“O cür şüarlar anti-Rusiya mövqeyinin yaranmasına səbəb olur” - deputat
Tarix: 31-03-2021, 08:18 | Çap et
 Rusiyada sentyabr ayında parlament seçkisi keçiriləcək. Partiyalar hazırlıq mərhələsində əsas şüarlarını müəyyənləşdirirlər. Dövlət Dumasında təmsil olunan və Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” Partiyası özünəməxsus şüar seçib: “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq!”.
Məlumdur ki, Rusiyanın bəzi siyasətçiləri ermənilər kimi, xəstə təxəyyüllə sahibdirlər, imperialist siyasət düşüncəsindədirlər. Amma bu cür niyyətlər və açıqlamalar ilk növbədə Moskvanın olduğu həssas bölgələrdə anti-Rusiya meyllərini gücləndirir. Bu sırada Azərbaycan da istisna deyil. Xüsusilə sülhməramlıların Qarabağa yerləşməsindən sonra ölkədə bu cür əhval-ruhiyyə artıb. Mironovun seçki şüarı isə konkret məkrli niyyətlərdən xəbər verir.
Hakim Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov məsələ ilə bağlı “Yeni Müsavat”a şərhində bu cür şüar və açıqlamaların seçkilərdə müəyyən kəsimin səsini qazanmağa hesablandığını bildirdi: “Seçki kampaniyasında reallığa uyğun olmayan populist fikirlər və şüarlara tez-tez rast gəlinir. Ola bilsin ki, Mironovun partiyasının həmin şüarı da bu qəbildəndir. Populist və reallığa uyğun olmayan bu cür şüar müəyyən seçici kəsiminin səsini qazanmağa hesablanıb. Ancaq belə şüarlar əslində heç də uğurlu deyil. Bu, həm də Kremlin, Rusiyanın ziyanına işləyir, region ölkələrinin cəmiyyətlərində anti-Rusiya mövqeyinin yaranmasına səbəb olur. Bu isə əlbəttə ki, Kremlin zərərinədir.
Ona görə də hesab edirəm ki, populist siyasətçilərin və siyasi təşkilatın reallığa uyğun olmayan populist şüarı və fikri heç də Rusiya hakimiyyətinin, rəsmi Kremlin mövqeyi deyil. Rusiya prezidenti qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə bəyan edib. Ötən il Qarabağ müharibəsi zamanı Putin bir neçə dəfə açıq bildirdi ki, Qarabağ Azərbaycanın ərazisidir və ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz Rusiya dövlətinin bu mövqeyini əsas götürürük, hansısa bir partiyanın seçki kampaniyasına hesablanan populist şüarını yox. Bu əlaqələrə kölgə salmaq istəyən siyasətçilərin və siyasi təşkilatların niyyətlərinin reallaşmasına imkan verilməz. Xüsusilə Kreml indiki həssas zamanda zərərli siyasi şüarların, çağırışların yolverilməz və daha çox Rusiyanın özünə ziyan vuran fikirlər olduğunu onu ortaya atanların diqqətinə çatdırmalıdır”.
Politoloq Elxan Şahinoğlu isə məsələyə bu cür münasibət bildirib: “Bu dövlət mövcud ərazilərini inkişaf etdirməkdə, əhalinin tamamını minimum yaşayış imkanları ilə təmin etməkdə çətinlik çəksə də, rusiyalı bir qrup siyasətçi hələ də ərazilərin daha da böyüdülməsi xəyalı ilə yaşayır. Bəs Sergey Mironovun partiyası ”böyümə" dedikdə hansı “yeni əraziləri” nəzərdə tutur? Bunu gizlətmirlər: “Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbas və keçmiş Dağlıq Qarabağ...” Yəni keçmiş SSRİ məkanında harada separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçiblər.
