Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                 

Azərbaycanda vətəndaş müharibəsi istəyirsiniz?! - Sərdar Cəlaloğlu
Tarix: 26-08-2021, 08:51 | Çap et
Azərbaycanda vətəndaş müharibəsi istəyirsiniz?!
Bu gün «Taliban»ın siyasi islam üzərindən hansı yeni quruluşu yaradacağı müzakirə obyektindədir. «Taliban» hansı addımları atacaq və kimdən dəstək alacaqdır... Bu və ya digər məsələlər haqqında ADP sədri Sərdar Cəlaloğlu maraqlı fikirlər söyləyib.

- «Taliban»ın Əfqanıstanda qurduğu rejim İslam qaydalarına nə dərəcədə ziddir? Siyasi İslamla «Taliban» arasında ziddiyyətlər varmı?

- «Taliban» insanları məcbur etməklə insanları Allaha daha çox yaxınlaşdırır? Qəlbində Allaha məhəbbət yoxdursa, öz bildiyini edəcək. Bu məcburiyyət insanların vicdan azadlığına qəsd və İslam prinsiplərinə, beynəlxalq hüquq normalarına ziddir. «Taliban»ın ikinci hakimiyyəti göstərir ki, əvvəlki səhvlərindən dərs çıxarmır. Əfqanıstanda puştunların arxasında Pakistan durur, taciklərin arxasında İran və Rusiya. İndiki halda Türkiyə ilə Pakistan arasında əlaqələr buna ümid verir ki, orada türklərlə puştunların koalisiyasını yaratmaq mümkündür. Bununla da orada Türkiyə modelinə uyğun bir İslam modeli yaratmaq mümkündür.

Təsadüfi deyildir ki, «Taliban» hakimiyyətə gələndə onların Türkiyə ilə bağlı bəyanatları olduqca sərfəli idi. «Taliban»ın Əfqanıstanda yaradacağı rejimin Türkiyə tərəfindən qəbul ediləcəyi ilə bağlı mesajlar verilib. Onlar Türkiyədən yardım alıb müttəfiq olmaq istəyirlər. Görürük ki, yenə də Rusiya, İran dərhal bəzi qurumları səfərbər edib Əfqanıstanda yeni bir vətəndaş müharibəsi başlatmağa hazırlaşırlar. Bu, çox təhlükəli məsələdir. Əfqan xalqı 40 ildən artıqdır müharibənin içərisindədir. Bu müharibə Əfqanıstana kənardan sırınıb. Xarici dövlətlər bu və ya başqa qrupları maliyyələşdirərək müharibə yaradır. Amerika etiraf edir ki, Əfqanıstana 1 trilyon dollar pul qoyub. Eyni pulu Rusiya, Çin və digər ölkələr də qoyub. Əfqanıstanda xalqın azad seçiminə imkan verilmir. Mənə elə gəlir ki, Türkiyə ilə Pakistan Əfqanıstanda bir yerdə fəaliyyət göstərəcəksə orada sabitliyə nail olmaq mümkün olacaq.

- “Taliban» belə bəyanat verir ki, Əfqanıstanda əmirlik qurulur, hər şeyi bir adam təyin edəcək və dövləti şəriət qanunları ilə idarə edəcəklər. Bu hansı siyasi quruluşdan söz açır?

- Əvvəla, sivil idarəçilik normalarının 90 faizi şəriət normalarına uyğundur. “Şəriət normaları” deyəndə biz qorxuruq, elə bilirik bu, qeyri-normaldır. Halbuki 1966-cı ildə Yunesko Ümum-İslam İnsan Hüquq və Azadlıqları Bəyannaməsini qəbul etdi. Əgər o Bəyannaməyə baxsanız və BMT-nin 47-ci ildə qəbul etdiyi Ümumi İnsan Hüquq və Azadlıqları Bəyannaməsinə baxsanız, görəcəksiniz ki, bu bəyannamələr arasında çox cüzi fərqlər var. Bir İslam dövləti durub orada İslam hüquq və azadlıqlarını bərpa etsə, bu, dünyanın ən demokratik ölkələrindən biri olar.

«Taliban»ın əmirlik yaratması, ölkəni bir nəfərin idarə etməsi boş şeylərdir. Bu, «Taliban»ın indiki şərtlər daxilində mövqeyidir. «Taliban» Türkiyədən müəyyən dəstək alacaqsa, Ankara Əfqanıstanda belə bir rejimin yaranmasına imkan verməyəcək. Əfqanıstanın dünyaya inteqrasiya etməsi üçün rejimin özünün dünyanın qəbul edəcəyi şəkildə olması lazımdır. İslam ölkələri arasında radikal ölkə Səudiyyə Ərəbistanı sayılsa da, orada çox ciddi islahatlar həyata keçirilib. Əfqanıstandan əvvəl Pakistan, İran İslam respublikalarıdır. Bunların heç birində «Taliban»ın Əfqanıstanda həyata keçirdiyi siyasət həyata keçirilmir. Bu baxımdan «Taliban» əvvəlki kimi çox radikal, İslam adı altında İslama uyğun olmayan addımlar atacaqsa, hakimiyyətdə qala bilməyəcək. «Taliban»ın hakimiyyətinin atdığı addımların 90 faizi İslama ziddir. İslamda zorakılıq yoxdur, qadınlarla kişilər eyni hüquqdadır. Allah-Taala kişi ilə qadını eyni hüquqda görür, əmr edir ki, müsəlmanlar təhsil alsınlar, oxusunlar. Sən necə müsəlmansan ki, qadınlara deyirsən oxumaq olmaz, televizora baxmaq olmaz. Düzdür, biz də öz qadınlarımızı bir çox televiziya verilişlərinə baxmağa qoymururq. Həmin efirlər pozğunluğu təbliğ edir. Bu, başqa məsələdir. Amerikanın özündə də publik və kabel televiziyaları var. Bu kabel televiziyalarında hər cür açıq-saçıq verilişlər verilir. Publik televiziyalarda, ancaq elmi, mədəni, əxlaqlı verilişlər olur. Demokratiya tələb edir ki, hər bir insana onun istədiyi yaşamaq şəraitini verəsən, bu zaman bir insan başqasının istəklərinə mane olmasın. Yəni əgər biri istəyirsə ki, intim filmə baxsın, onun özü üçün elə bir film göstərmək imkanı yaradılır. Biri istəyir ki, tarixdən, elmdən, mədəniyyətdən nəsə öyrənsin, ona da elmi verilişləri təqdim etmək lazımdır. Tutaq ki, Azərbaycan televiziyalarında ancaq boşboğaz ucuz şoulardır. Məsələn, ciddi, tarixi kinolar yoxdur, elmi verilişlər yoxdur. Elmi-tərəqqinin təbliği ilə bağlı verilişlər yoxdur. Bu o deməkdir ki, mən Azərbaycan televiziyalarına baxsam, bir dənə yenilik öyrənə bilmərəm.

«Taliban» kütləvi televiziyalarda xalqın milli-mənəvi dəyərlərinə zidd verilişləri qadağan eləməlidir. Bütün dünya dövlətləri, eləcə də Amerika bunu qadağan edib. Demokratiya bir xalqın dini və mili-etnik dəyərlərində yaşamaq azadlığı deməkdir. Bir adam xristiandırsa, sən onu məcbur etməklə müsəlman olan deyil. Bir adam türkdürsə və o türk adət-ənənəsi ilə yaşaya bilmirsə, bu, demokratiya deyil. Demokratiya xalqa onun kim olduğunu verə biləcək siyasi rejimdir. İndi dünyada müdaxilələr var, xalqları əsarətdə saxalamaq üçün onların etnik kimlikərini sıradan çıxarmaq, etnik kimliklərini unutdurub, tarixlərini yaddan çıxarmaq istəyirlər. Məsələn, Azərbaycanda da insanlara yanlış təsəvvürlər verirlər. Guya din gerilik mənbəyidir. Halbuki din elmdən də çox cəmiyyəti irəliyə apara biləcək vasitədir. İslam ölkələrindəki bu təcrübə İslam dini deyil. Dünyada mövcud olan 1 milyard müsəlmanın 90 faizi həqiqi İslamda deyil. Halbuki Qurani-Kərim insanlara ilahi bir yol - Allahın yoıunu təklif edir. Məhəmməd peyğəmbərin dövründə insanlar həqiqi İslamda idi. İslam dünyanın yarısını zəbt etdi, elmi, mədəniyyəti bütün dünyaya yaydı. İslam ölkələrində dünyanın nəhəng şəxsiyyətləri formalaşdı və yetişdi. Elə ki, xurafat mərhələsinə qədəm qoyduq, məhv olub getdik.

- Necə hesab edirsiniz, «Taliban»da baş verən prosesləri xurafatçı yanaşmalardan ayırmaq üçün nə edilməlidir?

- “Taliban»a müəyyən şərtlərlə dəstək vermək lazımdır. Onun biri Əfqanısatanda koalision hökumət olmalıdır, türklər, taciklər, puştunlar orada təmsil olunmalıdır. İkincisi, ölkə Qurani-Kərimə uyğun, demokratik qaydada idarə olunmalıdır. Hansısa mollanın yazdığı qanunlarla yox. Eyni zamanda, Əfqanıstan dünyaya açıq olmalıdır. Əfqanıstan özündə elə addımlar atmalıdır ki, dünya ölkələri ondan üz döndərməsin.

- Belə deyilir ki, Əfqanıstanda qurulan hökumət İran şiəsinin parodiyasıdır.

- Ayrı-ayrı adamlar müxtəlif dini şüarlar deyə bilər. «Taliban»ın Əfqanıstanda necə bir hökumət quracağı barədə heç kəs heç bir söz deyə bilməz. Bu xəmir çox su aparacaq. «Taliban»ı hakimiyyətə xoşluqla buraxdılar. “Taliban» bundan sui-istifadə edəcəksə, əvvəlki dünyanı saymadan ağlasığmaz hərəkətlər edəcəksə, təzədən sıxışdırılacaq və təzədən vətəndaş müharibəsi ola bilər. Hələlik, Əfqanısatan hökumətinin legitimliyi elan olunmayıb. Əfqanıstanın Prezidenti hakimiyyətdən getdiyini elan eltməyib. Vaxtilə Elçibəy Kələkiyə getdi, bu da gedib oturub Birləşmiş Əmirlikdə, deyir ki, mən hələ prezidentəm. Əfqanıstan daxilində «Taliban»ın legitim dövlət yaratması çox çətindir. Birinci, bu, tanınmalıdır, tanınandan sonra ölkə ilə iqtisadi əlaqələr qurulmalıdır. Bu mənada Əfqanıstanın Türkiyə və Pakistana ehtiyacı var. Bu baxımdan, Türkiyə və Pakistan təcili olaraq «Taliban»la birlikdə Əfqanıstanın gələcəyi ilə bağlı çox aydın mövqe ortalığa qoymalıdır. Əfqanıstanda yaşayan bütün millətlər dövlətdə, hakimiyyətdə təmsil olunmalıdır. Dil və milli ayrı-seçkiliyin bütün təzahürləri aradan qaldırılmalıdır. Heç kəs öz təriqətini, inancını başqa bir adama məcburən qəbul etdirə bilməz, o cümlədən də «Taliban».

- Son dövrlərdə sosial şəbəkələrdə "Azərbaycanda da «Taliban»da olduğu kimi idarə quruluşu olmalıdır”, - deyə çağırışların sayı artıb. Azərbaycanda - sosial şəbəkələrdə «Taliban»ın hərəkətlərini dəstəkləyən bəyanatların artması nə ilə bağlıdır, nə dərəcədə təhlükəlidir?

- “Taliban» hələlik heç bir quruluş yaratmayıb, ölkə ərazisinə tam nəzarət edə bilmir. Əfqanıstanda hakimiyyət boşluğu yaranıb və «Taliban»ın heç bir rəsmi hakimiyyəti yoxdur. İndi “adamlar” «Taliban»a oxşamaq istəyirlər. Nədi, ölkədə xaos istəyirsən?! Azərbaycanda vətəndaş müharibəsi istəyirsiniz?! Azərbaycanın problemi ölkənin dünyəvi dövlət olması ilə bağlı deyil. Azərbaycanın problemləri dünyəvi dövlət kimi bəzi qanunlara əməl etməməyimizdədir. Əslinə baxsan, Azərbaycan xalqının dindarının da, ateistinin də istədiyi Avropa həyat tərzində yaşamaqdır. Azad, firavan, sosial təminatlı, öz istedad və qabiliyyətlərini inkişaf etdirmələri üçün imkanların olması və sair. Xalq bunu istəyir, dindarlar da bunu dini yolla həyata keçirməyi düşünür. Bunun bir modeli var: Avropa modeli. Bəzi məsələləri – cinsi azlıqlara hüquqların verilməsi və s. çıxmaq şərtilə Azərbaycanda Avropa modelini qurmağımız insanların xoşbəxtliyinə bəs edər.

- Belə çağırışlar haradan gəlir?

- Sosial şəbəkə bir küçədir. Orada hər cür dünyagörüşünə, əxlaqa, ağıla, hər cür əqidəyə sahib olan insan var. Sosial şəbəkədən nəticə çıxarmaq və orada gedən müzakirlərin özünü ciddiyə almaq özü yanlış məsələdir. Çoxları yalançı profillərdən çıxış edir. Mütləq bunun altında xarici kəşfiyyatın, ola bilsin, Rusiya, İran kəşfiyyatının əli var. Azərbaycanı dünyadan təcrid eləmək üçün onu ciddi bir döngəyə itələmək istəyirlər. İstəyirlər ki, dünya «Taliban»dan necə üz döndəribsə, Azərbaycandan da üz döndərsin. Ola bilər ki, erməni və ruslar azərbaycanlı adı altında təbliğat aparırlar. Kimsə burada «Taliban»dakı kimi rejimin olmasını istəyirsə, gəlsin televiziya kanallarında müzakirə aparaq. Həmin o adamı axtarsan, tapa bilməyəcəksən. Yalançı profillərdir. Onlar xüsusi kəşfiyyat orqanlarının agentləridir. Azərbaycan xalqı nə 1918-ci ildə dini dövlət yaradıb, nə də Ərəb xilafətinin tərkibində olanda bəzi qaragüruh fanatiklər kimi olmamışıq. Türklər din məsələsində heç vaxt fanatizmə yuvarlanmayıb. İslamdan əvvəlki illərə baxsan, görərsən ki, türkün dini elə İslama ən yaxın din olub. Ona görə xoşluqla qəbul ediblər. Azərbaycanda bəzilərinin dediyi kimi, İrana, «Taliban»a oxşar rejim qurula bilməz. Əvvəla, xalq bunu istəməlidir. Azərbaycan xalqı isə qərbtərzli həyat sürmək istəyir. Əsrin əvvəllərində də belə idi, indi də belədir.

500 il bundan əvvəl bizim birinci imperator Şah İsmayıl Roma papası, Avropa ilə danışıqlar apardı. Nadir Şah Avropa ilə danışıqlar aparmışdı, Qacar Napoleonla müqavilə bağlamışdı. Azərbaycan hökmdarlarının xarici siyasətinə baxsaq, onların hamısı Qərblə sıx əlaqələr qurub. Azərbaycan Qərbdən gələn yeniliyə açıqdır. Yenilikçi, mədəni istehlakçı olaraq, Azərbaycan kimi ikinci xalq yoxdur. Azərbaycan xalqının evində xalçalar, gözəl şəkillər, arxiv əşyaları saxlanılır. Bu, Azərbayacan xalqının nə qədər nəhəng, mədəni xalq olduğunu göstərir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru