Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                 

"Eldar Həsənov bizimlə görüşüb onu dəstəkləməmizi istədi" - Partiya sədri
Tarix: 6-07-2021, 08:26 | Çap et
"Eldar Həsənov bizimlə görüşüb onu dəstəkləməmizi istədi"
Regionun ictimai-siyasi mənzərəsi özünün mürəkkəbliyi ilə diqqət çəkir. Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinə kölgə salmağa çalışan güclər var ki, ekspertlər hər hansı daxili siyasi boşluğun həmin gücləri aktivləşdirəcəyini önə çəkirlər. Bu mənada bütün hallarda siyasi partiyaların öz fəaliyyətlərini düzgün və qərəzsiz qurması əsas şərtlərdən hesab olunur. Siyasi partiyaların mübarizəsində əsas prioritet nə olmalıdır? Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu maraqlı məqamlara diqqət çəkib.

- Bildiyimiz kimi partiya olaraq rəsmi qeydiyyata alındınız və ofislə təmin olundunuz. Bu proses Azərbaycanda siyasi partiyaların fəaliyyətinə hansı təsirini göstərdi və eləcə də bir çox partiyalara ayrılan bu diqqətdən sonra məhz müxalifətdən gələn hansı təsirlərlə üzləşdiniz?

- Siyasi partiyalara fəaliyyət göstərməsi üçün şərait yaradılması qanunvericiliklə təsbit olunub. Hər bir dövlətin, hakimiyyətin üzərinə düşən məsuliyyət, hüquqi öhdəlik işi opponentlərə, siyasi müxalifətə qanun çərçivəsində fəaliyyət göstərməsinə şərait yaratmaqdır. Bu imkanı bizə Azərbaycan iqtidarı yaratmayıb, Azərbaycan Konstitusiyasının verdiyi səlahiyyətlərdir. Biz siyasi partiyalar da ondan faydalanırıq. İqtidar bir açılım edib. Bilirsiz ki, Prezident Admnistrasiyada çox ciddi dəyişikliklər oldu. Siyasi-ictimai şöbə ləğv olunub yeni bir qurum yaradıldı və sair. Bütün bunlar hamısı Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşmasının təməlini qoydu. Demokratik açılım oldu, siyasi dialoq başladı. Bütün siyasi partiyaların problemləri qabardıldı və həllinə doğru addımlar atıldı. Bu əslində şəxsi problemlər deyil. Siyasi partiyaların problemi həm də cəmiyyətin problemi deməkdir. Siyasi partiyalar da cəmiyyətin müəyyən bir kəsimini təşkil edir. Demək olar ki, siyasi partiyaların fonunda həm də cəmiyyətin müəyyən problemləri həll olunub. Onların fəaliyyəti üçün normal şərait yaradıldı, qərargahla təmin edildi, kənar müdaxilələr, təzyiqlər aradan qaldırıldı. Müxalifətin televiziyaya çıxmasının qarşısına qoyulmuş yasaq demək olar ki, aradan qaldırıldı. Görürsüz, Real Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı demək olar ki, bütün günü efirlərdədirlər. Biz daha çox müstəqil media, onlayn televiziyalarla fəaliyyətimizi təmin edirik. Bunları deməkdə məqsədim odur ki, problemlər heç də yerli-dibli həll edilməyib. Amma biz nikbinik, inanırıq ki, digər problemlər həll edildiyi kimi, bu problemlər də həllini tapacaqdır.

Bəli, qeydiyyata alınıb, ofislə təmin olunduğumuza görə bizə qarşı da tikanlı sözlər deyildi. Bu tək mənim şəxsimə, rəhbərlik etdiyim Partiyaya qarşı deyilmirdi. Bu bütövlükdə qanunvericilik çərçivəsində mənzil-qərargahla təmin edilmiş bütün partiyalara şamil olundu. Burda da absurd bir mənzərə yaranır. Bu tikanlı fikirləri səsləndirənlər daha çox iki partiyanın nümayəndələri idi - Müsavat və AXCP. Elə bir mənzərə yaratmağa çalışırlar ki, dövlət qeydiyyatındasansa sən satılmısan. Qardaş, Müsavat Partiyası yarandığı gündən dövlət qeydiyyatındadır və heç bir fəaliyyəti də məhdudlaşdrılmayıb. Müsavat Partiyası zamanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən təxminən 700 kvadratlıq mənzil-qərargahla təmin olunub. Eyni qayda da Azərbaycan Xalq Cəbhəsi Partiyasının da dövlət qeydiyyatı və şəhərin mərkəzində 700-800 kvadratlıq mənzil-qərargahı olub. Sonra o qərargahdan çıxdılar yeni qərargaha getmədilər. Yəni bu partiyalara qərargah verilib və bu gün bizə də verilib. Əgər bu, Azərbaycan siyasətində satılmaqdırsa, bu alverin başında Xalq Cəbhəsi ilə Müsavat oturub. Məgər qurultaydan sonra Müsavat Partiyasını dövlət qeydiyyatına almadılar? Yaxud AXCP-nin dövlət qeydiyyatı yoxdur. Necə olur, sizə olar, başqalarına olanda deyirsiz satqındırlar. Deməli, çox təəssüflər olsun ki, bizim düşərgədə də müxalif düşərgəni monopoliyada saxlamaq istəyən müəyyən partiyalar var.

- Monopoliyaya ala bilirlərmi. Ümumiyyətlə, əvvəlki illərə baxanda müxalifət partiyaları arasında konstruktiv mövqeyə gəlmə müşahidə olunurmu?

- Düşünürəm ki, Azərbaycan müxalifəti hər zaman konstruktiv olub və sağlam ideyalarla çıxış eləyib. Bir zamanlar müxalifətin səsləndirdiyi fikirlər göz önündədir. Biz deyirdik ki, “Türkün türkdən başqa dostu yoxdur, Türkiyə Azərbaycanın müttəfiqi olmalıdır, hərbi saziş imzalanmalıdır. Bu, nəhayət ki, Şuşa Bəyannaməsi ilə reallaşdı. Biz deyirdik ki, Qarabağın azadlığı Türkiyə-Azərbaycan birliyindən keçir, ATƏT-in Minsk Qrupu və sair kimi beynəlxalq qurumların fəaliyyətinin heç bir mənası yoxdur. Zamanla biz bunu da gördük. Məhz Azərbaycan əsgərinin döyüşməsi, türk dronlarının yardımı ilə qələbəni qazandıq. Zakir Həsənovun da dediyi kimi, Türkiyə Ordusu Azərbaycan ordusunun formalaşmasında, təlimlər keçməsində, Azərbaycanda peşəkar zabitlərin yetişməsində təhsil mənbəyi kimi çox mühüm rol oynadı. Biz deyəndə ki, Səlim Müslümov təpədən dırnağa qədər korrupsiyaya bulaşıb, əlillik satır, min cür hoqqadan çıxır, bizi məhkəməyə verməklə təhdid edirdilər. Biz deyirdik ki, icra başçıları korrupsiyaya bulaşıb, bizi haqlı saymırdılar. Amma ötən bir ildə biz gördük ki, nə qədər icra başçısı həbs edildi. Biz bu siyahını uzada da bilərik. Müxaifət nə zaman konstruktiv olmayıb ki... Lakin müxalifətdə bütün prosesləri qara görməyə hazır olan iki partiya olub. O da bayaq adını çəkdiyim partiyalardır. Bəli, müxalifətin alın yazısı hakimiyyəti tənqid etməkdir. Amma vicdanlı tənqid lazımdır. Bakıda qurulan bu yeni infrastrukturu görməmək, görüb də dilə gətirməmək insafsızlıq və qeyri-obyektivlikdir. Xatırlayırsınızsa, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda 3 rayonun - Ağdam, Laçın, Kəlbəcərin qeyri-döyüş şəraitində boşaldılması öhdəçiliyi götürülmüşdü. Bizim inkarçı müxalifət dayanmadan təbliğat aparırdı ki, “bu rayonlar verilməyəcək, İlham Əliyev xalqı aldadır”. Amma rayonlar bir güllə atılmadan azad olunanda hay-küy salındı ki, bəs Xankəndi niyə alınmır. Təbii ki, bu şəhərimiz azad olunmayıb. Amma zamana ehtiyac var. İstənilən işdə qüsur var, amma hadisələrə obyektiv yanaşmaq lazımdır. Biz mövcud iqtidarın Qarabağ siyasətini birmənalı dəstəkləyirik və əminəm ki, Gələcək Azərbaycan Partiyası iqtidarda olsaydı, beynəlxalq siyasəti bundan artıq qura bilməzdi. Nə mümkündürsə, İlham Əliyev onu edib. Daxili siyasətdə müəyyən çatışmazlıqlar var, biz onları dilə gətiririk. İndi bəzi siyasətçilər daxildən yox, daha çox xarici siyasətdən danışırlar. Beynəlxalq siyasətdən danışmaq asandır axı. Biz daxili siyasətdən danışırıq, nöqsanlara görə iqtidarı tənqid edirik. Amma beynəlxalq siyasətdə, xüsusən Qarabağ siyasətində birmənalı olaraq iqtidarın mövqeyini dəstəkləyir və yanında olduğumuzu bəyan edirik. Müxalifət istəmir ki, iqtidarın hesabına xal yazılsın. Amma elə məsələlər var ki, orda susmaq lazımdır. Orda iqtidar-müxalifət yox, dövlət anlayışı var. Müxalifət olaraq iqtidarın hesabına xal yazılmasın deyə, dövlətin ümumi maraqlarını tənqid etməməliyik.

- Bu gün “5-ci kolon”dan danışılır və belə qeydlər var ki, bu kolon müharibədən sonra ölkə əhalisi arasında narazılıq yaratmağa və prosesləri öz xeyrinə dəyişdirməyə çalışır.

- Azərbaycanda “5-ci kolon” da var, “6-cı kolon” da, hətta yeddincisi də. Bunlar reallıqdır. Mən elə şeylər danışaram ki, daşlar yerindən oynayar. Sadəcə indiki zamanda bu barədə danışmağı doğru hesab eləmirəm. Bəli, üzdə görünən “5-ci kolon”dur və nələrsə etməyə çalışır. Amma ən təhlükəli olanları görünməz olub, altdan-altdan iş görənlərdir. Elə proseslər baş verib ki, bu gün dilə gətiriləsi deyil. Məsələn, Eldar Həsənov niyə həbsdədir? Eldar Həsənov vəkili Adil İsmayılovla görüşüb nə söhbətlər aparırdı. Şəxsən mənimlə, Ramiz Rövşən və digər siyasi partiya rəhbərləri, ziyalılarla görüşüb və 2025-ci il prezident seçkilərində onun namizədliyinin müdafiə olunmasını xahiş edib. Təbidir ki, hər bir vətəndaşın seçkilərdə iştirak etmək hüququ var. Amma o bağlı qapılar arxasında nələr danışılıb, maliyyələşmənin necə təşkil olunacağı ilə bağlı hansı məqamlar var, mən çox gözəl bilirəm. Sadəcə indiki zamanda toxunmaq istəmirik.

- Ağasif bəy, bir qədər öncə siz də Azərbaycan Xalq Hərəkatında digər siyasi partiyalarla bir araya gəlmişdiniz. Sonra Hərəkat qalmaqalla iki qanada bölündü - bir tərəfdə rəhmətlik İsgəndər Həmidov, digər tərəfdə Mirmahmud Mirəlioğlu və tərəfdarları dayandı. İndi o Hərəkat fəaliyyət göstərirmi?

- Mən o vaxt AXH-nin legitimliyini təşkil edən 18 üzvdən 9-nun təmsil olunduğu qanadda idim. 2019-cu il 26 noyabr tarixində Azərbaycan Xalq Hərəkatının təmsil olunduğum qanadının sonuncu iclası olub və Xalq Hərəkatı rəsmən dağılıb. Ola bilər ki, bu gün kimlərsə, başqa fikirlər deyir. Amma sizcə o vaxt Hərəkatın o iclasında baş verən davadan, qalmaqaldan sonra hansısa bir qurumun yaşaması mümkün idi?.. Hərəkatın o sonuncu toplantısından sonra buraxıldı və təmsilçiləri KXCP-nın təmsil olunduğu qanadda fəaliyyətlərini sürdürdülər. Onunla da AXH erası bitdi.

- Amma Mirmahmud Mirəlioğlu və İsgəndər Həmidovun müavini İlyas Abdullayev hər biri öz qanadında AXN-nin öz fəaliyyətini davam etdirdiyini deyirlər.

- Adama sual verərlər ki, AXH-ni kimlər təsis edib və bu gün o təsisçilərdən orda kimlər var. Əgər təsisçi Ağasəf Şakiroğlu, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev o prosesdə iştirak eləmirsə, İsgəndər Həmidov haqq dünyasına qovuşubsa, ümumiyyətlə hərəkatı təsis edən 18 nəfərdən heç biri yoxdursa, necə fəaliyyət göstərə bilər? Amma legitim qanad noyabrda ləğv olunandan sonra o biri qanad, yəni KXCP sədri Mirmahmud Mirəlioğlunun sədri olduğu Hərəkat qanad avtomatik legitimlik qazanır. Fəaliyyət götərir deyirlərsə, uğurlar diləyirik.

- Ağasif bəy, ümumilikdə, siyasi müxalifət düşərgəsi hansı yeni siyasi mərhələyə keçib?

- Düşünürəm ki, Azərbaycan siyasi düşərgəsi iqtidarlı-müxalifətli yeni siyasi dialoq mərhələsinə qədəm qoyub. Siyasi müxalifət partiyaları isə cəmiyyətdən mandat almaq uğrunda mübarizə aparır. Daha çox “Ana müxalifət”çilik uğrunda mübarizə gedir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Dünən, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Dünən, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Dünən, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Dünən, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Dünən, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Dünən, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Dünən, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Dünən, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Dünən, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Dünən, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Dünən, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru