![“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı](https://dia-az.top/uploads/posts/2025-02/thumbs/1739429452_0001.jpg)
“Azəristiliktəchizat” ASC-nin UPS qurğularının alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Bildirilib ki, Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 1 553 AZN olub.