"Bu sahədə savadı sıfırın altındadı..." .....                     Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. .....                     Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? .....                     Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                 

“Problemli kreditləri mitinq predmetinə çevirmək doğru deyil” - deputat
Tarix: 15-02-2019, 08:44 | Çap et
“Problemli kreditləri mitinq predmetinə çevirmək doğru deyil”
Milli Şura aksiya keçirməyi planlaşdırır. Budəfəki mitinq problemli kreditlərə həsr ediləcək. Bu barədə “Turan” agentliyinin “Çətin sual” proqramına müsahibəsində Milli Şuranın sədri Cəmil Həsənli məlumat verib.

Son 4 ayda Milli Şuranın 19 yanvar aksiyası istisna olmaqla, 6 mitinq müraciətinə mənfi cavab verən Azərbaycan hökumətinin bu dəfə hansı münasibəti sərgiləyəcəyi suallar doğurur. Mitinq sanksiyalarının nə qədər davam edəcəyi bilinmir. Mitinqlərə icazə verilməməsini səbəbi kimi xaricdəki bəzi qüvvələrin bundan istifadə edə biləcəyi deyilir. İndiyə qədər siyasi məhbus problemini daha çox qabardan beynəlxalq təşkilatların, anti-Azərbaycan qüvvələrinin bu dəfə nəzərlərini mitinq sanksiyalarına yönəldə biləcəkləri önə çəkilir. Ölkədə islahatlar aparan iqtidarın fəaliyyətinə mitinq qadağalarının kölgə sala biləcəyi ehtimallar sırasındadır.

Bundan əlavə, problemli kreditlər ölkə vətəndaşları üçün aktual mövzudur. Bu səbəbdən də müxalif düşərgə bu problemdən maksimum dərəcədə yararlanmağa cəhd edir.

Fazil Mustafa: “Problemli kreditləri mitinq predmetinə çevirmək doğru deyil”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa problemli kreditlərin aradan qaldırılmasının vacibliyindən söz açdı: “Vəziyyət kritik həddə düşüb. Amma hökumətin prioritet verdiyi məsələlər var. Çox güman ki, bunları ardıcıl həll etməyi düşünürlər. Şəhid ailələri ilə bağlı məsələ çözüldü. Addım-addım bu məsələlər də çözülə bilər. Amma bunu mitinq predmetinə çevirmək doğru deyil. Mitinq daha çox həmin şəxslərin siyasi şüarları ilə bağlı ola bilər. Bu istiqamətdə çalışmaq daha doğrudur. İndiki şərtlərdə bu cür sosial tələbləri qabartmaq doğru deyil. Fikrimcə, daha çox cəmiyyətin Qarabağ məsələsinə yönəlik mitinqlərinə icazə verilməsi daha məqsədəuyğun olardı. Təəssüf ki, buna da icazə verilməyib. Amma ümid edək ki, məsələlər mitinq yolu ilə deyil, hökumətin öz iradəsi ilə həll ediləcək”.

Hüquqşünas-ekspert Əkrəm Həsənov bildirdi ki, borc məsələsi hər bir iqtidar üçün ciddi problemdir: “Bu problem hər zaman sosial gərginlik yarada bilər. Heç kəs düşünməsin ki, bu sosial gərginliyi adi insanlar edir. İnqilab tarixlərini dərindən oxuyan bir insan kimi deyirəm ki, belə gərginlikləri daha çox iri borcları olanlar edir. Dövlət vəzifəsində işləyənlərin, oliqarxların borcu hamıdan çoxdur. Onlar borclarını verməmək üçün suyu bulandırırlar. Mən vətəndaşlara bu məsələ ilə bağlı məhkəmələrdə kömək edirəm. Bir qayda olaraq vətəndaşlar məhkəmələrdə uduzurlar. İri sahibkarlar isə tez-tez udurlar. Necə udduqları tamam başqa məsələdir. Uda bilməyəndə isə borc məsələsini siyasiləşdirməyə başlayırlar. Açığı, belə şeylərin əleyhinəyəm. Çünki sonunda populist şüarlara aparıb çıxarır.

Əkrəm Həsənov: “Dövlət vəzifəsində işləyənlərin, oliqarxların borcu hamıdan çoxdur”

Bir şeyi unutmaq olmaz ki, banklar öz pullarını verməyiblər, əmanətçinin pulunu veriblər. Müxalifətin bu amildən istifadə etməsi populizmə aparıb çıxara bilər. Mən onunla tam razılaşıram ki, vəziyyətin bu həddə çatmasında dövlət orqanlarında çalışan bəzi şəxslərin biliksizliyi, savadsızlığı və qeyri-dürüstlükləri rol oynayıb. Hər zaman demişəm ki, problemli kreditlərin tam əksəriyyəti bank sahiblərinin, rəhbərlərinin yaratdığı problemdir. Onlar öz yaxınlarına, öz bizneslərinə qanunsuz kreditlər verirlər. O fikirlə verirlər ki, getsin gəlməsin. Yəni banka pul qoyan əmanətçilərin pullarını mənimsəyiblər. O kreditləri müəyyən etmək o qədər də çətin məsələ deyil. Bunun üçün hüquqşünas, maliyyəçi olmaq lazım deyil. İstənilən mətbuat işçisi gedib bankda oturub kredit sənədlərinə baxdıqda müəyyən edəcək ki, hansı krediti bank bilə-bilə verib. Harada görsə ki, kredit məbləği böyükdür, faizi aşağıdır, müddəti uzundur, girovu ya yoxdur, ya da azdır, məsələ bitdi. Deməli, bu kreditləri qaytarmaq üçün dövlət orqanları işləməli idi. Bu problem 3 ildən çoxdur davam edir.

Maliyyə Bazarlarına Nəzarət Palatası məhz bu səbəbdən yaradılmışdı. O kreditləri verən və alanları məsuliyyətə cəlb edib məcbur etmək olardı ki, o məbləğləri qaytarsınlar. Bu yolla bu problemi həll etmək olardı. Ondan sonra da əhalinin və vicdanlı biznesmenlərin kredit problemləri qalacaqdı. Bu problemlər də 30% təşkil edir. Burada da dövlət bank və dövlət hesabına müəyyən güzəştlər edə bilər. Bu problemləri bir ilə həll etmək olar. Çalışmaq lazımdır ki, bu problemdən bəzi qüvvələr sui-istifadə etməsinlər. Mən iqtidarda deyiləm. Dövlət vəzifəm yoxdur və dövlətdən də heç bir vəsait almıram. Vəkil kimi işləyirəm. Müxalifətlə də heç bir əlaqəm yoxdur. Amma dövlət orqanlarının günahlarını örtmək olmaz. Təsəvvür edin ki, ötən il ziyanla işləyən beş bank olub. Banklar bəzən sahibkarlardan pulları geri almaq üçün müxtəlif yollara əl atır. Onlar təhdid edilir, yaxud saxlanılır. Bu cür zor tətbiqlə pulları geri alırlar. Lap sahibkar qanunsuz kredit götürsə də, bu pulları verən bankdır axı. Sonda onu deyim ki, problemli kreditlərin yaranmasında günahkar olan orqanlar arasında Mərkəzi Bankın olduğunu unutmayaq. Bu qədər problemli kreditlər verilib, Mərkəzi Bankın xəbəri olmayıb. O zaman belə bir orqan nəyə lazımdır?”

Novella Cəfəroğlu: “İcazəli mitinqlər hökumət üçün qorxulu deyil”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mitinqlərə icazə verilməsinin vacibliyini vurğuladı: “Mitinqlər ondan ötrü edilir ki, emosiyalar və digər hallar aradan qalxsın. Xaricdə keçirilən aksiyalarda baş verənlərin ölkəmizdə təkrarlanmasını, yaxud o tipli aksiyaların təşkil olunmasını istəmirəm. Narazılığını ifadə edənlər, mitinqlərə gələnlər dövlət və iqtidar üçün ziyanlı deyillər. İmkan vermək lazımdır ki, insanlar gəlib öz sözlərini desinlər. Daha pis o olardı ki, insanlar icazəsiz mitinqə çıxardılar. İcazəli mitinqlər hökumət üçün qorxulu deyil. Mitinqlərə icazənin verilməməsi həm xaricdə olan beynəlxalq təşkilatları, həm də xaricdə bizə qarşı çıxış edən insanları yenidən vadar edəcək ki, hər yerdə Azərbaycanda söz azadlığının olmadığını gündəmə gətirsinlər. Hesab edirəm ki, hökumət mitinqlərdən qorxmamalıdır. Hökumət öncəliklə öz məmurlarından qorxmalıdır. Qanunlara əməl etməyən məmurlar vəzifələrindən uzaqlaşdırılmalıdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Bu gün, 09:19
Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Bu gün, 09:11
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Bu gün, 09:00
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Bu gün, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru