Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                 

“Əgər deputat etik qaydaları kobud şəkildə pozursa, mandatından məhrum oluna bilər” - Partiya sədri
Tarix: 30-06-2021, 08:47 | Çap et
“Əgər deputat etik qaydaları kobud şəkildə pozursa, mandatından məhrum oluna bilər”
“Four Seasons” hotelində deputat Ramil Həsənlə Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında yaranan “maska qalmaqalı” sosial şəbəkələrdə və mediada müzakirə olunmaqda davam edir. Daxili İşlər Nazirliyinin deputatı cərimələməsi isə məsələni daha da böyüdüb.

Oxuculara aydın olsun deyə qalmaqal barədə məlumat verək.

Virtual.org saytı sözügedən “Four Seasons” hotelində R.Həsənovla M.Mustafayev arasında ciddi mübahisə olması ilə bağlı görüntülər yayımlayıb. Həmin məkanda M.Mustafayev Moldova əsilli, britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak edib.

Almari Vael Süleymanın keçmiş həyat yoldaşının hazırda deputat Ramil Həsənlə evli olduğu bildirilir. Yayılan məlumata görə, britaniyalı biznesmenin həmin evlilikdən olan qızı indi Bakıda deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.

Təmin edilən bu görüş həmin hoteldə müəyyənləşdirilmiş və həmin vaxt deputatın icraya müdaxilə etdiyi bildirilir. Bu barədə vəkil açıqlamasında bildirib ki, əslində məhkəmə qərarının icrasında iştirak etmək hüququ olmayan deputat qəsdən qarşıdurma yaradıb: “Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleymanın uşağı ilə görüşü təmin edilməli idi. Görüş həmin hoteldə müəyyənləşdirilmişdi. Görüş zamanı Ramil Həsən icraya müdaxilə edirdi”.

Məsələ ilə bağlı R.Həsən də fikirlərini REAL TV ilə bölüşüb: “Qanunverici hakimiyyətin təmsilçisi olaraq, hər birimiz sadə Azərbaycan vətəndaşı kimi qanunlara riayət edirik. Konstitusiyanın müvafiq bəndlərinə görə, bizim hüquqlarımızın biri də bundan ibarətdir ki, icazəmiz olmadan hər hansı bir şəxsin və ya o şəxsin nümayəndəsinin videoçəkiliş aparmasına icazə verilmir.

Şəxsi həyatın toxunulmazlığı konstitusiyada təsbit edilib. Təəssüf ki, buna baxmayaraq, vəkilliklə məşğul olan bir şəxs bilavasitə mənim gözümün qarşısında ətrafındakı adamlara təlimat verir ki, belə bir videoçəkiliş həyata keçirsin.

Təəssüf edirəm ki, Vəkillər Kollegiyasının nümayəndəsi, eyni zamanda bəzi mətbuat orqanları təxribatçı addımlarla ölkə gündəmini şəxsi zəmində başqa istiqamətlərə yönəltməyə cəhd edirlər".

R.Həsənlə bağlı bu qalmaqal ilk deyil. Təxminən 20 gün öncə məhkəmə qərarından sonra deputatın mənzilinə gələn icraçıların qarşısına R.Həsən şortiklə çıxmış, onlara qarşı xoşagəlməyən ifadələr işlətmişdi.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı komissiyada həmkarının işinə baxıb-baxmayacaqları barədə sualımıza belə cavab verdi: “Millət vəkili xalq tərəfindən seçilən, mandat verilən, qanunvericiliklə kifayət qədər statusu olan şəxslər olur. Bu baxımdan hər məsələyə görə millət vəkilinin fəaliyyətini İntizam Komissiyasına qoyub, onu tənbeh etmək təcrübəsi mənə elə gəlir ki, təqdir edilən olmaz. Hansı hallarda millət vəkillərinin fəaliyyəti İntizam Komissiyasına verilir? Parlamentin nizamnaməsi pozulanda, eyni zamanda onun hərəkət və davranışları ictimai təhlükəlilik təşkil edərsə, açıqlamaları dövlətçiliyimizə ciddi problem yaradarsa, etdiyi çıxışlar, yazmış olduğu yazılar, müsahibələr dövlətlərarası münasibətlərdə xoşagəlməz gərginlik yaradırsa, bu hallarda İntizam Komissiyası bu məsələlərə baxır. Müzakirələrdən sonra komissiyanın müvafiq qərarı qəbul olunur. Amma Ramil Həsənin hoteldə bir vəkillə mübahisə etməsi İntizam Komissiyası səviyyəsində müzakirə ediləcək məsələ deyil. Verilən açıqlamalardan da məlum olur ki, bu, mübahisə xarakteri daşıyır. Tərəflərdən biri digərinin fikirlərini qəbul etməyib və hər kəs özünün haqlı olduğunu ortalığa qoyub, beləliklə də mübahisə yaranıb. Ona görə də bunun İntizam Komissiyasında müzakirə edilməsinə, məncə, ehtiyac yoxdur. Mübahisə özü belə ictimai təhlükə təşkil etməyib. Burada təbii ki, əxlaqi qaydalardan, amillərdən kənarda olan fikirlərin səslənməsi barədə mətbuatda məlumatlar getməyib. Bu baxımdan mübahisənin İntizam Komissiyasına çıxarılması barədə fikirlər, tələblər qeyri-ciddi səslənir. Hər birimiz hətta ailədə belə mübahisə edirik. İş yerində, həyatda yaxın olanlar şəxslər, dostlar arasında belə mübahisələr yaşanır. İndi buna görə onlar cəza almalıdırlar? Düşünürəm ki, bu məsələnin İntizam Komissiyasında müzakirəsinə ehtiyac yoxdur. Buna əsas da görmürəm. Amma millət vəkilinin üzərində ictimai nəzarətin güclü olduğunu unutmamalıyıq. Deputat bütün situasiyalarda özünü cilovlamağı bacarmalıdır. Onun demiş olduğu söz, atmış olduğu addım, yol vermiş olduğu hərəkətlər cəmiyyətdə ciddi rezonans doğurur. Bunu millət vəkilləri nəzərə almalıdır. Ümidvaram ki, bundan sonra yəqin hörmətli həmkarımız Ramil Həsən davranış və hərəkətlərində emosiyalara yol verməyəcək, istənilən situasiyada daha çox təmkin nümayiş etdirəcək”.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli məsələnin hüquqi tərəflərinə toxundu: “Bu insidentin təfərrüatları barədə tam məlumatlı deyiləm. Düşünürəm ki, tam dolğun məlumata malik olanlar da azdır. Belə mübahisələr olur. Sadəcə, onu bilirəm ki, deputat tərəf kimi çıxış edib və vəkil bunun üçün onunla mübahisə edib. Hər halda, onun dediyindən çıxış edirəm. Məhkəmə valideynin uşağı ilə görüşməsi üçün qərar verməlidir. Hesab edirəm ki, məhkəmədə baş verən bu mübahisəni o qədər də şişirtmək lazım deyil. Məhkəmə zamanı bir-birinə qarşı bundan da kəskin davranışların olduğunu, ifadələrin işlədildiyini görmüşük. Bizdə adətən belə fikirlər var ki, vəzifə statusu varsa, deputatdırsa, etik qaydalara daha çox əməl etməlidir. Əgər mübahisə zamanı söyüş, təhqiredici ifadələr varsa, o zaman bu məsələyə baxıla bilər, yəni Milli Məclisin İntizam Komissiyası tərəfindən. Bu komissiya tənbehedici tədbirlər görə bilər. Xəbərdarlığın edilməsi, töhmətin verilməsi mümkündür. Düşünürəm ki, mübahisə deputat mandatından məhrum edilməyə qədər gəlib çıxmayıb. Qanunvericiliyə görə, əgər deputat etik qaydaları kobud şəkildə pozursa, mandatından məhrum oluna bilər. Amma bu olayı etik qaydaların pozulması kimi qələmə vermək olar, kobud pozulma kimi deyil”.
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev həmkarının müdafiəsinə qalxıb. O bununla əlaqədar öz facebook səhifəsində status paylaşıb: “Ramil Həsən yalnız deputat həmkarım olduğu üçün yox, həm də ədalətli olmaq üçün yazıram. Maska taxmayıb deyə deputatı öldürmək, asmaq lazımdır? Nədir bu aqressivliyin səbəbi? Bir vətəndaş cərimə olunanda elə bilirəm ki, məni cərimələyiblər. Yəni mənim vətəndaşa mövqeyim budur, ona doğma yanaşmamdır. İnanmıram ki, elə deputat olsun ki, o, vətəndaşın cərimə edilməsinə sevinsin.

Əslində qanun qəbul olunanda, doğru xatırlayıramsa, deputatlara şamil olunmaması qeyd edilmişdi. Etiraz etmirəm, qanunu dəyişək və sonra isə hamısını tutub cərimələsinlər. Amma indiki qanunla Ramil müəllimin cərimələnməsi qanuna ziddir. Bir də qanunu açıb baxacam. Demirəm ki, deputat kimdənsə artıqdır. Deputat da sadə bir vətəndaşdır.

Mən onun ailə məsələsində kimin haqlı, kimin haqsız olduğunu bilmirəm. Bunu aidiyyəti orqanlar araşdırır. Hər kəsin bir haqlı və haqsız tərəfi olur.

Mənə həyatda xoş gəlməyən bir cəhət var və istəməzdim ki, bunu insanlarımızda görüm. Axı bizim gözəl insanlarımız var. Kiminsə toruna düşüb maşınında vint olmaqdan çəkinin. Onların həm maddi, həm də digər maraqları var? Sizlər isə bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız.

Bizim cəmiyyətdə ədalət tərəzisi tam pozulub və ədalət deyilən məfhum yaddaşlardan silinir. Belə getsə, qanundan kənar işlər çoxalacaq və bu da cəmiyyətin əsaslarını söküb atır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Dünən, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Dünən, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Dünən, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Dünən, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Dünən, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Dünən, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Dünən, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Dünən, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Dünən, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Dünən, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Dünən, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Dünən, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru