“Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                     Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? .....                     "Münasibətlərdə gərginliklər ola bilər, olur da... .....                     "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı .....                     Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək .....                     Misir Mərdanov rus “sektoru”ndan danışdı: .....                     İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir .....                     Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar .....                     Kiyevdə danışıqlar “yüksək tonda” keçib .....                     "Maşını həyətdən tərpədə bilmədim" .....                     Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib .....                     Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir .....                     Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib .....                     “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət .....                     General-mayorun oğlu vəfat etdi .....                     Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib .....                     Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək .....                     Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? .....                     Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib .....                     Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                 

“Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın” - NƏ BAŞ VERİR?
Tarix: 24-12-2021, 08:39 | Çap et
“Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas İrəvanda üçgünlük səfərdədir. Məsələ burasındadır ki, Belarus təmsilçisi olan KTMT baş katibindən İrəvanda narazıdırlar.

Səbəbi məlumdur: həm 44 günlük müharibədə, həm də bundan sonra iki dəfə sərhəddə baş vermiş qarşıdurmada Ermənistanın KTMT-ni bu münaqişəyə cəlb etmək istəyi alınmayıb. Eləcə də bu mövzuda rəsmi İrəvanın Belarus prezidenti Aleksandr Lukaşenkoya təsir etmək cəhdləri də faydasız olub. O səbəbdən KTMT-nin baş katibinin İrəvan səfəri diqqət çəkir.

Qeyd edək ki, Zas Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətdən narahatlığını bildirib. Zasın fikrincə, sərhəd məsələsi yalnız siyasi-diplomatik yolla tənzimlənməlidir: “Biz noyabrın 26-da Soçidə əldə olunmuş razılıqları dəstəkləyirik. Azərbaycanla Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması, həmçinin sərhədlərin müəyyənləşməsinə dair komissiyanın yaradılması istiqamətində işləmək lazımdır. Aydındır ki, gərginliyi azaltmaq üçün həmişəkindən daha ciddi tədbirlərə ehtiyac var”. Bəs ekspertlər nə düşünür, KTMT baş katibinin 3 günlük səfərinin anlamı ermənilərin könlünü almaq cəhdidirmi? Yeni qarşıdurma olarsa, KTMT-nin mövqeyi bu dəfə fərqli ola bilərmi?

DİA.AZ-ın məlumatına görə, hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, KTMT-nin baş katibinin İrəvan səfərindən hansısa ciddi nəticələr gözləməyə dəyməz: “Bu səfər, sadəcə, ilin sonuncu günlərinə təsadüf edir və Zas da özünə vəzifə borcu sayıb ki, Ermənistandakı təşkilata yönəlik çoxsaylı neqativ münasibəti bir qədər azaltsın. Heç kimə sirr deyil ki, Ermənistan son illərdə bu təşkilatı nüfuzdan salan addımlar atıb. Ermənistan nümayəndəsi Yuri Xaçaturov təşkilatın baş katibi olanda onun vəzifədən geri çağırılması və barəsində cinayət işinin qaldırılmasını yaxşı xatırlayırıq. Sonra isə hazırkı KTMT rəhbərinə qarşı demarşı da unudulmayıb. 2020-ci ildə Ermənistanın saysız-hesabsız avantüralarına KTMT-nin qarışmaması, Azərbaycanla baş-başa qalanda isə darmadağın olmasını Ermənistanda heç cürə yaddan çıxartmayıblar”. Ü.Cəfərov yuxarıda qeyd etdiyimiz məqamlara da münasibət bildirdi: “Bir fikri bölüşürəm: Zas çalışacaq ki, ermənilərin azca da olsa, könlünü alsın və ya almağa çalışsın.

Məndə zərrə qədər şübhə yoxdur ki, KTMT heç vaxt təşkilat formasında nə Rusiyaya, nə də onun Ermənistan kimi ”şestyorka"larına görə Azərbaycana qarşı addım atmayacaq. Diplomatik müstəvidə ola bilsin ki, hansısa bəyanat-filan səsləndirilsin. Amma praktiki şəkildə onların hər hansı addımı olmayıb və olmayacaq. Bunu anlamaq üçün o ölkələrin Azərbaycanla ikitərəfli əlaqələrinin hansı səviyyədə olmasına ötəri də olsa diqqət yetirmək kifayət edəcək. Nə Qazaxıstan, nə Belarus, nə Qırğızıstan və nə də adlarını çəkmədiyim respublikalar Azərbaycanla münasibətlərini avantürist Ermənistan siyasi-hərbi rəhbərliyinə görə korlamayacaq. KTMT, sadəcə, Rusiya Putini üçün bir formal “NATO” kimi təsəvvür edilir və onun adından başqa hər hansı bir faydası və faydalı iş əmsalı olmayıb və yoxdur, heç vaxt da olmayacaq. Rusiyada siyasi dəyişikliklərdən sonra yaxın zamanlarda bu təşkilat da özü-özünə dağılacaq və yaddan çıxacaq. Buna, sadəcə, bir balaca zaman, səbr etmək lazım olacaq".

Politoloq İlyas Hüseynov isə KTMT baş katibinin İrəvana üçgünlük səfəri zamanı Ermənistanın bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşdüyünə diqqət çəkdi: “Ermənistan ötən ilin iyul hadisələrində, 44 günlük müharibədə, cari ilin may ayında, eləcə də 16 noyabr hadisələrində KTMT-nin fəaliyyətindən öz narazılığını ifadə edib. Xüsusilə qeyd etmək lazımdır ki, 44 günlük müharibədə KTMT-nin addımları rəsmi İrəvanı çox məyus etmişdi. Eyni zamanda Ermənistan çoxsaylı təxribatlar törətməklə Rusiyanın nəzarətində olan hərbi-siyasi bloku dəfələrlə regiona cəlb etməyə çalışsa da, öz istəyinə müyəssər ola bilməmişdi. Maraqlıdır ki, KTMT-nin üzv dövlətlərinin əksəriyyəti Azərbaycanı Vətən savaşından qazanılan tarixi qələbə münasibətilə bağlı təbrik edib”. Digər tərəfdən, İ.Hüseynov KTMT baş katibi Zasın Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətdən narahatlığını bildirməsinə də diqqət çəkdi: “Nəzərə almaq lazımdır ki, Zasın fikrincə, sərhəd məsələsi yalnız siyasi-diplomatik yolla tənzimlənməlidir. Yəni regionda olan problemlərlə bağlı hərbçilər yox, siyasətçilər məşğul olmalıdır. Brüssel görüşünün nəticələrinin rəsmi Moskvanı razı saldığını demək çətindir. Buna görə də dərhal sosial şəbəkələrin erməni seqmentində ilin sonuna kimi Moskvada üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumatlar paylaşıldı. Növbəti raundun Moskvada olacağı heç kimdə şübhə doğurmur. Lakin KTMT-nin baş katibinin İrəvana səfəri də Moskva tərəfindən bir siqnal kimi dəyərləndirilə bilər”. Politoloq qarşıda duran vəzifələrdən də bəhs etdi: “Bu gün hər kəsə aydındır ki, sərhədlərin delimitasiyası işlərinə başlamaq ən ümdə vəzifədir. Bu kontekstdə Laçın dəhlizi ilə bağlı yaranan problemləri də aradan qaldırmaq olar. Digər tərəfdən, Fransada prezidentliyə namizədin müvəqqəti olaraq Azərbaycan ərazilərinə yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarət zonasına gəlməsi də narahatverici məqamdır. Bu kimi təxribatların qarşısını almaq üçün Laçın dəhlizində Azərbaycan tərəfindən postların qurulması mütləq xarakter daşıyır. Rəsmi Bakının Brüsseldə irəli sürdüyü qarşılıq prinsipinin müəyyən olunması və buna adekvat tədbirlərin həyata keçirilməsi önəmli şərt kimi qəbul edilir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru