Saleh Məmmədova yeni müavin təyin edildi .....                     Simonyan Putini ittiham etdi .....                     Paşinyan elə bilir ki, Əliyev bunu görmür? .....                     “Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” .....                     Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub .....                     Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür .....                     Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib .....                     Azərbaycanda artıq .....                     AZAL təyyarəsinin vurulması .....                     Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin .....                     Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... .....                     DSX-nin hərbçisi faciəli şəkildə öldü .....                     “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ .....                     “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                 

"Bilməyənlər, naşılar bunu elə dədə-baba qaydasıyla deyir ki..." - deputat
Tarix: 17-07-2019, 10:04 | Çap et
"Bilməyənlər, naşılar bunu elə dədə-baba qaydasıyla deyir ki..."
“YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir”. Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a müsahibəsində deyib.

Növbədənkənar seçki ehtimalının nə dərəcədə real olub-olmadığına gəldikdə, Q.Həsənquliyev bildirib ki, bunu prezidentdən başqa heç kim birmənalı şəkildə deyə bilməz: “Bu, daha çox prezidentin iradəsindən asılı olan məsələdir”.

Hakimiyyət təmsilçiləri tərəfindən dəfələrlə bildirilib ki, parlament seçkiləri öz vaxtında, 2020-ci ilin noyabrında keçiriləcək. Lakin yenə də növbədənkənar seçkilərlər bağlı məlumatlara rast gəlinir. Bu arada Milli Məclis üzvlərinin sayının artırılması, proporsional seçki sisteminin bərpasından da danışılır. AXP sədri Pənah Hüseyn Sfera.az-a açıqlamasında parlamentin qarışıq sistemlə seçilməsinin daha düzgün olduğunu deyib. “Bu istiqamətdə köklü islahatlar və dəyişikliyə doğru bir qrup siyasi partiyanın müzakirə etdiyi sənəd mövcud idi. Həmin sənəddə Milli Məclis üzvlərinin sayının artırılması məsələsi bir sıra partiyalar tərəfindən gündəmə gətirilib. 1995-ci ilə nisbətən indi Azərbaycan əhalisinin sayı 40 faiz artıb. Ona görə də Milli Məclisdəki 125 üzvün bəziləri 150, digərləri də 200-ə qaldırılmasını təklif edirlər. Həmçinin bütün parlament üzvlərinin proporsional sistemlə, habelə yarıbayarı olmaqla qarışıq, majoritar sistemlə seçilməsi ideyası da gündəmdədir. Fikrimcə, parlament üzvlərinin seçilməsində qarışıq sistemin olması daha məqbuldur. Bu halın baş verməsi siyasi partiyaların inkişafına, həm də demokratikləşmə prosesinə müsbət təsir edəcək” - P.Hüseyn deyib.

Deputat Fazil Mustafa da sözügedən istiqamətdə səslənən fikirlərlə ümumən razıdır: “Fikrimcə, seçkilər yarı proporsional, yarı majoritar sistemlə keçirilməlidir. Bu olsa daha yaxşı olar. Ancaq bu kimi dəyişikliklərin olması barədə hər hansı bir fikir eşitməmişəm. Tam proporsional olsa da qoy olsun, fərqi yoxdur. Bu partiya demokratiyasını inkişaf etdirəcək”.

Qeyd edək ki, REAL sədri İlqar Məmmədov özünün facebook səhifəsində hakimiyyətin parlament üzvlərinin sayının artırılması və seçkilərin ancaq proporsional sistemlə keçirilməsi barədə müzakirələr keçirdiyini iddia edib.

Mövzu ilə əlaqədar YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”ın suallarını cavablandırdı:

- Siyavuş bəy, hakim partiyanın növbədənkənar seçki çağırmaq planı varmı? Bununla bağlı müzakirələr aparılırmı?

- Buna zərurət yoxdur. Bir məsələ ilə bağlı o vaxt addım atılır ki, zərurət yaranır. Bu il görürsünüz, parlament nə qədər məhsuldar işlədi. Hətta iyulun 15-dək işlədi. Hansı ki, iyulun 1-də parlamentin plenar iclasları bitirdi. Ancaq bu dəfə 15-dək işlədi. Qanunlar qəbul olunmalı idi ki, əhalinin rifah halı yaxşılaşsın, sosial problemlər həllini tapsın. O vaxt hansısa qurumu buraxırsan ki, lazımsız olur. Yoxsa bizim parlament normal işləyir. Bu söhbətləri ortaya atan adam bunu zəruri edən məsələlərdən danışmır. Demir ki, parlamentin buraxılmasını zəruri edən nədir? Kiminsə parlamentə seçilməyə arzu-istəyi varsa, bir az səbr eləsin. Seçkiyə cəmisi 1 il qalıb. Yəni 1 il səbr eləyə bilmirlər? Hələ o da seçilsə... (Gülür) Hələ ki gündəmdə belə bir məsələ yoxdur.

- Bəs parlament üzvlərinin sayının artırılması təşəbbüsünə necə baxırsınız? Belə yanaşmalar var ki, əhalimizin sayı artdığı üçün parlamentin say tərkibində də dəyişiklik edilməlidir, Milli Məclis 150, yaxud 200 nəfərdən ibarət olmalıdır. Bu barədə nə deyə bilərsiniz?

- Bütün bunlar hamısı referendumla qəbul olunan məsələlərdir. 1995-ci ildə keçirilən referendumla say müəyyənləşdirilib. İndi bununla əsaslandırırlar ki, o vaxt əhalinin sayı 7,5 milyon idi, indi artıb, 10 milyon olub. Məgər Amerikada, ya Böyük Britaniyada əhalinin sayı artmayıb? Amma ötən əsrdə konqresmenlərin sayı nə qədər idisə, o qədər də qalıb. Say artdıqca seçici sayı da artır. Əvvəl 37-40 minə 1 nəfər düşürdüsə, indi artıq 45 minə çatır seçici sayı.

- Bəzi həmkarlarınız proporsional seçki sisteminin bərpasını təklif edirlər. Sizin yanaşmanız necədir?

- Bunlar hamısı referendumla həllini tapa biləcək məsələlərdir.

- Siz hakim partiyanın rəhbərliyində təmsil olunan şəxs kimi, buna zərurət görürsünüz?

- Bilirsiniz necədir? Hansı formada olursa-olsun YAP həmişə seçkilərə hazırlaşıb və 25 ildən artıqdır ki, bütün seçkilərdə qalib gəlib. İstəyir belə təmsilçilik olsun, ya başqa cür, fərq etməz. Birbaşa təmsilçilik daha yaxşıdır. Yəni hər kəs öz dairəsini təmsil edir. Proporsional sistemin də özünün bir çox xüsusiyyətləri var. Bunların yadında Azərbaycandakı proporsional seçki sistemi qalıb ki, adlarını birinci, ya ikinci yazacaqlar və parlamentə seçiləcəklər. Məsələn, sədr və müavin adını yazacaq, iki yer parlamentə düşəcəksə, onlar keçəcəklər. Amma proporsional sistemin başqa formaları da var. Verilən səslərə görə sıralanma olur. Götürək ki, hər bir partiya 25-30 namizəd irəli sürüb və partiya ilə yanaşı, həmin şəxslərə də seçici gəlib ayrıca səs verir. Kim çox səs toplayırsa, o, birinci olur, az səs toplayan axırıncı yerdə qərarlaşır. Bu sistemin belə forması da var. Bilməyənlər, naşılar bunu elə dədə-baba qaydasıyla deyir ki, hər partiya öz siyahısı ilə namizədlərini irəli sürdü, qurtardı getdi. Əslinə qalsa, bizdə yarımproporsional sistemdir. Yəni hər bir partiya namizəd irəli sürür, namizədə imza toplayır, ona dəstək verir, təbliğat-təşviqatını aparır, plakatlarını çap edir, maliyyə dəstəyi göstərir. Proporsional elə budur da. Bunlar əgər siyasi partiyanın güclənməsi fikri ilə proporsionalı ortaya atırlarsa, mojaritarın özündə də yarımproporsional mövcuddur. Siyasi partiyanın 60 dairədən yuxarıda namizədləri qeydə alınıbsa, vahid şəkildə təbliğat-təşviqat işi aparır, televiziyada pulsuz efir vaxtı qazanır və s.

- Siyavuş bəy, ümumilikdə parlament seçkilərinədək Seçki Məcəlləsinə dəyişikliklər məsələsi gündəmdədir?

- Hələ ondan qabaq, dekabrda bələdiyyə seçkiləri var. Bələdiyyə seçkiləri ilə əlaqədar bizim də bir sıra təkliflərimiz var. Gərək əvvəlcə bu məsələlər öz həllini tapsın. Mən uzun müddətdir seçki ilə məşğulam. Prezidentliyə namizədə hansı sənədlər tələb olunursa, bələdiyyə üzvünə də o sənədlər tələb olunur. Hər bir bələdiyyə üzvünə 70 səhifədən artıq sənəd hazırlayıb ayrı-ayrı dairələrə təqdim etməlisən. Üst-üstə gələndə, 17 mindən yuxarı bələdiyyə üzvü var, 20 min namizəd irəli sürəndə təsəvvür edin ki, 100 min səhifəlik material təqdim etməlisən. Bu da əlavə çətinlik yaradır.

- Bəs gözləmək olarmı ki, digər sahələrdə olduğu kimi, siyasi sahədə də islahatlara start veriləcək?

- Təbii ki. Yəqin payızda ümumi qaydada müzakirələr olunar və ondan sonra bu məsələlərə baxılar.

Söhbətimizin sonunda S.Novruzov bildirdi ki, deputatlara yay tətili verilsə də, o, iş başındadır. İcra katibinin müavini dedi ki, Çindən böyük bir nümayəndə heyəti gələcək, ona görə də qonaqların qarşılanması üçün hazırlıqlar görülür: “Tək bu məsələ də deyil. Hazırda ”Yay məktəbləri"nə heyətlər göndəririk, qayıdanları digərləri ilə əvəz edirik. Digər tədbirlərimiz də var, sosial layihələr həyata keçiririk. Normal iş rejimində çalışırıq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədova yeni müavin təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Simonyan Putini ittiham etdi
Bu gün, 12:39
Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan
Bu gün, 12:36
“Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31
Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25
Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10
AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02
Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru