"Ölkədə kifayət qədər axund var ki, məscidi öz ata mülkü hesab edir" - ETİRAZ
Tarix: 20-10-2022, 08:25 | Çap et
 Ötən gün Yeni Günəşlidə yerləşən Xanım Fatimeyi-Zəhra məscidinə basqın olub. Hücum edən şəxslər maskalı olub. Məsciddə ibadət edənlərin söylədiyinə görə, hadisə zamanı xəsarət alan olmayıb, hücumun məqsədi sadəcə təşviş yaratmaq olub. Hadisənin başvermə səbəbinə gəldikdə isə bu, məscidin axundunun dəyişdirilməs ilə bağlı olub. Məlumata görə, dünən həmin məscidə yeni axund təyin olunub. Çıxarılan axund və oradakı bəzi işçilərin adamları isə məscidə “maskalı hücum” etməklə nizam-intizamı pozmağa çalışıb, yeni axundun köhnə kollektiv tərəfindən qəbul edilməməsi görüntüsünü yaratmağa çalışıblar.
DİA.AZ bildirir ki, iddialara görə, məscidin keçmiş axundu Hacı Surxay və məscidin digər işçiləri işindən məcbur azad edilib. Hacı Surxay 15 ildir ki, Xanım Fatimeyi-Zəhra məscidində axund olaraq fəaliyyət göstərirdi. Məsələ ilə bağlı Daxili İşlər İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakupost.az –a bildirilib ki, hadisə ilə bağlı polisə müraciət olunmayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə insidentlə bağlı sualımız belə cavablandırılıb:
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 39 vakant vəzifənin tutulması üçün müsahibə elan olunub. Mirnasir Mirbağır oğlu Nağıyev (imam), Fərid Əli oğlu Qasımzadə və Ayaz Gülağa oğlu Həşimov (imam müavinləri) 02 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə uğur qazanaraq müvafiq vəzifələrə təyin olunublar.
Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsində yerləşən Xanım Fatimeyi Zəhra məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib".
İlahiyyatçı Tural İrfan isə “Şərq”ə hadisə barədə əhatəli məlumatı olmadığını deyib: “Ancaq bir qədər əvvəl əvvəlki axundun çıxarılması və yenisinin təyin olunması haqqında məlumatlıyam. Ümumiyyətlə, belə hallar ona görə baş verir ki, ölkədə xarici qüvvələr din adamlarının əli ilə özlərinə təsir rıçaqları hazırlamaq istəyir.
Əsasən İrana bağlı adamlar, orada təhsil və təlim görmüş şəxslər vaxtilə aidiyyəti qurum tərəfindən məscidlərə təyinat alıb. Ancaq həqiqət ondan ibarət olub ki, o adamların əli ilə və onların başına topladığı kütlə vasitəsi ilə nələrəsə hazırlığın əsasını qoyurmuşlar. Nəticədə də məscidlərə rəhbər təyinatı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə verildikdən sonra müvafiq bilinməyən şəxslər azad edilərək əvəzinə daha münasib, savadlı, milli düşüncədə olan kadrlar təyin edilir.
Bunu həzm edə bilməyən qüvvələr isə ola bilsin, xarici ağalarının da havadarlığı və fətvası ilə bu cür təzyiqlər göstərməyə, stabil vəziyyəti gərginləşdirməyə çalışırlar.
Bildirim ki, ölkədə kifayət qədər belə axund var ki, məscidi öz ata mülkü hesab edir və özünü ömürlük oranın sahibi bilir.
Ancaq Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bu kimi işlərin nizama salınmasındakı səyləri danılmazdır və əminəm ki, o idarə belə halların hamısını tədricən tənzimləyəcək. Din adamı da düşünməlidir ki, vəzifə əbədi deyil və tabe olduğu qurum onu işindən azad edə bilər. Xaricə bağlı olan din adamlarının da hamısı nəzarətə götürülməlidir. Məscid ibadət evidir. Ora kim təyin olunubsa, bu, dövlətin işidir.
Hesab edirəm ki, məscidlərdə və digər yerlərdə din adı altında hansısa iğtişaşa meyillənən adamlar başa salınmalıdır, əks halda aidiyyəti orqanlar elələri barədə çox ciddi tədbir görməlidir”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06 |
|
|
|
• "Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02 |
|
|
|
• Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32 |
|
|
|
• Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31 |
|
|
|
• Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27 |
|
|
|
• Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16 |
|
|
|
• Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13 |
|
|
|
• İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01 |
|
|
|
• Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55 |
|
|
|
• İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49 |
|
|
|
• Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47 |
|
|
|
• "Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40 |
|
|
|
• Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33 |
|
|
|
• Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24 |
|
|
|
• Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16 |
|
|
|
• Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01 |
|
|
|
• Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00 |
|
|
|
• Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51 |
|
|
|
• Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43 |
|
|
|
• Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37 |
|
|
|
• Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36 |
|
|
|
• Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30 |
|
|
|
• Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15 |
|
|
|
• Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13 |
|
|
|
• Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12 |
|
|
|
• İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10 |
|
|
|
• Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59 |
|
|
|
• İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02 |
|
|
|
• Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58 |
|
|
|
• Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09 |
|
|
|
• Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08 |
|
|
|
• Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05 |
|
|
|
• Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00 |
|
|
|
• “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57 |
|
|
|
• “Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55 |
|
|
|
• Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48 |
|
|
|
• Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45 |
|
|
|
• Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42 |
|
|
|
• Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34 |
|
|
|
• "Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28 |
|
|
|
• Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26 |
|
|
|
• İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21 |
|
|
|
• Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15 |
|
|
|
• "Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10 |
|
|
|
• Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07 |
|
|
|
|