"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Anar Quliyev dilemma qarşısında... .....                     Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır .....                     Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI .....                     Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib .....                     "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum" .....                     Köçəryan niyə indi “xortladı”? .....                     “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” .....                     Kremldən Bakıya təklif: Bunu təhlil edin .....                     “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” .....                     Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat .....                     "Exchange" düyünü: Niyə açılmır? .....                     Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub .....                     Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır? .....                     Bakıda 17 milyon manata satılan villa kimindir? .....                     Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri .....                     Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı .....                     Erməni general həbsdən buraxıldı .....                     DTX İqbal Əbilovun istintaqını bitirdi: .....                     “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” .....                     İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub .....                     “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var .....                     Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb .....                     Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı .....                     Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar .....                     Mirmahmud Mirəlioğluna nə olub? .....                     Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb .....                     İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? .....                     “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” .....                     USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? .....                     Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` .....                     "Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" .....                     Oğuzun Calud kəndinin yararsız yolu .....                     Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb .....                     MİDA-nın adından istifadə edənlər ifşa olunub .....                     Namiq Əlizadə vəzifəsindən ayrıldı .....                     Azərbaycanda 700 minə Quran satılır .....                     AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir .....                     “Bizdə bloger yoxdur, yoldan keçənlər…” .....                     Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur .....                 

"Həm İrəvan, həm Qarabağ ermənisi Azərbaycana qarşı bir yerdə vuruşub" - Eldar Namazov
Tarix: 11-02-2021, 08:53 | Çap et
"Həm İrəvan, həm Qarabağ ermənisi Azərbaycana qarşı bir yerdə vuruşub"
Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a geniş müsahibə verib. Siyasi analitik 44 günlük savaşdan sonrakı proseslərlə bağlı suallarımızı cavablandırarkən olduqca maraqlı mətləbləri və proseslərə dair ilginc detallar açıqlayıb, milli mənafeyimiz baxımından faydalı təkliflər irəli sürüb.

- Eldar bəy, rəsmi İrəvan artıq Qarabağa əsgər göndərməyəcəyini bəyan edib. Ancaq paralel olaraq revanşist qüvvələrin davranışlarını da görməzdən gələ bilmərik. Siz hadisələrin bundan sonra hansı məcrada davam edəcəyi qənaətindəsiniz?

- Suala konkret cavab verməzdən əvvəl yaranmış ümumi mənzərəni qiymətləndirmək istəyirəm. Ona görə ki, bu, təkcə Ermənistandan Qarabağa ordu göndərməklə bağlı deyil. Bir çox məsələlərə addım-addım aydınlıq gətirilir və bunun da çox ciddi səbəbləri var. Səbəblərlə bağlı bu yaxınlarda Moskva səfəri zamanı Qarabağ klanının lideri Robert Köçəryanın müsahibəsində də danışılıb. Köçəryan açıq deyir ki, mən başa düşmürəm, indi Azərbaycanla hansı məsələlərdən danışmaq olar? Çünki bizim nə təzyiq mexanizmimiz, nə alver üçün əlimizdə bir güc, ya mövqe yoxdur ki, danışıqlardan nə isə əldə edək. Biz hər məsələdə artıq uduzuruq, ona görə ki, bütün təşəbbüs, təsir imkanları Azərbaycanın əlindədir. O demədi, ancaq mən bura əlavə edim: beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Yəni bizim indi gördüyümüz mənzərə ondan ibarətdir ki, addım-addım Azərbaycan öz istəyinə nail olur. Bir neçə gün bundan əvvəl məlumat yayıldı ki, Fransadan gələn nümayəndə heyəti Ermənistandan Qarabağa keçmək istərkən onların qarşısı Laçın dəhlizində alınıb. Sülhməramlılar deyiblər ki, gedin, Azərbaycandan viza alın. Ancaq bir ay bundan əvvəl başqa cür idi. Azərbaycan Prezidenti öz çıxışında sülhməramlıları tənqid etmişdi və xüsusi qeyd etmişdi ki, Fransadan deputatlar gəlir, bizim icazəmiz olmadan onları Dağlıq Qarabağa buraxırlar.

- Amma düşmən çox məkrlidir və bir əsrdən artıqdır davamlı şəkildə süfrəsinin başında oturduğu xalqa xəyanət edir. Bu mənada arxayınlaşmaq da olmaz. Dövlət başçısı xüsusi kurs verib, zəfərdən sonra da azad olunmuş torpaqlara səfərləri, ordan səsləndirdiyi mesaj və xəbərdarlıqlar hamımıza bəllidir. Eyni zamanda prezident köməkçisi Hikmət Hacıyev bir neçə dəfə diplomatik korpusun viran qoyulmuş bölgəyə vacib səfərlərini təşkil edib. Digər hansı addımlar atılmalıdır ki, düşmən baş qaldırmaq imkanından tam məhrum olsun? Fakt budur ki, həm Qarabağda, həm Ermənistanda sülhməramlılara arxayın olaraq revanşa cəhd edənlər var...

- Biz cəmiyyət olaraq, ictimai xadimlər, ekspertlər, siyasətçilər, media olaraq çox diqqətli olmalıyıq. Müharibə qurtardı, amma savaş davam edir. Bu savaşda artıq informasiya müharibəsi daha çox rol oynayır, nəinki əvvəlki mərhələdə. Ona görə ki, indi məhz o savaşın əsas silahları Azərbaycanın iqtisadi gücü, informasiya resurslarıdır, demoqrafik potensialıdır, diplomatiyasıdır. Biz necə hərb mərhələsində erməniləri darmadağın etdiksə, bax, bu ikinci mərhələdə, hibrid müharibəsinin bu hissəsində də öz qələbəmizi təmin etməliyik. Bunu edəcəyik, mənim heç bir şübhəm yoxdur. Ona görə ki, Azərbaycanın həm iqtisadi, həm demoqrafik potensialı, həm hərbi gücü, həm diplomatiyamızın arxasında duran bax, bu güc amilləri var. Eyni zamanda mən əminəm ki, informasiya savaşında da müəyyən nöqsanlara yol vermişiksə, səhvlərimiz olubsa, biz bunu indi təhlil edib, bir araya gəlib, vəziyyətdən çıxmalıyıq. Biz informasiya sahəsindən danışırıqsa, şəxsən mənim təklifim çox sadədir. Hesab edirəm ki, Azərbaycan cəmiyyətini narahat edən, hisslərinə toxunan informasiyanı Azərbaycan mediası verməlidir, əgər bu, həqiqətdirsə... Bunu vermək, xəbərdarlıq da etmək olar ki, bax, bu təhlükə var. Amma bunlar mütləq yoxlanılmalıdır. Ona görə ki, bizim hisslərimizə toxunan xəbərlərin təqribən 80-90 faizi yalan çıxır. Ancaq 10-20 faizində ciddi məsələlər də var, onları mütləq bir-birindən ayırmaq lazımdır və yaranmış problemləri necə həll etmək yönündə biz hamımız bir yerdə çalışmalıyıq. Ancaq informasiyaları ayırmasaq, bizim üstümüzə yalanla dolu, cəmiyyətin hissləri ilə oynayan informasiya seli gələcək. O da bütün cəmiyyətimizi pis duruma sala bilər və biz buna yol verə bilmərik. Mənim təklifim məhz bundan ibarətdir ki, 44 günlük müharibədən sonra həm ekspertlərin, həm ictimai xadimlərin, həm media kapitanlarının üzərinə daha böyük məsuliyyət düşür. Ona görə ki, indi savaş məhz bu sahədə gedir. Odur ki, biz daim bir-birimizlə ünsiyyətdə olaq, məsləhətləşək, müəyyənləşdirək ki, hansı məsələdə bizi çaşdırmaq istəyirlər, hansı məsələdə bizim cəmiyyətimizə zərbə vurmaq istəyirlər, hansı məsələdə real təhlükə, problem var, onun üzərinə gedib, onu həll edək. Biz bunu öz içimizdə təşkil etməsək, bizim üçün çox ağır olacaq.

- Ordusu, iqtisadiyyatı darmadağın edilmiş Ermənistanın yaxın gələcəkdə özünə gəlməsi mümkün görünürmü?

- Azərbaycan bu müharibədə böyük qələbə qazandı, Ermənistan ordusunu darmadağın etdi. Adətən belə qələbələrdən sonra dövlətlər hərbi büdcələrini bir az azaldırlar ki, müəyyən vəsaitlərə qənaət etsinlər. Ancaq Azərbaycanın hərbi büdcəsi yenə də artdı. Üstəlik, Türkiyə ilə hərbi əməkdaşlıq daha güclənən xətlə davam edir və biz artıq de-fakto “Bir millət, bir ordu, iki dövlət” prinsipini həyata keçiririk və bununla bağlı çox ciddi təlimlər də keçirilir. Deməli, qarşıdakı proseslərlə bağlı Azərbaycanın hərbi gücü daha da artmalıdır, güclənməlidir. Biz indiki qələbəmizlə rahatlanmırıq. Dövlətimizin yanaşması belədir ki, gücümüz hər il artmalıdır və Türkiyə ilə hərbi əməkdaşlıqda, başqa sahələrdə artıq yeni bir mərhələyə keçməliyik. Bu, ondan xəbər verir ki, hələ bizi qabaqda çox ciddi təhlükələr gözləyə bilər. Biz bilmirik İranın ətrafında nə baş verəcək. Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışırlar, hələlik bu, alınmır. Ancaq gələcəkdə nə olacaq, onlar hansı yolla gedəcəklər, bu da bizə bəlli deyil. Odur ki, biz hər bir varianta hazır olmalıyıq. Biz öz hərbi potensialımızı durmadan, dayanmadan daha da gücləndiririk.

- Düşmənin itkiləri barədə hələ də müfəssəl məlumat yoxdur...

- Gəlin Ermənistana dəyən zərbəni bir də dəqiqləşdirək. Ermənistan rəhbərliyi real rəqəmləri gizlədir. Ancaq günlər keçdikcə o rəqəmlər üzə çıxmağa başlayır. Müdafiə Nazirliyi 2 min itki haqqında danışanda Ermənistanın səhiyyə naziri artıq dözmədi, dedi bizdə 3500-ə yaxın meyit qeydiyyatdan keçirilib. Yəni Müdafiə Nazirliyini biabır etdi ki, niyə yalan danışırsan? Ancaq bu haradasa ay yarım bundan əvvəl olmuşdu. Bu yaxınlarda isə Ermənistanda hərbi qulluqçuların sığortalanma fondu var, dövlət təşkilatıdır. Onlar dəqiq qeydiyyat aparır. Həmin fondun rəhbərlərindən biri rəqəmləri açıqlayıb yazdı ki, 4500 erməni əsgəri həlak olub, 5 min 1-ci qrup, 6 min 2-ci qrup əlildir. 3-cü qrup əlillə bağlı informasiya verilmədi. Ancaq hər halda, 3-cü qrup 1 və 2-ci qrup əlillərin sayından az olmayacaq. Yəni 5-6 min də 3-cü qrup olacaq. Bunların hamısını üst-üstə gələndə təxribən 16 min edir. 4500 nəfər də həlak olanları əlavə etsək, 20 mini keçir. Bu da son rəqəm deyil. Könüllülər var idi ki, onlar heç rəsmi qeydiyyata dayanmamışdılar, maşınlara minib Qarabağa gəlmişdilər və orada məhv edilmişdilər. Yəqin ki, 4500 yox, elə erməni müxalifətinin dediyi kimi, ən azı 5 min məhv edilmiş əsgərləri var. Amma bu da son rəqəm deyil.

- Qarabağ ermənilərinin itkilərini də əlavə etsək...

- Bəli. Erməni xislətinə baxın, onlar Ermənistan və Dağlıq Qarabağ erməniləri üzrə statistikanı ayrıca verdilər ki, itkilərin sayını azaltsınlar. Dağlıq Qarabağdakı qondarma qurumun qondarma “müdafiə naziri”nin dediyinə görə, onlarda 2400 həlak olmuş əsgər var. Ancaq bizimçün nə fərqi var, həm İrəvan, həm Qarabağ ermənisi Azərbaycana qarşı bir yerdə vuruşub. Onların elan etdiyi 2400 də son rəqəm deyil. Onlar elan ediblər ki, itkin düşənlərlə bağlı qeydiyyat aparılır və bu günə kimi, təqribən 2500 meyit axtaran valideynlər var. Deməli, ümumilikdə Qarabağ ermənilərinin itkiləri 5 minə yaxındır. Qarabağdakı 1, 2 və 3-cü qrup əlillərin sayı verilmirsə, biz təqribən bunu müəyyən edə bilərik. Ermənistanda bu, bəllidir, həlak olanlarla yaralananların nisbəti 1-ə 4-dür. Yəqin həmin nisbət də Dağlıq Qarabağ ermənilərinə aiddir. Orada da 2400 ölü sayını etiraf edirlərsə, deməli, 4 dəfə çox yaralı var. Bu da haradasa 9600 edir. Siz bu rəqəmlərin hamısını üst-üstə gəlin, erməni tərəfin məhv edilən və yaralananlarının sayı 32 minə yaxındır. Balaca bir Ermənistan üçün bu rəqəm dəhşət yox e, fəlakətdir. Bu, artıq Emənistan dövlətinin onurğa sütununun baltalanması deməkdir. Bundan sonra çapalaya da, bəyanat da verə bilərlər, ancaq bu dövlətin gələcəyi yoxdur. Nəzərə alsaq ki, 1992-ci ildən etibarən Ermənistanın əhalisi hər il azalıb. 28 il ərzində bu ölkədə təqribən 2 milyon əhali azalıb. Son müharibədən sonra da həm miqrasiya dalğası çox güclü olacaq, bu haqda ermənilər hamısı açıq deyirlər. Robert Köçəryan da müsahibəsində demişdi ki, hələ sərhədlər bağlıdır, sərhədlər açılanda hamı qaçacaq. Həm də əhalinin özündə bir disbalans yaranıb ki, qırılan əsasən gənclər idi. İndi əhalinin içində daha çox qadınlar, qocalar qalır. Deməli, onların demoqrafik potensialını artırması üçün heç fiziki imkanları da olmayacaq. Əgər 28 ildə 2 milyon azalıbsa, deməli, bu gün Ermənistanda real olaraq 1,8 milyon nəfər yaşayır. Yüz minlərlə şəxs də sərhədlər açılan kimi qaçacaq.

- Eldar bəy, Ermənistanla sərhədlərimizin dəqiqləşdirilməsi prosesi sovetlər dövrünə aid xəritələrlə aparılır. Belə olan təqdirdə Azərbaycandan sovetlər dövründə qoparılmış ərazilərimiz, həmçinin 1929-cu ildə Mikoyanın qərarı elə Ermənistana verilmiş Zəngəzurun bir hissəsini, Mehrini geri tələb edə bilmərikmi?

- Ay qardaş, bu dövlətin gələcəyi yoxdur. Biz təkcə Zəngəzur haqda düşünməli deyilik. Geopolitikada 5, 10, 15, 20 illik ölçülər götürülür. Geopolitika bir həftəyə, bir aya ölçülmür. Biz hazır olmalıyıq, bizim bütün qədim torpaqlarımız Azərbaycana qayıtmalıdır. Azərbaycan ərazisində vaxtilə süni yaranmış bu dövlətin yaşamağa gələcəkdə fiziki imkanı olmayacaq. Ona görə ki, bunun üçün iki amil lazımdır: ərazi və əhali. Ərazi onların deyil, bizim qədim torpaqlarımızdır. Azərbaycana qarşı ərazi iddiaları ilə, bu savaşla onlar öz əhalisini də qırdırdılar, demoqrafik gələcəklərini də baltaladılar. Dünya təcrübəsində elə bir dərman yoxdur ki, bunlara demoqrafik zərbənin altından çıxmağa imkan versin. O boyda sovetlər birliyi İkinci Dünya müharibəsində aldığı zərbədən 60-70 il sonra da əziyyət çəkirdi. Ancaq sovetlər birliyinin heç olmasa iqtisadi potensialı, təbii resursları, insanların sosial durumunu yaxşılaşdırmaq imkanları var idi ki, demoqrafik artım olsun. 30-40 ildən sonra demoqrafik zərbənin ağırlığını onlar bir qədər azalda bildilər. Ermənistanın isə əlində heç nə yoxdur, nə iqtisadi, nə texniki resurslar və bunlar öz gələcəyini beləcə baltaladılar. Sizinçün bir misal gətirim: bu müharibədə ölənlərin və yaralananların sayı ümumən 32 minə yaxındırsa, bu, təqribən Ermənistanda real yaşayan əhalinin 2 faizi deməkdir. Azərbaycan əhalisi 10 milyondursa, bunun 2 faizi nə qədərdir: 200 min. Rusiyada yaşayan 145 milyonun 2 faizi 3 milyona yaxın nəfər edir. Azərbaycan, yaxud Rusiya hansısa müharibədə bu qədər itkilər versəydi, bu dövlətlərin axırı nə olardı? Bax, Ermənistanın axırı o olacaq. Ona görə də biz bir millət olaraq anlamalıyıq ki, artıq geopolitik təfəkkürə malik olmalıyıq. Geopolitik təfəkkürün öz prinsipləri, öz qaydaları var. Biz başa düşməliyik ki, tarixi torpaqlarımızı zəbt edib, orada dövlət yaradan düşmənimizin onurğa sütununu artıq sındırmışıq. İndi gələcək proseslərə hazır olmalıyıq - həm Cənubda, İran ətrafında gedən proseslərə, həm Ermənistan dövləti ətrafındakı proseslərə... Ermənistan prezidenti öz məqaləsində belə bir şüar irəli sürüb: “Bizim üçüncü respublikamız məhv olub, gəlin çalışaq, 4-cü respublikanı sıfırdan yaradaq”. Bunların hamısını nəzərə alaraq, biz hazırlaşmalıyıq, gücümüzü artırmalıyıq, vahid bir qüvvə kimi - hakimiyyət, müxalifət, vətəndaş cəmiyyəti, media - hamımız bu düşüncəyə, təfəkkürə malik olmalıyıq ki, bizim geopolitik durumumuz durumumuz bu gün nə cürdür, sabah necə olacaq? Biz indi yeni bir mərhələyə hazırlaşmalıyıq. Biz bütün işğal olunmuş ərazilərimizi qaytarmalıyıq, fərqi yoxdur, bu, 200 il bundan əvvəl işğal olunub, 100 il bundan əvvəl, yoxsa 30 il əvvəl...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
“Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02
Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00
“Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02
Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58
Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02
Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01
Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58
Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48
Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45
DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36
“Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30
İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27
“MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15
Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11
Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09
Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53
“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39
Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Dünən, 16:38
"Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" - Elməddin Cəfərovdan İRAD
Dünən, 16:32
Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır
Dünən, 16:13
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb – Qiymətlər
Dünən, 16:11
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dünən, 15:48
Namiq Əlizadə vəzifəsindən ayrıldı - özü AÇIQLADI
Dünən, 15:47
Azərbaycanda 700 minə Quran satılır - FOTO
Dünən, 15:44
AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir - DİQQƏT!
Dünən, 15:41
“Bizdə bloger yoxdur, yoldan keçənlər…”
Dünən, 15:40
Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur – Tarix açıqlandı
Dünən, 15:15
Ukrayna təhlükəsizlik zəmanəti və sülh istəyir - Zelenski
Dünən, 15:13
Akif Qurbanov Toplum TV-nin fəaliyyətinə birbaşa rəhbərlik edib - İLGİNC...
Dünən, 15:09
SOCAR şefinin BAŞINI AŞAĞI EDƏN DURUM... - "Niyə, onların günahı nədir?.."
Dünən, 15:07
Onlar da vəzifələrini itirdilər - BUNDAN SONRA...
Dünən, 14:54
"Bu yaşda adama nə pensiya, nə də iş vermirlər..." - GİLEY
Dünən, 14:52
Litva hərbçilərini Ukraynaya göndərməyəcək - "İnterfaks"
Dünən, 14:48
İran-ABŞ gərginliyi: ərəblər vasitəçiliyə can atırlar - “Nezavisimaya qazeta”
Dünən, 14:10
Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə! - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:02
Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq - AÇIQLAMA
Dünən, 14:00
“Finex Kredit” BOKT ASC səhmdarları - TOPLANIR
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru