" ...bağlaya və anti-terror əməliyyatı keçirə bilərik" - Partiya sədri
Tarix: 30-08-2021, 07:50 | Çap et
 “Ermənilərin son günlər Azərbaycana qarşı təxribatları daha da artıb. Onların bir əsgərimizi bıçaqla yaralaması, başqa bir əsgərimizi əsir götürməsi, Sədərək rayonu istiqamətində yanğınlar törətməyə cəhd etməsi məqsədyönlü şəkildə təşkil olunmuş təxribatlardır”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, təxribatlar planlı şəkildə və bir mərkəzdən idarə olunur:
“Bu təxribatlar bir çox hallarda məhz Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verir. Lakin sülhməramlılar bu təxribatların qarşısını almaq və hərbi birləşmələrin tərksilah edilməsi üçün demək olar ki, heç bir addım atmır, xüsusi səy göstərmir. Əksinə, Kreml sülhməramlıların nəzarətində olan ərazilərdə sözügedən erməni hərbçilərinin təşkilatlanmasında və silahlandırılmasında maraqlı kimi görünür. Bəli, Rusiya hazırda təkcə Ermənistan ordusunu deyil, Azərbaycan ərazilərindəki erməni hərbi birləşmələrini də silahlandırır. Proseslərin gedişatı onu göstərir ki, Rusiya bölgənin separatçı və terrorçu dəstələrdən təmizlənməsində, Qarabağda sabitliyin bərqərar olunmasında qətiyyən maraqlı deyil. Rusiya regionda vəziyyəti mümkün qədər destabilizə etməyə, Azərbaycan və Ermənistanın öz aralarında razılığa gəlməsinin qarşısını almağa çalışır. Son günlər təxribatların artması da ilk növbədə bundan irəli gəlir. Ən maraqlısı budur ki, iki ölkə arasında gərginlik gündən-günə artır və erməni təxribatları səngimək bilmir. Lakin Rusiya vasitəçi olduğunu və dərhal hərəkətə keçməli olduğunu qəsdən unudur”.
Siyasi şərhçinin fikrincə, Azərbaycan tərəfi özü hərəkətə keçmək, adekvat cavab tədbirləri görmək məcburiyyətində qalır:
“Hadisədən dərhal sonra Azərbaycan tərəfinin Gorus-Qafan yolunu bağlaması həmin tədbirlərdən biridir. Bu yolun bağlanması Ermənistana çox ciddi mesajdır. Təxribatlara son qoyulmayacağı təqdirdə, Azərbaycan hətta Laçın dəhlizini də bağlaya və anti-terror əməliyyatı da keçirə bilər. Hazırda rəsmi Bakı bu variantları da nəzərdən keçirir. Çünki Ermənistanın revanşist cəhdlərinin gün-gündən intensivləşməsi, Rusiya sülhməramlılarının isə tam fəaliyyətsizliyi Azərbaycan tərəfinə başqa bir yol buraxmır. Hər üç təxribatdan açıq-aşkar görsənir ki, Rusiya başda olmaqla, Minsk Qrupunun həmsədri olan ölkələr Ermənistanı yenidən Azərbaycanla müharibəyə təhrik etmək istəyirlər. Bu təxribatlar Ermənistanın əli ilə Azərbaycana qarşı təşkil edilən “əsəb müharibələri”dir. Beynəlxalq hüququn qorunması üçün məsuliyyət daşıyan bu ölkələr Ermənistanın ardıcıl olaraq Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar nəticəsində beynəlxalq hüququn prinsip və normalarının, eləcə də 10 noyabr razılaşmasının şərtlərinin kobudcasına pozulmasına göz yumurlar. Lakin Azərbaycanın da səbr limiti bəlli bir nöqtəyə qədərdir”.
Ə.Hüseynov vurğulayıb ki, Azərbaycan Ermənistan kimi satellit, oyuncaq ölkələrin təxribatlarına necə cavab verməyin yollarını yaxşı bilir:
“Ermənistanı təxribatlara təhrik edən havadarları təkcə Paşinyan iqtidarının yox, bütün Ermənistanın taleyi ilə oynayırlar. Əgər Paşinyan sonda İrəvanın mərkəzi meydanında erməni xalqı tərəfindən linç olunmaq istəmirsə, o hazırda Ermənistanın havadarları rolunda çıxış edən həmsədr ölkələrin təhriklərinə uymaq əvəzinə, üçtərəfli Bəyanatın bütün bəndlərinin qeydsiz-şərtsiz yerinə yetirilməsi üçün təcili hərəkətə keçməlidir. Paşinyanın başqa yolu yoxdur!”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Dünən, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21 |
|
|
|
• Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19 |
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51 |
|
|
|
|