Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                 

"Bu, nəticə etibarilə bizim mövqelərimizi gücləndirdi" - deputat
Tarix: 28-09-2021, 08:22 | Çap et
"Bu, nəticə etibarilə bizim mövqelərimizi gücləndirdi"
İkinci Qarabağ müharibəsində Azərbaycanın uğurlarından biri də qardaş Türkiyədən ən yüksək səviyyədə siyasi, mənəvi dəstək alması, ən böyük qonşumuz Rusiyanın isə neytrallığının xeyli dərəcədə təmin edilməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər qonşu Rusiya ilə münasibətlərin inkişafında maraqlı olan strategiyanı həyata keçirməsi, qardaş Türkiyə ilə Rusiya arasında münasibətlərin soyuq fazadan çıxaraq əməkdaşlıq münasibətləri səviyyəsinə gəlməsi üçün etdiyi cəhdlər ikinci Qarabağ savaşında öz nəticəsini verdi. Birinci Qarabağ müharibəsində heç zaman mümkün olmayan Rusiya-Türkiyə tandemi ikinci Qarabağ savaşında meydana gəldi və amil də Azərbaycanın əlavə avantajı idi.

Rusiya prezidenti Vladimir Putinin müharibənin ilk günlərindən Ermənistanı məyus edən mövqe ortaya qoyması - “Müharibə Azərbaycan ərazisində gedir” bəyanatını verməsi sıradan bir hadisə deyildi. Bu, Azərbaycan Prezidentinin uzun müddətdən bəri apardığı diplomatik işin meydana gətirdiyi uğurlarımızdan idi. İlham Əliyev bütün provokasiyalara, çağırışlara, tənqidlərə baxmayaraq, Rusiya ilə münasibətləri yüksək tutdu. Putinlə yaxınlaşdı, dostlaşdı. Azərbaycan müxalifətinin bir qismi açıq şəkildə deyirdi ki, Rusiya ilə dalaşmaq, düşmən olmaq lazımdır. Hələ 2008-ci ilin avqustunda Gürcüstan böhranında Azərbaycan müxalifəti açıq şəkildə təklif edirdi ki, Rusiyaya qarşı savaşa başlasın. 1992-93-cü illərin acı təcrübəsindən dərs çıxarmayanlar Rusiya amilini nədənsə nəzərə almaq istəmirdilər. Zaman onların hesablarının yanlış olduğunu göstərdi və Prezident İlham Əliyevin Rusiya ilə münasibət sisteminin doğru olduğunu isbatladı.

Bütün narazılıqlara, narahatlıqlara, etirazlara rəğmən, biz bu savaşda Rusiyanın dəstəyini gördük. Putinin məlum duruşu, yanaşması olmasaydı, qələbəmizin əldə edilməsi xeyli çətinləşərdi.

Milli Məclisin deputatı Elman Nəsirov bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, müharibədə qələbənin əldə olunmasının şərtlərindən biri regionun iri dövlətlərinin ya dəstəyini əldə etmək, ya da ən azından neytral qalmalarını təmin etməkdir. Bu mənada Azərbaycan ikinci Qarabağ savaşından öncədən bu şərti də demək olar ki, öz xeyrinə həll etməyi bacarmışdı. Qardaş Türkiyə ilə münasibətlər, Türkiyənin Qarabağ məsələsinə münasibəti bəlli idi. Qardaş ölkə birmənalı olaraq yanımızda olub. Mühüm şərtlərdən biri Rusiya faktoru idi ki, Azərbaycan Prezidentinin uzun müddətdən bəri ölkəmizin xarici siyasət xəttində Rusiya ilə münasibətləri prioritetlərdən biri olaraq görməsi bu faktorun da müharibə dövründə xeyli dərəcədə lehimizə çevrilməsi ilə nəticələndi: “Şübhəsiz ki, Azərbaycan Prezidentinin də dediyi kimi, bu müharibədə qələbəni Müzəffər ordumuz, xalqımızın birliyi, xalq-dövlət birliyi təmin edib. Eyni zamanda beynəlxalq birliyin münasibətinin, ətraf ölkələrin tutduğu mövqenin də kifayət qədər lehimizə reallaşdırılması da vacib amillərdən idi və Azərbaycan Prezidenti İlham Əliyev həm də böyük diplomatik bacarığı ilə bu amili də xeyrimizə həll etməyi bacarmışdı. Artıq dünya qələbəmizi qəbul edir və yaratdığımız reallıqları qəbul eləyir.

Prezident İlham Əliyev xalqa müraciətində də Türkiyənin Azərbaycana böyük siyasi, mənəvi dəstək verdiyinə xüsusi diqqət ayırdı. Türkiyə ilə Azərbaycan o dərəcədə bir-birinə bağlıdır ki, müharibənin ilk anındanca Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olduğunu bəyan etdi. Bu, nəticə etibarilə bizim mövqelərimizi gücləndirdi".

Deputat vurğuladı ki, eyni zamanda cənab Prezidentin yeritdiyi uğurlu xarici siyasət nəticə etibarilə Ermənistanın hər zaman güvəndiyi, arxalandığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı içərisində hərbi müttəfiqi olan Rusiyanın mövqeyini xeyli dəyişdi. Cənab Prezidentin çox böyük diplomatik məharəti sayəsində Rusiya dövləti Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bu müharibəyə Ermənistan tərəfindən qoşulmadı. Rusiyanın maksimum neytrallığı təmin edildi: “Ermənistan cidd-cəhdlə çalışırdı ki, müharibənin mahiyyətini dəyişsin. Bizim yaşayış məntəqələrimizi, dinc insanları raket atəşinə məruz qoymalarında da məqsəd o idi ki, Azərbaycan Ermənistan ərazisinə mülki əhali yaşayan yerlərə adekvat zərbələr endirsin və bundan sonra Ermənistan KTMT-nin, Rusiyanın müharibəyə müdaxiləsini təmin eləsin. Ancaq həm Azərbaycan Ermənistanın ancaq hərbi obyektlərinə zərbələr endirdi, həm də Rusiya heç bir halda Ermənistanın çağırışlarına müsbət reaksiya vermədi. Hətta Ermənistan mətbuatı o zaman bu faktı qabardırdı ki, Nikol Paşinyanın gün ərzində saysız-hesabsız zənglərinə Vladimir Putin cavab vermir. Bu gün də Ermənistanın siyasi dairələri Rusiyadan, Putindən narazılıqlarını ifadə edirlər. Azərbaycan Prezidentinin uğurlu diplomatiyası Ermənistanın əl-qolunu bağladı. Rusiyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrdə cənab İlham Əliyev Rusiya ictimaiyyətinin də mövqeyinə çox ciddi təsir edə bildi.

Bir sözlə, Azərbaycanın Rusiya ilə münasibətlərdə tutduğu əməkdaşlıq xətti öz bəhrəsini həm strateji əhəmiyyətli regional, beynəlxalq əhəmiyyətli iqtisadi, nəqliyyat layihələrində verir, həm də Vətən müharibəsi dövründə sözünü dedi".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru