"İcra başçılarına, məmurlara qarşı açıq qərəz hiss olunur" - MÖVQE
Tarix: 20-09-2022, 08:37 | Çap et
 Dövlət bayrağının şəhid valideynlərinə icra başçıları, məmurlar tərəfindən təqdim olunması, günlərdir müzakirə predmetinə çevrilib. Şəhidlərin dəfn mərasimlərindən internet resurslarda fotolar paylaşılır, hər fotoya fərqli münasibət sərgilənir. Bəzən vətəndaşlar dövlət bayrağımızın şəhid atasına, anasına və ya ailə üzvlərindən başqa birisinə icra başçısı, icra nümayəndələrinin təqdim etdiyini qınayır, tənqid edirlər. Tənqid hədəfi birbaşa icra başçısı və ya hansısa məmur deyil, tənqidə məruz qalan bu şəxslərin dəfnin ağır ab-havasına uyum saxlamamalarıdır. Kədərdən beli bükülmüş şəhid atasının qarşısında dayanan məmurun ütülü görünüşü, şıq görünüşü, kostyumu, qalstuku, səliqə ilə daranmış saçları ümumi mənzərəyə yad görünür və bu da insanlarda qıcıq yaradır.
Əksəriyyət belə hesab edir ki, şəhid valideyninə dövlət bayrağını səngər yoldaşlarından biri, əsgər, yaxud zabit heyətindən birisi təqdim etməlidir. Bir halda ki, şəhidin cənazəsini əsgərlər çiyinlərinə alıb gətirir, dövlət bayrağını da onlar təqdim etsin. Məmurların şəhid dəfnindəki soyuq davranışı sosial şəbəkələrdə tənqid olunur, onlar haqqında “heç olmasa, sifətlərinə kədərli ifadə versinlər”, “adicə empatiya qurmaq bacarıqları da yoxdur, qalmışdı hələ rəhbər olsunlar”, kimi sözlər yazılır. Məlumdur ki, empatiya - özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini də ehtiva edir. Yəni “dərdin mənim dərdimdir”, demək və bunu əyani nümayiş etdirmək. İcra hakimiyyətləri nümayəndələri məhz bu empatiyanı qura bilməməkdə günahlandırılır. Halbuki, paytaxtda, bölgələrdə də rayon icra hakimiyyətləri şəhid dəfnlərinin, yas mərasimlərinin təşkilində aparıcı rola malikdir. Bəs niyə onlara qarşı antipatiya mövcuddur?
DİA.AZ-ın məlumatına görə, ictimai xadim Azər Allahverənov “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu, şəhidlərlə bağlı olduğu üçün həssas mövzudur:
- Məsələ bundadır ki, dövlət bayrağının kim tərəfindən, necə təqdim olunmasıyla bağlı hə hansı protokol qaydası, təqdimetmə üsulu yoxdur. Problem məsələyə hansı baxış bucağından baxılmasındadır. Şəxsən mənim üçün bayrağın kim tərəfindən təqdim edilməsi önəmli deyil. Əsas, müqəddəs saydığımız dövlət bayrağının təqdim edilməsidir, yəni əsas bayraqdır! Mən də izləyirəm, görürəm, xoşagəlməz statuslar paylaşılır. Tutaq, kiminsə mimikasında kədər yoxdu, məhz o anı tutur, onu da paylaşır, tirajlayırlar. Hesab edirəm ki, bu, qərəzli yanaşmadır. Konkret hansısa icra hakimiyyəti başçısı hədəfə alınır, qınaq obyektinə çevrilir, barəsində qeyri-etik ifadələr işlədilməyə başlanır. Bu, doğru deyil və burada aşkar qərəz var. 1990-cı illəri yadımıza salaq.
Şəhidlərin dəfn mərasimlərində icra başçıları çoxmu iştirak edirdi? Mənim bibim oğlu şəhid olmuşdu, icra başçısı handan-hana “ayılıb”, üzr istəyirəm, bir dana göndərdi, atam geri qaytardı ki, ehtiyac yoxdu. Yəni biz həmin günləri də görmüşük. Getdikcə, şəhidlərin dəfniylə bağlı müəyyən qaydalar formalaşmağa başladı. İndi icra başçıları, məmurlar, millət vəkilləri də yas mərasimlərində iştirak edir. Burada qərəz axtarmaq, kiminsə duruşunu, üzündəki hansısa ifadəni əldə bayraq edib tənqidə məruz qoymaq, bunu gündəmə çevirmək bizə yaraşmaz. Nəzərə almalıyıq ki, şəhid ailəsi onsuz da kədərlidir, hüzünlüdür, psixoloji sarsıntı içindədirlər.
Belə vəziyyətdə bir tərəfdən kimlərsə “filankəs ağlamadı, dərdinə şərik olmadı” deyib onları əlavə basqı altına salmamalıdır. Sosial qruplar arasında aqressivliyə səbəb olacaq paylaşımlar da yanlışdır. İndiki halda biz cəmiyyət olaraq həmrəylik nümayiş etdirməliyik. Bölücülük aparmamalıyıq. Önəmli olan nəyin uğrunda şəhidliyə ucalmaqdır. Bayrağın kim tərəfindən təqdim edildiyi yox.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06 |
|
|
|
• "Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02 |
|
|
|
• Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32 |
|
|
|
• Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31 |
|
|
|
• Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27 |
|
|
|
• Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16 |
|
|
|
• Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13 |
|
|
|
• İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01 |
|
|
|
• Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55 |
|
|
|
• İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49 |
|
|
|
• Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47 |
|
|
|
• "Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40 |
|
|
|
• Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33 |
|
|
|
• Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24 |
|
|
|
• Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16 |
|
|
|
• Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01 |
|
|
|
• Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00 |
|
|
|
• Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51 |
|
|
|
• Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43 |
|
|
|
• Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37 |
|
|
|
• Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36 |
|
|
|
• Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30 |
|
|
|
• Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15 |
|
|
|
• Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13 |
|
|
|
• Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12 |
|
|
|
• İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10 |
|
|
|
• Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Dünən, 14:59 |
|
|
|
• İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Dünən, 14:02 |
|
|
|
• Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Dünən, 13:58 |
|
|
|
• Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Dünən, 13:09 |
|
|
|
• Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Dünən, 13:08 |
|
|
|
• Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Dünən, 13:05 |
|
|
|
• Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Dünən, 13:00 |
|
|
|
• “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Dünən, 12:57 |
|
|
|
• “Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Dünən, 12:55 |
|
|
|
• Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Dünən, 12:48 |
|
|
|
• Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Dünən, 12:45 |
|
|
|
• Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Dünən, 12:42 |
|
|
|
• Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Dünən, 12:34 |
|
|
|
• "Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Dünən, 12:28 |
|
|
|
• Serdar Ortaça 10 ay həbs cəzası verilib
Dünən, 12:26 |
|
|
|
• İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Dünən, 12:21 |
|
|
|
• Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Dünən, 12:15 |
|
|
|
• "Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Dünən, 12:10 |
|
|
|
• Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Dünən, 12:07 |
|
|
|
|