“Tamerlan Qarayev həmin mitinqlərdə iştirak edib, amma çıxışında elə bir ifadə işlətdiyini xatırlamıram” - QALMAQAL
Tarix: 3-05-2019, 08:28 | Çap et
![“Tamerlan Qarayev həmin mitinqlərdə iştirak edib, amma çıxışında elə bir ifadə işlətdiyini xatırlamıram” “Tamerlan Qarayev həmin mitinqlərdə iştirak edib, amma çıxışında elə bir ifadə işlətdiyini xatırlamıram”](/uploads/posts/2019-05/1556857767_0001.jpg) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev moderator.az-a müsahibəsində bildirib ki, bir dəfə AXC-nin liderlərindən olmuş birisi vəzifəsindən geri çağırılandan sonra “Qələbə” meydanında təşkil olunmuş mitinqdə bəyan edib ki, Qarabağı yalnız qarabağlılar azad edəcək. “Bu çıxışından sonra çağırıb dünyanın o başına göndərdilər. Qarabağ da yaddan çıxdı, qarabağlıların Qarabağı azad etməsi vəzifəsi də, bu məqsədi naminə aldadıb başına yığdığı və istifadə etdiyi qarabağlılarla birlikdə yaratdığı təşkilat da. Ona görə də indi bəzi adamların pafoslu çıxışlarına əhəmiyyət vermək lazım deyil”,-deyə deputat bildirib.
Qüdrət Həsənquliyev konkret ad çəkməsə də, söhbətin Tamerlan Qarayevdən getdiyi məlumdur.
Tamerlan Qarayev AXC Ali Məclisinin sədri,1992-ci il mayın 18-dən 1993-cü il sentyabrın 3-dək Ali Sovet sədrinin birinci müavini, 3 sentyabr 1993-cü ildən 7 may 2001-ci ilədək Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfiri olub. Çində səfir vəzifəsindən geri çağırıldıqdan sonra 3 ilə yaxın Bakıda yaşayıb və bu müddətdə “Qarabağ Evi” adlı təşkilat yaradıb. Həmin təşkilat daha çoxu Qarabağdan olmaqla xeyli sayda insanı öz ətrafında toplaya bilmişdi. Tamerlan Qarayev bu müddətdə Qarabağ məsələsi ilə bağlı aktiv fəaliyyət göstərirdi. 2004-cü ildə Tamerlan Qarayev yenidən səfir göndərildi-bu dəfə Hindistana. Bununla da onun “Qarabağ Evi” təşkilatının fəaliyyəti dayandı. T.Qarayevin Hindistanda səfir həyatı 15 sentyabr 2011-ci ilə qədər davam etdi. 15 sentyabr 2011-ci ildə prezident İlham Əliyev onu İndoneziyada səfir vəzifəsinə təyin etdi. Keçmiş cəbhəçi diplomatın İndoneziyada səfirlik həyatı da uzun müddət çəkdi - 7 ildən artıq. 13 dekabr 2018-ci ildə onu İndoneziyadan geri çağıraraq Litvaya səfir vəzifəsinə təyin etdilər. Hazırda Litvada səfirdir.
Bəs diplomat olan Tamerlan Qarayev belə bir fikir işlədibmi, ümumiyyətlə, Qarabağı yalnız qarabağlılarmı azad etməlidir kimi fikirlər nə qədər ziyanlıdır?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Qüdrət Həsənquliyevdən o cür açıqlamanı heç gözləmirdi. Çünki Qüdrət Həsənquliyev Qarabağ məsələsinə həmişə həssas yanaşıb, indi niyə belə müəmmalarla, eyhamlarla danışması anlaşılan deyil: “2001, 2002, 2003-cü illərdə QAT-ın təşkilatçılığı ilə Bakıda ”Qələbə" meydanında Qarabağ mitinqləri keçirilib. Tamerlan Qarayev həmin mitinqlərdə iştirak edib, amma çıxışında elə bir ifadə işlətdiyini xatırlamıram. Ümumiyyətlə, inanmıram ki, kimsə belə mövqedən çıxış etsin. Əksinə, biz sevinirik ki, bu gün Azərbaycanda hamı deyir ki, qarabağlıyıq. Cəmiyyətdə belə bir vacib birlik əldə olunub, bu, çox yaxşıdır. Məncə, bu gün kiminsə nə vaxtsa dediyi və ya demədiyi fikir qabardılırsa, çox böyük yanlışdır. Bu gün Azərbaycanın hər yerində Qarabağa azadlıq tələbi qoyulur. Hər kəs Qarabağın azad olunmasında iştirak etməyə hazırdır. QAT-ın bütün bölgələrdə, o cümlədən Astara, Lənkəran, Qusar, Xaçmaz, Naxçıvan, Gəncə, Goranboy, Qazax, Tovuz, Ağstafa, Şəki, Zaqatala, Balakən və digər bölgələrimizdə şöbələri var, üzvləri fəaliyyət göstərir. Azərbaycandan kənarda geniş dəstəyimiz var. Qarabağ bütün dünya azərbaycanlılarını birləşdirən ən vacib milli ideyadır. Qarabağı azad etmək işi təkcə qarabağlıların deyil, bütün Azərbaycan xalqınındır və biz bu işi xalq olaraq birlikdə həll etməliyik və edə bilərik. Bir neçə ay əvvəl mən bir konseptual məqalə də yazdım: "Qarabağ- dünya azərbaycanlılarının milli ideyası".
Mayın sonunda keçirəcəyimiz konfransda da bu məqalə ilə çıxış edəcəyəm. Son aylar ərzində Rusiyada, İranda, Gürcüstanda, Avropada və Azərbaycanda Qarabağ ətrafında baş verən hadisələr aydın şəkildə göstərdi ki, bizi birləşdirən ən vacib amil Qarabağdır. Ona görə də bu gün tamamilə yanlış bir tezisin ortaya atılmasını düzgün hesab etmirəm". “Yeni Müsavat”
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.top/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Bu gün, 19:43 |
|
|
|
• Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Bu gün, 19:40 |
|
|
|
• "Gündə bir adam axtarım?"
Bu gün, 19:33 |
|
|
|
• Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Bu gün, 19:31 |
|
|
|
• Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Bu gün, 19:26 |
|
|
|
• “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Bu gün, 19:10 |
|
|
|
• "Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Bu gün, 19:02 |
|
|
|
• Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Bu gün, 18:58 |
|
|
|
• Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Bu gün, 18:04 |
|
|
|
• Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Bu gün, 18:00 |
|
|
|
• AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Bu gün, 17:53 |
|
|
|
• Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51 |
|
|
|
• Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41 |
|
|
|
• İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30 |
|
|
|
• "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25 |
|
|
|
• Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24 |
|
|
|
• Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22 |
|
|
|
• “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20 |
|
|
|
• Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18 |
|
|
|
• Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13 |
|
|
|
• Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11 |
|
|
|
• "Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09 |
|
|
|
• Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01 |
|
|
|
• Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00 |
|
|
|
• Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56 |
|
|
|
• “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52 |
|
|
|
• Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51 |
|
|
|
• "Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39 |
|
|
|
• Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38 |
|
|
|
• “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35 |
|
|
|
• Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33 |
|
|
|
• “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31 |
|
|
|
• 6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08 |
|
|
|
• Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07 |
|
|
|
• Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01 |
|
|
|
• “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57 |
|
|
|
• Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52 |
|
|
|
• Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47 |
|
|
|
• Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45 |
|
|
|
• Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36 |
|
|
|
• Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30 |
|
|
|
• Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29 |
|
|
|
• Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17 |
|
|
|
• "Mirkamil daşı ətəyindən töksün efirə çıxsın"
Bu gün, 15:14 |
|
|
|
• Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - AÇIQLAMA
Bu gün, 15:09 |
|
|
|
• Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür -İlahiyyatçı
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Bu gün, 14:59 |
|
|
|
• Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Bu gün, 14:57 |
|
|
|
|