İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: .....                     Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... .....                     "İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                     İrəvan “d” deyir, “dəhliz” demir .....                     Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? .....                 

“Biz hamını bir çətir altına toplamaq iddiasından uzağıq” - Elxan Şükürlü
Tarix: 17-09-2020, 11:01 | Çap et
“Biz hamını bir çətir altına toplamaq iddiasından uzağıq”
Son günlər ölkə müxlifətində qəribə bir fəallıq hiss olunur. Bu düşərgənin bir cinahında qarşılıqlı ittihamlar, bir-birini suçlamalar səslənir, o biri cinahında isə birlik, dialoq çağırışları. Bu arada fəallaşdığı aşkar hiss olunan partiyalardan biri isə, hüquq elmləri doktoru, sabiq Respublika prokuroru və Ədliyyə naziri İlyas İmayılovun rəhbərlik etdiyi Ədalət Partiyasıdır.

AYNA-nın son zamanlar müxlifət düşərgəsində baş verənlərlə bağlı suallarını da Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü cavablandırır:

- Elxan bəy, yenidən Ədalət Partiyasına döndünüz. Partiyanızın inkişafı, müxalif düşərgə ilə əməkdaşlıq yolunda hansı addımları atmağı planlaşdırırsınız?

- Artıq 1 aydır ki, partiyaya qayıtmışam. Bu müddət ərzində hörmətli sədrimiz İlyas müəllimin verdiyi səlahiyyət çərçivəsində iki istiqamətdə aktiv işə başlamışıq: bir tərəfdən, ölkədə siyasi barış və dialoq mühitinin olmasını istəyən partiya rəhbərləri, ziyalılar, din xadimləri, nüfuzlu ağsaqqallar, ayrı-ayrı sahələr üzrə ekspertlərlə görüşlər keçiririk, mövqelərini öyənir, mövqelərimizi çatdırırıq; o biri tərəfdən də, paralel şəkildə partiyamızın xüsusən ucqarlardakı rayon təşkilatlarının fəaliyyətlərini canlandırmağa çalışırıq. Düzdür, yekun qiymətləndirmə aparmaq hələ çox tezdir, ancaq hər iki istiqamətdə sonrakı addımlar üçün ümidverici nəticələr əldə edə bilmişik.

- Partiya rəhbərləri ilə keçirilən görüşləriniz barədə sosial şəbəkələrdə, mətbuatda məlumat verirsiniz. Kənardan belə təəssürat yaranır ki, Ədalət Partiyası müxalifətin hansısa yeni birliyini yaratmağa can atır...

- Yox, bu görüşlərimizdə məqsədimiz, hədəfimiz hansısa strukturlaşmış birlik yaratmaq deyil. Əsas istəyimiz fikirdə, düşüncələrimizdə birləşə biləcəyimiz ortaq nöqtələri, mövzuları tapmaqdır və şadam ki, belə uzlaşma nöqtələrimiz də həddən artıq çoxdur. Əsas odur ki, o nöqtələrdə birləşmək, uzlaşmaq istəyi olsun. Onu da biləsiniz ki, keçirilən görüşlərin heç də hamısı haqqında məlumat vermirik. İnformasiyanın ictimailəşdirilməsi həm də qarşı tərəfin razılığına bağlıdır. Məsələn, elə ziyalılarımız, ağsaqqallarımız var ki, görüşmüşük, çox qiymətli fikirləri, tövsiyələri, konkret təklifləri olub, ancaq görüş faktının ictimailəşməsini istəməyiblər... Onları da yaxşı başa düşürəm. Uzun müddət siyasi partiyalar o ziyalıların cəmiyyətdəki nüfuzundan bəhrələnib, elə fikir yaradıblar ki, bu ziyalılar həmin partiyanın rəhbərinin ətrafında birləşiblər, ancaq son nəticədə də həmin partiya sədririnin öz maraqları naminə heç kimlə məsləhətləşmədən atdıqları yanlış addımlar həm də o ziyalıların nüfuzuna, mövqeyinə zərbə olub. Ona görə də bəzi nüfuzlu ziyalılarımız ölkə problemlərinə biganə omasalar da, siyasi partiyalarla görüşlərə hədsiz ehtiyatlı yanaşırlar.

- Dediniz ki, birləşə biləcəyiniz ortaq nöqtələr çoxdur. Ancaq biz, uzun illər ərzində olduğu kimi, hazırda da müxalifət düşərgəsində qarşılıqlı ittihamları, çəkişmələri müşahidə edirik. Hansı birlikdən söhbət gedə bilər ki, hamısı bir-birini satqınlıqda, hökumətə “işləməkdə” suçlayır? Belə şəraitdə nə birlik?

- Azərbaycan müxalifətindəki bu dağınıqlığın, pərakəndəliyin, qarşılıqlı ittihamların ciddi siyasi səbəbləri var. Onları çözmədən, bilmədən, birlik istiqamətində heç bir addım ata bilməzsən, atdığın addımlar da faydasız olar və həm özündə, həm də cəmiyyətdə məyusluq yaradar. Ancaq çoxlarından fərqli olaraq, biz bu pərakəndəliyin səbəblərini çox yaxşı bilirik. Çünki ömrümüz bunların içərisində keçib və hamısını da çox yaxşı tanıyırıq, harda hansı addımı atacaqlarını, nə deyəcəklərini, hansı bəhanəni gətirəcəklərini öncədən proqnozlaşdıra bilirik... Ona görə də, fikir verirsinizsə, biz hamını bir çətir altına toplamaq iddiasından uzağıq, daha çox kimlərlə bir araya gələ, kimlərlə ortaq mövqe əldə edə, uzlaşa biləriksə, onlarla görüşür, danışırıq. Gələcək əməkdaşlıqda da o adamlara və təşkilatlara üstünlük verəcəyik ki, onlar milli maraqlarımızın qorunmasını öz şəxsi və qrup maraqlarından üstün tutmağı bacarırlar.

Azərbaycanda bəzi adamların, partiyaların missiyası elə hansısa maraqları naminə müxalifət daxilində birliyi pozmaq, təfriqə salmaq olub, belələriylə görüşüb vaxt itirməyin, tamaşa qurmağın nə faydası?! Bilirsiniz, Azərbaycan müxalifəti də eynən Azərbaycan mətbuatının günündədir – burada da həm xarici kəşfiyyata, həm də hakimiyyətə, hakimiyyətdəki ayrı-ayrı qruplaşmalara, müxtəlif oliqarxlara bağlı olan partiyalar, təşkilatlar var. Onlara hansı komanda gələcəksə, sonda da o komandanı yerinə yetirəcəklər. Belə şəraitdə və belə partiyalarla qurulan istənilən birlik, ittifaq, əlbəttə, sonda məhvə məhkumdur. Son 20-25 ildə qurulan müxalif birliklərin, ittifaqların tərkibinə və dağılma səbəblərinə baxın, hər şey sizə aydın olacaq.

- Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə başlatdığı dialoqun perspektivini necə görürsünüz? Bu görüşlərin nə ilə nəticələnəcəyini proqnozlaşdırırsınız?

- Bu, “köhnələr”in - Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və komandasının bəzi üzvlərinin Prezident Administrasiyasındakı vəzifələrindən uzaqlaşdırılmasından sonra başlanmış çox yaxşı bir prosesdir. Onu qətiyyən yarımçıq saxlamaq və ya formal bir prosesə çevirmək olmaz. Əksinə, bu tanışlıq görüşlərini bitirdikdən və müəyyən ələmə, seçmə aparıldıqdan sonra onu daha yeni bir müstəviyə keçirmək lazımdır. İzləyənlərin məlumatı var və izləməyənlər də internet üzərindən kiçik bir araşdırma aparıb, baxa bilərlər: mən hələ partiyaya qayıtmamış, son 2 ildəki bütün yazılarımda məhz bu tezisi qabardırdım ki, hakimiyyət ciddi şəkildə ölkədə islahatlar aparmaq istəyirsə, o, mütləq müxalifətə, müxalifət düşərgəsində də hər hansı xarici öhdəliyi olmayan təşkilatlara, adamlara əl uzadaraq, onları öz yanına almalı, bu islahatları birgə həyata keçirməlidir. Çünki bu islahatlar təkcə hakimiyyəti yox, bütövlükdə ölkəni gücləndirəcək və bu səbəbdən də ölkənin güclənməsini istəməyən xarici güclərlə hakimiyyət içərisində islahatları istəməyən oliqarxiya birləşəcək, ölkədə qarışıqlıq salmaq üçünsə müxalifətdən istifadə oluncaq. Bu təhlükələri vaxtında önləməyin ən yaxşı yolu isə öncə müxalifətin öz daxilində sərhədləri müəyyənləşdirmək, islahat istəyənlərlə islahata qarşı olanları ayırmaq və sonda da islahatlarda maraqlı olan müxalifətlə birgə hərəkət etməkdir.

- Bu gün mətbuatda yayılan məlumatlara görə, bir çox müxalifət partiyalarının sədrləri Prezidentlə görüşə hazır olduqlarını bildiriblər. Belə bir görüş olsa, Ədalət Partiyası bu görüşə qatılacaqmı?

- Əlbəttə, dövlətin başçısı ilə - Prezidentlə müxalifət partiyalarının görüşü islahatlara inamın yaradılması və cəmiyyətə də birlik, həmrəylik mesajlarının verilməsi baxımından çox önəmli, vacib addım olardı və biz də bu ideyanı dəstəkləyənlərdənik. Ancaq mən hesab edirəm ki, belə bir görüş Prezidentdən öncə, ilkin mərhələdə Birinci vitse-prezidentlə keçirilsə, daha yaxşı olar. Çünki müxalifətlə barış istiqamətində addımları biz son illərdə daha çox Birinci vitse-prezidentdən görmüşük. Bütün müxalifətin mənəvi lideri sayılan Əbülfəz Elibəyin həyat yoldaşı, həmçinin eks-prezident Ayaz Mütəllibovun xanımı dünyalarını dəyişən zaman Mehriban xanımın göstərdiyi diqqət, atdığı addımlar əks-düşərgədə barışdırıcılıq jesti kimi qarşılanmaqla yanaşı, həm də bütövlükdə cəmiyyətdə olduqca müsbət əhval-ruhiyyə yaratmışdı. Xatırladım ki, o vaxt mən bu hadisəni ölkədə başlanan islahatlar prosesinə və milli adət-ənənlərimizin bərpasına töhfə verəcək mühüm bir addım kimi dəyərləndirərək, belə bir yazı da yazmışdım: “Siyasi barışa uzanan zərif əl: onu müxalifətdən sıxacaq cəsur ürək sahibi kim olacaq?”.

Elə hesab edirəm ki, ölkədə böyük siyasi barışa nail olmaq üçün Birinci vitse-prezidentlə müxalifət partiyalarının rəhbərlərinin görüşü daha effektli olar. Çünki cəmiyyətdə Mehriban xanımın barışdırıcılıq missiyasını öz üzərinə götürmüş bir Ana obrazı var və hakimiyyət bu üstünlükdən yararlanmağı bacarmalıdır. Onun dilindən hansısa müxalifət liderinin ünvanına indiyədək kimsə nəsə eşidibmi? Şəxsən mən araşdırmışam da, heç nə tapa bilməmişəm. Üstəlik Prezidentdən öncə Birinci vitse-prezidentlə görüş psixoloji baxımdan müxalifət liderləri üçün da rahat olar. Çünki kiminsə öz mövqeyindən geri çəkildiyi təəssüratı yaranmaz. Əksinə, çox səmimi atmosferdə ölkənin problemləri dilə gətirilər, mövqelər ifadə olunar, səslənən problemlərin də həllinə daha tez nail olunar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru