Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

“Heç kim ”fake news"un hücumlarından sığortalanmayıb" - deputat
Tarix: 25-12-2018, 08:49 | Çap et
“Heç kim ”fake news"un hücumlarından sığortalanmayıb"
İngiltərənin “The Guardian” qəzetində Azərbaycan əleyhinə dərc olunan son məqalə ölkəmizdə hiddətlə qarşılanıb. Dünyaca nüfuzlu nəşrin son zamanlar tez-tez ölkəmiz əleyhinə böhtan xarakterli bu cür yazılar dərc etməsi rəsmi Bakının səbir kasasını doldurub.

“Təəssüf ki, İngiltərənin ”Guardian" qəzeti bütün həqiqətləri təhrif edən “fake news” istehsalçısına çevrilib. Bu günlərdə qəzetin prezident Əliyevin ailəsi haqqında çap etdiyi yalan və böhtan dolu məqaləsi bunun bariz sübutudur".

Bu sözləri QHT Şurasının sədri, deputat Azay Quliyev twitter hesabında yazıb. Deputat hesab edir ki, heç kim saxta xəbər və qarayaxmadan sığortalanmayıb: “Heç kim ”fake news"un hücumlarından sığortalanmayıb və biz hamımız gözləmədən belə bir saxta məlumat yayanlar və ictimaiyyəti çaşdırmağa cəhd edənlər barədə danışmalı və belələrinə qarşı mübarizə aparmalıyıq".

Qeyd edək ki, son illərdə Avropadan Azərbaycana qarşı təzyiqlər artmağa başlayıb. Xüsusilə bəzi azərbaycanlı mühacirlərdən ibarət “söyüş müxalifəti”nin bir sıra Avropa ölkələrində fəallaşması və həmin ölkələrin buna sərgilədikləri susqun mövqe rəsmi Bakını ciddi şəkildə düşünməyə vadar edir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncəliklə 24 dekabrda 57 yaşı tamam olan prezident İlham Əliyevi təbrik etdi: “Sizin mənə müraciətinizdən istifadə edərək, cənab prezident İlham Əliyevi doğum günü münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm. Ona möhkəm cansağlığı arzulayır, ailə səadəti diləyirəm. Şərəfli və çətin işlərində yeni-yeni pillələrə qalxmaq yolunda, Azərbaycanı böyük gələcəyə, güclü-qüdrətli, inkişaf etmiş ölkələr sırasına çıxarmaqda yeni-yeni uğurlara atmağı diləyirəm. Allah onu qorusun. Allah Azərbaycan prezidenti ilə xalqımızın vəhdətini millətimizə, ölkəmizə, prezidentimizə çox görməsin.

Azərbaycan yeni-yeni uğurlar qazandıqca, regionda əsas söz sahiblərindən birinə çevrildikcə, işğal olunmuş torpaqlarımızla bağlı ölkə rəhbərinin qətiyyətli mövqeyi ciddi xarakter daşıdıqca, bu və ya buna bənzər yazılar, ayrı-ayrı təşkilatların hesabatlarında ölkəmizə qarşı böhtanlar yer alır. Sanki bu bir ənənə xarakteri daşıyır. Bütün bu yazılar sifarişlidir. Ölkəmizi beynəlxalq səviyyədə nüfuzdan salmağa, ölkə prezidentinin nüfuzuna xələl gətirməyə hesablanmış yazılardır. Nəticə etibarı ilə Azərbaycan prezidentinə, cəmiyyətinə etimadı azaltmaq, prezidentlə cəmiyyətin vəhdətini zədələmək məqsədi daşıyır. Heç də obyektivliyi özündə əks etdirən yazı deyil. Böhtan, iftiralarla ölkə rəhbəri və ailəsi ilə bağlı dərc edilən bu məqalə növbəti iftiradır. Buna görə, məncə, xaricdəki səfirlərimiz ilk növbədə daha ciddi şəkildə işləməlidirlər. Onların fəaliyyətinə kölgə salmaqdan çox-çox uzağam. Çünki onlar çalışırlar, fəaliyyət göstərirlər. Amma görünən odur ki, bu kifayət etmir. Onlar fəaliyyətlərini daha geniş qurmalıdırlar. Oradakı cəmiyyətlərlə, təşkilatlarla işləməyi bacarmalıdırlar. Ciddi işləmək lazımdır ki, bu cür şər-böhtan xarakterli davranışları, yazıları minimum səviyyəyə endirək. Azərbaycana qarşı Qərbdə anti-Azərbaycan koalisiyası fəaliyyət göstərir. Bu koalisiyada erməni lobbisi də yer almaqdadır. Onlar parlamentlərdə, dövlət strukturlarında yer alır, ictimai həyatda fəaldırlar. Anti-Azərbaycan koalisiyasında xristian təəssübkeşliyi özünü açıq şəkildə göstərir. Təsəvvür edin ki, Amerikada Barak Obama dönəmində Dövlət Departamentinin rəhbəri erməni lobbisinin ən fəal üzvlərindən biri idi. Bu şəxs vaxtilə Mixail Qorbaçova Azərbaycanı cəzalandırmaq lazımdır məktubuna imza atan şəxs olub. Bütün bunlar görün hansı mətləblərdən xəbər verir. Söhbət burada Con Kerridən gedir. Dünyanın güc dövlətinin xarici siyasətinə rəhbərlik edən bir şəxsin erməni lobbisinin ən fəal üzvlərindən biri olması heç şübhəsiz ki, Azərbaycana ziyan verməkdən başqa bir şey deyildi.

Avropa ölkələrində hazırda bu tipli insanlar müxtəlif strukturlarda var. Ermənilər uzun illərdir bu cür işlərlə məşğul olurlar. Azərbaycandan xaricdə çoxsaylı soydaşımız var. Onların fəaliyyətini koordinasiya edib, onların da vasitəsilə həmin cəmiyyətlərdə öz mövqeyimizi gücləndirməli, mətbuata çıxmalıyıq. Çalışmalıyıq ki, anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı fəaliyyətlərinin qarşısını alaq. Təəssüf ki, bu qüvvələrin içərisində erməni lobbisinin və anti-Azərbaycan qüvvələrin maliyyəsi ilə lüks həyat yaşamaq eşqində olan, şərəf və ləyaqətlərini itirmiş antimilli qüvvələr də var. Bunlara qarşı da ardıcıl, sistemi mübarizə aparmaq lazımdır. Unutmalı deyil ki, tariximizin ən faciəli cəhəti ondadır ki, biz erməni kimi məkrli, riyakar xalqla, yaramaz toplumla qonşuyuq. Qarabağ məsələsi həll olunacaq. Ölkə prezidentinin iradəsi ortalıqdadır. Danışıqlar bir nəticə vermir. Son sözü Azərbaycanın qəhrəman ordusu deyəcək. İşğal olunmuş torpaqlarımız mütləq azad ediləcək. Amma ermənilərin bizə qarşı düşmənçilikləri səngiməyəcək. Necə ki, illərdir qondarma soyqırım adı ilə Türkiyənin üzərinə gedirlər. Biz bu cür yazılara, davranışlara qarşı cəmiyyət olaraq təpki göstərməli, onun qarşısını almalı, onlara qarşı ifşaedici məlumatlar verməliyik. Bununla bağlı hörmətli hüquqşünaslarımız məsələni araşdırmalıdır. Hansısa bir səviyyədə həmin qəzetə təkzib göndərilməli, irad bildirməlidir. Ondan tələb olunmalıdır ki, yazını təkzib etsin, cənab prezident və onun ailəsindən üzr istəsin. Əgər bu alınmayacaqsa, qəzet məhkəməyə verilməlidir. Bununla qəzetə qarşı sanksiyaların tətbiqinə və cərimələnməsinə nail ola bilərik. Bütün bunlara baxmayaraq, biz prezidentimizi qorumalı, onun yanında olmalıyıq. Zəiflər əzilir, güclülər yaşayır, biz güclü xalq, dövlət kimi irəli getməliyik".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru