“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                 

“Ölkədə seçki sisteminə ictimai etimad sıfır dərəcəsindədir” - ETİRAZ
Tarix: 3-06-2022, 10:48 | Çap et
“Ölkədə seçki sisteminə ictimai etimad sıfır dərəcəsindədir”
Hazırda müşahidə olunan qlobal gərginliklər fonunda dünya düzəninin yenidən dizayn edildiyi barədə ekspertlər müxtəlif fikirlər səsləndirirlər. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibədə məğlubiyyətə uğrayacağı fikri yerli və beynəlxalq ekspertlərin əksəriyyətinin mütləq qənaətinə çevrilib. Rusiyanın məğlubiyyəti ilə geosiyasi vəziyyətin kökündən dəyişəcəyini düşünən analitiklər hesab edirlər ki, böyük güclərin formalaşdıracağı yeni dövrə bütün dövlətlər tez adaptasiya olunmaq üçün əməli addımlar atmalıdır.

Azərbaycanın müxtəlif sahələrdən olan ekspertləri də hesab edirlər ki, yeni dövr üçün siyasi, iqtisadi, sosial islahatlara, dövlət idarəçiliyi modelində dəyişikliklərə ehtiyac yaranıb. Qarabağın işğaldan azad olunmasından sonrakı mərhələ üçün ciddi islahatların əsasən idarəetmə mexanizmlərində aparılmasının labüdlüyü haqqında fikirlər səsləndirilir. DİA.AZ xəbər verir ki, Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq üzvü, vaxtilə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində təmsil olunmuş Qulamhüseyn Əlibəyli AYNA-ya müsahibəsində ölkədəki ictimai-siyasi vəziyyət, demokratiya və insan haqları sahəsində islahatlar və postmünaqişə vəziyyətində idarəçilikdə atılmalı olan addımlarla bağlı fikirlərini bölüşüb. Deyib ki, hökumətin siyasi partiyalara münasibətində müəyyən dəyişikliklər var:

- İqtidar tərəfindən partiyalarla bu və ya digər formada əlaqə saxlanılır, görüşlər keçirilir, müzakirələr aparılır. Bu, özlüyündə müsbət hadisədir. Amma bütövlükdə ölkədaxili siyasətdə, xüsusilə, iqtisadi-sosial siyasətdə inkişaf yoxdur. Düzdür, siyasi islahatlar aparılır, amma bu, yetərincə deyil. İslahatlar siyasi sistemin elementi olan siyasi partiyaların fəaliyyətini genişləndirmək, müxalifətin yerini, hüquqi statusunu dəqiq müəyyənləşdirmək istiqamətində olmalıdır.

Seçki sistemində bir çox dəyişikliklərə ehtiyac var. Bu gün seçki komissiyalarına hakimiyyətin etimadı var, amma ictimai etimad sıfır dərəcəsindədir. Elə bir forma tapmaq lazımdır ki, bütün siyasi qüvvələr seçki komissiyalarına, seçkilərin təşkili və keçirilməsinə etimad göstərsinlər. Etimad olmadığı təqdirdə seçkilərin nəticələri hər zaman mübahisə doğuracaq. Avropa Məhkəməsi də bu baxımdan Azərbaycanla bağlı çoxsaylı mənfi qərarlar qəbul edir. Hesab edirəm ki, bunlar nəzərə alınmalı, seçki qanunvericiliyi sahəsində islahatlar həyata keçirilməlidir. Siyasi partiyaların rolunu yüksəltmək üçün müəyyən addımlar atılmalıdır.

- Bu islahatların həyata keçirilməsi üçün referenduma gərək varmı?

- Sadaladığım məsələlər, hesab edirəm ki, referendum tələb edən məsələlər deyil. Referendum tələb edən yeganə məsələ seçki sisteminin dəyişdirilməsi ilə bağlı məsələdir. Azərbaycanda indi yalnız mojaritar seçki sistemidir ki, bunun dəyişdirilməsi üçün - ya proporsional seçki sistemi, yaxud qarışıq (həm mojaritar, həm proporsional) sistem üçün mütləq Konstitusiyaya dəyişiklik olunmalıdır. Bu isə referendum tələb edir.

Milli Məclis üzvlərinin sayının artırılması məsələsi də gündəmə gətirilir. Prinsip etibarilə buna müsbət yanaşmaq olar. Çünki parlament təmsilçilik normaları əsasında formalaşan orqandır. Vaxtaşırı olaraq o təmsilçilik norması dəyişir. Əhalinin sayında hər il artım qeydə alınır. Milli Məclisin 1995-ci ildə olan təmsilçilik normasında artım var. Bu məsələyə də prinsip etibarilə baxmaq olar. Lakin hesab edirəm ki, deputat sayının artırılması ən önəmli məsələ də deyil. Seçki sisteminin dəyişdirilməsi isə son dərəcə əhəmiyyətlidir.

Qayıdıram sosial-iqtisadi vəziyyətlə bağlı məsələyə ki, bu sahədə xeyli problemlər var. Düzdür, hər yeni gələn kadrlar inkişafla bağlı müəyyən vədlər verirlər, amma irəliləyişi görmürük. Bu sahədə problemlər həddən artıq çoxdur, yaxın zamanlarda aradan qalxacağı ehtimalı da görünmür. Məncə, bu sahədə ciddi və əsaslı dəyişikliklərə ehtiyac var.

- Xarici siyasəti necə dəyərləndirirsiniz?

- Xarici siyasətdə hakimiyyətin tutduğu hazırkı mövqe prinsip etibarilə məqbuldur. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan sözsüz ki, yeni geosiyasi reallıqlar yarada bilib. Artıq dünya da yeni reallıqlarla demək olar ki, razılaşıb. Xarici siyasətin istiqamətini düzgün sayıram. Amma burada da bir məsələ narahatlıq doğurur ki, bu, Rusiya ordusunun hələ də Azərbaycan ərazilərinin müəyyən hissəsinə yerləşməsidir. Düşünürəm ki, Qarabağdakı rus hərbçilər sülhyaratma missiyasından kənara çıxır, ermənilərin təzədən qızışdırılması, silahlandırılması, bizim üzərimizə salması istiqamətində fəaliyyət göstərirlər.

Azərbaycan dövləti bu məsələdə susqunluqdan əl çəkməlidir. Vaxtaşırı olaraq Rusiya hərbçilərinin çıxarılması məsələsini gündəmə gətirmək lazımdır. Yaxud da Qarabağdakı hərbi missiyanın statusunu dövlətlərarası sənədlərlə dəqiqləşdirmək olar. Sənəddə konkret olaraq göstərilməlidir ki, onlar nə iş görməlidirlər, nəyi etməməlidirlər, missiyadan kənara çıxsalar, Azərbaycan hansı addım ata bilər və s. Çünki cəmiyyətin əksər hissəsində Rusiya hərbçilərinin Qarabağdakı fəaliyyəti ilə bağlı narazılıq və narahatlıq var.

- Söylədiyiniz sahələrdə islahatların həyata keçirilməsi üçün Azərbaycan hökumətinin siyasi iradəsi, gücü varmı?

- Siyasi iradəni dövlət başçısı nümayiş etdirir. Prezident dəfələrlə bildirib ki, bu islahatları keçirmək niyyətindədir. Bu istiqamətdə müəyyən işlər də görülüb. Bayaq qeyd etdim, siyasi partiyalarla münasibətlərin normallaşdırılması müsbət addımdır. Amma bu sahədə islahat tam şəkildə başa çatmayıb. Siyasi iradə var, lakin bunun reallaşması sürətlənməlidir.

- Sizcə, islahatların sürətlənməsinə mane olan amillər nələrdir?

- Hesab edirəm ki, bu, ilk növbədə İkinci Qarabağ müharibəsi ilə bağlı olan məsələdir. Ərazilərimizin işğaldan azad edilməsi əsas diqqəti diplomatik cəbhəyə yönəltməyə məcbur edir. Hakimiyyət hərbi sahədə qazandığı uğurları diplomatik sahədə möhkəmləndirmək, qalan məsələləri diplomatik yolla addım-addım həyata keçirmək istəyir.

İkincisi, bürokratiya deyilən bir amil var. İcra hakimiyyəti sistemi, idarəetmə qurumları istər-istəməz islahatlara müqavimət göstərir. Bu müqavimət bəzən şüursuz, bəzən də şüurlu şəkildə həyata keçirilir. Uzun müddət Azərbaycanda "beşinci kolon" adlanan qüvvələr vəzifədə olub. Bu gücün də başında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin olduğu deyilir. Uzun müddət bu qüvvələr islahatların qarşısında dayandılar. Hesab edirəm ki, indi o bürokratiyanın da müqavimətini qırmaq olar. Prezident məsələni qəti şəkildə qoysa, bürokratiyanın da, "beşinci kolon"un da, digər qüvvələrin də müqavimətini sındırmaq olar. Görünür, hökumət üçün siyasi islahatlar bu gün prioritet istiqamət deyil.

- Siyasi müşahidəçilər hazırda yeni dünya düzəni formalaşdırıldığı qənaətindədirlər. Necə hesab edirsiniz, Azərbaycan yeni dövrə adaptasiya oluna bilmək üçün hansı hazırlıqları görməlidir?

- Yeni dünya düzəninin formalaşması doğrudan da labüd görünür. Azərbaycan yeni qlobal sistemə adaptasiya olunmaq istiqamətində artıq müəyyən addımlar atır. Qərb tərəfindən demokratiyanın inkişafı üçün çağırışlar edilir. Bilirsiniz, məsələ təkcə demokratiya, insan haqları məsələsi deyil. Qərb ölkələrinin siyasətində ilk növbədə geosiyasi amillər üstünlük təşkil edir. Daha sonra enerji təhlükəsizliyi amilləri dayanır. Demokratiya və insan haqları məsələsi Qərb gücləri üçün sonra gələn məsələlərdir. Siyasi şəraitdən asılı olaraq insan hüquqları məsələsi bir az qabağa çəkilir. Bu gün Azərbaycan Qərb üçün, ABŞ üçün enerji təhlükəsizliyi baxımından cəlbedicidir. Bu baxımdan, Qərb Azərbaycandan hazırda enerji təhlükəsizliyi istiqamətində real hərəkət gözləyir. Demokratiya və insan haqları məsələsi ötən əsrin 90-cı illərində cəlbedici görünürdü. Bu gün bu məsələ Qərbin siyasətinin əsas istiqaməti deyil. Sadəcə olaraq demokratiya və insan haqları məsələsindən zaman-zaman dövlətlərə, o cümlədən Azərbaycana qarşı müəyyən təzyiq vasitəsi kimi istifadə edilir.

- Bizdə demokratiya və insan haqları sahəsində problemlər var axı...

- Təbii ki, var. Mən deməzdim ki, bu istiqaməti əllərində alət kimi tutub, qəsdlə təzyiqlər edirlər. Əlbəttə, əllərində əsas mövcuddur. Bu gün Azərbaycanda insan haqları ilə bağlı xeyli problemlər var. Xüsusilə icra strukturları, hüquq-mühafizə sistemi, məhkəmə-hüquq sistemi ilə bağlı ciddi problemlər var. Bunlar aradan qalxmalıdır. Bir neçə il əvvəl insan haqları sahəsində milli proqram qəbul olundu. Onların bəziləri yerinə yetirilib, bəziləri yerinə yetirilməmiş qalır. Qanunvericilikdə dəyişikliklər edildi, amma problemlər həllini tapmadı. Görünür, təkcə qanunvericilikdə dəyişikliklər kifayət etmir. Deməli, icra orqanlarının rəhbərlərinə qarşı münasibətdə də sərt mövqeyə ehtiyac var. Hesab edirəm ki, gec-tez bu münasibət olacaq.

Məsələn, bir neçə icra başçısına qarşı sərt mövqe göstərildi, həbslər oldu. Sonra həmin dalğa dayandı. Bununla korrupsiyanın qarşısı alınmış sayıla bilməz. Digər icra strukturları barədə də əsaslı tədbirlər görülməlidir. Prezident özü də dəfələrlə bildirib ki, icra strukturlarında rüşvət və korrupsiya halları var. Korrupsiya aradan qalxandan, məhkəmə-hüquq sistemi düzələndən, demokratiya və insan haqları ilə bağlı problem həllini tapandan sonra onlardan istifadə edərək ölkəyə təzyiqlər də aradan qalxacaq. Məsələ burasındadır ki, bizdə problemlər var və müəyyən beynəlxalq dairələr bunları əldə əsas tutaraq müxtəlif formalarda yararlanmaq istəyirlər.

- Hazırda Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi, sülhün əldə olunması istiqamətində diplomatik danışıqlar aparılır. Sizcə, sonucda bu, yekun sülhə gətirib çıxaracaqmı?

- Sülhün əldə olunması bir qədər qəlizdir. Məsələ burasındadır ki, Rusiya bölgədə daha uzunmüddətli qalması üçün çalışır ki, yekun sülh olmasın. Bu baxımdan, müəyyən təxribatlar olacaq və o təxribatlarda Rusiya hərbçilərinin iştirakı şübhə doğurmayacaq. Amma başqa bir amil ondan ibarətdir ki, Rusiyanın regionda təsirləri getdikcə azalmağa doğru gedir. Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində işə başlayıb, Brüsseldə liderlərin Rusiyasız üç görüşü keçirilib, müəyyən razılıqlar əldə edilib. Demək olar ki, Avropa İttifaqının regiona təsiri Rusiyanı üstələməyə doğru gedir. Ermənistan hakimiyyətinin də Rusiyadan uzaqlaşmaq meyilləri müşahidə olunur. Amma hər halda Rusiyanın Ermənistana qarşı hələ də güclü təzyiq rıçaqları qalmaqdadır. Həm iqtisadi, həm hərbi sahədə Ermənistanın Rusiyadan asılılığı qalır. Rusiya çalışacaq ki, bu vasitələrdən istifadə edərək sülh prosesinə mane olsun.

İndi Ermənistan müəyyən razılaşmaları qəbul edir. Artıq sərhədlərin delimitasiyası ilə bağlı ilkin addımlar da atılıb, Birgə Sərhəd Komissiyası, kommunikasiyalar üzrə Komissiya işlər görür. Ermənistan nə qədər boyun qaçırmağa çalışsa da, gec-tez razılaşmaya gələcək. Sülhün yaranmasında Avropa da, ABŞ da maraqlı görünür. İstəyirlər ki, Ermənistanla Azərbaycan Rusiyanın vasitəçiliyi olmadan razılığa gəlsin. Hesab edirəm ki, proses ləng gedəcək, amma son nəticədə Rusiya prosesi poza bilməyəcək. Amma onu demək ki, 10 gündən sonra sülh sazişi imzalanacaq - bu, real yanaşma deyil. Hər halda yekun sülhün imzalanması xeyli müddət çəkəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru