Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                 

Müsavat Partiyasında növbəti saxta vəsiqə qalmaqalı
Tarix: 14-02-2019, 09:41 | Çap et
Müsavat Partiyasında növbəti saxta vəsiqə qalmaqalı
Son günlər Müsavat Partiyasında saxta vəsiqə qalmaqalı böyüyür. Bunun yaranma səbəblərindən biri partiya funksioneri Səxavət Soltanlının paylaşdığı status olub. “Yeni Müsavat” sözügedən statusu təqdim edir: “Əziz dostlar, hakimiyyətin tapşırığı ilə Müsavat Partiyasına qarşı ”saxta sənəd satma" ittihamı ilə yeni bir kampaniya başladılıb. Bəziləri səmimi, bəziləri də məkrli məqsədlə bu “ittihamlara” cavab verməyimizi istəyirlər. Əzizlərim, ortada münasibət bildiriləsi bir dənə də olsa ciddi fakt olmadığı halda nəyə cavab verək?

Şəxsən sən oxucu, öldürmədiyin şəxsi harada basdırdığını deyə bilərsənmi? Bəli Müsavat Partiyasının, rəhbərlərinin adından saxta sənəd düzəldənlər var, biz onların kimlər tərəfindən verilməsinin müəyyənləşməsində ən çox maraqlıyıq. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, tapın bu cinayətkarları!

Hər zaman belə müzakirələrdə “Ortaya fakt qoyun” deyirik.

Elə “faktlar” qoyurlar ki, adam müzakirəyə çıxarmağa, adı hallanan şəxsə “sizin adınızdan istifadə etməklə saxta sənəd düzəldiblər” deyə müraciət etməyə də ehtiyac duymur. Saxta sənəd haqqında fakt istəyirsən, götürüb ortaya saxta fakt qoyurlar.

İndi sizin diqqətinizə belə bir saxta sənədi təqdim edəcəm.

Guya Yadigar Sadıqlıya məxsus olduğu deyilən, Yadigar bəyin hansı təşkilatın sədri olduğunu bilməyən biriləri tərəfindən primitiv formada onun adından istifadə etməklə saxta sənəd düzəldir.

Kimsə Müsavat adından saxta sənəd düzəldirsə, buna görə Müsavat Partiyası və ya adından saxta sənədə saxta imza atan Yadigar Sadıqlı günahkarmı olur, “arayış alverçisi”mi olur? Yadigar Sadıqlının ümumiyyətlə Salyana aidiyyəti yoxdur, o, Lənkəran təşkilatının sədri olub, Lənkaranda doğulub, orda işləyib, indi də orda yaşayır.

Üzünə baxan kimi bu sənədin də saxta olduğu, Müsavat Partiyasına aidiyyəti olmadığı, Yadigar Sadıqlının da bundan xəbəri olmadığı aşkar görünür.

Belə saxtakarlara, işbazlara görə Müsavat Partiyası kimi ləyaqətlə mübarizə aparan partiyanın adını hallandırmaq olarmı?

Bu “fakt”lara görə bizdən cavab vermək tələb edilə bilərmi?

Və ən sonda, kimsə bizim tərəfimizdən, Müsavat Partiyası tərəfindən hansısa bir sənədi pul müqabilində (qədər önəmli deyil) kiməsə verməsi ilə bağlı ortaya ciddi bir fakt qoysa, hamınızdan üzr istəyəcək, Müsavat başqanının müavini vəzifəsindən və seçkili orqan olan partiyanın Divanından da istefa verəcəyimi bəyan edirəm!

Fakt qoyun ortaya, daha belə saxta fakt yox".

Bu status Müsavat Partiyası daxilində, eləcə də sosial şəbəkədə ciddi müzakirələrə, qovğaya səbəb olub. İlkin reaksiyalardan birini elə partiyanın divan üzvü Yadigar Sadıqlı bildirib. Onun mövzu ilə bağlı yazdıqlarını təqdim edirik: “Dünən mənim iştirak etmədiyim Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində belə bir sənəd var. Mənim Salyan (!) təşkilatının sədri kimi göstərildiyim, guya imzaladığım saxta xasiyyətnamə. Və aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi yenə də mənimlə məsləhətləşmədən paylaşıb. Zatən məsləhətləşsəydi, etiraz etməyəcəkdim. Şükür, cəmiyyətdə qazandığımız imic var, belə şeylər bizə yapışmaz. Amma yenə də etika, yoldaşlıq xəbər verməyi tələb edirdi.
Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə, elə burada da Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyiəm.Kim göndərib və nə vaxt göndərib. Və cavabın şifahi deyil, skrinşotla verilməsini tələb edirəm".

Müzakirələr zamanı Y.Sadıqlı ona sual ünvanlayan bəzi partiyadaşlarına cavab olaraq deyib: “Mənim adım keçən və guya aylarla əllərində olan sənəd barədə mənə heç bir məlumat verilməməsini, qəfildən sosial şəbəkədə paylaşılmasını izah edə bilərsiniz?” O, bununla da bu paylaşımın səmimi məqsədlərdən xəbər vermədiyinə işarə vurub.

Partiya başqanının müavini Tofiq Yaqublu isə müzakirələrdə bildirib ki, “bu saxta sənəd ələ keçən kimi Yadıgar bəyə dərhal məlumat verilməliydi”.

S.Soltanlı isə yaranmış fikir ayrılıqlarına belə münasibət bildirib: “İsterikanı anlamadım. Müsavata qarşı iflasa uğrayan şər kampaniyasını yenidən dirçəltmək cəhdinə cavab olaraq yazmışam ki, belə saxta sənədlər müxtəlif Müsavat yetkililərinin o cümlədən Yadigar Sadıqlının da adından düzəldilir, və saxta olması qəti şübhə doğurmayan bir nümunəni paylaşmışam. Burada sizi narahat edən nədir?

Eyni zamanda işbazların Yadigar Sadıqlının adından hazırladığı, guya Müsavat Partiyasına aid olan saxta sənədi ictimailəşdirməyimin Yadigar Sadıqlının başqanlığa namizəd olacağını elan etməsi ilə əlaqələndirmək riyakarlıqdır. Əvvəla, bu saxta sənəd Yadigar Sadıqlıya qarşı kompromat deyil. İkincisi, Yadigar Sadıqlı mən bu saxta sənəd haqqında Divan üzvlərinə (13 nəfərin iştirak etdiyi iclasda) məlumat verdikdən, bəzi Divan üzvlərinə və Elman Fəttaha bu saxta sənədi göstərdikdən, onun vasitəsi ilə bu haqda məlumat Yadigar Sadıqlıya çatdırıldıqdan sonra o qurultayda başqanlığa namizəd olacağını elan edib".

S.Soltanlı eyni zamanda bildirib ki, “Adam nə qədər savadsız və utanmaz olmalıdır ki, iddia eləsin ki, hansısa təşkilat öz üzvünə ”saxta vəsiqə", “saxta arayış” nə bilim saxta nəsə versin?". O, bu fikirlərini möhkəmləndirmək üçün aşağıdakıları qeyd edib: “Verirsə, elə həqiqi vəsiqə, həqiqi arayış verər də. Ay savadsız və bizə qarşı istifadə olunanlar, hansısa təşkilatın adından saxta sənəd varsa, bu o deməkdir ki, bu sənəd hansısa başqa fırıldaqçılar tərəfindən hazırlanıb. Bəli, Müsavat Partiyasının sənədlərinə oxşar sənəd düzəldənlər var və biz də bu saxtakarların tapılmasında, cəzalanmasında maraqlıyıq.

Əlində partiyanın möhürü, blankı olan bir şəxs niyə saxta sənəd versin? Niyə boş yerə oksigen israf edirsiz? 50, 100, 1000, 10000 min manat qarşılığında şəxsiyyətini, əqidəsini, əqidədaşlarını satanlar bizlərin düşünmədən nələrdən imtina etdiklərimizi heç düşünə bilirlərmi?

Bələdiyyə, parlament seçkilərində Müsavat Partiyasının siyahısı ilə seçkilərdə iştirak etməməyə görə şəxsən mənə təklif edilən pulun və başqa maddi şeylərin qarşısında bizə şər atanlar çox şeylərin satardılar.

Biz həmin təklif göndərənlərə düşünmədən layiq olduqları formada cavab vermişik.

Bir imza vərəqinə görə mən də daxil olmaqla namizədlərimizə təklif edilənlərdən xəbəriniz olsa da sizdə utanan sifət görmürəm.

Biri bizə Müsavatın sənədinə oxşar saxta sənəd göstərir, araşdırmasız görünür ki, saxta sənəddir, deyir “fakt demirdiz, bu da fakt”.

Bu adamlara ona görə vaxt ayırıram ki, cavab verilməyəndə, həqiqətlər deyilməyəndə ən absurd yalan da ayaq tutub yeriyir.

Bundan əvvəlki kampaniyaları kimi bu da suya düşüb".

“Yeni Müsavat” mövzu ilə bağlı tərəflərlə danışmağa cəhd göstərsə də, buna nail olmayıb. Y.Sadıqlı bu barədə mediaya açıqlama verməyəcəyini bildirib. Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, ötən illərdə də Müsavat Partiyasına qarşı saxta vəsiqə ittihamları olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Bu gün, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru