Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                     "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? .....                     Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı .....                     Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır .....                     Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək .....                     Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir .....                     TRAMP VƏ BİZ... .....                     Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir .....                     “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? .....                     "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi .....                     "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır .....                     Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək .....                     Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər .....                     Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? .....                     Qarabağın erməni əhalisi qayıda bilər .....                     1,60 manata satılan benzin əslində “Aİ-92”dir? .....                     "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." .....                     Əməkdar artist aparıcını məhkəməyə verdi .....                     Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi .....                     Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb .....                     Ermənistanın müdafiə naziri Almaniyaya getdi .....                 

"Bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq" - ekspert
Tarix: 14-11-2020, 09:05 | Çap et
"Bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq"
Noyabrın 10-da Azərbaycan-Rusiya və Ermənistan tərəfinin imzaladığı bəyannamədə əksər politoloqların bir həftə öncəyə qədər əlçatmaz hesab etdiyi bir məsələ də öz əksini tapıb. Belə ki, Azərbaycanın diktə etdiyi tələblərin nəzərə alındığı sənədə əsasən, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsi yaranacaq.

Sənədin 9-cu maddəsində deyilir ki, Mehri dəhlizi Azərbaycan-Naxçıvan dəhlizi adlanacaq və dəhlizlə hərəkətinin təhlükəsizliyinə Rusiya sərhədçiləri təminat verəcək. Bəyanatın maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Naxçıvanla bağlı bənd məhz Prezident İlham Əliyevin təkidindən sonra bəyanata salınıb. Naxçıvanla Azərbaycan arasında quru yolun təşkili bölgənin uzunmüddətli blokadasını da sonlandırmaqla yanaşı, Azərbaycanla Türkiyə arasında da alternativ quru yolu olacaq.

Bəzi ekspertlər hesab edir ki, iqtisadi və logistik baxımdan çox böyük əhəmiyyətə malik bu dəhliz Böyük İpək yolunun əhəmiyyətli parçasına çevrilə, hətta Bakı-Tiflis-Qars dəmiryoluna alternativ ola, onun əhəmiyyətini azalda bilər. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, Türkiyə Naxçıvan Muxtar Respublikasına dəmir yolu inşa etməyi planlaşdırır. “Azərbaycanda yeni proseslər fonunda biz Naxçıvan istiqamətində dəmir yolu çəkməyi planlaşdırırıq”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq nazir Fikrət Yusifov vurğuladı ki, Mehri dəhlizi və BTQ layihəsi yükdaşımalar üçün yeni imkanlar yaratmaqla bölgə dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərəcək: “Bakı-Tiflis-Qars dəmiryolunun Naxçıvan sərhədlərinə qədər gəlib çatması nəzərdə tutulurdu və bu layihə bəyənilmişdi. Orada artıq çoxdandır işlər gedir. O dəmiryolunun Naxçıvan sərhədinə qədər uzadılması və Türkiyə üzərindən keçən böyük bir dairəvi yolun əmələ gəlməsi deməkdir.

Bu da təkcə bölgədə yerləşən ölkələrin iqtisadiyyatına deyil, eyni zamanda digər qonşu ölkələrin iqtisadiyyatına da çox ciddi təsir edəcək amil olacaq. Bu gün Mehri üzərindən dəhlizin açılması da o deməkdir ki, Zaqafqaziyada Türkiyə ərazisi də daxil olmaqla geniş dairəvi yol ortada olacaq. Nəticədə yükdaşımalar üçün nəqliyyatın ən sərfəli yolu olan dəmiryolu ilə yüklərin daşınmasına səbəb olacaq ki, bölgədəki dövlətlərin iqtisadiyyatına da müsbət təsir göstərəcək”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da “Yeni Müsavat”a danışarkən vurğuladı ki, bu dəhliz təkcə Azərbaycan üçün yox, ümumiyyətlə bölgə üçün çox əhəmiyyətlidir: “Bu günlərdə Türkiyənin infrastruktur və nəqliyyat naziri Adil Karaismailoğlu çoxmaraqlı çıxış elədi. O, Anadolu agentliyinə müsahibəsində dedi ki, artıq İğdır-Naxçıvan-Bakı dəmiryolunun layihəsi hazırdır. Türkiyə ilə Naxçıvan arasında dəmiryolu yaradılır, yerdə qalan hissə bərpa edilir. Çünki sovet dövründə dəmiryolunun o hissəsi var idi. Bununla yanaşı, Bakı-Tiflis-Qars dəmiryolu da mövcuddur. Bu iki xətt imkan verir ki, Türkiyə Azərbaycana öz yükdaşımlarını, o cümlədən sərnişin daşımlarını həyata keçirsin. Azərbaycanla iqtisadi əlaqələrində məkana uyğun olaraq daha çevik, daha adekvat manevr imkanları qazansın. Bundan əlavə, neçə illərdir layihə şəklində şimal-cənub dəmiryolu layihəsini, yəni Rusiya-Azərbaycan-İran dəmiryolunu gerçəkləşdirməyə çalışırıq, bizdən asılı olmayan səbəblərdən İran üzərindən Qəzvin-Rəşt-Astara dəmiryolunu gerçəkləşdirmək yubanır. İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra o layihəni icra edən Qərb şirkətləri İranı tərk etməyə məcbur olmuşdular. Naxçıvandan Təbrizə və Tehrana dəmiryolu mövcud olduğundan, biz real olaraq birbaşa bu xətdən istifadə etmək imkanı qazanırıq”.

İ.Şabanın sözlərinə görə, bundan əlavə, biz həm də quru avtomobil yolu ilə Naxçıvana birbaşa çıxış imkanı, o cümlədən Naxçıvanın təminatını gücləndirmək imkanı əldə edirik: “Müstəqillik illərində biz Naxçıvanın təminatı üçün nə qədər böyük əziyyətlər çəkdik, Naxçıvanın enerji təminatı üçün də Azərbaycan qonşu ölkələrin ərazisindən istifadə etməli, bunun üçün əlavə xərclərə getməli olur. Ötən il Azərbaycan və Türkiyə hökumətlərinin Bakıda keçirilən yüksək səviyyəli görüşün nəticəsi olaraq, Rəcəb Tayyib Ərdoğan Qars-İğdır-Naxçıvan magistral qaz kəməri layihəsini təklif etmişdi. Bununla da Azərbaycan Naxçıvanın enerji təminatının şaxələndirilməsini həyata keçirməyi qarşısına məqsəd qoymuşdu. İran üzərindən Naxçıvanın qaz təminatı kifayət qədər baha başa gəlir. Ancaq əgər indi 7 rayon və Qarabağın azad olunmuş ərazilərinin qaz təminatı üçün magistral kəmər çəkiləcəyini nəzərə alsaq, o zaman bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq. Bu, çox böyük əhəmiyyətə malik bir layihə olardı”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Texniki Universitetin rektoru İTTİHAM OLUNUR - "Sonrada deyirlər elm niyə inkişaf etmir?"
Bu gün, 12:34
İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31
Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27
Cavidan Xalq artistinin cavabını BELƏ VERDİ
Bu gün, 12:14
"Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" - ŞOK SÖZLƏR
Bu gün, 12:06
Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır - Bəs nüvə necə olacaq?
Bu gün, 12:01
Aşıq Zülfiyyə restoranını satışa çıxartdı - özü AÇIQLADI
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru