Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                 

"Zəngəzur tək Ermənistan-Azərbaycan məsələsi deyil" - deputat
Tarix: 14-10-2022, 09:21 | Çap et
"Zəngəzur tək Ermənistan-Azərbaycan məsələsi deyil"
“Həftə İçi”nə müsahibə verən Millli Məclisin deputatı Arzu Nağıyev çox mühüm məqamlara diqqət çəkib. DİA.AZ həmin müsahibəni təqdim edir:

– Praqada əldə olunan razılığa əsasən ilin sonuna qədər sülh müqaviləsinin imzalanması gündəmdədir. Qərb Ermənistana təzyiq göstərir ki, sülh müqaviləsini imzalasın. İndiki şərtlər daxilində sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır?

– Praqada çox ciddi bir görüş keçirildi. Burada əsas məqam ondan ibarətdir ki, məhz Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıması istiqamətində çox ciddi bir addım atılıb. Ərazi bütövlüyünün tanınması əsas şərtdir ki, gələcəkdə istər delimitasiya, demarkasiya, istər sülh müqaviləsi ilə bağlı proseslərə təkan verilsin. Sülh müqaviləsinin imzalanması üçün bir neçə prosedur reallaşmalıdır. Müqavilənin imzalanması üçün də mütləq şəkildə sərhədlər müəyyən olunmalıdır, delimitasiya, demarkasiya ilə bağlı komissiyalar öz işini daha ciddi qurmalıdır və tezliklə sərhədlər müəyyən olunmalıdır. Məhz 1991-ci ildə imzalanan Alma-Ata deklarasiyasına uyğun olaraq sülh müqaviləsinin imzalanmasına gediləcəkdir. Əsas məqamlar budur. Yəni detalları ayrıd etmək üçün mütləq komissiyalar işləməlidir.

– Azərbaycan Prezidenti müsahibəsində elan etdi ki, Qarabağ erməniləri ilə nə zaman danışıqlar aparacağımızı biz özümüz müəyyənləşdirəcəyik. Siz bu danışıqların formatını necə görürsüz. Danışıqlar ermənilərlə hansı əsaslarla aparılmalıdır və bu ərazilər Azərbaycanın nəzarətinə hansı müddətə qaytarılmalıdır?

– Azərbaycan Prezidenti, cənab İlham Əliyev təbii ki, Qarabağ erməniləri ilə bağlı çox mühüm açıqlama verdi. Bir daha qeyd etdi ki, ümumiyyətlə Azərbaycan ərazisində yaşayan hər bir etnik qrup, eyni zamanda hər bir millət Azərbaycan vətəndaşıdır və onların hər birinə eyni cür münasibət göstəriləcəkdir. Yəni biz tolerant, multikultural dəyərlərə hörmət edən bir dövlətik. Məhz ermənilər də bu kateqoriyaya uyğun olaraq mütləq şəkildə, əgər Azərbaycan Konstitusiyasını pozmayıblarsa, hər hansı bir cinayət törətməyiblərsə və Azərbaycanın ərazisində yaşayaraq Azərbaycanın qanunları ilə öz gələcəklərini düşünürlərsə mütləq şəkildə Azərbayacanda qalacaqlar və onlarla istənilən sülh şəraitində yaşamağa hazırıq. Bu bizim öz vətəndaşlarımız olacaq. Əks halda, bunlar bizim etdiyimiz təkliflərə razı deyillərsə, yolları açıqdır, Azərbaycanı tərk edə bilərlər. Əsas məqsədimiz dediyimiz o prinsiplərə uyğun olaraq “status”dan söhbət aparmadan, bu istiqamətdə danışıqlar aparmaqdır. Məhz sülh müqaviləsi imzalandıqdan və hər hansı bir sülhməramlı qüvvəyə ehtiyac qalmadıqdan sonra Azərbaycan etnik ermənilərin konstitision hüquqlarını ən yüksək səviyyədə qoruyacaqdır. Təbii ki, aradan o qədər də böyük vaxt keçməyib. Ortada, Allah rəhmət eləsin, Şəhidlərimiz var, hər iki tərəfdən narazılıqlar həddindən artıq çoxdur. Ona görə də bu, bir qədər vaxt aparan məsələdir. Biz ölkəmizdə yaşayan vətəndaşlarımızla dinc qururculuq həyatında bir yerdə olacağıq...

- Sülh prosesinin uğurla yekunlaşmasında Rusiya və Avropanın vasitəçiliyinin müqayisəli təhlilini necə aparardınız? Sizcə, burada kim udur, kim uduzur, Avropa nə istəyir, Rusiyanın istədiyi nədir?

– Ümumiyyətlə, vasitəçilik bu gün həm Rusiyanın, həm Avropanın ciddi cəhdlə atdığı addımlardır. Məhz Avropa Birliyinin rəhbərliyi ilə keçirilən görüşlərdən sonra Rusiya ilə müvafiq görüşlər keçirilir. Yəni hər biri, istər Avropa, istər Rusiya olsun, sülh məsələlərində öz nüfuzlarını göstərməyə çalışırlar. Müharibə vaxtı nə Avropa, nə Rusiya bizim hərbi yolla torpaqlarımızın azad edilməsinə maneə törətmədilər. Heç maneə törətməyə haqları da yox idi. Buna baxmayaraq dolayı şəkildə bizim haqq səsimizi dəstəklədilər. Təhlillər aparanda bizim üçün həm Rusiyanın, həm Avropanın vasitəçiliyi önəmlidir. Bizim son məqsədimiz sülhə nail olmaqdır. Rusiya ilə qonşu dövlətik, strateji əhəmiyyətli müqavilələrimiz var, Avropaya inteqrasiya edən, Avropanın enerji təhlükəsizliyi təhdidinin qarşısını almaqda iştirak edən bir dövlətik. Yəni düşünürəm ki, hər iki tərəfin bu prosesdə iştirak etməsi Azərbaycanın xeyrinədir. Kim qarşısına qoyduğu məqsədə nə qədər nail olmağa çalışır və nə üçün bunu edir, artıq bu detallardır...

– Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan yol vermir. O zaman məsələ hansı şəkildə həll olunmalıdır ki, dəhliz açılsın?

– Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın mövqeyi belədir ki, onlar o yolu "dəhliz" deyil, sərhəd qoşunları və gömrükdən ibarət nəzarət buraxılış məntəqələrindən keçmək şərtilə yol kimi vermək istəyirlər. Düşünürəm, Zəngəzur tək Ermənistan Azərbaycan məsələsi deyil, beynəlxalq məsələdir. Burada söhbət beynəlxalq logistikadan, beynəlxalq daşımalardan gedir. Necə olursa-olsun, bu məsələ həll olunacaqdır.

– Bəs İranın Qarabağ, Zəngəzur məsələsinə yanaşması nədir və müşahidələr nə deyir?

– Təbii ki, burada İranın öz mövqeyi, Gürcüstanın və ümumilikdə hər bir regional dövlətin öz mövqeləri var. İran düşünür ki, dəhliz oradan keçsə, bura NATO qüvvələri və yaxud İsrailin, digər qüvvələrin qoşunları gələ bilər. Ermənistanla İran arasında olan məsafəni böyüdər. Əslində, dəhliz yaradılandan və kimlər tərəfindən qorunması gündəmə gəldikdən sonra İranla bu məsələyə aydınlıq gətirmək olar. Əslində, buna elə bu gün də aydınlıq gəlib. Hətta İranın özünün ərazisindən də keçən dəhliz var. Yəni bu dəhliz məsələsi artıq öz həllini tapacaq və bu, tək Ermənistanın istəyib- istəməməyindən asılı deyil. Beynəlxalq güclərdən, qüvvələrdən söhbət gedir. İranın Zəngəzur məsələsində əsas yanaşması bununla bağlıdır. Müşahidələr də göstərir ki, bu prosesdə İranın da iştirakı labüddür. Azərbaycan dövləti də bu istiqamətdə mühüm addımlar atdı və 2-ci dəhlizlə bağlı müqavilələrin imzalanması gündəmə gətirildi. Eyni zamanda unutmaq lazım deyil ki, böyük qonşumuzla, yəni İranla bizim böyük sərhədlərimiz var və bunların da hamısı mütləq şəkildə nəzərə alınır.

– Necə hesab edirsiniz, bu gün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətdində nələr müşahidə olunur?

– Regionda sülhün bərqərar olması beynəlxalq təhlükəsizliyə təhdidin qarşısının alınması deməkdir. Yəni, burada baş verən hər hansı proses dünyada təhlükəsizliyə təsir edən amillərdəndir. Rusiya-Ukrayna məsələsində də gördük ki, müharibə dolayı şəkildə bütün dövlətlərə də təsir elədi.

Bu gün eləcə də, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, həm regionun, həm beynəlxalq təhlükəsizliyə təhdidin qarşısını alan əsas meyarlardan birinə çevrilə bilər. Məlumdur ki, Türkiyə Ermənistan diplomatik münasibətlərinin pozulması məhz Azərbaycanda-Qarabağda baş verən hadisələrlə bağlı idi. Bu gün, artıq o proseslər öz həllini tapıb. Bu gün Ermənistana Türkiyə ilə sərhəddin açılması daha vacibdir. O sərhəddən normal şəkildə daşımalar, loqistika və digər istiqamətdə istifadə edə bilər. Bu eyni zamanda Ermənistanın öz içində müəyyən qədər tənəzzülə uğramış iqtisadiyyatını qaldırmaq üçün lazımdır və burda Türkiyənin rolu danılmazdır. Ona görə də Ermənistan bu münasibətlərin tənzimlənməsində daha maraqlı olmalıdır. Eyni zamanda unutmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür. Və Türkiyə-Ermənistan sərhəddi, NATO-Rusiya sərhəddi deməkdir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Türkiyə bu baxımdan Ermənistanla münasibəti düzəltməklə, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin daha ciddi tənzimlənməsinə gətirib çıxarda biləcək addımlar atır. Bunlar çox mühüm məsələlərdir, bu istiqamətdə də işlər gedir. Komissiyalar işləyir və düşünürəm ki, bu, hər iki tərəfin, ümumiyyətlə regionun müsbət inkişafı üçün bir təkandır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Dünən, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Dünən, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru