“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                     Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                 

Ödənişsiz efir hüququnu hələ ki bir partiya qazana bilib
Tarix: 16-01-2020, 08:36 | Çap et
Ödənişsiz efir hüququnu hələ ki bir partiya qazana bilib
9 fevral növbədənkənar parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Seçkinin daha bir mərhələsi-namizədlərin qeydə alınması prosesi isə başa çatmaq üzrədir. Yanvarın 17-dən təbliğat-təşviqat kampaniyası başlayacaq. 20 siyasi partiyanın sırasında ən çox sayda namizəd irəli sürən və ən çox namizədi qeydə alınan partiya hakim Yeni Azərbaycan Partiyasıdır. Hakim partiya 125 seçki dairəsinin 123-dən deputatlığa namizəd irəli sürüb.

Ana Vətən Partiyasının, BAXCP-nin, Böyük Quruluş Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyasının 60-dan yuxarı namizədi irəli sürülüb. Vəhdət Partiyası və digər parlament partiyaları isə hərəsinə bir namizədlə seçkiyə qatılıblar.

Parlamentdə olmayan partiyalardan isə ən çox namizədlə seçkiyə qatılan Müsavat Partiyasıdır.

Müsavatın 82 namizəd irəli sürdüyü bildirilir. Lakin namizədlərinin indiyə qədər neçəsinin rəsmi qeydə alındığı barədə məlumat açıqlanmayıb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə “Yeni Müsavat”a bildirdi ki, partiyanın iki namizədi irəli sürülüb və qeydə alınıb. Bir nəfər isə müstəqil olaraq seçkiyə qatılıb: “Partiyamız seçkilərlə bağlı real vəziyyəti nəzərə alaraq iki nəfərlə seçkiyə qatılmaq qərarı verdi. Parlament partiyası olmaq üçün bir nəfər deputatın da olması yetərlidir”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, partiya rəsmi 14 namizəd irəli sürüb. Namizədlərdən biri Türkiyədən gələ bilmədiyi üçün imza vərəqələrini seçki komissiyasına qaytara bilməyib. Ancaq digər imza vərəqələri götürənlərin hamısı imza vərəqələrini təhvil veriblər: “15 yanvara qədər AĞ Partiyadan 7 namizəd rəsmi qaydada qeydə alınıb. 6 namizədin isə qeydə alınmasını yaxın iki gündə gözləyirik. Ümid edirəm onlar da qeydə alınacaq. Bununla da AĞ Partiya ən gənc partiya olmasına baxmayaraq parlament seçkilərində ən çox namizədlə çıxış edən partiyalardan biri olacaq. Mən bunu artıq özümüz üçün ilkin uğur hesab edirəm”.

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev isə bildirdi ki, ADP tərəfindən 24 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 19 nəfəri müvafiq dairələrə sənədlərini təqdim edib. 15 yanvara olan məlumata görə hələ ki 8 nəfərin namizədliyi qeydə alınıb: “Digərləri isə sənədlərini təqdim edib və qeydiyyata alınmasını gözləyirlər. Seçkinin indiyə qədərki mərhələsindəki durumdan, namizədlərin qeydiyyatı prosesindən bir o qədər də razı qalmadıq. Çünki bəzi təsadüflər üzündən bizim ən güclü namizədlərdən biri qeydiyyatdan keçmədi. Partiyanın bir sıra məsələlərinə başı qarışdığı üçün lazım olan sənədləri toplamağa vaxtı çatmadı. Bəzi üzvlərimizə müəyyən məsələlərdə maneçilik törətdilər, qeydiyyat məsələsini 5-6 gün gecikdirdilər. Amma faktiki olaraq imza toplama kampaniyasını başa çatdıran namizədlərimiz sənədlərini təqdim edib və artıq bir neçəsi də qeydə alınıb. Hər halda düşünürəm ki, ilkin mərhələ ümumən müvəffəqiyyətlə keçdi. İndiki şərtlər daxilində bundan artıq nailiyyət əldə edə bilməzdik. Partiyanın maliyyə imkanları həddindən artıq azdır. Vətəndaşlarda seçki fəallığı sıfır səviyyəsindədir. Bu şərtlər altında seçkiyə gedən partiyanın nailiyyəti yüksək olmamalıdır. Reallıqda da bu cürdür. Bununla yanaşı, seçkidə nəticə əldə edəcəyimizə ümid edirik".

AMİP katibi Əli Orucov isə bildirdi ki, növbədənkənar parlament seçkilərinə start verilərkən AMİP 17 dairə üzrə namizədlə qatılıb: “Əvvəlki seçkilərdən fərqli olaraq az namizədlə qatılmağımızın da səbəbi ondan ibarət idi ki, partiyanın potensialını bütün ölkə üzrə dağıtmayaq və konkret dairələr üzrə namizədlərin uğurlu kampaniyasına yönəldək. Təəssüflər olsun ki, bürokratik əngəllər, yerlərdə yaradılan problemlər səbəbindən irəli sürülən namizədlərin hamısı prosesi sonadək apara bilmədilər. Hazırda 8 seçki dairəsi üzrə seçkilərin ikinci mərhələsinə, təşviqat-təbliğat mərhələsinə gedirik. Ümid edirəm ki, prosesi bu 8 namizədlə uğurla başa vuraraq AMİP-i parlament partiyasına çevirə biləcəyik. Çünki namizədlərin hər birinin şansı yüksəkdir və parlamentdə də yüksək səviyyədə təmsil oluna bilərlər”.

VHP İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, 15 yanvara olan məlumata əsasən hələlik 10 namizədləri qeydə alınıb.

Yeni AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə isə bildirdi ki, seçkidə ümumi olaraq 4 namizədlə iştirak edirlər: “Onlardan üçünün namizədliyi qeydə alınıb. Partiya olaraq bizim qeydiyyatımız olmadığına görə partiya üzvləri müstəqil şəkildə namizədliklərini verib. Bu seçkidə fəal şəkildə iştirak edilir. Tanınmış namizədlərimiz arasında partiyanın sədri Razi Nurullayev namizədliyini verib və qeydiyyata alınıb. Partiyanın sədr müavini Ehtiram Mehdiyevin də namizədliyi qeydiyyata alınıb. Mən də namizədliyimi vermişəm. Bir neçə üzvümüz də müstəqil olaraq seçkilərə qatılıb".

Onu da qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə görə, seçkidə iştirak edən siyasi partiyaların namizədlərinə İctimai Televiziya və radioda ödənişsiz efir vaxtı ayrılması nəzərdə tutulur. Lakin bu şərtlə ki, siyasi partiyanın ən azı 60 dairədə deputatlığa namizədi qeydə alınmış olsun. 15 yanvara olan statistikaya görə, hələlik ödənişsiz efir hüququnu yalnız YAP əldə edib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru