"Ola bilər ki, bir çox ölkələrə getmək qadağan da edilsin" - deputat
Tarix: 8-04-2021, 08:21 | Çap et
 Koronavirusa yoluxma sayı günü-gündən artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının həftəlik hesabatında bildirilib ki, son bir həftədə dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb. Vurğulanıb ki, ardıcıl olaraq 6-cı həftədir ki, yeni yoluxma sayı artaraq 4 milyonu keçib, ölüm sayı isə keçən həftəyə nisbətən 71 mindən çox olub.
Hesabata görə, son 7 gündə Cənub-Şərqi Asiyada COVİD-dən ölüm sayı 46 faiz, Şimali və Cənubi Amerikada 15 faiz, Şərqi Aralıq dənizində 7 faiz, Avropada isə 2 faiz artıb.
Azərbaycanda da həm yoluxma sayı, həm də virusdan ölənlərin sayı artıb. Ötən günün koronavirus statistikasına nəzər salsaq görərik ki, 2595 nəfər virusa yoluxub, koronavirusa yoluxan 37 nəfər isə vəfat edib.
Demək olar ki, sərt karantin rejiminin bir addımlığındayıq.
Ölkəmizdə vaksinasiya prosesi də davam etdirilir. Əhali arasında isə hələ də peyvənd olunmaq istəməyənlər var. Bu arada vaksin olunanlar üçün “SMS icazə” tətbiq olunmaya bilər. Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu vurğulayıb. İnsanlar niyə peyvəndləmədən yayınır? Vaksin olunanlara nə kimi güzəştlər ediləcək? Bu və digər suallarla bağlı ekspertlərə müraciət etdik.
Millət vəkili Azər Badamov “Yeni Müsavat”a mövzu ilə bağlı narahatlığını bildirib: "Çox təəssüf ki, son günlər koronavirusa yoluxanlar arasında artımlar müşahidə olunur. Bu infeksiyadan dünyasını dəyişənlərin sayı da artmaqdadır. Belə davam edərsə, təbii ki, daha sərt qərarlar qəbul edilməsi gündəmə gələcək. Sərt karantin rejiminin tətbiqi ilə bağlı qərarlar Operativ Qərargah tərəfindən verilir. Operativ Qərargah gündəlik yoluxmaların dinamikasını öyrənir və buna uyğun qərarlar verir. Yəni bu məsələ o qurumun səlahiyyətindədir. Amma mənim subyektiv fikrim ondan ibarətdir ki, biz çalışmalıyıq ki, insanların sağlamlığı birinci yerdə olsun. Yəni dövlətimizin siyasətinə əsasən insanların sağlamlığı bu gün ən ilk yerdədir.
Koronavirusa yoluxanların sayı daha da artarsa, bu vəziyyət nəzarətdən çıxa bilər. Ona görə də insanlar vaksinasiyada mütləq iştirak etməlidirlər. Azərbaycan peyvəndləməyə ilk başlamış ölkələrin sırasındadır. Azərbaycan beynəlxalq təşkilat olan COVAX-a qoşularaq vaksinlərin beynəlxalq səviyyədə, ədalətli və əlçatan şəkildə bölgüsünü dəstəkləyən ölkədir. Bununla yanaşı, Azərbaycan hökuməti bilirdi ki, vaksinlərin bölgüsündə ədalətsizlik baş verə bilər, buna görə də Çindən ölkəmizə vaksinlər idxal edildi. Bundan sonra ölkəmizdə əhalinin vaksinasiyasına başlanıldı. Hazırda bu proses sürətlə davam etdirilir. Amma çox təəssüflər olsun ki, insanlar arasında peyvənd olunmaqla bağlı tərəddüdlər var. Belə insanlar başa düşməlidirlər ki, peyvəndlənmənin alternativi yoxdur. Peyvəndləməni biz insanların öz öhdəsinə buraxmışıq, könüllüdür, kim istəyirsə vaksin olunur. Amma bununla yanaşı, gələcəkdə müəyyən məhdudiyyətlər yarana bilər. Bir müddətdən sonra dünyada gediş-gəliş üçün də ölkələr peyvəndləyən insanlar üçün sərbəst ola bilər. Ola bilər ki, bir çox ölkələrə getmək qadağan da edilsin, peyvənd olunmaq tələb olunsun. Həm də sərt karantin rejimi tətbiq ediləcəyi halda peyvəndlənmiş şəxslər SMS icazələrindən azad oluna bilərlər. Çünki peyvəndlənmiş insanın yoluxma riski çox aşağıdır və hətta yoluxma baş versə belə, çox yüngül şəkildə keçirirlər. Əgər biz adi normal həyata qayıtmaq istəyiriksə, mütləq şəkildə hamımız vaksinasiya prosesində iştirak etməliyik".
İnfeksionist-hepatoloq Mərdan Əliyev isə bildirib ki, sərt karantin rejimi o zaman tətbiq ediləcək ki, xəstəxanalarımızda yerlər dolacaq: "Hələ ki xəstəxanalarda yer var. Ona görə düşünmürəm ki, yaxın günlərdə sərt karantin olsun. Bizdə təqribən 1 milyona yaxın şəxs vaksin olunub. 10 milyonluq əhalinin 18 yaşdan yuxarı olanlar təxmini 5 milyon nəfər edir, bunun da yarısı virusa yoluxub sağalıb. Qalır 2 milyona yaxın insan, onun da 1 milyonu vaksin olunub. Açığını desəm, mən nikbin baxıram".
İnfeksionist vaksin olunanlara güzəştlərin tətbiq edilməsini müsbət dəyərləndirir: “Hamıya karantin qaydaları tətbiq olunmamalıdır. Peyvənd olunmuş şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə artıq ehtiyac yoxdur. Çünki onlar heç kimi yoluxdurmayacaqlar, həm də özləri yoluxmayacaqlar. Yoluxsalar da, çox yüngül keçirəcəklər. Artıq görürük ki, peyvəndin yan təsiri demək olar ki, yox səviyyəsindədir. Bizdə 1 milyona yaxın insan peyvənd olunub, hələ ki yan təsir müşahidə olunmayıb. Özümüz də demək olar ki, hər gün 300-400 adama vaksin vururuq. Yəni ağırlaşma, problem müşahidə edilməyib”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Bu gün, 21:56 |
|
|
|
• Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Bu gün, 21:49 |
|
|
|
• İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Bu gün, 18:58 |
|
|
|
• Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Bu gün, 18:07 |
|
|
|
• Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Bu gün, 18:06 |
|
|
|
• Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Bu gün, 18:03 |
|
|
|
• İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Bu gün, 17:55 |
|
|
|
• Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Bu gün, 17:52 |
|
|
|
• Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 17:49 |
|
|
|
• İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: - Ermənistanın taleyi artıq Bakıda həll olunur
Bu gün, 17:47 |
|
|
|
• “Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” - ETİRAZ
Bu gün, 17:42 |
|
|
|
• Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"
Bu gün, 17:35 |
|
|
|
• Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb?
Bu gün, 17:26 |
|
|
|
• “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır - DETALLAR
Bu gün, 17:11 |
|
|
|
• Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə - Ali Məhkəmədən qərar
Bu gün, 17:09 |
|
|
|
• “Rus dilini bilən kadrlara ehtiyac azala bilər” - deputat
Bu gün, 17:02 |
|
|
|
• "Abbas öz sənətindədir, mən öz sənətimdə..."
Bu gün, 16:57 |
|
|
|
• Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - KİV
Bu gün, 16:50 |
|
|
|
• Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Bu gün, 16:39 |
|
|
|
• İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Bu gün, 16:36 |
|
|
|
• "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 16:31 |
|
|
|
• Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Bu gün, 16:20 |
|
|
|
• Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:12 |
|
|
|
• Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Bu gün, 16:09 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Bu gün, 16:00 |
|
|
|
• Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Bu gün, 15:56 |
|
|
|
• Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Bu gün, 15:54 |
|
|
|
• SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Bu gün, 15:52 |
|
|
|
• “Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Bu gün, 15:47 |
|
|
|
• “Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Bu gün, 15:46 |
|
|
|
• Qaib yazılmır, axşam dərsləri ləğv edilib - Qarlı havada universitetlərdə...
Bu gün, 15:19 |
|
|
|
• Nikol bu şəhər uğrunda savaşa başladı: - xüsusi təyinatlılar yeridir
Bu gün, 15:15 |
|
|
|
• “Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO
Bu gün, 15:09 |
|
|
|
• "Mənim dediklərimi kim necə anlayır, özü bilər" - Ayaz Salayev
Bu gün, 15:04 |
|
|
|
• Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı – Ofis icarəyə götürüb
Bu gün, 15:02 |
|
|
|
• DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Bu gün, 15:00 |
|
|
|
• "Paşinyan mənim ideoloji və sinfi düşmənimdir..." - Mxitaryan
Bu gün, 14:58 |
|
|
|
• "Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır - RƏYLƏR
Bu gün, 14:02 |
|
|
|
• İşçilərini bədbəxt hadisələrdən sığorta etməyənlər cərimələnəcək - Məcəllə dəyişir
Bu gün, 14:00 |
|
|
|
• "Amerika silahı, maliyyə dəstəyi olmadan, Ukrayna Rusiyaya qarşı duruş gətirə bilməz" - deputat
Bu gün, 13:58 |
|
|
|
• "Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər" - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Rus ordusu Çasov Yardakı mikrorayonu ələ keçirdi
Bu gün, 13:05 |
|
|
|
• Ermənistanın ABŞ-dəki səfiri Pentaqonda strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Bu gün, 13:03 |
|
|
|
• Ukraynaya qarşı savaşan azərbaycanlının meyiti görün, HARDAN TAPILDI... - FOTO
Bu gün, 12:59 |
|
|
|
• "Qorxmadınız, sözünüzü dediniz, məni yaşatdınız" - VİDEO
Bu gün, 12:55 |
|
|
|
|