İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                     Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                 

"Metroya, bulvara, hansısa yas, toy məclisinə hərbi geyimlə getmək etik deyil" - deputat
Tarix: 9-08-2022, 08:27 | Çap et
"Metroya, bulvara, hansısa yas, toy məclisinə hərbi geyimlə  getmək etik deyil"
Hərbi geyimi qanunsuz daşıyanlarla bağlı məsələ yenidən gündəmə gəlib. Son günlər adi vətəndaşların hərbi forma geyinərək özlərini ordu generalı, zabit kimi təqdim etməsi halları artıb. Hərbiyə aidiyyəti olmayan bu şəxslər hərbi rütbəli formalar geyinməklə sosial hesablarında şəkil və videolar paylaşır, hətta bəziləri dələduzluq edirlər. Hərbi geyimdə olan mülki şəxslərin iştirakı ilə dələduzluq hərəkətləri belə qeydə alınıb. Bir neçə gün əvvəl isə sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib.

Bu dəfə isə sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayılıb. Müdafiə Nazirliyinin məlumatına görə, sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur".
Hərbi ekspertlər hesab edir ki, hər bir forma geyinən şəxsə ayrı-ayrılıqda nəzarət etmək mümkün deyil. Bu problemdən çıxış yolu yalnız maariflənmədən keçir.

Xatırladaq ki, hərbi geyim formasını daşımaq hüququna Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi lisey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.

İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.

Hüquqşünas Əli İbrahimov hesab edir ki, hərbi geyimdən sui-istifadə edənlərin cəzalandırılması ilə bağlı tədbirlər daha da sərtləşdirilməlidir: “Bu məsələ zaman-zaman mətbuatda yer alır. Hərbi geyimə icazəsi olanlar bu formadan istifadə etməlidir. Çünki formanın özünün müəyyən tələbləri var və onu geyən şəxslər müvafiq qaydalara əməl etməlidirlər. Vətən savaşından sonra hərbi geyimdən istifadə edənlərin sayı daha da artıb. Əlbəttə ki, odlu-alovlu müharibədən çıxmış hərbçilərimizin və qazilərimizin hələ də o hisslərlə yaşadığını anlayırıq. Prinsip cəhətdən qazilərimiz hərbi geyimin qaydalarına əməl edirlər. Amma bəziləri bu formadan sui-istifadə edir və şəxsi məqsədlərini həyata keçirirlər. Hətta özlərini müharibə iştirakçıları kimi aparırlar ki, bu, yolverilməzdir. Hərbi geyimin ucuzlaşdırılmasından qazi və müharibə veteranlarının özləri də narahatdırlar”. diaaz.space xəbər verir ki, millət vəkili Fazil Mustafanın “Şərq”ə açıqlamasına görə, hərbiyə aidiyyəti olmayan şəxslərin forma geyinib şəkil, video paylaşması, şəhərdə o formada gəzməsi, guya, vətənpərvərlik nümunəsi kimi göstərilsə də, hoqqabazlıq elementidir:

“İnsanlar, hərbi, dini və başqa bir sahəyə mənsub geyimlərlə manipulyasiya edirlər. Hərbiyə aidiyyəti olmayan insanların hərbi geyimdə olması üçün müvafiq strukturların razılığı olmalıdır. Bundan əvvəlki müdafiə nazirinin dövründə millət vəkillərinin hərbi hissələrə səfərləri təşkil edilirdi. Bu səfərlər çərçivəsində biz də hərbi geyimlər geyinirdik və bu geyimlər bizə nazirlik tərəfindən təqdim olunurdu. Bu səfərlər bir növ təbliğat xarakterli olduğu üçün milət vəkili və ya digər dövlət qurumu əməkdaşlarının hərbi hissələrə gedərkən əsgərlə eyni geyimdə olmağı effektiv hal kimi dəyərləndirilirdi. Amma dələduzluq və hoqqabazlıq məqsədi ilə hərbi geyimlərdən sui-istifadə etmək yolverilməzdir. Fikir versəniz, ordudan tərxis olunmuş insanların bir qismi də özlərini göstərmək üçün hər yerə hərbi formada gedirlər. Hansı ki axtarsan, həmin şəxslərin çoxu fərari çıxar. Əsl qazilər, döyüşçülər belə şeylərlə diqqət mərkəzinə gəlməyi xoşlamırlar. Döyüş yolu keçən şəxslərin paradlarda, hərbi tədbirlərdə medallarını taxmaq üçün hərbi forma geyinməsi başadüşüləndir. Amma metroya, bulvara, hansısa yas, toy məclisinə hərbi geyimlə getmək etik deyil. Düzdür, ortada dələduzluq faktı olmadığı müddətdə hərbi geyimdə gəzdiyi üçün kimisə cəzalandırmaq doğru deyil. İnsanlarımız özləri diqqətli olmalı və bu cür həssas mövzular üzərindən reytinq yığmamalıdır. Hərbi geyim konkret xidmət göstərən insanlara aid bir formadır. Heç bir tələb olmadığı halda kimlərinsə özünü vətənpərvər kimi göstərmək üçün bu geyimi geyinməsi səmimiyyətdən uzaqdır”.

Deputat deyib ki, hərbi geyimdən dələduzluq məqsədi ilə istifadə edənlərə gəldikdə isə onlarla bağlı ciddi addımlar atılmalı, sərt cəzalandırılmalıdırlar. Bununla bağlı Cinayət Məcəlləsində müəyyən dəyişikliklər edilməlidir: “Özünü rütbəli şəxs kimi təqdim edərək şəhid ailəsini, qaziləri aldadan, onların etibarından sui-istifadə edən, bu məqsədlə insanlardan pul yığan adamlara qarşı məhkəmədə yüngülləşdirici hallar tətbiq edilməməlidir. Onlara qarşı ən ağır cəzalar verilməlidir ki, bu tendensiya ənənə halını almasın”.

Hərbi formaların açıq satışda olduğunu vurğulayan millət vəkili onları əldə etməyin elə də çətin olmadığını deyib:

“Hətta hərbiçilərin özləri belə formalarını adi mağazalardan alır deyə onun satışını məhdudlaşdırmaq mümkün deyil. Bu məsələdə cəmiyyət ayıq-sayıq olmalı, hərbi geyimlə dələduzluq edən ünsürlərin ifşasında müvafiq qurumlara dəstək verməlidir. Əgər kiminsə qonşusu bu cür fırıldaqçılıqla məşğuldursa, buna qarşı həssas olmalı və aidiyyəti qurumların diqqətinə çatdırmalıdır ki, başqaları da zərər görməsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Bu gün, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Bu gün, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Bu gün, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Bu gün, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Bu gün, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Bu gün, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Bu gün, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Bu gün, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Bu gün, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Bu gün, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Bu gün, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Bu gün, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Bu gün, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Bu gün, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gün, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru