Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                 

Siyasi partiyalarla bağlı mənzərəni dəyişmək lazımdır - ÇAĞIRIŞ
Tarix: 25-08-2022, 08:42 | Çap et
Siyasi partiyalarla bağlı mənzərəni dəyişmək lazımdır
Rusiyada çar rejiminin yıxılmasından sonra xalqımız Azərbaycan Xalq Cümhuriyyətini qurmaqla türk-islam dünyasında ilkə imza atdı. Milli dövlətin yaradılması Azərbaycan xalqına öz taleyinə sahiblik imkanı verərək, inkişaf yolunda son dərəcə mühüm mərhələ oldu. Parlamentdə qəbul edilən qanunlar və hökumətin qərarları insan hüquq və azadlıqlarının qorunması baxımından dövrün ən mütərəqqi qanunvericilik aktları sırasında yer almaqdadır. AXC-də qadınlara seçki hüququnun verilməsi isə nəinki müsəlman Şərqində, hətta Avropanın bir çox sivil dövlətlərində nümunəvi addım sayılırdı. Cümhuriyyət dönəmində partiyalaşma prosesinin vüsət alması, siyasi təşkilatların sayının artması da əhalinin siyasi fəallığı ilə izah olunurdu. Təəssüf ki, 1920-ci il aprelin 27-də baş verən bolşevik işğalı bu inkişafın qarşısını aldı. Azərbaycanda sovet hakimiyyətinin mövcud olduğu təqribən 70 il ərzində totalitar sistemlərə xas idarəetmə tətbiq olundu. 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə xalqımız yenidən öz taleyinin sahibi oldu. Qısa zamanda yeni siyasi partiyalar, mərkəzçi, sağçı, milli ideyalar gündəmə gəldi. Lakin siyasi partiyaların sayı durmadan artsa da, çoxpartiyalılıq formalaşsa da, cəmiyyətin siyasi fəallığı kifayət qədər artmadı. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların 58-i rəsmi dövlət qeydiyyatındadır. Bəzi siyasi partiyalar ictimai həyatda fəal şəkildə iştirak etsə də, əksəriyyətinin fəaliyyəti yalnız kağız üzərindədir. Ekspertlərin fikrincə, ölkəmizdə partiyaların siyasi iş aparması üçün ciddi maddi-texniki bazası yoxdur. Siyasi partiyaların iş aparması üçün hüquqi baza da yetərsizdir. Hesab edilir ki, əgər proporsional seçki sistemi olsaydı, partiyaların rolu da, vətəndaşların partiyalara marağı artmış olardı. Bunların heç biri olmadığı üçün əhalinin siyasi partiyalaşma meyli çox aşağıdır. Partiyalar ölkənin siyasi sistemində ciddi rol oynamırsa, vətəndaşların da partiyalara qoşulmağı mənasız görsənir.
diaaz.space-ın məlumatına görə, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Sherg.az"a açıqlamasında deyib ki, bütün cəmiyyətlərdə siyasi partiyalar cəmiyyətin əsas barometri hesab olunur. Professorun sözlərinə görə, partiyalar cəmiyyətin hakimiyyətə və dövlətə olan münasibətlərinin siyasi inikasıdır: “Partiyalar adətən iki qrupa bölünürlər – iqtidar və müxalifət partiyaları. Amma Azərbaycanda qeyri-adi vəziyyət yaranıb. Rəsmi qeydiyyatdan 60-a yaxın partiya keçsə də, əksəriyyəti bir-iki adamdan ibarətdir. 60 siyasi partiya onminlərlə mənsublarının olduqlarını iddia edirlər. Ancaq maraqlıdır ki, Azərbaycanda onların iddia etdiyi qədər siyasi fəal yoxdur. Statistikaya görə, əhalinin 10 faizdən çoxu bu və ya digər partiyaların üzvüdür. Ölkədə üzdə olan 5-6 siyasi partiya var. Onlar da sədr və müavinlərdən ibarətdir. Milli Məclisdə təmsil olunan siyasi partiyalarda da vəziyyət eynidir. Əlbəttə, bu mənzərəni dəyişmək lazımdır. Cəmiyyətdə vətəndaşların sosial-siyasi fəallığının, həmrəyliyinin artırılması üçün ciddi addımlar atılmalıdır. Bunun üçün ilk növbədə siyasi partiyaların tutarlı ideyaları olmalıdır. Hər partiyanın nizamnaməsində konkret olaraq hansı ideyaya xidmət göstərməsi qeyd olunmalıdır. Sovet imperiyasının sonlarına doğru partiya yaratmaq niyyətində olanlar öz ideyalarını açıq şəkildə bəyan edirdilər. Məsələn, milli istiqlalçılıq, vətəndaş həmrəyliyi, müsavatçılıq və s. siyasi ideyalar gündəmə gətirilir və cəmiyyətdə aktiv təbliğ olunurdu. İnsanların siyasiləşməsi, onlarda siyasi təfəkkür formalaşması üçün cəhdlər göstərilirdi. Azərbaycan 30 ildən artıqdır müstəqildir və bu müddət ərzində ideyasız partiyaların sayı daha da çoxalıb. Mənim düşüncəmə görə, kiçik partiyalar birləşməlidir və ölkədə 3-4 siyasi partiya olmalıdır. Xatırlayırsızsa, bir neçə iqtidaryönlü partiyalar hakim Yeni Azərbaycan Partiyasına birləşmək qərarı aldılar. Müxalifətdə olan sağçılar, solçular iki-üç partiyada cəmləşə bilərlər. Kiçik cəmiyyətlərdə bu qədər fikir müxtəlifliyinə yer yoxdur. Əgər bir millətin 60 siyasi partiyası varsa, deməli, xalq arasında 60 fərqli ideya var. Elə bunun özü bu qədər siyasi ideyanın olmadığına dəlalət edir. Mərkəzçi, sağçı, solçu, bir də sosial və ekoloji məsələlərlə bağlı ayrıca partiyaların fəaliyyət göstərməsi daha məqsədəuyğun olar”.
C.Nuriyevə görə, əksər ölkələrdə keçid dövründə partiyaların sayı çoxalıb, lakin getdikcə sayları azalıb: “Azərbaycanda isə “yağışdan sonra çıxan göbələk” partiyaların sayı artıb. Yerindən duran özünə bir partiya yaradır və özünü “politoloq”, “siyasi şərhçi” kimi tanıtmağa çalışır. Əksəriyyətinin biliyi, danışığı nə müasir səviyyəyə uyğundur, nə də cəmiyyət üçün faydalıdır. Əlbəttə, müxtəlif fikirlərin olması, plüralizmin inkişafı lazımdır. Ancaq insanları mənasız və əsassız çağırışlarla aldatmaq yolverilməzdir. Çoxpartiyalığı da cəmiyyətə “demokratiya” kimi sırımaq lazım deyil”.
Professorun fikrincə, destruktiv və konstruktiv müxalifəti bir-birindən ayırmaq lazımdır: “Əgər hökumətin yanlışları obyektiv tənqid olunursa, konstruktiv müxalifət formalaşar. Hamı qəbul edir ki, cəmiyyətdə siyasi rəqabət vacib amildir. Siyasi rəqabət mühiti formalaşmalıdır ki, insanların siyasi fəallığı artsın. Ağıllı fikir söyləyənlərə, faydalı təklif irəli sürənlərə qarşı “səlib yürüşü” həyata keçirilməsini də doğru saymıram. Hamını eyni cür düşünməyə məcbur etmək olmaz. Məhz belə davranış səbəbindən siyasi proseslər solğun, yekcins və cəmiyyət üçün maraqsız hala düşüb”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Bu gün, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Bu gün, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Bu gün, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Bu gün, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Bu gün, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Bu gün, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Bu gün, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Bu gün, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Bu gün, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Bu gün, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Bu gün, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Bu gün, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Bu gün, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Bu gün, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Bu gün, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Bu gün, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Bu gün, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Bu gün, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Bu gün, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gün, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru