"Gündə bir adam axtarım?" .....                     Məmur ata-balalar: Siyahıda görün kimlər var .....                     Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi .....                     “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” .....                     "Ermənistan sülh çağırışlarına cavab versəydi, .....                     Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar .....                     “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: .....                     Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                     Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik .....                     Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... .....                     “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib .....                     Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? .....                     Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı .....                     Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub .....                     "Dəfələrlə müdriyyətə demişik, amma..." .....                     Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin .....                     Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı .....                     Təhsilimizdə evimizi yıxan məqamlar .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır .....                     Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub .....                     "Köçəryanın etirafından sonra Ermənistanda .....                     Çağırış edildi: Rusiyaya səfərdən çəkinin .....                     “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” .....                     Sərhəddə savaş hazırlığı başladı .....                     “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır .....                     6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub .....                     Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... .....                     Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: .....                     “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik .....                     Xalq artisti xəstəxanadan EVƏ APARILDI: .....                     Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb .....                     Xəstə anasını döyə-döyə qətlə yetirən oğul .....                     Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı .....                     Ukrayna ordusu əks-hücuma keçib .....                 

"Hər bir addım Azərbaycan dövləti və xalqı naminə atılmalıdır"
Tarix: 3-05-2019, 08:15 | Çap et
"Hər bir addım Azərbaycan dövləti və xalqı naminə atılmalıdır"
Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri Kestutis Yankauskas BBC News Azərbaycancaya Azərbaycanla Aİ arasında imzalanması gözlənilən sazişin detalları barədə danışarkən diqqətçəkən fikirlər səsləndirib.

Səfir əməkdaşlıq üçün sərbəst toplaşmaq, söz azadlığı, qanunun aliliyi, bazar iqtisadiyyatı, dözümlülük kimi dəyərlərin vacibliyini vurğulayıb: “Hər şeydən öncə bunlar Avropa İttifaqının dəyərləridir. Onların bəziləri anlaşmada da əks olunub. Azərbaycan isə artıq Avropa Şurasının üzvüdür. Düşünürəm ki, bu dəyərlərin qorunmayacağından narahat olan bəzi şəxsləri sakitləşdirməliyəm. Dəyərlərin qorunmamasının mümkün olduğunu düşünmürəm”.

Səfir dəyərlərin qorunmasına misal kimi bu ilin martında Azərbaycanda verilən böyük əfv sərəncamını göstərib.

Səfirin bu açıqlamaları Azərbaycanda mitinq yasağını bir daha gündəmə gətirib. Artıq 4 aydır ki, edilən mitinq müraciətlərinə Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verir. Qarabağ Komitəsi (QK), Müsavat Partiyası və Milli Şuranın dəfələrlə aksiya keçirmək üçün müraciətləri olub və adlarını qeyd etdiyimiz qurumların mitinq arzuları həyata keçməyib.

Bütün bunların fonunda Aİ səfiri sərbəst toplaşmaq azadlığını önə çəkir.

QK-nın təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, Avropada adıçəkilən dəyərlərə vasitə kimi yanaşılır: “Avropa və beynəlxalq dəyərlər kimi anlayışların səmimiliyinə inanmıram. İstər Avropa olsun, istər dünyanın digər dövlət və təşkilatlarının bu dəyərlərə ancaq bir vasitə kimi yanaşdığına inanıram. Dünyanın daimi maraqları var, daimi dəyərləri yoxdur. O maraqlar nəyi tələb edirsə, onlar da əsl dəyər halına çevrilir. Yəni insanlarımızı da, siyasilərimizi də hazırkı dünya reallıqlarına daha açıq gözlə baxmağa səsləyirəm, nəinki abstrakt və utopik anlayışlarla. Düşünmürəm ki, Azərbaycan iqtidarı sona qədər sərbəst toplaşma hüququnu məhdudlaşdıra biləcək. Doğrudur, artıq bir neçə aydır ki, heç bir kütləvi aksiyaya razılıq verilmir. Ancaq bu əbədi davam edə bilməz. Buna görə də düşünürəm ki, yaxın zamanlarda bəzi məhdudiyyətlərlə insanların sərbəst toplaşma hüququ de-fakto tanınacaq və mitinqlərə razılıq veriləcək. İslahatlar Avropa və ya dünya gücləri belə istəyir deyə yox, Azərbaycan xalqının strateji maraqları və səadəti bunu tələb edir deyə olmalıdır. Hər bir addım Azərbaycan dövləti və xalqı naminə atılmalıdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri deputat Fərəc Quliyev: “Avropa İttifaqının buradakı nümayəndəsi yaxşı bilir ki, Avropanın istənilən ölkəsinin təhlükəsizliyi ən öndə duran məsələdir. Orada bir insanın azad fikir söyləmək adı altında istənilən xaotik hərəkətinin qarşısı alınır. Fransada baş verən hadisələr bunun əyani sübutu idi. Kütləvi şəkildə bu ölkədə etirazlar baş verdi və bunun qarşısı alındı. İngiltərədə də belə hadisələr olub və qarşısı alınıb. Dövlətin təhlükəsizliyindən üstün heç nə yoxdur. Bütün dövlətlər təhdidlərə qarşı dözümlərini, təhlükəsizliklərini təmin edirlər. Bunun üçün də hər şeyi edirlər. Azərbaycanda insan haqları və digər məsələlərlə bağlı ortaya mövqelər qoyulduğu zaman öncəliklə milli təhlükəsizlik məsələsi önə qoyulur. Dünyanın hər yerində məhbuslar var. Müxtəlif statuslarla məhbus həyatı yaşayanlar da az deyil. Bunların içərisində deputat da, siyasətçi də, jurnalist də olub. Amma dediyi fikirlərə görə deyil, başqa səbəbdən biri həbs olunursa, onu siyasi məhbus elan etmək doğru deyil. Elə hallar olub ki, müxalifətdə bəzi qüvvələr bir məmuru korrupsioner adlandırıblar, amma həmin məmur həbs edilən kimi o qüvvələr onu dərhal siyasi məhbus elan edib, onun azadlığa çıxmasını tələb ediblər. Bu, çox absurd bir yanaşmadır. Şərtlə danışmaq doğru deyil. Hesab edirəm ki, Azərbaycanda mitinqlərə icazə verilməməsi ilə bağlı aidiyyəti orqanların mövqeyini almaq lazımdır. Bəlkə elə bir səbəb var ki, bununla əlaqədar icazə vermirlər.

Şəxsən düşünürəm ki, xaricdə yaşayan qurumlara, konkret olaraq Milli Şuraya nəinki mitinq keçirməyə, ümumiyyətlə, ölkədə fəaliyyət göstərməsinə icazə verilməməlidir. Bir vaxtlar başladılan araşdırmalar sona çatdırılmalıdır. Ölkəsinə qarşı başqa dövlətdən dəstək, vəsait, təminat alıb fəaliyyət göstərənlər cəzalandırılmalıdır. Amma digər təşkilatlarla bağlı mitinq keçirmək azadlığı təmin olunmalıdır. Burada qorxulu bir şey yoxdur. Hansı tələbləri olacaqsa, bunu dövlət orqanları ilə danışmaq lazımdır. Açığı, səbəbini bilmirəm ki, o deyilən qüvvələr nəyə etiraz edirlər. İpi başqa ölkələrin əlində olanlardan başqa istənilən daxildə olan qüvvələrə meydan verilməlidir. Lakin unutmayaq ki, Avropa İttifaqının sadaladığı məsələlərin arxasında başqa suallar durur. Onlarla polemika üçün bunu demirəm. Nə üçün onlar bir milyon məcburi köçkünümüz barədə məsələ qaldırmırlar? Bunların nə üçün hüquqlarını tələb etmirlər? Öz dədə-babalarının məzarlarını ziyarət edərkən girov götürülən iki azərbaycanlı barədə susurlar. Kəlbəcərdə girov götürülüb zod mədənlərində işlədilən azərbaycanlı qadınların məsələsinə bir dəfə də olsun toxunmurlar. Bunlar insan haqqı deyil bəs nədir? Azərbaycan hansı qurumlarla münasibət qurduğunu yaxşı anlayır, bu istiqamətdə də işlərini görür. Dövlətimiz indiyə qədər qoşulduğu bütün konvensiyalara əməl edib. Bundan sonra da əməl edəcək. Biz də Avropa İttifaqının nümayəndələrindən tələb edirik ki, tələblərini irəli sürəndə bir milyon insanımızın taleyini də nəzərə alsınlar”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gündə bir adam axtarım?"
Bu gün, 19:33
Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Bu gün, 19:31
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Bu gün, 19:26
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Bu gün, 19:10
"Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Bu gün, 19:02
Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Bu gün, 19:00
“Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Bu gün, 18:58
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Bu gün, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Bu gün, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Bu gün, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52
Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51
"Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38
“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35
Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33
“Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31
6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08
Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07
Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01
“Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57
Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52
Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47
Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38
Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36
Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30
Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29
Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17
"Mirkamil daşı ətəyindən töksün efirə çıxsın"
Bu gün, 15:14
Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - AÇIQLAMA
Bu gün, 15:09
Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür -İlahiyyatçı
Bu gün, 15:02
Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Bu gün, 14:59
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Bu gün, 14:57
Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib - Əmlaklarını geri istəyir
Bu gün, 14:52
"Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq" - ETİRAZ
Bu gün, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru