Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... .....                     Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? .....                     Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb .....                     "Bu sahədə savadı sıfırın altındadı..." .....                     Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. .....                     Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? .....                     Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                 

"Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir" - deputat
Tarix: 23-02-2019, 09:44 | Çap et
"Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir"
BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev azpolitika.az saytına müsahibəsində Vasif Talıbovdan da danışıb. O bildirib ki, Ali Məclis sədri Naxçıvanın rəhbəri ola bilməz:

“Kimsənin demokratiya barədə anlayışından asılı olmayaraq, mənim hansısa məsələyə münasibətimdə məqsədim "bəy tərifi" demək və ya tənqid etmək deyil. Həmişə hansısa problemdən, xüsusilə regionlarımızın, o cümlədən Naxçıvanın dərdlərindən danışanda obyektiv olmağa çalışmışam. Yadınızdadırsa, bir dəfə mən parlamentdə məsələ qaldırmışdım ki, Naxçıvan MR Konstitusiyası Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir. Çünki Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Dolayısıyla, həm icra, həm də qanunvericilik funksiyasını yerinə yetirir. Bu da Konstitusiya ilə təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun deyil. Mən bu məsələni qaldıranda Ziyafət Əsgərov cavab verdi ki, guya mən bu çıxışla Naxçıvanda separatizmi stimullaşdırmaq istəyirəm...

Naxçıvan Muxtar Respublikadır. Respublikadırsa, onun başçısı da var. Türkiyədə buna cümhurbaşkanı deyirlər. Mən bu anlaşılmazlığı aradan qaldırmaq üçün parlamentdə məsələ qaldırmışdım. Demişdim ki, gəlin, Rusiya təcrübəsindən biz də yararlanaq. Bilirsiniz ki, Rusiyada da muxtar respublikalar var və başçıları prezident adlanırdı. Sonradan bu milli muxtar respublikaların başçıları qubernator adlandırıldı. Biz də muxtar respublikanın başçısını qubernator adlandıra bilərik. Yaxud sadəcə muxtar respublikanın başçısı deyə bilərik. Necə ki, rayon icra hakimiyyətinin rəhbərlərini başçı adlandırırıq. Adını nə qoyuruqsa qoyaq, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədri ola bilməz. Yəni orda hakimiyyət bölgüsü prinsipinə əməl olunmalıdır. Bunu ölkənin konstitusiyası tələb edir. Konstitusiyada yazılır ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Bu, imperativ bir normadır. Bu normaya əməl olunmalıdır".

“Yeni Müsavat”a danışan naxçıvanlı deputat Fazil Mustafa bildirib ki, Naxçıvanın muxtariyyəti məsələsini, siyasi xarakterli muxtariyyət kimi qəbul edir: “Ona görə də burada hüquqi detallara varmağı fərqli şərh edərdim. Düşünürəm ki, siyasi muxtariyyət əslində Naxçıvanın təhlükəsizliyini qorumaq və buna təminat olan dövlətlərin, xüsusilə də Türkiyənin məsələdə həssaslığını saxlaması baxımından vacibdir. Hüquqi detallar isə formal xarakter daşıyır. Hansı formada olması bir o qədər də böyük əhəmiyyət kəsb etmir. Əsas odur ki, blokada şəraitində olan Naxçıvanın müəyyən təhlükəsizliyi təmin edilsin. Naxçıvan əslində eyni etnik birliyə sahib olan Azərbaycanla hansısa fərqli olmayan topluluq yaşayır. Bu baxımdan muxtariyyət də etnik xarakter daşımır ki, orada hansısa formada hüquqi düzənləmənin uyğunlaşdırılmasına daha çox diqqət edilsin. Təbii ki, konstitusiya ilə üst-üstə düşməyən məqamlar ola bilər. Ancaq siyasi muxtariyyət xarakterli, blokada şəraitində olduğuna görə və müəyyən dərəcədə təhlükəsizliklə bağlı problem yaşandığı üçün məsələnin gündəmdə tutulmasını məqsədəuyğun hesab etmirəm”.

F.Mustafa Naxçıvanın hazırkı vəziyyəti barəsində də danışıb: “Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir. Məsələ budur ki, hansı prizmadan yanaşırsan. Mən, təhlükəsizlik prizmasından yanaşmanın daha çox tərəfdarıyam. Sosial prizmadan yanaşan zaman təbii ki, blokada şəraitində olan Naxçıvanda əhalinin ancaq İran və Türkiyə ilə yolları açıqdır. Həmçinin Naxçıvanın yaşam şərtləri Azərbaycanın digər bölgələrindən fərqli olaraq obyektiv çətinliklərlə bağlıdır. Təhlükəsizlik baxımından isə Naxçıvanın ən azından hərbi qüvvələri kifayət qədər hazırlıqlı vəziyyətdədir. Son zamanlar bunun konkret nəticələrini də görürük. Hesab edirəm ki, bütün bunlar yüksək səviyyədədir. Ancaq bütövlükdə düşünürəm ki, hər zaman Naxçıvanı diqqətdə saxlamaq lazımdır. Əhalinin rifahını artırmaq üçün Naxçıvana daha çox vəsait ayrılmalıdır. Çünki başqa bölgələrlə oranı müqayisə etmək olmaz. Blokada şəraitində olduğu üçün bu bölgənin qorunması bizim üçün həyati əhəmiyyət daşıyır. Ona görə də oradakı həyat şəraitinin yaxşılığı, ordumuzun orada güclü olması hamımızın məqsədidir. Bu baxımdan Naxçıvanla bağlı bütövlükdə hökumətin də daha həssas davranmasının tərəfdarıyam. Daha çox orada məqsədyönlü işlərin görülməsi, xüsusilə də iş yerlərinin açılmasını vacib sayıram”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Bu gün, 09:34
Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Bu gün, 09:29
Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Bu gün, 09:27
"Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Bu gün, 09:19
Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Bu gün, 09:11
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Bu gün, 09:00
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Bu gün, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru