Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                 

"İranda uşaqlara heç Türk adı qoymağa icazə vermirlər" - FAKT BUDUR!
Tarix: 17-10-2022, 08:59 | Çap et
"İranda uşaqlara heç Türk adı qoymağa icazə vermirlər"
“Dilini itirən xalq, dilini qorumuyan xalq ən sonda görür ki, özünə aid heç nəyi qorumAyub. Çünki, hər şey ona bağlıdır. Bu prosesin qarşısını xalq özü almalıdır. Bir neçə illərdir bu işin içindəyəm, bunun müşahidəsini aparıram. Analiz edirəm. Cənubda bir qrup adam var ki, bunlar deyirlər ki, "İran bizimdir, ona görə də İran bölünməzdir. İran da sadəcə şəkil dəyişib demokratik olmalıdır". Digərləri deyir ki, "İran federallaşmalıdır". Bəzi şahçılar da deyirlər ki, "İran monarxiya olmalıdır". Çox az bir hissə deyir ki, "Güney Azərbaycan azad olmalıdır. Səttarxan dövründə, Pişəvəri dövründə olduğu kimi Güney Azərbaycan azad olmalıdır. Bu, ayrı bir xalqdır. Ayrı bir xalq öz qəlbində, öz coğrafiyasında özünün dövlətini qurmalıdır. Sonra Şimalla birləşər özü bilər, birləşməz özü bilər". Bəziləri də deyir ki, "bu yolun hamısını getmək lazımdır". Birinci bir insan cəmi 1 yolla gedə bilər. Bir xalqı da bir yolla apramaq lazımdır. Xalqı sən eyni vaxtda 3 yolla apara bilməzsən. Bu, yanlış bir şeydi. Və xalqın başını qarışdırır”.
DİA.AZ-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına politoloq Xaləddin İbrahimli danışıb. O, qeyd edib ki, heç kim beynəlxalq şərait yetişəcək deyib, gözləməməlidir.

“Güney Azərbaycan üçün heç vaxt beynəlxalq şərait yetişməyəcək. Çünki, nə Amerika, nə Avropa, nə Rusiya, nə Çin, heç birisi İranın bütövlüyünün pozulmasını istəmir. İkinci də, İranda demokratik siyasi rejimin formalaşmasını istəmirlər. Əgər İran demokratikləşərsə, o zaman farsların hakimiyyəti təbii ki, sona yetəcək. Təbii ki, İran federallaşacaq və ya İran bölünəcək. Bunu isə nə Amerika istəyir, nə Avropa. Heç bir dövlət istəmir. Bu səbəbdən beynəlxalq şərait yetişməyəcək. Şəraiti xalq özü yetişdirir”- deyə politoloq qeyd edib.

Xaləddin İbrahimli bildirib ki, xalq öz varlığınına sahib olmadıqca, öz dilinə sahib ola bilməyəcək.

“İran fars rejimi məktəb açsın, qəzet açsın. Bunlar əhəmiyyətsiz işlərdi. Ola bilsin, hardasa bir məktəb açsınlar və ya hardasa Azərbaycan dilində qəzet açsınlar. Bunu bilirsiniz kimə edə bilərlər? Tatlara, ləzgilərə, talışlara edə bilərlər. Çünki, mütləq azlıqdadırlar. Bir qəzet və ya radio açdılar. Bir məktəb açdılar. Bununla da xalqı sakitləşdirirlər. Bu, yetərli olmaz. Xalq əgər öz dilinə sahib olmaq istəyirsə, öz varlığına sahib olmaq istəyirsə və öz mədəniyyətinə də sahib olmaq istəyirsə xalq özünün siyasi hakimiyyətini qurmalıdır. Dövlət ondan ötrü qurulur ki, sənin kimliyini, mədəniyyətini və dilini qorusun, ona sahib çıxsın. İndi orada uşaqlara heç Türk adı qoymağa icazə vermirlər. Ayxan, Tuncay, Səncər adı qoymaq olmaz. Həsən, Hüseyn, Əli adları verilməlidir. Vəziyyət belədir” - deyə siyasi şərhçi qeyd edir. Onun sözlərinə görə, bir çox mütəxəssislər bu fikirdədirlər ki, böyük və güclü xalqların dilləri ölüb getməz. Amma bu heç də belə deyil. İstənilən dil bəlli bir səbəblərə görə müəyyən qanunların çərçivəsində ortadan qalxa bilər və o dildə danışan, heç kimsə qalmaz.

“Latın dili, şotland dili kimi. Bu gün şotlandlar var, amma, şotland dilində danışan kimsə qalmayıb. Tarix də öz yerləri olan, öz dilləri olan xalqlar idi. Latın dili elm dili hesab olunurdu və tibbdə olan sözlərin çoxu latıncadır. Eləcə də şotlandlar. Təəssüf ki, bu gün şotland dilində danışan yoxdur. Bu gün cənubdakı bir çox mütəxəssislərimiz, Güney Azərbaycandan olan mütəxəssislər, istər ölkənin içində, istər kənarda yaşayanlar çox arxayınçılıqla deyirlər ki, dilimiz ölən deyil. Qətiyyən belə deyil. İstənilən dili məhv etmək mümkündür. Hansı ki, bu gün Güney Azərbaycanda bu proses gedir. Güney Azərbaycandakı bu prosesin getməsi Pəhləvi dönəmindən başlayır. Amma, indiki siyasət daha ağıllı, daha təsirli, daha ardıcıl siyasət olduğundan Azərbaycanda dili daha çox zədələnir. Belə getsə, yaxın 30-40 ildə orda Azərbaycan dilində bəlkə, kəndlərdə danışan olar. Bu proses necə baş verir? Təbii ki, ilk gözə görünən Azərbaycan dilində məktəblərin açılmamasıdır. İran İslam Respublikası qurulandan, 1979-dan İranda Azərbaycan dili məktəblər bağlandı. Universitetlərdə Azərbaycan dilinin tədrisi dayandırıldı. Əlbəttə ki, ən böyük zərbə budur. Bu, Azərbaycan dilinin məhv edilməsinə dair bir siyasət idi. Bu siyasət öz bəhrəsini verir. Tehran rejiminin ikinci addımı Azərbaycan dilini təkcə məişət dili səviyyəsinə endirməkdir. Birinci siyasət məktəblərin bağlanması, ona xidmət edir ki, bu siyasi səhnədən, mədəni sahədən tamamən dil uzaqlaşsın və məişət səviyyəsinə ensin. İkinci mərhələdə məqsəd təkcə dili məişət səviyyəsinə endirmək deyil. Artıq məqsəd dilin içərisinə müdaxilə etməkdir. Məqsəd dilin içində olan öztürkçə olan kəlmələrin sayını Fars kəlmələrinin hesabına azaltmaqdır. Bu proses 30 ildir gedir. Taxtlıq dönəmində artıq bu proses getmirdi. Taxtlıq dönəmindən fərqli olaraq İslam Respublikası dönəmində artıq dilin içində əməliyyat aparırlar. Türkçədə olan sözləri yavaş-yavaş fars sözləri ilə əvəz edilir. Artıq demək olar ki, İranın çox yerində 30-40 il əvvəlki Türklərin danışdığı dil, 30-40 il əvvəlki danışılan dil deyil. Xeyli sözlər ortadan qalxıb yerinə fars sözləri gəlib” - deyə Xaləddin İbrahimli bildirib. Onun sözlərinə görə, İran bunu dini məktəblərin, dini ayinlərin, mədrəsələrin və məscidlərin vasitəsilə edir. Çünki, insanlar məktəblərə gedib fars dilində təhsil alırlar, eyni zamanda dini kurslara gedirlər. Bunlar dini təbliğat vasitəsilə fars, ərəb kəlmələrini Türk kəlmələrinin yerinə insanların lüğətinə daxil etməyə çalışırlar. Propaqanda bu istiqamətdə aparılır. Buna görə də kəlmələrin sayının azalması ona gətirib çıxarır ki, bu gün bir Güney Azərbaycanlı olan biri cümlə qurursa da, o cümlədə 10 kəlimə varsa da, o 10 kəlmənin 5-i fars kəlməsidir, 2-i ərəb kəlməsidir, geridə qalan 3-də Türk kəlməsidir. Yəni dildə istifadə olunan öz Türkçə kəlmələrin sayı azalır. Bu, yeni bir siyasətdir və ən təhlükəli siyasətdir. Azərbaycan dilində məktəblərin qadağa olunması və insanların ana dilində deyil, fars dilində təhsil alması qədər təsirli üsuldur.

“Birinci, dil zədələnir, Türkçə kəlmələrin sayı azalır. İkinci, Türkçə kəlmələrin sayı azaldıqca, insanların o dildə xəyal gücü də azalır. Hər bir insan kəlmə dağarcığının ona verdiyi qədər xəyal gücünə sahibdir. Əgər sən 100 kəlimə üzərindən düşünürsənsə də, 100 kəlməlik xəyal gücünə sahibsən. 1000 kəlimə üzərindən düşünürsənsə də, 1000 kəlməlik xəyal qurma gücünə sahibsən. Ona görə də xalq olaraq, Güney Azərbaycan xalqının yaradıcı potensialı get-gedə zəifləyir.X alqın yaradıcılıq potensialı zəifləyir. Beləliklə də yavaş-yavaş dil ortadan qalxdıqca, xalqın varlığı da ortadan qalxır. Bəzən deyirlər ki, dil ortadan qalxsa belə, İrandakı 35 milyon Türklər Türkdü. Qətiyyən elə deyil. Hər bir xalq öz dilində danışanda öz mədəniyyətinə töhvə verir. Hər bir insan danışdığı dilə xidmət edir. Əgər sən öz dilində danışa bilmirsənsə də, sən o xalqın xəzinəsinə töhvə verə bilməzsən və o xalqdan deyilsən. Bir sonrakı nəsildə artıq özünü fars kimliyi ilə tanıyır. Necə ki, bu gün Güney Azərbaycanda olanların çoxusu özünü İran kimliyi ilə tanıyır. Kim olduğunu soruşanda, mən İranlıyam deyir. Mən insanlar tanıyıram ki, Tehranda yaşayır, mən ondan türk olduğunu ala bilməmişəm. Bir yerdə işlədiyimiz ziyalı olubdur. Universitetdə müəllim olub. Soruşmuşam ki, sən kimsən. Cavab olaraq, mən Tehranlıyam deyib. Tehranda hər kəs yaşayır. Fars, Puştin, Türk yaşaya bilər. Axı sən kimsən, sənin millətin nədir. Hansı sualı, hansı şəkilə saldımsa da, adam deyir ki, mən Tehranlıyam. Sadəcə mən Tehranlıyam düşüncəsində olan var. Bu dilin assimilyasiyasının nəticəsində, belə kimlik düşüncəsi kimi tanımlanması ortaya çıxır. İstər Quzeydə, Güneydə, xaricdə olan bizim mütəxəssislərimiz, bizim alimlərimiz çox rahat danışırlar ki, orada hər şey qaydasındadır. Ədəbiyyatda var, elmdə var. Hər kəs öz dilində danışır. Qətiyyən elə deyil. Milləti dil, dili ədəbi dil formalaşdırır. Ədəbi dil yoxdusa da, Ərdəbilli Ərdəbil ləhcəsi ilə danışacaq, Təbrizli Təbriz, Muğanlı Muğan ləhcəsində danışacaq. Ədəbi dil bu bölgələri iplə bir-birinə bağlayır. Vahid bir millət şəklinə salır. İranda ədəbi dil yoxdur. Ədəbi dili yaradan, roman, hekayə dilidir. Əgər Azərbaycan Türkcəsində roman yaranmırsa, Güney Azərbaycanda ədəbi dil yoxdur.

Ədəbi dil yoxdusada, elmi dil yoxdu. Çünki, elmi dil ədəbi dildən qaynaqlanır. Oradan bəhrələnir. Necə ağac havadan, sudan öz ehtiyatlarını alıb bəhrələnir, elmi dildə elə ədəbiyyatdan bəhrələnir. Onların heç biri yoxdur. Bunların ikisi də yoxdusada, məişət dili var. Məişət dilində dediyimiz kimi sağdan-soldan məhv edilir. Dilin içərisində əməliyyat aparmaqla dili məhv edirlər” - deyə mütəxəssis qeyd edir. Onun sözlərinə görə, "vahid İran xalqı" anlayışı ilə 35-40 milyonluq xalq məhv edilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Dünən, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Dünən, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru