Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                 

"Hətta Sovet İttifaqını çökdürmək istəyərkən belə, Qərb bu şəkildə sərt addımlar atmayıb" - deputat
Tarix: 9-03-2022, 08:32 | Çap et
"Hətta Sovet İttifaqını çökdürmək istəyərkən belə, Qərb bu şəkildə sərt addımlar atmayıb"
Məlum olduğu kimi, beynəlxalq sanksiyalar fonunda bir çox qlobal brend və şirkətlər Rusiya bazarını təkr edib. Onların arasında BP, “Shell”, “Coca-Cola”, “FedEx”, “Zoom”, “SnapChat”, “Nestle”, “Dell Technology”, “Disney”, “Nokia”, “Ericsson”, “Oracle”, HP, “Honda”, “Mazda”, “Mercedes-Benz”, “Volvo”, “General Motors”, “Buick”, “Cadillac”, “Chevrolet”, “Volkswagen” “Skoda”, “Lamborghini”, “Bentley”, “Ducati”, GMC, “Audi”, “Bolt”, “Boeing” və digər nəhəng markalar yer alır. Ümumi olaraq Rusiya bazarını tərk edən beynəlxalq şirkətlərin sayı yüzlərlədir.

Bu qərar onların fəaliyyətinə və Rusiya iqtisadiyyatına nə kimi zərbələr vuracaq? DİA.AZ xəbər verir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, qlobal brendlərin və şirkətlərin ölkəni tərk etməsi Rusiya bazarına sarsıdıcı zərbələr vuracaq: “Əvvəla onu deyim ki, dünya tarixində heç vaxt bir ölkəyə qarşı bu qədər sanksiyalar tətbiq edilməyib. Buna qədər ən çox sanskiyalar İrana qarşı olub və onun da miqyası Rusiya ilə müqayisədə çox kiçikdir. Beynəlxalq brendlərin və şirkətlərin kütləvi şəkildə bir ölkəni tərk etməsi ilk belə haldır”.

“Moskva tarixdə heç zaman olmadığı qədər təzyiqlərlə üzləşib. Hətta Sovet İttifaqını çökdürmək istəyərkən belə, Qərb bu şəkildə sərt addımlar atmayıb. Bütün bunlar deməyə əsas verir ki, ABŞ və Avropa Rusiyaya qarşı mövqeyində qətiyyətlidir və yəqin ki, bu sanksiyalar hələ uzun müddət davam edəcək. Rusiya çox pis dövrə qədəm qoyub və əsas strateji məhsullarını ixrac edə bilmir”, - deyə deputat bildirib.

Həmsöhbətimiz Rusiyaya qarşı sanksiyalardan ABŞ və Avropa bazarlarının da təsirlənəcəyini deyib: “Sözsüz ki, Rusiya dünyanın ən böyük dövlətlərindən biridir və bu ölkədə iqtisadi sistemin iflic olması dünya bazarına da təsirsiz ötüşməyəcək. Amma dünya bazarının bundan itirəcəyi daha az olacaq, nəinki Rusiyanın. Təsəvvür edin ki, Rusiyanın dünyanın maliyyə bazarlarına çıxışı yoxdur, qarşılıqlı ticarət səviyyəsi minimuma enib, əksər dövlətlərlə aviasiya əlaqəsi kəsilib, hökumət büdcə vəsaitlərini müharibəyə yönəldir. Bunun bir müddət sonra hansı ağır nəticələrə gətirib çıxaracağını hesablamaq üçün iqtisadçı olmağa da gərək yoxdur. Oranı tərk edən qlobal brendlər demokratiyaya dəstək verdiklərinə görə, əldə etdiyi müsbət reputasiyanın hesabına Rusiyadakı itkilərini kompensasiya edəcəklər”.

“Bir müddət sonra Rusiyada kütləvi işsizlik hökm sürəcək. İqtisadiyyat defolt vəziyyətinə düşəcək. Bunun qarşısını almaqda isə rus hökuməti aciz qalacaq. Hələ bu sanksiyalar yenidir. Bir müddət sonra əhali bunun təsirlərini öz gündəlik həyatında hiss edəcək. Hətta Rusiya Ukraynaya qarşı hücumları dayandırsa belə, sanksiyalar tam aradan qalxmayacaq” , - deyə Əhmədov vurğulayıb.

İqtisadçı ekspert Natiq Cəfərli də düşünür ki, qlobal brend və şirkətlərin Rusiya bazarını tərk etməsi ağır nəticələr doğuracaq: “Məsələn, beş milyon insan işsiz qalacaq. Ümumi olaraq Rusiya bazarını tərk edən brend və şirkətlərin əməkdaşlarının sayı beş milyondur. Yəni, bu qədər insan həmin şirkətlərin Rusiyadakı nümayəndəliklərində fəaliyyət göstərir. Lakin elə beynəlxalq şirkətlər də var ki, onlar Rusiyanın müxtəlif şəhərlərində distributor və dilerlərlə çalışır. Onların da sayı az deyil. Qlobal brendlərin ölkəni tərk etməsindən sonra həmin rus şirkətləri də fəaliyyətsiz qalacaq. Təxmini hesablamalar onu deməyə əsas verir ki, onların da sayı beş milyon civarındadır”.

“Təsəvvür edin ki, əmək qabiliyyətli 10 milyon insan beynəlxalq sanksiyalar nəticəsində öz işini itirəcək. Digər yandan beynəlxalq maliyyə bazarlarına çıxışın olmaması, müharibə nəticəsində xərclərin artması, Rusiya ilə hava yolları əlaqələrinin kəsilməsi, günü-gündən artan sanksiyalar ciddi işsizliyə və sosial fəlakətə gətirib çıxaracaq”, - deyə müsahibimiz qeyd edib.

Ekspert düşünür ki, Rusiya sonu məlum olmayan bir yola çıxıb: “Kreml anlayır ki, Ukraynaya qarşı hücumları nəticəsində tətbiq edilən beynəlxalq sanksiyalar bir müddət sonra sosial partlayışa səbəb olacaq. Bu baxımdan daxildə repressiv meylləri gücləndirməyə, insanları xof altında saxlamağa çalışır. Bu məqsədlə qanunlarda belə, mürtəce dəyişikliklər edir, əhalinin etiraz ruhunu önləmək üçün müxtəlif üsullardan yararlanır. Bununla yəqin ki, kütləvi etirazların qarşısını bir müddət ala biləcək. Lakin bu, uzun sürməyəcək. Əhali görəndə ki, dünyadan təcrid olunub və artıq normal qidalanmaqda də əziyyət çəkir, bütün Rusiya şəhərlərini etirazlar bürüyəcək. Əslində ABŞ və Avropanın məqsədi də sanksiyalar yolu ilə Putinin daxildə dayaqlarını sarsıtmaqdır”.

Cəfərlinin fikrincə, Rusiya Ukraynaya qarşı hücumları dayandırsa belə, Qərbin sanksiyalarından yayına bilməyəcək: “Çünki ortada suveren bir ölkənin ərazi bütövlüyünün pozulması, çoxlu sayda itkilər var. Yəqin ki, bu dəfə Rusiyaya güzəşt olmayacaq və şimal qonşumuzu qarşıda ağır fəlakət gözləyir. Bütün bunlarla yanaşı, hadisələrin gedişatı ilə bağlı qəti proqnoz vermək çətindir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Dünən, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Dünən, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Dünən, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Dünən, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Dünən, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru