"Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                     Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? .....                     "Münasibətlərdə gərginliklər ola bilər, olur da... .....                     "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı .....                     Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək .....                     Misir Mərdanov rus “sektoru”ndan danışdı: .....                     İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir .....                     Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar .....                     Kiyevdə danışıqlar “yüksək tonda” keçib .....                     "Maşını həyətdən tərpədə bilmədim" .....                     Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib .....                     Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir .....                     Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib .....                     “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət .....                     General-mayorun oğlu vəfat etdi .....                     Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib .....                     Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək .....                     Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? .....                     Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib .....                     Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                     Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu .....                     "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                     Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... .....                 

"Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur" - deputat
Tarix: 29-12-2021, 08:55 | Çap et
"Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur"
Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Sorğuda iştirak edən vətəndaşların 91,2%-i Prezidentə tam etibar etdiyini söyləyib, 6,9% isə əsasən etibar etdiyi cavabını verib.

Respondentlərin əhəmiyyətli hissəsi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldıracağını (60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək rolunu oynayacağını (50,6%) düşünür.

Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub.

Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh edib.

Sorğu nəticələrinə görə, Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, həm Azərbaycanda yaşayan vətəndaşlarımızın, həm bütövlükdə dünya azərbaycanlılarının Prezident İlham Əliyevə etimadı sonsuzdur: “Bu gün əminliklə söyləmək olar ki, dünyada öz xalqı, öz vətəndaşları tərəfindən ən yüksək səviyyədə etimad göstərilən, sevilən dövlət başçıları sırasında İlham Əliyev ilk üçlüyə düşən liderdir. Cənab Prezident İlham Əliyevə xalqımızın inamı, etibarı, sevgisi həmişə olub, 44 günlük müharibədən əvvəl də yüksək olub. 44 günlük Vətən müharibəsinin nəticələri isə İlham Əliyevə xalqın, bütün dünya azərbaycanlılarının məhəbbətinin miqyasını o dərəcədə artırdı ki, bunu sözlərlə ifadə etmək çətindir. Müharibədən sonra keçən bir ildən artıq dövrdə də Prezidentimizin diplomatik cəbhədə apardığı mübarizə xalqımız tərəfindən izlənilir, alqışlanır. Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur. İlham Əliyevin adı Azərbaycanın tarixinə, xalqımızın qəlbinə əbədi yazılıb. Odur ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsi sözsüz ki, reallığa güzgü salır. Sosial Tədqiqatlar Mərkəzi rəy sorğuları keçirməkdə peşəkarlaşmış və ciddi resurslara malik strukturdur. Ona görə də onun keçirdiyi rəy sorğusunda qoyulan suallar, rəy sorğusunun aparılması mexanizmi çox peşəkar olur. Bu gün əminliklə söyləmək olar ki, istənilən bir qurum ölkədə rəy sorğusu keçirsə, nəticələr yenə də İlham Əliyevə xalqın etimadının, etibarının, inamının 90 faizdən yuxarı olduğunu üzə çıxaracaq”.

Elçibəy İnstitutunun rəhbəri, siyasi analitik Oktay Qasımov isə bildirdi ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunda iştirak edən vətəndaşların Prezidentə etimadının yüksək olması təəccüblü deyil. Çünki vətəndaşların özləri də bu mövqelərini Prezidentin işğal edilmiş ərazilərin böyük əksəriyyətinin azad edilməsi və savaşdan sonrakı dövrdə diplomatik cəbhədəki fəaliyyəti ilə əsaslandırıblar: “Doğrudan da qeyd olunan istiqamətlərdə qazanılan nəticələr respondentlərin rəylərinə əhəmiyyətli təsir edib. Çünki 44 günlük savaşda Ermənistanın məğlub edilərək işğala son verilməsi ilə bağlı bölgədə yaranan yeni reallıqlar, Azərbaycan-Türkiyə arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi istiqamətində atılan addımların yekunu kimi imzalanan Şuşa Bəyannaməsi, Azərbaycan Ordusunun modernləşdirilməsinin davam etdirilməsi və ordudakı islahatlar, postmünaqişə dövründəki diplomatik fəaliyyətlər və son dövrlər baş tutmuş Soçi və Brüsseldəki üçtərəfli görüşlərdə qəbul edilən razılaşmaların Azərbaycanın maraqlarına uyğun olması kimi faktorlar respondentlərin rəylərinə ciddi təsir edib ki, bu da özünü sorğunun nəticələrində əks etdirib”.

Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə bildirdi ki, keçirilən bu rəy sorğusunun nəticələri, şübhəsiz, reallığı əks etdirir: “Azərbaycanda bu gün Prezident İlham Əliyevin reytinqi ən yüksəkdir. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Prezident İlham Əliyevə etimad göstərir, ona inanır. 44 günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqlarımız işğaldan azad edildi. Bu, əlbəttə, İlham Əliyevə xalqın etimadının daha da yüksəlməsinə gətirib çıxardı. Ona görə də bu gün İlham Əliyev şəksiz Azərbaycan xalqının lideridir. Ona görə də aparılan rəy sorğularında ən yüksək nəticələr görünməsi təbiidir. İstənilən adam küçəyə çıxıb soruşsa, 10 adamdan 9-u eyni cavabı verəcək. Sosial Tədqiqatlar Mərkəzi kifayət qədər peşəkar, ixtisaslaşmış mərkəzdir. Bu mərkəz mütəmadi olaraq müxtəlif istiqamətlərdə sorğular keçirir. Bu rəy sorğuları aydın metodologiyaya malikdir, elmi cəhətdən əsaslandırılmış metodologiyadır. Ona görə də onun apardığı sorğular birmənalı olaraq həqiqəti ifadə edir.

Başqa bir sıra qurumlar və qruplar da müxtəlif sorğular keçirirlər. Bu sorğularda aydın metodologiya ilə bağlı problemlər meydana çıxa, xətalar da ola bilər. Eyni zamanda sorğu həm də bahalı bir prosesdir, sorğu aparılarkən təkrar yoxlamalar həyata keçirilməlidir. Yəni bu cür rəy sorğuları çox mürəkkəb mexanizmə malikdir. Ona görə də heç də hər keçirilən rəy sorğuları mükəmməl ola bilməz və reallığı əks etdirmir. Lakin Sosial Tədqiqatlar Mərkəzinin, qeyd etdiyimiz kimi, ciddi təcrübəsi, resursları, lazımi imkanları, ciddi metodologiyası var və onun keçirdiyi sorğular mötəbər, dəqiq hesab olunur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru