Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                 

“Xaricdə oxuyub qayıtmış tələbə AMEA-da 300-400 manata işləməyəcək” - deputat
Tarix: 2-03-2022, 09:16 | Çap et
“Xaricdə oxuyub qayıtmış tələbə AMEA-da 300-400 manata işləməyəcək”
Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Xaricdə təhsil üçün üstünlük veriləcək ixtisaslar informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı sahələridir.

Bir çox ekspertlər verilən sərəncamı yüksək qiymətləndirməklə yanaşı, əsas diqqəti xaricdə oxuyub qayıdanların ölkədə iş tapması probleminə yönəldirlər. Qeyd olunur ki, təhsil alan gənclərin Azərbaycanda dövlət müəssisələrində işlə təmin olunmasına xüsusi diqqət ayrılmalıdır. Hətta təhsil alanlarla imzalanan müqaviləyə mütləq əlavə edilməlidir ki, həmin şəxslər Azərbaycana gələndən sonra dövlət tərəfindən müəyyənləşdirilmiş yerlərdə çalışacaqlar. DİA.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, bir müddət bundan doktorantura ilə bağlı sərəncam imzalanmışdı: “Bu sərəncamın imzalanmasını da Azərbaycan cəmiyyəti, gəncləri gözləyirdi. Bu, dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin göstəricisidir. Burada bir neçə məqam nəzərə alınmalıdır. Tələbələr ilk olaraq seçim əsasında göndərilməlidir. Konkret universitetlərin fikri öyrənilməlidir. Tutaq ki, onlarda hansı istiqamətdə kadra daha çox ehtiyac var. Hansı sahələrə üstünlük verək. Dövlət bu vəsaiti ödəyir və bunun qarşılığı olmalıdır. Qaldı ki, vətəndaşların qayıtmaması məsələsinə, burada da bir neçə mühüm məqam var. Biz tələbələri göndəririk, bəziləri qayıtmır, bu reallıqdır. Onların qayıtması üçün mühitin yaradılması çox önəmlidir. Elmi mühitin olması, iş şəraitinin olması məsələsi çox vacibdir. Bir gənc gedib xaricdə oxuyub, görəndə ki, orada maaş yüksəkdir, o ölkə onun üçün daha cazibədar olur. Bütün bunları nəzərə almalıyıq, söhbət mühitdən, yaradılan şəraitdən gedir. Təəssüflə qeyd etmək lazımdır ki, bizim AMEA sistemində, bir sıra universitetlərdə maaşlar aşağıdır. Bir sıra dövlət qurumlarında da maaşlar azdır. Ona görə xeyli gənc baxır ki, ona xaricdə karyer qurmaq imkanları daha genişdir, orada qalsa daha çox qazanc əldə edə bilər. Burada gənclərə elə şərait, mühit yaratmalıyıq ki, başqa ölkələr onlara daha cazibədar və çəkici olmasın. Bəzən gənclər gəlirlər, burada iş tapmırlar. Bir sıra qurumlarda işə götürmədə şəffaf, ədalətli sistemin olmaması da öz rolunu oynayır. Bu yaxınlarda cənab prezident də bu məsələyə toxundu ki, məmurlar vəzifəyə təyin edilərkən qohumbazlıq, yerlibazlığa son qoyulmalıdır. Yəni bu gənclər vətənə qayıdanda onlara diqqət, xüsusi qayğı olmalıdır. Onlar bilavasitə nəzarətdə olmalıdırlar. Misal üçün, elm sahəsini götürsək, xaricdə oxuyub, elm sahəsində işləmək istəyən gənclər AMEA-da 300-400 manata, yaxud universitetlərdə 500-600 manat maaşa işləməyəcəklər. Ona görə də xüsusi sistem düşünülməlidir. Bəzi dövlət qurumlarında artıq bu var. Maaşların yüksək olması ilə bağlı bizim strukturlarda artıq nümunə var. Bu cür şərait, mühit yaradılmalıdır ki, gənclərin burada qalmasına marağı olsun. Əksər ölkələrin bu kimi problemləri var. Savadlı, bilikli insanların ”beyin axını" baş verir. Gənclər İQ, tibb və başqa sahə üzrə köçüb xarici ölkələrdə yaşayırlar. Çünki onların istədikləri mühit, şərait maaşı burada görmürlər. Bu da çox ciddi beyin axınına səbəb olur. Bununla da ölkə özünün yetişdirdiyi, ərsəyə gətirdiyi kadrları itirir".

Təhsil eksperti Kamran Əsədov dedi ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır: “Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir, bunların da sayı hədsiz dərəcədə çoxdur.

Azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni bir təcrübə deyil. Azərbaycan “Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” artıq 99 ildir ki, həyata keçirilməkdədir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə çıxdığımız yolu bu gün müstəqil Azərbaycan Respublikası uğurla davam etdirir. Qeyd edim ki, xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur, ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə və ya öz vəsaitləri hesabına. Dövlət proqramı çərçivəsində 2007-2015-ci illər ərzində 3500-dən çox azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa gedib. Öz vəsaiti hesabına gedənlərin sayı isə 40 minə yaxındır. Bu il də gedənlərin sayı əvvəlki illərlə müqayisədə azalmadı. Minə yaxın azərbaycanlı gənc xarici ölkələrə üz tutub. Hesab edirəm ki, bu, gələcəkdə ölkəmizə rəqabətədavamlı kadrların qayıtması ilə nəticələnəcək və ölkənin inkişafına müsbət təsir göstərəcək".

Ekspert qeyd edir ki, Prezident İlham Əliyev tərəfindən imzalanan bu sərəncam da Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması, eyni zamanda ixtisaslı kadrların formalaşması istiqamətində böyük addımdır: “Bu, dövlət başçısı tərəfindən imzalanmış ikinci sərəncamdır. Birinci dövlət proqramı 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili ilə bağlı idi. Həmin təhsil proqramında 5000 gəncin xarici ölkələrdə təhsil almağı nəzərdə tutulsa da, 3500 nəfər gənc nüfuzlu universitetlərdə təhsil almağa göndərilmişdi. Hazırda onlar Azərbaycanın əmək bazarında müstəsna fəaliyyətləri ilə xarakterizə olunurlar. Bir sıra özəl sektorlarda rəhbər vəzifələrdədirlər. 2007-2015-ci illərdə xarici ölkələrdə təhsil alan gənclərə 95 milyon manatdan çox vəsait ayrılmışdı. Həmin şəxslər dünyanın aparıcı ali təhsil ocaqlarında Azərbaycanın əmək bazarında ehtiyac olan ixtisaslar üzrə təhsil almışdılar. İndi tamamilə fərqli istiqamət seçilib. 2015-ci ildə təhsilə başlamış tələbə 2022-ci ildə məzun olur. Zəncirin qırılmaması və dayanıqlı iqtisadiyyatın formalaşması üçün xarici ölkələrdə təhsil almış gənclərə böyük ehtiyac var. Budəfəki proqramda tamamilə fərqli və spesifik ixtisaslara yer verilib. Hansı sahədə mütəxəssislərə ehtiyac duyulursa, onların hazırlığına, yetişdirilməsinə üstünlük verilir. Hazırda neft-qaz mühəndislərinə, hüquqşünaslara o qədər də ehtiyacımız yoxdur.

İnanırıq ki, indiki seçim daha şəffaf olacaq. 2007-2015-ci illərdə əfsuslar olsun ki, şəffaflığı görmədik. Ölkəmizin 51 universitetimizdə 187 min tələbə təhsil alır. Bu, kifayət qədər ciddi rəqəmdir. Xarici ölkələrə ona görə gəncləri göndəririk ki, onlar Azərbaycanda iqtisadiyyatın, xidmət sektorunun, informasiya texnologiyalarının inkişafına öz töhfələrini verə bilsinlər. Xaricə təhsil üçün gedənlərlə müqavilə bağlanmalıdır ki, geri qayıdarkən dövlətin müəyyənləşdirdiyi sahələrdə ən azı 5 il çalışsınlar. Özləri könüllü surətdə istədikləri işlə məşğul olmasınlar".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Dünən, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Dünən, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Dünən, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Dünən, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Dünən, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Dünən, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Dünən, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Dünən, 14:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru