Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

"Ermənistanı sıxır ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəl"
Tarix: 25-01-2019, 08:23 | Çap et
"Ermənistanı sıxır ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəl"
Son zamanlar Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində aktivləşmə müşahidə olunur. Yanvarın 16-da Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü, ardınca Davos Forumunda prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü buna dəlalət edir.

Politoloq Eldar Namazov mövzu ilə bağlı “Yeni Müsavat”a önəmli açıqlamalar verdi. O, öncə Azərbaycanla Rusiya arasındakı münasibətlərdə soyuqluğun yaranması barədə onda hər hansı informasiyanın olmadığını söylədi: “Bunu əsaslandıran faktlara da malik deyiləm. Əksinə, Ermənistanın Rusiya və ABŞ-la münasibətlərində Qarabağ məsələsi ətrafında ciddi problemlər yaranıb. Rusiya ilə problemləri daha böyükdür. Kreml Ermənistandakı hakimiyyət dəyişikliyini qəbul etmir, Paşinyan hakimiyyətinə münasibəti çox mənfidir. Ruslar bunu MDB məkanındakı inqilabların tərkib hissəsi kimi qəbul edirlər. Rusiya tərəfi Paşinyana təzyiq mexanizmi çərçivəsində Qarabağ məsələsindən məharətlə istifadə edir. Ən maraqlısı odur ki, belə bir vəziyyətdə ABŞ gedən bu proseslərdən istifadə edib Ermənistana şirnikləndirici vəd vermək əvəzinə rəsmi İrəvanı əməlli-başlı sıxır. Ermənistanı sıxır ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəl. Tramp bu yaxınlarda Paşinyana baş nazir olması münasibətilə təbrik göndərmişdi. Bu, 4 cümlədən ibarət təbrik məktubu idi. Təsəvvür edin ki, 4 cümlənin ikisində Qarabağ məsələsində güzəştə get mesajı var idi. Növbəti cümlədə deyir ki, Ermənistanın inkişafı üçün ABŞ dəstək verər, amma bunun üçün Dağlıq Qarabağ probleminin həlli daha geniş imkanlar yaradar. Hətta belə məsələləri adətən ört-basdır etməyə çalışan erməni ekspertlər məcbur olub bildirdilər ki, bu təbrik məktubu daha çox ultimatuma bənzəyir. Belə vəziyyətdə təbii ki, Dağlıq Qarabağ ətrafında gedən danışıqlardan erməni cəmiyyəti narahat olmaya bilməz. Hər gün erməni mətbuatı yazır ki, Rusiya da, ABŞ da bizi sıxır, Paşinyan, deyəsən, işğal olunmuş əraziləri Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Bu gün üçün Ermənistan mətbuatını açsanız, oxuyarsınız ki, ermənipərəst rus politoloqları bildirirlər ki, iyun ayında Paşinyan məcbur olub İlham Əliyevlə saziş bağlayacaq və işğal olunmuş ərazilərin bir hissəsini geri qaytarmağa razılaşacaq. İllərlə ermənilərə dəstək verən rus politoloqlar indi bu məzmunda erməni mətbuatına müsahibələr verirlər. Hətta onları ələ salırlar ki, əgər Ermənistanda kimsə düşünür ki, Dağlıq Qarabağ məsələsində erməni icmasının razılığı olmadan razılıq ola bilməz, onlar romantiklərdir, sadəlövh adamlardır, hər şey birbaşa böyük dövlətlərin təzyiqi və Azərbaycan-Ermənistan rəhbərlərinin danışıqları nəticəsində həll olunacaq, kimdir onlardan soruşan ki, bu addımı ataq ya yox. Mövcud durum bundan ibarətdir. Deyərdim ki, Qarabağ konflikti başlayandan bu günə qədər Ermənistanın mövqeyi hələ bu qədər zəif olmayıb. Ümid edirəm ki, yeni yaranmış situasiyadan istifadə edib torpaqlarımızın azad olunmasına nail ola biləcəyik”.

Politoloq Paşinyanın son Moskva səfərinə də toxundu: “Yanvarın 24-də Paşinyanın Moskvaya səfəri var. Rusiyada Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının qərargahında Paşinyan çıxış etmək niyyətindədir. Ona görə ki, növbəti sədrlik Ermənistana keçir. Adətən baş nazir ölkəyə rəhbərlik etdiyi dövlətlərdə belə forumlara baş nazirin birinci müavinini göndərirlər. Çünki belə forumlarda adətən dövlət başçılarının görüşləri başqa, nazirlərin görüşləri isə fərqli bir şəkildə keçirilir. İndi Paşinyanın özü qərar verib ki, Moskvaya gedib özü çıxış eləsin. Ən maraqlısı odur ki, bu günlərdə Rusiya prezidentinin köməkçisi cənab Peskov jurnalistlərə məlumat verib ki, Putinin Paşinyanla görüşmək üçün vaxtı yoxdur, onun qrafiki həmin gün çox zəngindir. Hələlik belə görüş nəzərdə tutulmur. Mən hələ belə bir hal görməmişdim ki, MDB ölkələrindən hansınınsa başçısı Rusiyaya səfər etsin, Putinin onu heç olmasa 5-10 dəqiqə qəbul etməyə vaxtı olmasın. İndi ekspertlər arasında bu haqda çoxsaylı müzakirələr gedir. Əgər Putin 5-10 dəqiqə vaxt tapmayıb Paşinyanla görüşməsə, bu, Paşinyan üçün çox ciddi diplomatik sillə olacaq. Paşinyan bu informasiyanı alan kimi öz aləmində guya güclü bir manevr etmək qərarına gəldi və Moskvaya uçmazdan əvvəl guya ABŞ rəhbərliyi ilə telefonla nəyisə müzakirə etmək fikrinə düşdü. Bu, Putinə bir təzyiq idi ki, ABŞ rəhbərliyi mənimlə telefonla danışır, müzakirələr aparır, mən Moskvada olanda necə mənimlə görüşə vaxt tapmırsan. Paşinyanın bu planı da fiaskoya uğradı. Çünki məlum oldu ki, Trampın onunla telefonla danışmağa vaxtı yoxdur. ABŞ-da ikinci şəxsin belə vaxtının olmadığı məlum oldu. İndi Paşinyan məlumat yayır ki, ABŞ prezidentinin köməkçisi Con Boltonla danışıb, ikitərəfli münasibətləri müzakirə edib. Bu da əslinə qalsa, böyük biabırçılıqdır. Çünki belə məsələləri ölkə rəhbəri ilə digər ölkənin rəhbəri müzakirə edə bilər. Ən azından vitse-prezidentlə müzakirə etmək olardı. Ən pis halda ya Pentaqon, ya da Dövlət Departamentinin rəhbəri ilə danışıqlarda ölkənin rəhbəri nələrisə müzakirə edə bilər. Amma daha prezidentin köməkçisi ilə belə məsələləri müzakirə etmək olmaz. Ermənistanın rəhbərliyi elə gündədir ki, telefon danışığına prezidentin köməkçisi səviyyəsində razılıq verilir, Moskvaya səfər edən rəhbərə Kreml sahibi görüş üçün vaxtının olmadığı mesajını çatdırır. Bunların əsas səbəbi ermənilərin apardığı işğalçılıq siyasəti, dövlətlərə qarşı irəli sürdükləri əsassız ərazi iddialarıdır. Arxayındırlar ki, arxalarında Rusiya və ABŞ-dakı erməni diasporu dayanır. Artıq nə Kreml, nə də ABŞ onlara şərik olmaq istəyir”.

E.Namazov Avropa Parlamentində və AŞ PA-nın qış sessiyasında Azərbaycanla bağlı qəbul edilən sərt qərarlara da toxundu: “Qarabağ konfliktinin həllindən daha çox gərək çalışaq ki, ölkədə bir nəfər də siyasi məhbus olmasın. Konflikt var və ya yox, çalışmalıyıq ki, ölkədə hər bir insanın hüquqlarını qoruyaq, beynəlxalq təşkilatlarla münasibətlərdə heç bir gərginlik yaşamayaq. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Qarabağ probleminin həlli təkcə regional, təhlükəsizlik və əməkdaşlıq sisteminə yox, ümumiyyətlə, qlobal təhlükəsizlik və əməkdaşlıq sisteminə təsir edəcək konflikt kimi dünyada dəyərləndirilir. Bu haqda Boltonun Azərbaycan və Ermənistana səfərləri zamanı açıq deyildi ki, bu, ABŞ üçün strateji məsələdir. Bolton misal gətirdi ki, bu, məsələnin həlli qonşu İranın fonunda qlobal siyasətin tərkib hissəsidir. Bolton ölkəsinin Qarabağ probleminə həll gözü ilə baxdığını da söylədi. Bu baxımdan Avropada Azərbaycanla bağlı qəbul edilən qərarları Qarabağ məsələsi ilə bağlamayacaq. Hər iki məsələ bizim üçün çox önəmlidir. Dağlıq Qarabağla bağlı atılan hər bir addım bizim üçün önəmlidir. Azərbaycan tərəfi beynəlxalq təşkilatlarla daim yüksək münasibətlər qurmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru