"Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                 

YAP hakimiyyəti müxalifətlə bölüşəcəkmi? - Reaksiyalar...
Tarix: 11-06-2022, 08:32 | Çap et
YAP hakimiyyəti müxalifətlə bölüşəcəkmi?
Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn TV Musavat-ın efirində deyib ki, hakimiyyət bəzi sahələri müxalifətə verməlidir. P.Hüseyn ölkədə yaranmış bəzi problemlərdən çıxış yolu kimi prosesə müxalifətin cəlb olunmasını göstərib.

“Verin bəzi sahələri bizə. Bizə deyərkən mən nəyi nəzərdə tuturam? Siyasi partiyaları və müxalifətdə olan siyasi partiyaları. Söhbət birinci vəzifəli şəxsdən getmir ki. Adı çəkilən, tənqid olunan nazirliklər var. Hansının ictimai nəzarət şuralarına siyasi partiyalardan adam götürülüb? Hansı siyasi partiyalara müraciət edib ki, siz də bir adam verin? Verin, iştirak etsinlər. Vermirlər. Niyə qapamısız?”-o, belə deyib.

Sabiq nazirin bu fikirləri kifayət qədər geniş müzakirələr doğurub. Müxalif camiyənin digər rəhbərləri də onun fikirlərini dəstəkləyir. DİA.AZ xəbər verir ki, AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bunları dedi: “Bu fikirlərlə tam razıyam. Müxalifət partiyalarında kifayət qədər potensiallı, işini bilən, sahəsinə uyğun savadlı kadrlar var. Mövcud durumda iqtidarı düşdüyü kadr böhranından müxalifət çıxara bilər. Bir də müxalif camiyə niyə idarəetmədən kənarda qalmalıdır. Əgər məqsəd Azərbaycanın inkişafıdırsa, siyasi qurumların idarəçilikdə iştirakları təmin olunmalıdır. Burada qeyri-adi bir şey də yoxdur.

Məsələn, bizə qonşu, qardaş olan Türkiyə. Az qala parlamentin yarısından çoxu müxalifətin əlindədir. Böyük şəhər bələdiyyələrinin hamısı müxalifətin nəzarətindədir. Yerlərdə idarəçilikdə müxalifətdən kifayət qədər insanlar var. Bu, dövlətlərin xaos içərisində olduğunu göstərmir axı. Əksinə, həmin dövlətin inkişaf etdiyini göstərir. Bu nümunələrdən istifadə etmək olar. Azərbaycanda ənənə pis qoyulub. İqtidar-müxalifət münasibətləri düşmənçilik üzərində qurulduğu üçün belə mövqelər düşmənçiliklə qarşılanır. Düşünürəm ki, müxalifətin təmsilçiliyi təmin olunsa, bu həm də daxili nəzarət olardı. Rəqabət də olacaq ki, bu da inkişaf deməkdir".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev əslində bunun məsuliyyəti bölüşmək olduğunu söylədi: “Pənah Hüseynin bəzi sahələrin müxalifətə verilməsi təklifini normal qarşılayıram. Bu, vəzifə istəmək kimi deyil, məsuliyyəti bölmək və ölkənin indiki problemli vaxtında kömək əlini uzatmaq kimi qiymətləndirilməlidir. Biz hətta bu idarəçilik sistemində də rüşvət və korrupsiyadan uzaq, peşəkar və islahata daha meyilli alternativ verməyə hazırıq. Bu həm də iqtidarla müxalifət arasında formalaşan dialoq mühitinə də bir töhfə olardı”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də bu fikirləri tam dəstəkləyir: “Pənah bəyin etdiyi təklifi bizlər də səsləndirmişik. Hesab edirəm ki, Pənah bəy bu məsələni çox doğru olaraq yenidən gündəmə gətirib. Çünki müxtəlif sahələr üzrə biz görürük ki, insan resurslarında problemlər var. Müxtəlif sahələrə rəhbər təyin olunanlar oranı inkişaf etdirmək əvəzinə daha da batırırlar. Hətta korrupsiya və rüşvətə bulaşanların da sayı kifayət qədərdir. Bu həm mərkəzi, həm də yerli strukturlara təyin olunan şəxslərə aiddir. Görünən odur ki, həmin şəxslər yeni metodlarla işləməyə üstünlük vermirlər. Əksəriyyət köhnə təfəkkürdə qalan məmurlardır. Hətta bəzi sahələrə gənclər belə təyin olunursa, yenə də köhnə üsullarla işləməyə üstünlük verirlər. İnsanlarla təmasdan çəkinirlər. Problemlərin həll olunması istiqamətində doğru-dürüst addımlar atılmır. Görünən odur ki, müəyyən qədər kadr çatışmazlığı yaşanır.

Burada söhbət peşəkar kadrların çatışmazlığından gedir. Müxalifət düşərgəsində artıq uzun illərdir ki, kifayət qədər bəlli sayda mütəxəssislər var. Bu mütəxəssislər zamanında işdən çıxarılanlardır. Bəziləri yaxşı ixtisas sahibi olmalarına baxmayaraq, müxalifət partiyalarında olduqları üçün idarəçilikdə təmsil oluna bilməyiblər. Müxalifətdə olub, əslində bu xalqa xidmət etmək istəyən, sözün həqiqi mənasında xalqın xidmətçisi olmağa çalışan çoxlu sayda ciddi kadrlar var ki, bunların proseslərə cəlb olunması, dəyərləndirilmələri çox yaxşı olardı. Hansı partiyada olurlarsa olsunlar, həmin partiyaların məsuliyyəti öz üzərlərinə götürmələri kimi qayda da formalaşdırıla bilər. Milli İstiqlal Partiyasında kifayət qədər ciddi kadrlarımız var. Onların sırasında zamanında işdən çıxarılanları da, təmin olunmayanları da var. Baxmayaraq ki, öz sahələri üzrə ciddi kadrlar hesab oluna bilərlər. Amma işlə təmin olunmalarında müxalifətçi olmaları kimi problem yaşayırlar. Bu baxımdan Pənah bəyin fikirlərini tam dəstəkləyirik".

Məsələ ilə bağlı müxalifətin hakimiyyətdəki rəqibi Yeni Azərbaycan Partiyasının da mövqeyini aldıq.

Hakim partiyanın deputatı Ceyhun Məmmədov: “Əgər Pənah bəy, müxalifət ölkəni idarə etmək istəyirsə, seçkilərdə iştirak edərək, qalib gələrək idarəçilik başına keçə bilərlər. Bu, dünya təcrübəsində belədir. Təcrübə ondan ibarətdir ki, bir iqtidar, bir də müxalifət var. Müxalifət hakimiyyətə gəlmək istəyirsə, iş aparır, proseslərdə fəal iştirak edərək qalib olur, hakimiyyətə gəlir. İqtidar müxalifət olur, müxalifət iqtidar. Ya da kifayət qədər səs toplanır və koalision hökumət yaradılır. Dünya sistemində yanaşma bundan ibarətdir.

Bir məsələni də deyim ki, zaman-zaman müxtəlif yanaşmalar olub, mövqelər bildirilib. Vaxtı ilə elə Pənah Hüseynin özü, yəni təmsil etdiyi komanda Azərbaycanda hakimiyyətdə olub. Bir müddətə ölkəmizə rəhbərlik ediblər. Həmin dövrdə istədikləri, düşündükləri ideyaları, fikirləri həyata keçirə bilərdilər. Amma biz o dövrdə bunları görmədik. Həmin dövrdə Azərbaycanda çox ciddi problemlər yaşandı. Sonda ulu öndər Heydər Əliyev Bakıya dəvət olundu və sonrakı dövrdə Azərbaycan yeni bir mərhələyə qədəm qoydu. Hamıya şamil etmirəm, amma ölkəmizdə bəzən müxalifətçiliyi “ağa qara demək” kimi qəbul edənlər də var. Hakimiyyət yaxşı da, pis də nə etsə, bunu qara kimi görmək istəyənlər az deyil. Amma müxalifətçilik axı bu deyil. Hər bir ölkədə müxalifət olmalıdır. Amma bu düşərgə sağlam rəqabət aparmalıdır. Müxalifət söyüşlə, qırğınla deyil, seçkilər yolu ilə öz məqsədlərinə çatmaq üçün fəaliyyət göstərməlidir".

Deputat iqtidar-müxalifət dialoqundan da söz açdı: “Bu gün Azərbaycanda iqtidar-müxalifət dialoqu var. Ölkəmizdə bu sahədə ciddi islahatlar həyata keçirilir. Söhbət Prezident Administrasiyasında hörmətli Ədalət Vəliyevin rəhbərliyi altında şöbə yaradılıb. Prezidentin tapşırığına uyğun olaraq davamlı şəkildə partiyalarla görüşlər keçirilir, fikir mübadilələri aparılır. Hesab edirəm ki, bu gün ölkəmizdə fəaliyyət göstərən müxalif partiyaların öz daxillərində işləmələrinə böyük ehtiyac var. Məsələyə iqtidar-müxalifət dialoqunda yanaşdıqda deyə bilərik ki, gələcəkdə belə bir ehtiyac olarsa, dialoq sürətlə inkişaf edərsə, müxalifətdən kimlərsə - əlbəttə burada cənab prezidentin iradəsi, hakim partiyanın da mövqeyi önəmlidir - hansısa məsələlər üzrə töhfə verə bilərlərsə, onların prosesə cəlb olunmaları, idarəçiliyə gətirilmələri nəzərdən keçirilə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru