Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır .....                     Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ .....                     "Gündə bir adam axtarım?" .....                     Məmur ata-balalar: Siyahıda görün kimlər var .....                     Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi .....                     “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” .....                     "Ermənistan sülh çağırışlarına cavab versəydi, .....                     Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar .....                     “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: .....                     Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                     Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik .....                     Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... .....                     “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib .....                     Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? .....                     Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı .....                     Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub .....                     "Dəfələrlə müdriyyətə demişik, amma..." .....                     Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin .....                     Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı .....                     Təhsilimizdə evimizi yıxan məqamlar .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır .....                     Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub .....                     "Köçəryanın etirafından sonra Ermənistanda .....                     Çağırış edildi: Rusiyaya səfərdən çəkinin .....                     “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” .....                     Sərhəddə savaş hazırlığı başladı .....                     “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır .....                     6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub .....                     Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... .....                     Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: .....                     “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik .....                     Xalq artisti xəstəxanadan EVƏ APARILDI: .....                     Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb .....                     Xəstə anasını döyə-döyə qətlə yetirən oğul .....                 

“Erkən parlament seçkiləri gündəmdən çıxmayıb” - AÇIQLAMA
Tarix: 2-05-2019, 08:46 | Çap et
“Erkən parlament seçkiləri gündəmdən çıxmayıb”
Keçən ilin sonlarından aprel ayında növbədənkənar parlament seçkilərinin olacağı proqnozları verilirdi. Aprel bitdi, lakin seçki qərarı verilmədi.

İlin ilk aylarından ölkədə ciddi sosial islahatların başlanması və bu prosesin hazırda hökuməti daha çox məşğul etməsi, həmçinin ölkə daxilində və regionda müşahidə olunan siyasi proseslər, hərəkətlilik apreldə növbədənkənar seçkiyə gedilməsi məsələsini bir müddət üçün arxa plana keçirib. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda deyilir. Xəbərdə qeyd edilir ki, ötən ilin sonlarında yuxarı dairələrdə yazda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi barədə demək olar ki, yekdil mövqe formalaşmışdı. Rəsmi qərarın fevralın sonlarında veriləcəyinə qədər məsələ dəqiq olub. Yuxarıda sadalanan səbəblər üzündən növbədənkənar seçki məsələsində hələlik bir qədər gözləmək məqsədəuyğun sayılıb.

Məlumata görə, bu ilin sonunda-dekabrın 27-də bələdiyyə seçkilərinin keçiriləcəyi faktoru da növbədənkənar parlament seçkiləri məsələsində tərəddüdlər yaradıb. Bununla belə, mənbə bildirir ki, növbədənkənar seçki məsələsi hələ gündəmdən tam olaraq da çıxmayıb. Sadəcə, bir müddət üçün gözləmə mövqeyi seçilib.

VİP sədri Əli Əliyev də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, erkən parlament seçkiləri məsələsi gündəmdən çıxmış sayılmamalıdır: “Mənim müşahidələrimə görə, bu il növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu fikir ulduzların düzülüşündən gəlinən qənaət deyil. Məlumat da deyil. Çünki son prezident seçkilərinin vaxtını heç prezidentin yaxın ətrafı da bilmirdi. Qərar qəfil verildi. Deməli, yenə də belə fikir olacaqsa, haqqında xəbərin sızma ehtimalı çox azdır.

Hesab edirəm ki, parlament seçkilərini bir sıra daxili və xarici amillər şərtləndirir. Dünya Azərbaycana yönəlik münasibətini dəyişir. Əlamətləri də var: İran və Rusiya siyasi rəhbərliyinin yanvar-mart aylarında münasibəti, Azərbaycan nümayəndə heyətinin Fransa səfəri və görüşlərin ranqı, prezidentin Çin səfəri və imzalanan sənədlər, Avropa İttifaqı və Azərbaycan arasında hazırlanan saziş və sair. Bunlar kifayət qədər ciddi kənar faktorlardır. Daxildə də baş verənləri küçümsəmək olmaz. Nəsil dəyişikliyi, oliqarxiyanın çökdürülməsi və sair. Hər iki faktor çuğlaşanda, vəziyyət əyani şəkildə görünür.

Belə şəraitdə keçmiş oliqarxiyanın nəzarətində olan parlament təhlükə mahiyyəti kəsb edir. Çünki müstəqillik dövründə hakimiyyət dəyişiklikləri parlament üzərindən olub. Bütün seqmentləri dəyişən heyətin parlamenti saxlaması məntiqsiz görünür. Ona görə də hesab edirəm ki, seçkilər qaçılmazdır".

Erkən seçkilərin nə vaxt olacağı ehtimalına gəlincə, partiya sədri hesab edir ki, seçki bu ilin iyul-avqust aylarında ola bilər: “Bunun isə səbəbləri var. Bu aylar siyasi baxımdan ”ölü dövr" hesab edilir, siyasi baxımdan ən passiv aylardır. Təbii ki, bu analizdir. Lakin qüsurlu da ola bilər. Çünki hakim təbəqə seçkilərdə təhlükə duysa, addım atmaya da bilər. Amma az ehtimal edirəm bu gedişatı".

27 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq isə davam edir. Seçki Məcəlləsinin tələbinə əsasən 2019-cu il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə seçici siyahısının dəqiqləşdirilməsi həyata keçirilir. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, siyahıların yüksək səviyyədə dəqiqləşdirilməsi üçün bu genişmiqyaslı işə respublikadakı bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və dəqiqləşdirmə prosesində həm Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilir. Qanunvericiliyə uyğun olaraq, vahid seçici siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılıb. Məntəqə seçki komissiyalarının üzvləri yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən təqdim edilən məlumatlar əsasında öz məntəqələrinin seçici siyahısını dəqiqləşdirərək, məntəqələr üzrə tərtib olunan seçici siyahılarını müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.

Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçici siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulması və ölkə üzrə yenidən tərtib olunan vahid seçici siyahısının Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdirilməsi nəzərdə tutulur.

27 dekabra-bələdiyyə seçkilərinə hələ xeyli vaxt qaldığını nəzərə alsaq, seçici siyahılarının indidən hazırlanması növbədənkənar parlament seçkilərinin nə zaman keçiriləcəyi barədə son zamanlar yayılan xəbərləri yada salır. Seçici siyahılarının hazırlanması prosesinə isə ən geci may ayının sonuna qədər yekun vurulacağı bildirilir. Bu məqama diqqət çəkən siyasi ekspertlər hesab edir ki, seçici siyahılarının indidən tərtib olunması və prosesin ən geci may ayında yekunlaşmasının nəzərdə tutulması növbədənkənar parlament seçkilərinin yayda keçiriləcəyi ehtimalını da yaradır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Bu gün, 19:43
Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Bu gün, 19:40
"Gündə bir adam axtarım?"
Bu gün, 19:33
Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Bu gün, 19:31
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Bu gün, 19:26
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Bu gün, 19:10
"Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Bu gün, 19:02
Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Bu gün, 19:00
“Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Bu gün, 18:58
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Bu gün, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Bu gün, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Bu gün, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52
Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51
"Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38
“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35
Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33
“Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31
6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08
Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07
Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01
“Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57
Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52
Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47
Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38
Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36
Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30
Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29
Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17
"Mirkamil daşı ətəyindən töksün efirə çıxsın"
Bu gün, 15:14
Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - AÇIQLAMA
Bu gün, 15:09
Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür -İlahiyyatçı
Bu gün, 15:02
Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Bu gün, 14:59
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Bu gün, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru