Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                 

“Bu, ədalətsizlikdir və məsələ tezliklə öz həllini tapmalıdır” - Deputatdan ETİRAZ
Tarix: 19-05-2022, 09:24 | Çap et
“Bu, ədalətsizlikdir və məsələ tezliklə öz həllini tapmalıdır”
Bugünlərdə uzun illərdir Milli Məclisin Aparat rəhbəri postunda fəaliyyət göstərmiş Səfa Mirzəyev vəzifəsindən gedib. Onun yerinə 1989-cu il doğumlu Fərid Hacıyev təyin edilib. 1990-95-ci illərdə deputat olmuş xeyli insan iddia edirdi ki, onların deputat pensiyalarının verilməməsinin, əmək fəaliyyətlərinin düzgün hesablanmamasının səbəbkarı Səfa Mirzəyevdir. Məlum qanun layihəsinin müəllifinin o olduğu deyilirdi.

Bugünlərdə Milli Məclisin sabiq sədri İsa Qəmbərə pensiya verilmədiyi, cəmi 180 manat müavinət təyin edildiyi məsələsinin ortaya çıxması və gündəmin müzakirə mövzularından birinə çevrilməsi həmin deputatların pensiya alması məsələsini aktuallaşdırıb. Bəs Səfa Mirzəyevin vəzifədən getməsi həmin qanunda dəyişikliyə səbəb olacaqmı? Qanunun 1990-95-ci illərdə fəaliyyət göstərmiş deputatlara da şamil edilməsi üçün hansısa addımlar atılması mümkündürmü?

Milli Məclisin deputatı Razi Nurullayev bildirdi ki, 1990-1995-ci illərdə deputat olmuş şəxslərin, xüsusən də istiqlalçı deputatların pensiyası məsələsi ilə bağlı indiyə qədər parlamentdə iki dəfə danışıb, təklif verib: “Bəyan etmişəm və indi də bu mövqedəyəm ki, həmin şəxslərin keçmiş deputat kimi pensiya almaq hüququ tanınmalıdır. O şəxslər deputat olub və qanunvericilikdə dəyişiklik edib onlara kömək etmək lazımdır ki, sabiq deputat kimi pensiya ala bilsinlər. Həmin deputatların bir çoxu çox ağır bir dövrdən, ağır məhrumiyyətlərdən keçərək Azərbaycanın müstəqilliyi üçün qərarlar qəbul ediblər, fəaliyyət göstəriblər. Mən xüsusilə buna görə o şəxslərə pensiya almaları məsələsində dəstək verirəm”.

R.Nurullayev qeyd etdi ki, 1990-1995-ci illərdə deputat olmuş şəxslərə deputat pensiyasının verilməsinin qarşısını kəsən məlum qanunun qəbul edilməsində Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzyevin günahlandırılması düzgün deyil: “Səfa Mirzəyev bu kimi məsələlərdən uzaq adam olub. Eyni zamanda Milli Məclis Aparatının rəhbəri qanun qəbul etmir. Sözügedən məsələ aparat rəhbərindən asılı olan məsələ deyil. Qanunvericilik təşəbbüsü ilə deputatlar çıxış edir. O qərarı Səfa müəllim verməyib, məsələdə siyasi çalar da var idi. Bu baxımdan da düşünmək lazım deyil ki, Səfa Mirzəyev vəzifədən gedibsə, haqqında söhbət gedən məsələ dərhal həllini tapacaq”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirdi ki, qanunun hazırlanmasında hansısa şəxsi günahlandırmaq yanlışdır. Bu cür məsələlər bilavasitə qanunlarla tənzimlənir və qanun layihələrini ya aidiyyəti dövlət qurumları hazırlayır, ya da Milli Məclisin komitələri qanun layihələri hazırlayıb təqdim edir: “Bu məsələdə biz hər birimiz diqqətli olmalıyıq. Bu proses ümumi qanunvericiliyə uyğun olaraq tənzimlənir.

Amma burada bir məsələ var ki, ümumiyyətlə, dövlət qulluğunda işləyən insanların fəaliyyətinin qiymətləndirilməsi, o cümlədən 1990-95-ci illərdə fəaliyyət göstərmiş deputatlarla da bağlı məsələ diqqətdə saxlanılmalıdır. Bizim bəzi həmkarlarımız bu məsələyə toxunublar və mümkün qədər biz bu məsələni nəzərə almalıyıq".

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı isə bildirib ki, deputat statusu və deputat hüquqları ilə bağlı qanunlar nədənsə yalnız konstitusiyanın qəbulundan sonrakı dövrə, yəni 1995-ci ildən sonraya aid edilir. Amma bu insanlar 1990-cı ildə daha çətin şəraitdə Milli Məclisə seçiliblər və o dövrdə parlamentdə çox mühüm qərarların qəbul olunmasında xidmətləri olub: “Mən başqa məsələləri deyə bilmərəm, təbii ki, konstitusiyanın öz tələbləri var və ondan sonra bir çox sahələrdə nizam yaranır. Ancaq Məclis məsələsi tamamilə ayrı məsələdir. Məclisin fəaliyyəti bütün dövrlərdə 1990, 1995-ci il və sonralar da qırılmaz bir xətt üzrə inkişaf edib. Ona görə də 1990-cı ildə seçilən millət vəkillərinin ümumi qanundan kənarda saxlanılmasını, təqaüd məsələsində onların hüquqlarının tanınmamasını düzgün hesab etmirəm. Dəfələrlə demişik ki, deputatların təqaüd məsələsi eyni zamanda 1995-ci ildən əvvəlki milli şuranın üzvlərinə də aid edilsin. Təəssüf ki, bu söz qulaqardına vurulur, ya Cənab Prezidentə çatdırılmır, yaxud mane olan başqa qüvvələr olur.

Bizim bu deputatlara təqaüd verilməsi ilə bağlı qaldırdığımız məsələ, xahişlərimiz havadan asılı vəziyyətdə qaldı. Onlardan neçə nəfər ehtiyac içində dünyasını dəyişdi. Bu gün həmin tərkibdən yaşayan cəmi 4-5 nəfər qalıb. Onlara təqaüd verməklə dövlət kasıblamaz. Bu bir haqqın, ədalətin bərpasıdır. İndiki millət vəkilləri üçün də çox xoş olar. Mənim o dövrkü millət vəkili həmkarlarımın bu gün 180, yaxud 280 manatlıq təqaüdlə sıxıntı içində yaşadığını, amma bizim normal təqaüd aldığımızı eşidəndə mənəvi üzüntü yaşayıram. Bu, ədalətsizlikdir və məsələ tezliklə öz həllini tapmalıdır.

Konstitusiya 1995-ci ildə qəbul olunsa da, dövlətçiliyin bərpası məntiqinə söykənirdi. 1990-cı ildə dövlət müstəqilliyinin bərpası haqqında bəyanat qəbul olunub, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyi bərpa edilib, sonrakı proseslər də müstəqilliyin bərpası və möhkəmlənməsi istiqamətində gedib. Ona görə də o konstitusiya yeni bir sistem, dövlət yaratmır. Əslində əvvəlki dövrün davamıdır. Bu səbəbdən də 1990-cı illə 1995-ci il arasında uçurum yaratmaq, sanki hər şey tamam yenidən başlayıb məntiqi doğru deyil".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru