"Cəzaların sərtləşdirilməsi bəzi insanları çəkindirə bilər" - deputat
Tarix: 21-12-2021, 08:15 | Çap et
 Gürcüstanda azyaşlılara qarşı cinsi və digər zorakılıq hallarına qarşı cinayətlərə görə cəzalar sərtləşdirilir. DİA.AZ "Şərq"-ə istinadən xəbər verir ki, bununla əlaqədar ölkənin Daxili İşlər Nazirliyi yeni qanun layihəsi hazırlayıb. Nazirliyin məlumatında bildirilir ki, son 9 ayda Gürcüstanda 152 nəfər seksual zorakılığa məruz qalıb. Onlardan da 114-ü azyaşlı uşaqlar olub. Nazirlik bunun qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklə bağlı yeni qanun layihəsi hazırlayıb. Yeni layihədə cinsi zorakılığa görə cəzalar daha da sərtləşdirilir.
Bu cinayəti törədən şəxslər həbs cəzasına məhkum edilməklə yanaşı, onların bir çox hüquqları məhdudlaşdırılacaq. Azyaşlılara qarşı bu cinayətləri törətmiş şəxslər isə ömürlük həbs cəzasına məhkum ediləcəklər. Nazirlikdən bildirilib ki, artıq parlament qanun layihəsini birinci oxunuşda qəbul edib.
Millət vəkili, fəlsəfə doktoru Fazil Mustafa cinsi zorakılığa qarşı cəzaların sərtləşdirilməsinin tərəfdarı olduğunu dedi:
- Azyaşlılara, yetkinlik yaşına çatmayanlara, qadınlara, həmçinin hamilə qadınlara qarşı zorakılıq, cinsi istismar halları Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ağır cinayətlərə aid edilir və bu halları törədənlərə qarşı da ağır cəzalar nəzərdə tutulur. Lakin hesab edirəm ki, bizdə də bu kimi hallarla bağlı cəzalar daha da sərtləşdirilməlidir. Uşaqlara qarşı cinayət törədənlər ömürlük həbs cəzasına məhkum edilməlidir. Son illərdə müşahidə edirik ki, qadınlara qarşı zorakılıq əməlləri artır. Azyaşlılara, yetkinlik yaşına çatmayanlara qarşı da zorakılıq, cinsi istismar halları artıb. Uşaqlar istismar edilir, həm əməyin istismarı baş verir, həm cinsi istismar. Yetkinlik yaşına çatmayanların hamilə qalması dəhşətlidir. Burda ağır cinayət əməli öz yerində, bu həm də cəmiyyət üçün mənəvi, əxlaqi problemdir. Bu baxımdan mən cəzaların sərtləşdirilməsinin tərəfdarıyam. Bunun mexanizmi işlənib hazırlanmalıdır. Cəzaların sərtləşdirilməsi bəzi insanları çəkindirə bilər. Uşaqlara, azyaşlılara qarşı cinayət işlədikdə, ömürlük həbs olunacaqlarını bilsələr, qorxub, çəkinəcəklər. Bəzən belə fikir irəli sürülür ki, cəzalar cinayətləri azaltmır. Belə deyil, hesab edirəm ki, cəmiyyətin təhlükəsizliyi, dəyərlərin müdafiəsi üçün cəzaları sərtləşdirmək lazımdır.
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı da hesab edir ki, qadınlara, azyaşlılara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq cinayətləri ən sərt şəkildə cəzalandırılmalıdır:
- Biz bu dəyişikliyi gərək Gürcüstan Parlamentindən əvvəl qəbul edəydik. Qanunvericiliyə mütləq dəyişiklik edilməlidir və qadınlara, azyaşlılara və yetkinlik yaşına çatmayanlara qarşı bütün növ zorakılıq cinayətləri ən sərt şəkildə cəzalandırılmalıdır. Və bu cinayəti törədənlər ömürlük həbs cəzasına məhkum edilməlidir. Gürcüstan da Avropa Şurasının üzvüdür, amma qanun layihəsinə belə bir dəyişiklik edir. Bu, qadın, uşaq və ümumiyyətlə, insan hüquqlarına hörmətdir. Cəzaların sərtləşdirilməsi qadınların, uşaqların, yeniyetmə qızlarımızın sağlamlığının, psixikalarının müdafiəsi deməkdir. Nə qədər gənc qadınlar var, işə düzəlmək istəyəndə işəgötürən tərəfindən çirkin təkliflərlə üzləşir. Nə qədər azyaşlı balalar əməyin istismarına cəlb edilir. Yetkinlik yaşına çatmamış körpə qızlarımız çirkin cinayətlərin qurbanı olur. Dəhşətlisi budur ki, çox zaman belə cinayətlər yaxın qohumlar tərəfindən törədilir. Hələ də məhkəmə istintaqı aparılan cinayət hadisələri var. Dağıstandan bura işləməyə gəlmiş bir qadını 2 uşağı ilə tövlədə saxlayıblar, qul kimi davranıblar onunla. Xarab olmuş toyuq əti veriblər yeməyə. Bu günlərdə bu iş üzrə məhkəmə keçirildi və qadına zülm edən şəxsə 7 il azadlıqdan məhrumetmə cəzası verildi. 7 ilin 3-4 ilini çəkəcək, sonra da azadlığa çıxacaq. Belə hallar təkrarlanmasın, azyaşlıların hüquqları qorunsun deyə biz də cəzaları sərtləşdirməliyik. Milli Məclis bunu çoxdan etməliydi. Gecikirik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17 |
|
|
|
• Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12 |
|
|
|
• Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08 |
|
|
|
• "Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06 |
|
|
|
• Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04 |
|
|
|
• Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39 |
|
|
|
• 2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37 |
|
|
|
• Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17 |
|
|
|
• Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14 |
|
|
|
• MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09 |
|
|
|
• “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02 |
|
|
|
• Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49 |
|
|
|
• "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48 |
|
|
|
• Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31 |
|
|
|
• Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26 |
|
|
|
• Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25 |
|
|
|
• Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22 |
|
|
|
• “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17 |
|
|
|
• Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12 |
|
|
|
• Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11 |
|
|
|
• Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05 |
|
|
|
• "Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57 |
|
|
|
• "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55 |
|
|
|
• Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51 |
|
|
|
• Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48 |
|
|
|
• İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45 |
|
|
|
• Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42 |
|
|
|
• Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31 |
|
|
|
• "Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24 |
|
|
|
• Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22 |
|
|
|
• Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17 |
|
|
|
• Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16 |
|
|
|
• “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15 |
|
|
|
• General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13 |
|
|
|
• Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12 |
|
|
|
• Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10 |
|
|
|
• Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42 |
|
|
|
• Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40 |
|
|
|
• Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38 |
|
|
|
• Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36 |
|
|
|
• Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35 |
|
|
|
• "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19 |
|
|
|
• Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14 |
|
|
|
• Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12 |
|
|
|
• Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05 |
|
|
|
• İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00 |
|
|
|
• Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58 |
|
|
|
• Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57 |
|
|
|
|