"Dünən Əli İnsanov iqtidar idi, bu gün müxalifətdir" - Sərdar Cəlaloğlu
Tarix: 2-02-2019, 10:40 | Çap et
Müxalifət düşərgəsi 2019-cu ilə ötən dövrlə müqayisədə aktiv başlayıb. Bir tərəfdə Milli Şura mitinq keçirir, digər tərəfdə Azərbaycan Xalq Hərəkatı elan olunur. Həmçinin, Qarabağ Komitəsi çağırışlar edir, mitinq tələbi ilə meriyaya üz tutur, sosial şəbəkələrdə müəyyən canlanma müşahidə edilir.
Bu hərəkətliliyə daxili və xarici faktorların təsir etdiyini söyləmək mümkündür. Təbii ki, fəallaşan ənənəvi müxalif təşkilatlardır. Azərbaycan iqtidarına və cəmiyyətinə tanış simalardır. Vaxtilə yeni müxalifət olan NİDA vətəndaş hərəkatı, feysbuk gəncliyi indi daha yoxdur, REAL partiyası isə o bazisə malik deyil. Bununla belə, ənənəvi siyasi güclər bu il aktiv fazada fəaliyyət göstərməkdədirlər.
Bəzi siyasi analitiklər müxalif kəsimin gücünü artırmasını qarşıda keçirilməsi gözlənilən növbədənkənar parlament seçkiləri ilə izah edirlər.
Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a müxalifət düşərgəsində bir prosesin getdiyini açıqladı. Onun sözlərinə görə, bu canlanma təkcə müxalifətin çabalarından asılı deyil: “Eyni zamanda Cənubi Qafqazda gedən proseslərin fərqli inkişafı, Ermənistandakı seçkilər Azərbaycan müxalifətinin dinamikasına təsir edir. Mən hələ 2014-cü ildə "Yeni Müsavat" qəzetinə demişdim ki, 2018-ci ilin sonu və 2019-cu ilin əvvəlində müxalifətdə proseslər dinamikliyə keçəcək. Ona görə belə şəraitdə müxalif təşkilatlar etirazçı və narazı elektoratın səfərbər olunması üçün bəzi çabalar etməyə məhkumdurlar".
İ.Ağazadə müxalifətdə aktivliyin daxili faktorlarla əlaqəli olmasını da istisna etmir: “Azərbaycandakı sosial-iqtisadi vəziyyət, hakimiyyətdaxili məsələlər, köhnə kadrlardan imtina edilməsi və yenilərinin önə çəkilməsi də öz təsirini göstərməyə bilməz”.
Ümid sədri bir yanda AXH, bir yanda Qarabağ Komitəsi, digər tərəfdə MŞ-nın olmasını müxalifətin dağınıqlığı hesab etmir: “Müxalifətin bir rəngi yoxdur. Buna belə yanaşa bilmərik. Ona görə dağınıqlığa təbii baxmaq lazımdır. Hesab edirsiz ki, prosesi biri aparacaq, mən elə düşünmürəm. Müxalifətin bir qismi Qarabağ probleminə, biri demokratiya məsələsinə, biri əhalinin sosial problemlərinə görə narazı elektoratı fəallaşdırır, təşkilatlandırır”.
“Milli Şura özünü müxalifətin mərkəzi və avanqardı hesab edir” fikrinə isə Ağazadə belə reaksiya verdi: “Milli Şuranın işi etirazçı təbəqəni toplamaqdır. İqbal Ağazadənin missiyası isə demokratik seçki olacaqsa, iqtidara gəlməkdir”.
Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, müxalifətin aktivləşməsi ölkədəki sosial-iqtisadi şəraitlə uyğunluq təşkil edir. ADP liderinin fikrincə, müxalifətin fəallaşmasında hər hansı regional və ya xarici faktor yoxdur: “Biz daha çox keçmiş sovet respublikalarında hadisələr olanda sinxron təsirlər müşahidə edirik. Bu regionda indi nə baş verir ki, müxalifətə təsir eləsin? Müxalifətdə müxtəlif bloklar var. Hərə fərqli problemlə bağlı mübarizə aparır. Qarabağ Komitəsinin vəzifə-məqsədləri ilə Xalq Hərəkatının məqsədləri üst-üstə düşməyə bilər. Bu, normal haldır”.
S.Cəlaloğlu ənənəvi müxalifət sözünü qətiyyən qəbul eləmir: “Hərə özündən bir əmmaməlik edir, termin tapır. Müxalifət ənənəvi ola bilməz. Dünən Əli İnsanov iqtidar idi, bu gün müxalifətdir. Neçə belə adamlar var ki, dünən iqtidar, bu gün müxalifətdədir. Və yaxud bunun əksini də söyləyə bilərik. Ənənəvi müxalifət ola bilməz, revanşist və loyal müxalifətlər olur. Mandela 40 il həbsdə yatdı, çıxıb prezident oldu. Qandi 60-70 il savaş verib. Lenin 19-cu əsrdən mübarizəyə başladı, 30 ilə hakimiyyətə gəldi. Eləcə də Xomeyni 30 ilə hakimiyyətə gəldi. Bunlara biz ənənəvi müxalifət deməliydik? Xarici qüvvələrin kimlərisə iqtidara gətirməsindən söhbət getmir. Bizim kimi bu şəraitdə hakimiyyətə gəlmək zaman tələb edir. Üstəlik, bizim hansı gücümüz, hüququmuz var ki, müxalifətə yeni gələn qüvvəni qoymuruq? Bunu deyənlərin məqsədi təcrübəli liderləri xalqdan uzaqlaşdırmaqdır. İstəyirlər ki, xalq təcrübəsiz liderin arxasınca getsin, belədə toplumu idarə etmək asan olsun”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|