Zaur Mikayılov işinin öhdəsindən gəlmir... .....                     "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Anar Quliyev dilemma qarşısında... .....                     Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır .....                     Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI .....                     Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib .....                     "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum" .....                     Köçəryan niyə indi “xortladı”? .....                     “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” .....                     Kremldən Bakıya təklif: Bunu təhlil edin .....                     “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” .....                     Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat .....                     "Exchange" düyünü: Niyə açılmır? .....                     Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub .....                     Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır? .....                     Bakıda 17 milyon manata satılan villa kimindir? .....                     Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri .....                     Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı .....                     Erməni general həbsdən buraxıldı .....                     DTX İqbal Əbilovun istintaqını bitirdi: .....                     “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” .....                     İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub .....                     “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var .....                     Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb .....                     Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı .....                     Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar .....                     Mirmahmud Mirəlioğluna nə olub? .....                     Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb .....                     İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? .....                     “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” .....                     USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? .....                     Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` .....                     "Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" .....                     Oğuzun Calud kəndinin yararsız yolu .....                     Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb .....                     MİDA-nın adından istifadə edənlər ifşa olunub .....                     Namiq Əlizadə vəzifəsindən ayrıldı .....                     Azərbaycanda 700 minə Quran satılır .....                     AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir .....                     “Bizdə bloger yoxdur, yoldan keçənlər…” .....                 

"Şəxsən mən Xankəndidə kooperativ ev növbəsindəydim" - Keçmiş deputat
Tarix: 15-02-2021, 09:22 | Çap et
"Şəxsən mən Xankəndidə kooperativ ev növbəsindəydim"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr bəyanatının 7-ci bəndinə əsasən qaçqınlar Dağlıq Qarabağ və ətraf ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində qayıtmalıdırlar. M.Zaxarova bildirib ki, müharibə ilə əlaqədar evlərini tərk etmiş ermənilər hazırda fəal şəkildə geri qayıdırlar. Rusiya üçün əsas məsələ isə (guya ki – red.) üçtərəfli bəyanatdakı həmin bəndin əvvəlki yaşayış yerlərini tərk etməyə məcbur olanların hamısına şamil edilməsidir.

Şübhəsiz, Rusiya özünü “sülh göyərçini” kimi qələmə verməyə çalışır. Amma bunun belə olmadığı onsuz da bəllidir. Və ermənilərin də Qarabağa - əsasən Xankəndinə qayıdışındakı “fəallığı”nın da məhz Rusiya sülhməramlılarından qaynaqlandığı da məlumdur. Ermənistan əvvəllər də olduğu kimi Qarabağda erməni nüfuzunun yüksək olmasına çalışır.

Bu, təbii halda mümkünsüz olduğundan süni üsullara əl atır. Bunlardan biri də erməni əhalisinə müxtəlif vədlər verərək Xankəndinə məcburən köçürülməsidir. İkincisi, M.Zaxarova hansı qaçqınlardan danışır? Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən doğma yurdlarından didərgin salınmış azərbaycanlılar məcburi köçkünlərdir.

Amma keçmiş məcburi köçkünlər. Çünki Azərbaycan ərazi bütövlüyünü artıq bərpa edib, ərazilərini işğaldan azad edib. Azərbaycanın öz vətəndaşlarını doğma torpaqlarına qaytarmaq üçün kiminsə köməyinə ehtiyacı yoxdur. Sadəcə, mənfur düşmən işğal etdiyi ərazilərin hər qarışını minaladığından məskunlaşma prosesi ləngiyir.

Lakin bu da qısa zamanda həllini tapacaq. Məcburi köçkün adıyla vidalaşmış soydaşlarmız isə vaxtilə ermənilərin silahlı müdaxiləsi nəticəsində tərk etdikləri evlərinə qayıtmaqda qərarlıdır.

Hətta bir çoxları “günü bu gün Xankəndinə qayıtmağa, öz evimizdə, mənzilimizdə yaşamağa hazırıq. Erməni kimdir ki, ondan çəkinək?! Qoy onlar bizdən çəkinsin”, deyir. İllər öncə Xankəndi, Xocalı, Xocavənd, Hadrutda yaşamış qarabağlılar bu ərazilərin minalanmaya az məruz qaldığını iddia edərək evlərinə qayıtmaq üçün əngəl olmadığını deyirlər. Qarabağda məskunlaşmaya Xankəndidən başlamaq olarmı?

"Şəxsən mən Xankəndidə kooperativ ev növbəsindəydim"

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Xankəndidən sabiq millət vəkili Həvva Məmmədova “Şərq”ə açıqlamasında Ermənistanın məkrli siyasətindən əl çəkmədiyini bildirdi:

- Ermənistan çalışır Xankəndidə erməni əhalisinin sayı çox olsun. Rusiya tərəfi də məlumat verir ki, guya, Xankəndinə 41 min erməni qayıdıb. Mən bu rəqəmlərə inanmıram. Ermənilər ora zorla köçürülür. Ermənilərə verilən vədlər yerinə yetirilmədiyi üçün əksəriyyəti təkrar ora qayıtmaq istəmir, zorla qaytarılanlar da geri qayıtmaq istəyirlər.

Amma cənab Prezident İlham Əliyev həmişə deyir ki, Qarabağda yaşayan erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Konstitusiyasına tabe olsunlar, Azərbaycan əhalisinin malik olduğu imkanlardan onlar da yararlansın.

Ötən 28 ildə ermənilər Azərbaycan və azərbaycanlılar əleyhinə təbliğat apardılar ki, bizi öldürüblər, qırıblar, amma artıq dünya həqiqəti gördü. Azərbaycan Ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdikcə ermənilərin hansı vandallıqlar törətdikləri hər kəsə məlum oldu. Ermənilər tərəfdən ilk zərbə alanlar məhz Xankəndi camaatı olub. Bir insan neçə dəfə köçkün düşər?

Xankəndidən Xocalıya, Xocalıdan Ağdama, Ağdamdan Bakıya köçüb xankəndlilər. Sizə deyim ki, Xankəndinin, məsələn, “Kərpiçni” məhəlləsinin sakinləri tamamilə azərbaycanlılar idi.

Amma ermənilərin məkrinə baxın ki, orada yaşayan azərbaycanlıları qeydiyyata almırdılar. Şəxsən mən Xankəndidə kooperativ mənzil növbəsindəydim. Mənim kimi bəlkə də minlərlə azərbaycanlı vardı, ev növbəsindəydilər. Amma mənzil verilmirdi, onları bezdirirdilər. Məsələn, həkim kimi təyinat alıb Xankəndinə işləməyə gələn azərbaycanlıları məqsədli şəkildə kənarlaşdırırdılar. 3 il qalıb işləməli olan şəxs il yarımdan sonra çıxıb gedirdi.

Nə qədər ki, Dağlıq Qarabağda ermənilər rəhbər vəzifədəydi, əhalinin sayı heç vaxt düzgün aparılmırdı. Azərbaycanlılar az, ermənilərin sayı çox göstərilirdi. Sonra da məlum işğal faktı zamanı Dağlıq Qarabağda ermənilərin mümkün qədər çox məskunlaşdırılmasına çalışdılar, nəinki Ermənistandan, başqa ölkələrdən də erməni əhalisini ora köçürməyə başladılar. İndi biz nə etməliyik? Hesab edirəm ki, ən vacib məsələ Yuxarı Qarabağda, o cümlədən Xankəndidə yalnız 1988-ci ilədək yaşayanların məskunlaşdırılmasına nail olmaqdır. 1988-ci ilədək kimlər yaşayıbsa, onlar və onların ailə üzvləri ora köçürülməlidir.

1988-ci ildən sonra Xankəndiyə köçürülən ermənilər ordan çıxarılmalıdır. Düşünürəm ki, Yuxarı Qarabağ tamamilə Azərbaycan dövlətinin nəzarətinə keçdikdən, əhalinin təhlükəsizliyinə Azərbaycan Silahlı Qüvvələri cavabdeh olduqdan, dövlət strukturları formalaşdıqdan sonra bu məsələ də həllini tapacaq. Tezliklə bu olacaq.

Çox az zaman qalıb. Biz məskunlaşmaya Xankəndidən başlamalıyıq. Xankəndidə mərkəzdəki evlərin, demək olar, hamısı salamatdır. Kimin harada, hansı ünvanda yaşadığı da bilinir. Azərbaycan dövləti də, keçmiş köçkünlərin Qarabağda məskunlaşmasını, doğma evlərinə qayıtmasını təmin edəcək.

Cənab Prezident köçkünlərə mənzillərin verilməsi mərasimində iştirakı zamanı demişdi ki, siz burda müvəqqəti məskunlaşırsınız. Siz doğma torpaqlarınıza qayıdacaqsınız. Bunu heç kim unutmayıb, Prezidentin o sözləri də yaddan çıxmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur Mikayılov işinin öhdəsindən gəlmir... - BU FAKTDIR!
Bu gün, 05:17
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
“Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02
Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00
“Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02
Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58
Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02
Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01
Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58
Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48
Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45
DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36
“Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30
İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27
“MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15
Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11
Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09
Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53
“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39
Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Dünən, 16:38
"Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" - Elməddin Cəfərovdan İRAD
Dünən, 16:32
Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır
Dünən, 16:13
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb – Qiymətlər
Dünən, 16:11
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dünən, 15:48
Namiq Əlizadə vəzifəsindən ayrıldı - özü AÇIQLADI
Dünən, 15:47
Azərbaycanda 700 minə Quran satılır - FOTO
Dünən, 15:44
AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir - DİQQƏT!
Dünən, 15:41
“Bizdə bloger yoxdur, yoldan keçənlər…”
Dünən, 15:40
Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur – Tarix açıqlandı
Dünən, 15:15
Ukrayna təhlükəsizlik zəmanəti və sülh istəyir - Zelenski
Dünən, 15:13
Akif Qurbanov Toplum TV-nin fəaliyyətinə birbaşa rəhbərlik edib - İLGİNC...
Dünən, 15:09
SOCAR şefinin BAŞINI AŞAĞI EDƏN DURUM... - "Niyə, onların günahı nədir?.."
Dünən, 15:07
Onlar da vəzifələrini itirdilər - BUNDAN SONRA...
Dünən, 14:54
"Bu yaşda adama nə pensiya, nə də iş vermirlər..." - GİLEY
Dünən, 14:52
Litva hərbçilərini Ukraynaya göndərməyəcək - "İnterfaks"
Dünən, 14:48
İran-ABŞ gərginliyi: ərəblər vasitəçiliyə can atırlar - “Nezavisimaya qazeta”
Dünən, 14:10
Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə! - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:02
Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq - AÇIQLAMA
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru