“Görünür ki, müəyyən çevrələr öz maraqlarını güdüblər” - deputat
Tarix: 8-02-2019, 08:36 | Çap et
Bu həftənin həm mediada, həm də sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzusu meşələrdən əhalinin mer-meyvə yığmasına Nazirlər Kabinetinin qoyduğu qadağa oldu. Prezident İlham Əliyevin göstərişindən sonra baş nazir Novruz Məmmədov öz qərarına xitam verdi.
Bəzi müşahidəçilərin fikrincə, dövlət başçısının məsələyə operativ reaksiyasına səbəb ictimai rəydən xəbərdar olması idi. NK-nın bu qərarı hətta hakimiyyətə yaxın adamların da etirazına səbəb olmuşdu.
İkincisi, narazılıq edənlər arasında iqtidaryönlü deputatların, yazarların olması NK-nın bu absurd qərarının ləğvinə ciddi təsirini göstərmiş oldu. Cəmiyyətin sərt reaksiyası ilə qarşılanan bu qərar əslində prezidentin fəaliyyətinə yönəlik addım kimi də qiymətləndirilə bilər. Xüsusən prezidentin şəhid ailələri ilə görüşü, sonra Şamaxıda zəlzələdən zərərçəkənlərlə görüşə getməsi fonunda NK-nın qərarının ləğv olunması barədə göstərişi İ.Əliyevin xalqı narahat edən problemlərə şəxsi həssaslığını nümayiş etdirdi.
Fazil Mustafa: “Görünür ki, müəyyən çevrələr öz maraqlarını güdüblər”
“Görünür ki, müəyyən çevrələr bu sənədi Nazirlər Kabinetinə təqdim edəndə öz maraqlarını güdüblər. Ancaq yaxşı ki, prezidentin belə qərarların ləğvi barədə göstəriş vermək səlahiyyəti var”. Bu sözləri deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi.
Deputatın fikrincə, bəzən ciddi araşdırma aparmadan, vətəndaşı düşünmədən addımlar atılır: “İdarəetmədə belə hallar olur. Sadəcə, Azərbaycanda qərarlar cəmiyyətin müzakirəsinə buraxılmadan məmur beyni ilə verilir. Vətəndaşın meşədən giləmeyvə yığmasına icazə vermirsən, amma o boyda keçmiş nazir ölkənin yaşıllıqlarını məhv elədi, onu cərimələmirsən. Ona görə də qərar veriləndə bu sənəd əsaslandırılmalıydı”.
F.Mustafa prezidentin vətəndaşdan gələn mesajı nəzərə aldığını bildirdi: “Əslində faciəli qərar deyildi. Hər vətəndaşın yanına qarovulçu qoyulmayacaqdı ki?! Sadəcə, parlamentdə bu cür məsələlər müzakirədən keçməlidir, cəmiyyətdə müzakirə ortamı olmalıdır, qərarlar müzakirədən sonra verilməlidir. Bütün hallarda vətəndaşın xeyrinə olan bu qərarın prezident tərəfindən dayandırılması müsbət haldır”.
Vahid Əhmədov: “Başa düşmürəm ki, bu qərar kimə lazım idi”
“Mən demişdim ki, düzgün deyil. İnsanlar meşələrdən meyvə yığırlar, qurudurlar, istehsal edirlər, 3-5 manat qazanırlar. Çox yaxşı oldu ki, prezident qərarın ləğvi barədə göstəriş verdi. Söhbət burada meşəni dağıtmaqdan getmir, meyvə emalından gedir. İnsanlar meşələrdə yığdıqları otlardan xalq təbabətində dərman kimi istifadə edirlər. Mən başa düşmürəm ki, bu qərar kimə lazım idi. Əhalinin ziddinə olan qərarları verməzdən əvvəl düşünmək lazımdır ki, bu bizə nə xeyir verəcək, büdcəyə nə gətirəcək. Ona görə qərarın ləğvi yerində oldu, prezident vətəndaşı nəzərə alaraq bu göstərişi verdi”.
Deputat Elmira Axundova isə baş nazirin qərarını ləğvdən öncə dəstəkləmişdi. Xanım millət vəkili demişdi ki, Novruz müəllim xalq içindən çıxmış adamdır, o, heç zaman camaata qarşı olan addım atmaz: “İnsanlar bəzən meşələrdə bitən ağaclardan meyvə dərən zaman vəhşicəsinə onun budağını kəsirlər, təbiətimizə böyük zərər vururlar. Belə etmək olmaz. Axı meşədə bitən vəhşi meyvələr insanların nəyinə lazımdır? Meyvəni istifadə etmək olar, daha bunu vəhşicəsinə dərmək yolverilməzdir. Mən gözümlə görmüşəm, rayonlara gedəndə yol kənarlarında qoz satırlar. Həmin qozları budaqları ilə bərabər dərirlər”.
Ötən gün bu qərarın ləğvi ilə bağlı E.Axundovanın mövqeyini öyrənmək istədik, lakin köməkçisi səhhəti ilə əlaqədar danışmaq imkanında olmadığını bildirdi.
Hüquqşünas: “Qərarı qəbul edənlər qanunvericiliyi yaxşı incələməyib”
Hüquqşünas Ələsgər Məmmədli yazıb ki, bu qərar 1993-cü ilin dekabrında qəbul edilib, o zaman isə bugünkü konstitusiya mövcud deyildi. Hüquqşünas bildirib ki, qərarı qəbul edənlər ölkə qanunvericiliyini yaxşı incələməyiblər: “1995-ci ildən etibarən NK-nın istənilən qərarları konstitusiyaya ziddirsə, tətbiq edilə bilməz. Çünki 1993-cü ildə qəbul olunan qərarlar 1995-ci il konstitusiyasına ziddirsə, tətbiq edilməyəcəkdi. Bu qərarın yenilənməsi onun konstitusiyaya uyğun yenilənməsini tələb edirdi”.
Bildirək ki, əgər qərarın tətbiqinə başlansaydı, yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun 1.5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulurdu. Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş tətbiq olunacaqdı. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|