Abxaziyanın, Cənubi Osetiyanın və Donbasın Rusiya ilə birbaşa sərhədi var, bəs keçmiş Dağlıq Qarabağı Rusiyaya necə “birləşdirməyi” planlaşdırırlar? Azərbaycanın bir parçası olan Qarabağın Rusiya ilə sərhədi yoxdur axı! Tutaq ki, Moskvadakı qüvvələr Dağlıq Qarabağdakı erməniləri “birləşdirməyə” həvəsləndirdilər və ermənilər yeni şüar ortaya atdılar, bəs azad etdiyimiz ərazilər necə olacaq? Mironov və onun havadarları Şuşasız və Laçınsız Qarabağın dağlıq hissəsini Rusiyaya necə “birləşdirməyi” təsəvvür edirlər?"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Bu gün, 21:56 |
|
|
|
• Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Bu gün, 21:49 |
|
|
|
• İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Bu gün, 18:58 |
|
|
|
• Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Bu gün, 18:07 |
|
|
|
• Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Bu gün, 18:06 |
|
|
|
• Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Bu gün, 18:03 |
|
|
|
• İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Bu gün, 17:55 |
|
|
|
• Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Bu gün, 17:52 |
|
|
|
• Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 17:49 |
|
|
|
• İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: - Ermənistanın taleyi artıq Bakıda həll olunur
Bu gün, 17:47 |
|
|
|
• “Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” - ETİRAZ
Bu gün, 17:42 |
|
|
|
• Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"
Bu gün, 17:35 |
|
|
|
• Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb?
Bu gün, 17:26 |
|
|
|
• “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır - DETALLAR
Bu gün, 17:11 |
|
|
|
• Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə - Ali Məhkəmədən qərar
Bu gün, 17:09 |
|
|
|
• “Rus dilini bilən kadrlara ehtiyac azala bilər” - deputat
Bu gün, 17:02 |
|
|
|
• "Abbas öz sənətindədir, mən öz sənətimdə..."
Bu gün, 16:57 |
|
|
|
• Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - KİV
Bu gün, 16:50 |
|
|
|
• Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Bu gün, 16:39 |
|
|
|
• İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Bu gün, 16:36 |
|
|
|
• "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 16:31 |
|
|
|
• Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Bu gün, 16:20 |
|
|
|
• Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:12 |
|
|
|
• Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Bu gün, 16:09 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Bu gün, 16:00 |
|
|
|
• Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Bu gün, 15:56 |
|
|
|
• Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Bu gün, 15:54 |
|
|
|
• SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Bu gün, 15:52 |
|
|
|
• “Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Bu gün, 15:47 |
|
|
|
• “Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Bu gün, 15:46 |
|
|
|
• Qaib yazılmır, axşam dərsləri ləğv edilib - Qarlı havada universitetlərdə...
Bu gün, 15:19 |
|
|
|
• Nikol bu şəhər uğrunda savaşa başladı: - xüsusi təyinatlılar yeridir
Bu gün, 15:15 |
|
|
|
• “Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO
Bu gün, 15:09 |
|
|
|
• "Mənim dediklərimi kim necə anlayır, özü bilər" - Ayaz Salayev
Bu gün, 15:04 |
|
|
|
• Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı – Ofis icarəyə götürüb
Bu gün, 15:02 |
|
|
|
• DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Bu gün, 15:00 |
|
|
|
• "Paşinyan mənim ideoloji və sinfi düşmənimdir..." - Mxitaryan
Bu gün, 14:58 |
|
|
|
• "Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır - RƏYLƏR
Bu gün, 14:02 |
|
|
|
• İşçilərini bədbəxt hadisələrdən sığorta etməyənlər cərimələnəcək - Məcəllə dəyişir
Bu gün, 14:00 |
|
|
|
• "Amerika silahı, maliyyə dəstəyi olmadan, Ukrayna Rusiyaya qarşı duruş gətirə bilməz" - deputat
Bu gün, 13:58 |
|
|
|
• "Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər" - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Rus ordusu Çasov Yardakı mikrorayonu ələ keçirdi
Bu gün, 13:05 |
|
|
|
• Ermənistanın ABŞ-dəki səfiri Pentaqonda strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Bu gün, 13:03 |
|
|
|
• Ukraynaya qarşı savaşan azərbaycanlının meyiti görün, HARDAN TAPILDI... - FOTO
Bu gün, 12:59 |
|
|
|
• "Qorxmadınız, sözünüzü dediniz, məni yaşatdınız" - VİDEO
Bu gün, 12:55 |
|
|
|
|