Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                 

"Ermənistan tərəfi yaxşı başa düşməlidir ki..." - deputat
Tarix: 26-04-2022, 08:55 | Çap et
"Ermənistan tərəfi yaxşı başa düşməlidir ki..."
Prezident İlham Əliyev ötən həftə Şuşada keçirilən Dünya Azərbaycanlılarının 5-ci Qurultayındakı - Zəfər Qurultayındakı - çıxışında bir neçə vacib istiqamətlərlə bağlı danışdı. Onlardan ən əsası Ermənistanla sülh müqaviləsi haqda olandır.

Prezident deyib ki, yaxın vaxtlarda Ermənistanla 5 bənddən ibarət sülh müqaviləsi imzalana bilər. Sitat: “Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə biz hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik və Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik”. Dövlət başçısı çıxışında daha sonra deyib ki, hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır. Dövlət başçısı bildirib ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil.

Sitat: “Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk”.

İlham Əliyev növbəti dəfə revanşistlərə ciddi ismarış yollayıb: “Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, (sülh müqaviləsi-red.) Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”. Beləliklə, İlham Əliyev Azərbaycanın mövqeyini tam ortaya qoydu və Ermənistanla sülh müqaviləsinin imzalanacağı zamanın o qədər də uzaqda olmadığını bildirdi. Bəs bu perspektivə Rusiyadan təhdid varmı? Kreml Ermənistanla Azərbaycan arasında sülhün olmaması üçün hərəkətə keçə bilərmi? Yoxsa əksinə, Putin hakimiyyəti bu məsələdə sülhdən yanadır? Qərbin mövqeyi necə olacaq? Avropa Birliyi, ABŞ, Böyük Britaniya Cənubi Qafqazda sülhün yaranmasını, Qarabağ məsələsinin birdəfəlik həll edilməsini istəyirlərmi? Bütün hallarda Azərbaycan Ermənistanı sülhə vadar etməlidir - ya danışıqlarla, ya dəmir yumruqla. Bu arada, aprelin 23-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Ötən gün axşam saatlarında məlum oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. “Yeni Müsavat” xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub. Prezident İlham Əliyev sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğulayıb, ölkəmizin Ermənistanla danışıqlara hazır olduğunu qeyd edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Göründüyü kimi, həm Rusiya, həm də Avropa İttifaqı “növbəli şəkildə” Bakı və İrəvanla təmasları davam etdirirlər. Eyni zamanda Rusiya təmsilçisinin Azərbaycana gəlişində Prezident Əliyevin Şuşa xəbərdarlığının da xüsusi rol oynadığı şübhəsizdir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən Zəfər Qurultayında söylədiyi nitq əslində yeni tarixi mərhələdə qarşımızda duran milli və qlobal çağırışlarla bağlı bir növ fəaliyyət proqramı idi. Bu xüsusda dövlət başçısının postmüharibə mərhələsinin reallıqlarına toxunması və Ermənistan - Azərbaycan münasibətlərinin mümkün inkişaf perespektivlərini dəyərəndirməsi ayrıca əhəmiyyət kəsb edir”. diaaz.space xəbər verir ki, deputat Hikmət Babaoğlu bu sözləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Onun fikrincə, Prezidentin bu mövzuda səsləndirdiyi fikirləri iki hissəyə bölüb, hər birini ayrıca qiymətləndirmək verilən mesajları dəqiq anlamaq baxımından daha yaxşı olardı: “Birincisi, Prezident İlham Əliyev Ermənistanı sülhə çağıraraq qeyd etdi ki, bütün ağrılı məqamlara, işğala, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik. Ancaq eyni zamanda bu sülh çağırışına nə Ermənistanın, nə də beynəlxalq təşkilatların lazımi maraq göstərmədiyini bildirən İlham Əliyev daha sonra sülh gündəliyinin dəqiqləşdirilərək, ona beş maddədən ibarət real məzmun verildiyini və Ermənistanın artıq bunu qəbul etdiyini bildirdi. Müşahidələr onu deməyə əsas verir ki, 6 aprel Brüssel görüşündən sonra Paşinyanın Ermənistan parlamentindəki çıxışında səsləndirdiyi fikirlər Azərbaycan tərəfindən irəli sürülən beş bənddən ibarət təkliflər əsasında sülh danışıqlarına başlamağın mümkünlüyü ilə bağlı olsa da, sonradan onun mövqeyi tamamilə fərqli istiqamətdə dəyişdi. Ona görə də Prezident İlham Əliyev, yuxarıda qeyd etdiyimiz kimi, mümkün sülhlə bağlı fikrinin ikinci hissəsini daha sərt üslubda tamamlayaraq bildirdi ki, əgər bundan - beş bəndlik məzmun əsasında təklif edilən sülhdən - imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik”. H.Babaoğlu bu xəbərdarlığın ciddiliyinə diqqət çəkdi: “İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq, Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq. Qalib və regionda sülh istəyən ölkənin prezidenti kimi İlham Əliyevin bu fikirləri həm beynəlxalq hüquq baxımından, həm də yaranmaqda olan yeni dünya nizamı proseslərinin məntiqi baxımından tamamilə haqlı və yerindədir. Çünki sülhün əksi müharibədir və müharibədə Azərbaycanın nəyə qadir olduğunu Ermənistan hamıdan yaxşı bilir. Ona görə də sülh prosesinin, nəhayət, real siyasi-diplomatik müstəvidə həyata keçirilməsinin başqa alternativi olmamalıdır. Məsələyə Rusiya və Avropa İttifaqı prizmasından baxdıqda isə ilk baxışda hər iki tərəfin mövqeyinin yaxın olduğu, hər iki güc mərkəzinin Cənubi Qafqazda sülh istədiyi təəssüratı yaransa da, ancaq rəsmi açıqlanan mövqedən fərqli olaraq tərəflərin bu prosesdə öz maraqlarının da olduğu aydın görünür”.

Bu məqamda deputat vacib bir nüansa toxundu: “Məsələ ondadır ki, Rusiya və Avropa İttifaqı əldə ediləcək mümkün sülh prosesində öz iştirakçılıq səviyyələrini geosiyasi rəqabətlərinin tərkib hissəsi kimi görürlər. Ona görə də Moskvanın regionla bağlı hər hansı təşəbbüsü baş tutar-tutmaz Brüssel başqa bir təşəbbüslə çıxış edir və yaxud əksinə... Baxmayaraq ki, bütün təşəbbüslərdə gündəm və müzakirə olunan məsələlər bir o qədər də bir-birindən fərqlənmir. Belə yanaşma Azərbaycanın mövqeyində heç bir dəyişiklik yaratmır və yarada da bilməz. Çünki Azərbaycan qalib ölkə kimi güclüdür və nümayiş etdirdiyi real hərbi güc onun masada da siyasi-diplomatik gücünün təminatçısı kimi çıxış edir”.

Ermənistana gəldikdə, H.Babaoğlu dedi ki, burada vəziyyət tamamilə fərqlidir: “Hər şeydən öncə ona görə ki, Ermənistan məğlub ölkədir. Üstəlik, Paşinyana mümkün sülhlə bağlı daxildən və xaricdən güclü təzyiqlər mövcuddur, sülhü istəməyən çoxsaylı qüvvələr var. Bu isə Paşinyanın mövqeyində autizm-simulyasia sindromu yaradır. Yəni təzyiqlərdən simulyasiya edərək, yayınıb hər hansı real addım atmağa meyllənəndə bir də görür ki, bu baş tutmayıb və yenidən qeyri-iradi əvvəlki mövqeyinə qayıtmağa məcbur olub, eyni yerdə dönüb dolaşır. Buna diplomatiyada autizm-simulyasiya deyirlər. Ona görə də 6 apreldə ayın sonunadək delimitasiya və demarkasiya üzrə komissiya yaradılacağı ilə bağlı üzərinə götürdüyü öhdəlik belə, hələ də icra edilməmiş qalır. Azərbaycan Prezidenti isə Şarl Mişellə telefon danışığı zamanı bildirdi ki, rəsmi Bakı artıq komissiya üzvlərinin tərkibini belə müəyyənləşdirib. Görünən odur ki, sülh danışıqlarına mane olan qüvvələr var və bu da Paşinyanın tez-tez öz mövqeyini dəyişməsində bariz şəkildə özünü büruzə verir. Ancaq Azərbaycan sülhdə israrlıdır və buna nail olacaq” .

Politoloq Tural İsmayılov isə bildirdi ki, Azərbaycan qalib tərəf olaraq sülh gündəliyini müəyyənləşdirir: “Düşünürəm ki, qalib tərəf kimi bizim diqtə etdiyimiz şərtləri qəbul etməkdən başqa Ermənistanın heç bir şansı yoxdur. Ermənistanın iqtisadi və siyasi gələcəyi regional əlaqələrin və kommunikasiyanın formalaşdırılmasından asılıdır. Bundan başqa, bu prosesə maneçilik törədən qüvvələrin Ermənistandan vint kimi istifadə cəhdləri dərinləşə bilər. Çünki Rusiya bu prosesdə ikitərəfli əlaqələrdən narahat ola bilər. İki ölkənin əlaqələrinin dərinləşməsi həm də Rusiyanın və eyni zamanda digər tərəflərin regionda mövcudluğu ilə bağlı skeptikaya qapılmağına səbəb olar. Hətta qlobal siyasi sistemdə nə qədər konseptual yanaşma fərqləri olsa da, Cənubi Qafqaz regionuna yanaşmada Rusiya və Qərb ortaq yanaşma göstərirlər. Ukrayna böhranından sonra Rusiyaya qarşı bütün coğrafiyalarda tam fərqli mövqelər ortaya qoyulur artıq. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Azətbaycanla münasibətlərini dərinləşdirməyi də prosesə mühüm töhfə verir. Ermənistanla sülh prosesini sabotaj edən istənilən başqa tərəf regiondan təcrid olunacaq. Ona görə də həm Rusiya, həm də Qərb sülh prosesinə töhfə verməyə məhkumdur”.

Və həftənin ilk günü Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ikinci dəfə birbaşatelefon danışığı baş tutub. Məlumata görə, nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar. Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.

Məlum olduğu kimi, Brüssel görüşündə işçi qrupları ilə bağlı da razılaşma əldə olunmuşdu. İstisna deyil ki, Ermənistan rəhbərliyi də son radikal bəyanatlarına Bakıdan-daha doğrusu, Şuşadan - verilən cavabı, Prezident Əliyevin “SON ŞANS” haqda dediklərini nəzərə alaraq, təmaslara qərar verib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru