“Təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır” - deputat
Tarix: 11-07-2019, 08:43 | Çap et
![“Təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır” “Təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır”](/uploads/posts/2019-07/thumbs/1562820200_0001.jpg) Artıq bir neçə gündür ki, Gürcüstanda “Rustavi 2" telekanalının aparıcısının Rusiya prezidenti Vladimr Putini təhqir etməsi ilə bağlı məsələ hər iki ölkə mətbuatında ciddi müzakirə olunmaqdadır. Qeyd edək ki, baş verən olaydan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımın dayandırıldığını bəyan edib. Daha sonra telekanal yayımını bərpa edib. Aparıcı Giorgi Qabunianın 2 ay müddətinə kanalın efirindən uzaqlaşdırılmasına qərar verilib. Bundan başqa, aparıcının telekanalın efirində yayımlanan istənilən proqramda iştirakı da qadağan edilib. Aparıcı barədə cinayət işinin açılması ilə bağlı fikirlər də səsləndirilib.
Məsələyə Rusiya prezidenti Vladimir Putinin də cavabı gecikməyib. Prezident “Hər hansı cinayət işi başlamaq onun üçün böyük şərəf olar. Qoy, o, bundan sonra da işləsin”, - deyə reaksiya verib.
Maraqlıdır, Azərbaycan siyasətçiləri eynilə Putinin vəziyyəti ilə qarşılaşsaydılar, yəni jurnalist təhqiri ilə üzləşsəydilər, reaksiyaları necə olardı?
Mövzu ilə bağlı “Yeni Müsavat” tanınmış bir neçə siyasətçi arasında sorğu keçirib.
Deputat Aydın Mirzəzadə sorğumuza bu cür cavab verdi: “Mən də eynilə Putinin qarşılaşdığı vəziyyətdə olsaydım, yəqin ki, sakit və təmkinli münasibət sərgiləyərdim. Təhqir, küçə ifadələri etikadan kənar münasibət Azərbaycan cəmiyyətinə xas olan məsələ deyil. Lakin ara-sıra kimsə bu cür davranış nümayiş etdirirsə, bu, artıq onun xarakterinin, mədəniyyətinin göstəricisidr. Onun səviyyəsinə enmək, polemikaya girmək düzgün olmazdı. Və yaxud ona cəza tətbiq edilməsini tələb etməyin də özü düzgün olmazdı. Hesab edirəm ki, siyasətçi, ziyalı, cəmiyyətdə üzdə olan şəxslər həmişə təmkinli olmalıdır. Bu baxımdan təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır. Bunun da yeganə yolu təmkinli olmaqdır”.
Aydın Mirzəzadə jurnalist təhqiri ilə qarşılaşdığını da qeyd etdi: “Çox təəssüf ki, belə hallar olub və bu günlərdə də qarşılaşmışam. Belə ki, facebook səhifəmdə, eləcə də profilimdə ara-sıra bu cür təhqirlər, heç bir mədəniyyətə sığmayan yazılar olur. Mən, sadəcə, onları silirəm və hesab edirəm ki, millət vəkili hər zaman səbirli və təmkinli olmalıdır".
Deputat Fəzail Ağamalı isə istənilən bir situasiyada, vəziyyətdə təhqiri çox pis qarşıladığını bildirdi: “Təhqir acizlik əlaməti, səviyyəsizliyin göstəricisidir. Gürcüstan jurnalistinin Rusiya prezidenti Vladimir Putini təhqir etməsini qətiyyətlə pisləyirəm və düşünürəm ki, jurnalist bunu etməməli idi. Putin də öz səviyyəsini saxlayaraq, jurnalistə cinayət işinin açılmasını məqbul hesab etmədi və düşünürəm ki, bu onun dövlət xadimi kimi böyüklüyünün ifadəsidir. Bu cür hallar Azərbaycanda da var. Çox təəssüf ki, mətbuatda biz bunun şahidi olmuşuq. Dəfələrlə olub ki, bizdə də millət vəkilləri, o cümlədən yüksək vəzifə tutan məmurlar bu cür halla qarşılaşıb, lakin böyük nümayiş etdirərək, bu məsələyə əhəmiyyət verməyiblər. Şəxsən mənim özüm uzun illər boyu ən müxtəlif şəkildə təhqirlərə məruz qalmışam. Lakin buna qarşı təmkinlik nümayiş etdirmişəm”.
ADP sədri Sərdar Cəlaloğlunun məsələyə münasibəti bu cür oldu: “Düşünürəm ki, həmin gürcü aparıcı jurnalist kimi deyil, vətəndaş kimi çıxış edib. Məlum məsələdir ki, Rusiya bu ölkənin ərazisini işğal edib və sairə. Ona görə də düşünürəm ki, aparıcı bir vətəndaş münasibəti ortalığa qoyub. Hər bir işğalçı da bilməlidir ki, işğal etdiyi ölkənin vətəndaşı ona hörmət etməz. Putin də bunu anladığı üçün qeyd edib ki, ”şərhə ehtiyac yoxdur". Yəni Putin də başa düşür ki, jurnalist məhkəməyə verilərsə, o da Rusiyanın işğalçı ölkə olması ilə bağlı proseslərə başlaya bilər. Ona görə də ağıllı siyasət yürüdərək bu məsələnin üstündən keçəcək".
Sərdar Cəlaloğlu heç bir zaman jurnalist təhqiri ilə rastlaşmadığını bildirdi.
Öz növbəsində AĞ Partiyanın sədri Tural Abbaslı da hər zaman təhqirin əleyhinə olduğunu dedi: “Əvvəla onu qeyd edim ki, istər siyasətdə, istər məişətdə, istərsə də digər ictimai sferalarda, ümumiyyətlə, təhqirin əleyhinəyəm. Bu məsələ həm əxlaqi, həm də hüquqi baxımdan qətiyyən qəbuledilən deyil. Şükür ki, hələ mənim şəxsimə qarşı Azərbaycanda fəaliyyət göstərən hər hansı bir jurnalist təhqiramiz ifadə və ya fikir işlətməyib. Belə bir hərəkətə şərait yarada biləcək addımlarımın da olduğunu düşünmürəm. Ancaq nəzərə alsaq ki, biz siyasətçilər ictimai xadimlərik, o zaman belə münasibətlə hər an üzləşə bilərik. Mənə qarşı belə bir münasibət sərgilənərsə, təbii ki, ilk növbədə həmin jurnalistlə bu məsələyə səmimi ortamda şəxsən aydınlıq gətirməyə çalışaram. Daha sonra isə gərək olarsa qanunların verdiyi hüquqlarımdan istifadə edərəm. Ümumiyyətlə isə belə xoşagəlməz halların baş verməsini arzulamıram. Həmçinin belə bir deyimimiz də var ki, təhqir cavabsız qaldıqda sahibinə aid olur”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.top/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31 |
|
|
|
• Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25 |
|
|
|
• Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21 |
|
|
|
• Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
• Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10 |
|
|
|
• AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05 |
|
|
|
• Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02 |
|
|
|
• Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00 |
|
|
|
• DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57 |
|
|
|
• “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52 |
|
|
|
• “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47 |
|
|
|
• Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46 |
|
|
|
• Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38 |
|
|
|
• Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34 |
|
|
|
• Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32 |
|
|
|
• Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29 |
|
|
|
• "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23 |
|
|
|
• "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04 |
|
|
|
• Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03 |
|
|
|
• "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56 |
|
|
|
• Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50 |
|
|
|
• “AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42 |
|
|
|
• Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39 |
|
|
|
• Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37 |
|
|
|
• NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35 |
|
|
|
• "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26 |
|
|
|
• Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23 |
|
|
|
• Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20 |
|
|
|
• Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15 |
|
|
|
• 25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11 |
|
|
|
• AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59 |
|
|
|
• “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57 |
|
|
|
• “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52 |
|
|
|
• Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49 |
|
|
|
• Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47 |
|
|
|
• “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45 |
|
|
|
• Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41 |
|
|
|
• Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30 |
|
|
|
• Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04 |
|
|
|
• Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00 |
|
|
|
• Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56 |
|
|
|
• Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54 |
|
|
|
• Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50 |
|
|
|
• Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39 |
|
|
|
• Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35 |
|
|
|
|