluq edilib. Bu, xalqa, millətə və dövlətə qarşı ən ağır cinayətdir. Korrupsiya nədən yaranır? Vəzifəli şəxsin acgözlüyündən və dövləti, milləti sevməməkdən. Məmur əgər xalqını, dövlətini sevən olsa, korrupsiyaya yol verməz, dövlətin, xalqın malının oğurlanmasına razı olmaz. Korrupsiyanın kökü milləti, dövləti sevməklə kəsilər.

N.Cəfəroğlu vəzifələrə təyinat zamanı əsas meyarın savad, xarici ölkələrdə ali təhsillə deyil, dövlətə bağlılıq, xalqa sevgi olmasının vacibliyini önə çəkdi:

- Vəzifələrə milləti, dövləti sevən insanlar təyin edilməlidir. O insanlar ki, artıq dövlətə bağlılıqlarını, xalqa sevgilərini isbat ediblər. Belə insanlarımız var. Savadlı, həyat təcrübəsi olan insanlardır. Ən əsası isə uzun illər, hətta müxalif cəbhədə olmaqlarına, tənqidlərlə çıxış etmələrinə baxmayaraq dövləti və milləti sevən insanlar təyin edilməlidir.

Dövlətini sevən ondan oğurluq etməz, milləti, xalqı sevən onun milli sərvətlərinə xor baxmaz, qədrini bilər bu sərvətin. Vəzifələrə təyinatda məhz bu meyar əsas götürülməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru