Partiyaların yeni qanunla bağlı GÖZLƏNTİLƏRİ – “Yumşalmalar olacaq”
Tarix: 2-11-2022, 09:32 | Çap et
 Xəbər verdiyimiz kimi, bir həftə öncə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilk dinləmələri keçirilib. Partiya sədrləri və millət vəkillərinin iştirakı ilə baş tutan müzakirələrdə bir sıra təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.
Noyabrın 4-də isə II ictimai dinləmələr baş tutacaq.
Bəs, partiyaların növbəti müzakirələrdən gözləntiləri nələrdir?
DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Ağ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, qanunun fəlsəfəsi nəzarətə əsaslandığı üçün hər hansı müdəaların dəyişilməsi istənilən nəticəni verməyəcək:
“Qanunu hazırlayan şəxslər nəzarəti yox, partiyaların güclənməsi üçün addımlar atmağı nəzərdə tutmalıdırlar. Məsələn, 10 min üzv sayını 5 minə endirib, təklifləri nəzərə aldıqlarını göstərə bilərlər.
Lakin bu nəticə deyil axı. Hal-hazırkı dönəmdə, insanları hələ də partiyalara üzv olmaqdan qorxduğu zamanda, ümumiyyətlə, reyestri aradan qaldırmaq lazımdır. “Partiya üzvü kimi sizin adını Ədliyyə Nazirliyinə göndərəcəyik” – desək, kim buna razı olar?
Yaxud da, ildə iki dəfə hesabat verməyi, bir dəfə ilə əvəzləsinlər. Partiya üzvlərdən kimin dünyasını dəyişdiyinin hesabatını necə apara bilər? Və ya partiyalardan tələb olunan məsələlərlə verilən imtiyazlar müqayisə edilə bilməz. Hazırki layihəyə görə, bir şəxsin deputatlığa müstəqil namizədlik verməsi, bunu partiya üzvü kimi etməkdən daha sadədir. Halbuki, bu, əksinə olmalıdır”.
Tural Abbaslının sözlərinə görə, hələ də yeni layihə və dinləmələrin vaxtı ilə bağlı partiyaya məlumat verilməyib:
“Ümumilikdə, qanun layihəsində dəqiqləşdirmələrə ehtiyac olan kifayət qədər xırda nüanslar var. Amma indiki vəziyyətdə layihənin qəbulu məqbul deyil. Maliyyələşmə isə yalnız parlament seçkilərinə hesablanıb. Məsələn, mən prezidentliyə namizəd olub, 30 deputatdan daha çox səs toplasam belə, parlamentdə düşməyi bacaran partiyalara daha çox maliyyə ayrılacaq. Bu tip məsələlər layihədə yoluna qoyulmalıdır”.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qanun layihəsində həddən artıq sərt nizamalama prosedurlarının olduğunu diqqətə çatdırıb:
“Bu, bir sıra hallarda icra hakimiyyəti orqanlarının partiyalara əsassız müdaxiləsinə səbəb ola bilər. Ona görə də həmin nüansların aradan qaldırılması yaxşı olardı. Qeydiyyatla bağlı, rəhbərliklə bağlı senzlər, eləcə də partiyaların reyestr məlumatları kimi məsələlərdə dəyişikliklərə ehtiyac var. İkinci dinləmədə, hesab edirəm ki, müəyyən dəyişikliklər ediləcək. Çünki ilk müzakirələrdə partiyaların böyük əksəriyyəti sadaladığım məqamlarla bağlı narazılıqlarını ifadə etdilər. Yəqin ki, hakimiyyət partiyaların fikirlərini nəzərə alıb, yumşalmalara gedəcək”.
Qulamhüseyn Əlibəyli yeni qanunun bir sıra partiyaların ləğvi ilə nəticələnməsi ehtimalına da münasibət bildirib:
“Partiya fəaliyyətinin çoxluğu siyasi palitranın rəngarəngliyi deməkdir. Lakin Azərbaycanda elə şərait yaranıb ki, partiyaların bir çoxunun mövcudluğu sadəcə formal qeydiyyatla baş verib. Buna görə də partiyaların sayının azalması təbii proses kimi baş verməlidir, inzibati yollarla yox.
Hesab edirəm ki, şərtlərə əməl edə bilməyəcək siyasi partiyalar, inzibati müdaxiləni gözləmədən bir və ya bir neçə partiyada birləşə bilərlər. Təmərküzləşməni partiyaların öz üzərinə götürməsi siyasi palitranı daha da canlandıra bilər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06 |
|
|
|
• "Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02 |
|
|
|
• Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32 |
|
|
|
• Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31 |
|
|
|
• Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27 |
|
|
|
• Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16 |
|
|
|
• Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13 |
|
|
|
• İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01 |
|
|
|
• Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55 |
|
|
|
• İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49 |
|
|
|
• Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47 |
|
|
|
• "Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40 |
|
|
|
• Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33 |
|
|
|
• Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24 |
|
|
|
• Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16 |
|
|
|
• Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01 |
|
|
|
• Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00 |
|
|
|
• Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51 |
|
|
|
• Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43 |
|
|
|
• Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37 |
|
|
|
• Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36 |
|
|
|
• Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30 |
|
|
|
• Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15 |
|
|
|
• Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13 |
|
|
|
• Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12 |
|
|
|
• İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10 |
|
|
|
• Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59 |
|
|
|
• İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02 |
|
|
|
• Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58 |
|
|
|
• Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09 |
|
|
|
• Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08 |
|
|
|
• Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05 |
|
|
|
• Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00 |
|
|
|
• “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57 |
|
|
|
• “Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55 |
|
|
|
• Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48 |
|
|
|
• Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45 |
|
|
|
• Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42 |
|
|
|
• Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34 |
|
|
|
• "Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28 |
|
|
|
• Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26 |
|
|
|
• İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21 |
|
|
|
• Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15 |
|
|
|
• "Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10 |
|
|
|
• Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07 |
|
|
|
|