“Bəzi qüvvələr şəxslərin həbsindən siyasi məqsədləri üçün istifadə edirlər”
Tarix: 24-01-2019, 08:19 | Çap et
Ölkədə bir qrup şəxslər var ki, siyasi fəaliyyəti ilə bağlı həbs olunanlar azadlığa buraxılanda, yaxud da hakimiyyət tərəfindən onlarla bağlı hansısa humanist i addım atılan zaman bunu hökumətin qorxması, geri çəkilməsi kimi qələmə verirlər. Eləcə də eyni məsələləri Mehman Hüseynovla bağlı gedən proseslər fonunda da müşahidə etdik. Ekspertlər bildirirlər ki, bu kimi yanaşmaların arxasında savadsız təhlillər və düşünülməmiş addımlar dayanır ki, nəticədə əziyyətini məhbuslar çəkirlər. Bu, sanki qəsdən edilir və kimlərinsə firqə maraqlarına uyğundur.
“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu söyləyib ki, humanist addımlara bu cür yanaşılması kökündən yanlışdır:
“İqtidarın əhatə, məlumat dairəsi həddindən artıq genişdir. Mən daha öncəki açıqlamamda da demişdim ki, Avropa tərəfdən daha ağır tutumlu hadisələr qarşıda olacaq. Avropa Komissiyası ilə Azərbaycan iqtidarının münasibətləri çox yaxşıdır. Bunun ötən günlərdə sübutu da ortaya çıxdı. Belə ki, Avropa Komissiyası Şərq Tərəfdaşlığı ölkələrinə 12 milyard 980 milyon avro pul ayırdı. Həmin pulun ən böyük hissəsi Ukraynaya, ikinci yerdə isə Azərbaycana verildi. Deməli, bizim heç bir şeydən xəbərimiz olmadığı dövrdə Şərq Tərəfdaşlığı ölkələri həmin pul uğrunda mübarizə aparırmışlar. Ermənilər Avropa Komissiyasına müdaxilə edə bilməsələr də, Avropa Parlamentini və digər strukturları işə qarışdırdılar. Hazırda Avropa Parlamentində müəyyən iş təcrübəsi olan adamla təmasdayam. Onun mənə söylədiyinə görə, hələ Avropa Parlamentdə belə bir hal olmayıb. Yəni orada Mehman Hüseynovla bağlı qərar qəbul oluna bilərdi. Bu, normaldır. Ancaq bir günün içərisində anti-Azərbaycan qətnaməsinin qəbulu gülüncdür.
İstənilən qətnamənin bir gün içərisində qəbulu Avropa Parlamentində olmayan təcrübədir. Deməli, əslində burada pul uğrunda mübarizə gedirdi. Azərbaycan hökuməti apardığı siyasətdə erməni, gürcü və digər tərəflərə qalib gəlmişdi və onlar da bunun qisasını vətəndaş cəmiyyətində olan adamlarını ayağa qaldırmaqla almaq istədilər. Azərbaycan iqtidarı da bunu yaxşı başa düşür. Ona görə də Avropa Parlamentinin Avropa Komissiyasına əlavə təzyiqlərinin qarşısını almaq üçün Mehman Hüseynov məsələsində belə göstərişlər verdi. Bu baxımdan müxalifət, ekspertlər kiçik, yanlış bilgiləri ilə hökumətə gələn dünyaca geniş informasiya axınının qarşısında durmaq istəyirlər. Ola bilər ki, hökumətin Mehman Hüseynovla bağlı sözügedən səbəbdən atdığı addımı kimlərsə iqtidarın geri çəkilməsi kimi qələmə verər. Yaxud da bundan ölkədə mitinq aktivliyinin artması istiqamətində istifadə edə bilərlər. Müxalifət deyir ki, hakimiyyət insan hüquqlarını pozur. Ancaq biz gördük ki, həmin iqtidarın Avropadan nə qədər pul aldı. Qərb siyasətində dəyərləndirmənin pul vahidi çox vacib məsələdir”.
Politoloq bildirib ki, Qərb Azərbaycan iqtidarının siyasətini bəyənməsə, bu cür addımlar atmaz: “Paşinyandan əvvəl də Ermənistan hakimiyyəti Avropadan pul almaq üçün min oyundan çıxıblar. Görün ki, Ermənistanın bu qədər yalvarışı fonunda ona nə qədər az miqdarda vəsait ayırıblar. Bu, Avropanın regionda gedən proseslərə dəyər ölçüsüdür. Bundan əlavə, onu da deyim ki, Qarabağ məsələsinin həlli həlledici mərhələyə yaxınlaşıb. Ona görə də Avropada bu münaqişədən uzun illər pul yeyənlər narahatdırlar. Müxalifətdə olan qardaşlarımıza deyirəm ki, bunu da nəzərə alsınlar. İndiki zaman Dağlıq Qarabağ məsələsində, Azərbaycanın Avropa ilə münasibətlərində çox vacib bir dövrdür. Ölkə prezidenti Davos Forumunda vacib söz dedi ki, Azərbaycanın KTMT-yə üzv olmaq niyyəti yoxdur. Bu da indiki dövr üçün vacibdir. Ona görə də Azərbaycanın hər bir vətəndaşı atdığı addımın məsuliyyətini dərk etməlidir. Müxalifəti ən azından aprel ayına qədər baş verən prosesləri ciddi proqnozlaşdırmağa, onun mahiyyətini dərk etməyə və Qarabağ məsələsində hakimiyyətin yanında olmağa çağırıram”.
AĞ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, siyasi məhbuslar üzərindən siyasət qurulmasının əleyhinədir:
“Hakimiyyət onları haqsız yerə həbs edib, sonra buraxmaqla dünya siyasəti qarşısında humanizmini, liberallığını göstərmək istəyir. Müxalifətdəki bəzi qüvvələr isə bu şəxslərin həbsindən siyasi məqsədlər üçün istifadə edirlər. Müxalifət olaraq çalışmalıyıq ki, həmin insanlar həbsdən çıxsınlar. Onlar üzərindən siyasət qurub, hakimiyyətlə mübarizə aparmaq, yaxud da bu şəxslər üzərindən hakimiyyətə təzyiq etmək doğru deyil. Hər kəsin bir nömrəli məqsədi onların azad edilməsi olmalıdır. Bu yolda kim nə fədakarlıq lazımdırsa, etməlidir. Müxalifət deyir ki, bu adamları buraxmasan mitinq edəcəyəm, təzyiq edəcəyəm və sairə. Hakimiyyət də cavab verir ki, sən bunu prinsip edirsənsə, heç buraxmıram. Nəticədə həbs olunanlar 5-6 il haqsız yerə məhbəsdə yatırlar. Bu məsələlərdə daha diqqətli və həssas olmaq lazımdır. Çünki insan taleyindən, ömründən söhbət gedir. Ümumiyyətlə, yaxşı olardı ki, siyasi fəaliyyətinə görə kimsə həbs edilməsin. Hər iki tərəf bu məsələdə diqqətli olmalıdır. Təbii ki, ən böyük məsuliyyət hakimiyyətin üzərinə düşür. Çünki həbs edən tərəf odur. Müxalifət isə bundan bəzən sui-istifadə edir. Nəticədə məhbuslar əziyyət çəkir. Belə olmalı deyil”.
Faktiki olaraq deyilənlərdən və müşahidələrdən aydın olur ki, son dövrlərdə iqtidarın humanist davranışları qətiyyən onun geri çəkilməsi deyil, əksinə, onun daxildəki və xaricdəki rəqibləri, eyni zamanda bədxahları üzərində gerçəkdən irəliləməsi, qələbəsidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|