Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                 

““Tehran uşaqları” və yaxud “moskvalılarla” bir yerdə olmağı düşünmürük" - Akif Nağıya XOŞGƏLDİN...
Tarix: 19-08-2022, 09:35 | Çap et
““Tehran uşaqları” və yaxud “moskvalılarla” bir yerdə olmağı düşünmürük"
Xəbər verdiyimiz kimi, avqustun 17-də Qarabağ Azadlıq Təşkilatı (QAT) qurultay keçirərək, Azad Vətən Partiyasına çevrildi. Qurultayda Akif Nağı yeni partiyanın sədri seçildi, partiyanın proqram və nizamnaməsi qəbul edildi, Siyasi Şurası, Nəzarət Təftiş Komissiyası təsis edildi.

Lakin müşahidələrdən belə məlum oldu ki, yeni yaranan partiyanın qurultayında heç bir digər partiyanın təmsilçisi qonaq qismində iştirak etmədi. Səbəb nədir? Mövcud partiyalar yeni partiyanı seçkilərdə rəqib, yoxsa müttəfiq kimi görür? DİA.AZ xəbər verir ki, Azad Vətən Partiyasının sədri Akif Nağı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Bəli, doğrudur ki, qurultaya heç bir partiyanı dəvət etməmişdik. Səbəb isə pandemiya ilə bağlı say məhdudiyyəti idi. Həm də qurultayın keçirildiyi məkan çox kiçik idi və biz özümüz ora güclə sığırdıq. Buna görə də nəinki partiyaları, həmçinin dost təşkilatları da dəvət etmədik. Yəni bu məsələnin hansısa siyasi səbəbi yoxdur. Bildirim ki, digər partiyalarla münasibətləri normal saxlayacağıq. Hələlik deyə bilmərik ki, gələcəkdə hansı partiya ilə daha sıx əlaqələr quracağıq. Hələ ki, partiya kimi formalaşmağa, fəaliyyətimizi ortaya qoymağa çalışırıq”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn yeni yaradılan partiya ilə bağlı fikirlərini bu cür bölüşdü: “İstənilən Azərbaycan vətəndaşının siyasi partiyalarda birləşmək hüququ var. Bizə də bu cür təşəbbüsü olan hər kəsə uğur diləmək qalır. Fikrimcə, hələlik yeni partiya tam formalaşmayıb, ona görə də necə münasibət quracağımız məlum deyil. Bununla belə, Akif Nağıya uğurlar diləyirəm”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev isə qeyd etdi ki, ölkəsinin siyasi arenasında yeni bir qüvvə ortaya çıxması sevindiricidir: “İlk öncə Akif Nağını və partiyadaşlarını təbrik edirəm. Ölkənin siyasi arenasında yeni bir qüvvə ortaya çıxırsa, buna hamımız sevinməliyik. Çünki ölkədə cəmiyyətin siyasi cəhətcə fəallaşması əslində idarəetmə sisteminin təkmilləşməsi deməkdir. Üstəlik, əgər yeni partiya gələcəkdə seçkilərdə iştirak edəcəksə, deməli, cəmiyyətin müəyyən qisminin iştirakçılığı təmin olunacaq, ictimai nəzarət daha da güclənəcək ki, bu da millətin xeyrinədir. Yeni bir partiyanın ortaya çıxması hələ onun mütləq şəkildə uğurlar qazanacağı demək deyil. Bu, fəaliyyətə, cəmiyyət tərəfindən qəbul olunmasına bağlıdır.

Təbii ki, yeni yaradılan partiyaya uğurlar arzulayırıq. Bizim bu partiya ilə gələcəkdə quracağımız münasibətlər onun fəaliyyətinə uyğun olacaq. Biz hələ bilmirik yeni partiya hansı platformadan çıxış edəcək və sairə. Ölkəmizin müəyyən dövlətlərlə münasibətləri var. Məsələn, biz partiya olaraq Rusiya və İranla yaxın münasibət quran partiyalarla məsafə saxlayırıq. Biz “Tehran uşaqları” və yaxud “moskvalılarla” bir yerdə olmağı düşünmürük. Ümumiyyətlə, bloklara qoşulmamaq siyasətini yürüdürük, lakin milli məsələlərə qarşı olan hər kəsin qarşısında dayanır və onlara qarşı mübarizə aparırıq. Ümid edirəm ki, yeni yaranan partiya milli maraqlarımızın yanında olacaq, onu müdafiə edəcək".

AĞ Partiya sədri Tural Abbaslı isə məsələyə bu cür rəy bildirdi: “Əvvəla, onu qeyd edim ki, Akif Nağının keçirdiyi qurultayda ona görə yox idik ki, dəvət olunmamışdıq. Məndə olan məlumata görə, ümumiyyətlə, qonaq qismində heç bir partiyadan nümayəndə dəvət edilməyib. Əlbəttə ki, dəvət gəlsəydi, mütləq iştirak edərdik və yeni yaranan partiyanın fəaliyyətinə uğurlar arzulayardıq.

Yeni partiyaların yaranmasını normal qəbul edirəm. Çünki hər kəsin buna hüququ çatır. Azərbaycan Konstitutsiyasında sərbəst birləşmə, eyni fikir ətrafında toplanma hüququ var. Təbii ki, onlar da öz hüquqlarından istifadə ediblər. Əlbəttə ki, istənilən yeni partiya yarananda siyasi məqsədi hakimiyyətə gəlməkdir. Yaranma təbiəti etibarı ilə bütün partiyalar rəqib olurlar. Bu rəqabətin içində bir müttəfiqlik, həmkarlıq da olur. Lakin bu, zamanla yaranır. Bu baxımdan Azad Vətən Partiyası da formalaşsın, oturuşsun, xətti və ideologiyasını bəyan etsin, yəqin ki, bundan sonra ona uyğun olaraq AĞ Partiya kimi yeni partiya ilə münasibətlərimizi qurub, formalaşdıracağıq.

İstənilən halda, Akif Nağını uzun illərdir tanıyırıq, həmçinin həmin partiyada olanların bir çoxunu tanıyır, şəxsi dostluq münasibətlərindəyik. Yəni yeni partiya haqqında qəti mənfi rəydə deyiləm. İnşallah, xeyirli-uğurlu olsun".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Bu gün, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Bu gün, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Bu gün, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Bu gün, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Bu gün, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Bu gün, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Bu gün, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Bu gün, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Bu gün, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Bu gün, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Bu gün, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Bu gün, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Bu gün, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Bu gün, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Bu gün, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Bu gün, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Bu gün, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Bu gün, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Bu gün, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gün, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru