Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

“Bu, cəmiyyətdə Milli Məclisin nüfuzunun aşağı düşməsinə gətirib çıxaracaq” - deputat
Tarix: 1-11-2018, 08:45 | Çap et
“Bu, cəmiyyətdə Milli Məclisin nüfuzunun aşağı düşməsinə gətirib çıxaracaq”
Milli Məclisin 30 oktyabrda keçirilən plenar iclasında “Milli Məclisin deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlara təklif edilən dəyişikliklər geniş müzakirələrə və mübahisələrə səbəb oldu.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinin 23-cü maddəsinə (Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələyə baxılması qaydası) dəyişiklik təklif olunur. Dəyişikliklərə görə, konstitusiyanın 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə iki həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin sədrinə təqdim edir. Pozuntu halları rəydə öz əksini tapdıqda Milli Məclisin sədri həmin deputatın mandatdan məhrum edilməsi ilə bağlı İntizam komissiyasının rəyini Mərkəzi Seçki Komissiyasına göndərir.

Milli Məclisin deputatı Milli Məclisin iclasında mandatdan imtina etdikdə və həmin imtina Milli Məclisin iclasının stenoqramına daxil edildikdə, deputat bu imtinasını geri götürə bilməz. Bu halda Milli Məclisin sədri həmin deputatın mandatdan imtina etdiyi iclasın stenoqramını və ya stenoqramdan çıxarışı Mərkəzi Seçki Komissiyasına göndərir.

Mövcud qanunvericilik isə aşağıdakı kimidir:

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatı öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunla nəzərdə tutulmuş başqa hallarda onun səlahiyyətləri itirilir. Daxili Nizamnamədə və “Milli Məclisin deputatının statusu haqqında” Qanunda nəzərdə tutulmuş hallarda Milli Məclisin İntizam komissiyasının rəyinə Milli Məclisin növbəti iclasında baxılır.

İntizam komissiyası bu məsələyə baxarkən deputatın səlahiyyətlərinin itirilib-itirilməməsi barədə öz qənaətini söyləyir.

Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat səlahiyyətlərinin itirilməsi məsələsi qaldırılan deputatın iştirakı ilə baxır. İclasda iştirak edən deputatlar yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və İntizam komissiyasının üzvlərinə suallar verə bilər, deputat səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclis tələb olunan səs çoxluğu ilə deputat səlahiyyətlərinin itirilməsi barədə qərar qəbul edə bilər.

Deputatların bir çoxu seçicilərin səsverməsi ilə mandat əldə etmiş deputatların taleyinin İntizam komissiyasından asılı olmasına etiraz ediblər.

“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" Qanuna təklif edilən dəyişiklikdə isə göstərilib ki, bundan sonra deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər. Qanunun 10-cu (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz. Əlavə edilən 10.3-cü maddəyə əsasən isə deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidirlər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Birinci vitse-spiker deputatları narahat olmamağa çağırıb və bu qanunların onların əleyhinə olmadığını əminliklə deyib. Amma bir sıra deputatlar, hətta hakim partiyanın üzvləri bu dəyişiklikləri parlamentin səlahiyyətlərinin azaldılmasının əlaməti olaraq dəyərləndirir.

Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik də təklif olunub. Təklif edilən dəyişikliklə İntizam komissiyası üzvlərinin sayı 7-dən 9-a artırılıb.

Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev modern.az-a bildirib ki, yaxın vaxtlarda komissiyanın iclası keçiriləcək. A.Abiyev İntizam komissiyasının üzvlərinin artırılması məsələsinə də toxunub: “İntizam komissiyasının işi çoxalıb. İş çox olduğuna görə 7 nəfər çatdırmayacaq. Ona görə də İntizam komissiyasının üzvlərinin sayı 7-dən 9-a qaldırılır. Komissiya üzvlərinin sayının artırılması bununla bağlıdır”.

Payız sessiyası başlayandan deputatların davamiyyətinə gəlincə, A.Abiyev bunun normal olduğunu bildirib. Deputat onu da bildirib ki, hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyasının tərkibinə yenidən baxılır. “2019-cu ilin yaz sessiyasında da Milli Məclisin birinci iclasında komissiyanın tərkibinə yenidən baxılacaq”.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, əslində deputatların statusu ilə bağlı kifayət qədər aydın müddəalar mövcuddur: “Orada hər hansı bir şəkildə inzibati tənbeh tədbirləri, mandatdan məhrum edilmənin şərtləri var. Sadəcə, bir vaxtlar konstitusiyaya etik davranış qaydaları ilə bağlı maddə salındı. Ona görə də onu əsaslandırmaq üçün belə bir addım atıldı. Əslində deputatın etik davranış qaydalarını bura salmaq doğru deyildi. Çünki bunlar ayrı bir prosedurla seçilən təmsilçilər olduğuna görə bu formada təqdimat doğru deyil. Amma konstitusion normanı əsaslandırmaq üçün qanun qəbul olundu”. F.Mustafanın fikrincə, İntizam komissiyasında deputatın davranışına rəy verilmə proseduru ola bilər: “Amma bütün hallarda Milli Məclis bunu həll etməlidir. Çünki əks halda, Milli Məclisin iradəsinə zidd hansısa addımlar atıla bilər. Həm də son mərhələ olaraq məhkəmə proseduru unudulmamalıdır. Söhbət sıradan bir vəzifə sahibindən getmir, müəyyən əhali kontingentini təmsil edən şəxsdən gedir. Ona görə də bu məsələyə həssas yanaşılmalıdır və burada məhkəmə proseduru aydın göstərilməlidir. Elə-belə deputatın mandatdan məhrum edilməsi mümkün olmamalıdır. Məsələn, deputat tutaq ki, mandatdan imtinasını bəyan etdisə, stenoqrama düşdüsə, vəssalam, bu, getdi. Hansı formada bəyanetmədən söhbət gedir? Biri hirslənib deyə bilər ki, mən bir də burada oturmayacağam, yaxud iclasa gəlməyəcəyəm. Stenoqrama düşdüsə, deməli, mandatdan məhrum olmalıdır? Yox. Bunun yazılı forması var. Əgər kimsə deputat olmaq istəmirsə, yazılı formada imtina etdiyini yazır və müraciət edir. Yəni bir sıra məqamlar var ki, orada məsələnin daha doğru, optimal həllini tapmaq mümkündür. O baxımdan bu məsələ mübahisə doğurdu. Amma indi yəqin ki, ikinci oxunuşdan sonra bir cilalanma olacaq, məsələyə aydınlıq gələcək”.

F.Mustafa bu dəyişikliklərin hansı zərurətdən ortaya çıxdığı barədə danışarkən bunları bildirdi: “Açığını deyim ki, son vaxtlar bəzi məsələlərin bu qədər açıq qabardılmasının heç bir məntiqi izahı da yoxdur. Durub deputat fəaliyyəti ilə bağlı məsələnin bu qədər geniş şərh olunmasına mən zərurət görmürəm. Yəni adi bir hədiyyə məsələsi, yaxud başqa məsələlərdən söhbət gedir. Tam şəkildə aydınlıq yaranmalıdır. Tutaq ki, deputata hədiyyə verilir. Maddi imtiyaz yaradan hədiyyələrdən söhbət getməlidir. Amma kimsə araşdırma aparan deputata qiyməti 100 manat olan hansısa bir kitab verirsə, bunun pulunu almırsa, onda nə edək? Deputat kitabı gətirib Milli Məclisin Aparatına verməlidir? Belə məsələlər bir az yaxşı görünmür. Burada söhbət korrupsiyanın qarşısının alınmasından gedirsə, onsuz da Cinayət Məcəlləsində, korrupsiyaya qarşı olan qanunlarda kifayət qədər müddəalar var, bunu tətbiq etmək mümkündür. Odur ki, bu məsələlərin bu qədər gündəmə gəlməsi, deputat fəaliyyətinin məhdudlaşdırılması kimi anlaşılacaq. Məsələn, əlavə və dəyişikliklər məsələsinə yanaşmada olduğu kimi. Deputat əvvəl qanunvericilik təşəbbüsü ilə çıxış edə bilirdi. İndi qanunvericilik təşəbbüsü üçün mütləq ekspertiza rəyi olmalıdır. Deputat öz pulu ilə ekspertiza rəyini necə keçirsin? Elə ona görə də son beş ildə heç kim qanun layihəsi təqdim etmir. Bu, təşəbbüsün müəyyən dərəcədə məhdudlaşdırılmasına gətirib çıxarır. Halbuki maraqlı olmalıdırlar ki, deputat həm qanunvericilik təşəbbüsü ilə çıxış etsin, həm komitələrdə aktiv iştirak etsin. Heç bir sözün, heç bir fikrin təsir gücü yoxdursa, deputat susacaq, yayınacaq, aktiv iştirak etməyəcək. Bu, cəmiyyətdə də Milli Məclisin nüfuzunun aşağı düşməsinə gətirib çıxaracaq. Halbuki nə qədər deputatlar fəal olursa, bu, həm də Milli Məclisin nüfuzunun qalxması deməkdir”.

Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə qanunlara edilən dəyişikliklərlə bağlı narahatlığın olmadığını bildirdi: “Etik davranış qaydası belədir ki, kim özünü etik qaydada aparmayacaqsa, o narahat olsun. Öz davranışlarına nəzarət edən insan narahat olmamalıdır. Əgər qanun qəbul olunubsa, başqa fikirlər bəhanədir. Ay səlahiyyət alınır, nə bilim nə olur, yox, belə deyil. Mən 5 il parlamentin İntizam komissiyasının sədri olmuşam və bu işlərin siftəsini elə biz başlamışdıq. Bütün dünya ölkələrinin təcrübəsini öyrənirdik ki, hansı formada deputat adına xələl gətirən hərəkətlərin qarşısını alaq. Düzdür, bizim Daxili Nizamnamə var. Amma bu, ancaq Milli Məclis daxili ilə bağlıdır, oradakı qaydaların parlamentin kənarına təsir gücü yoxdur. Etik davranış kodeksində deputatın parlament xaricindəki fəaliyyətindən bəhs olunur. Ola bilər deputat elə bir hərəkət edər ki, nəinki özünə, digər deputatlara da hörmətsizlik gətirər. Onda biz bunu hansı qaydada həll edək? Burada məsələlər çoxdur. Təkcə ondan danışmaq olmaz ki, kiməsə hədiyyə verildisə, gətirib parlamentə təhvil versin. Yox, burada söhbət təkcə bundan getmir. Mətbuatda haqlı-haqsız deputat haqqında yazırlar ki, bu işə girişdi, oradan kredit götürdü, orada nə etdi. Bütün bunların aradan qaldırılması üçün etik davranış kodeksi lazımdır və təsdiq olunmalıdır. O adam başa düşsün ki, əgər qanunu pozacaqsa, düşünsün ki, daha onun üçün geniş sfera yaradılmayıb və digərlərindən fərqlənməyəcək, çünki qanun qarşısında hamı bərabərdir”.

S.Novruzov qeyd etdi ki, bu qanunlara dəyişikliklər edilməsi zərurəti yeni ortaya çıxmayıb: “Məsələ bu günün məsələsi deyil. Hələ mən İntizam komissiyasının sədri olan dövrdə görürdüm ki, müəyyən deputatlar Milli Məclisin iclasında iştirak etmir, yaxud günün birinci yarısı gəlir, ikinci yarısı gəlmir. Siyahılarını götürürdüm, bir gün özləri ilə söhbət aparırdım. Bunları ictimailəşdirmirdik, amma Daxili Nizamnamənin tələbləri qaydasında məsələyə qiymət verirdik. İndi isə bu, zərurətə çevrildi və dünya təcrübəsində olan qaydalar bizdə də təsdiq olunur”. Komitə sədri bir daha bildirdi ki, burada parlamentə heç bir təhlükə yoxdur: “Burada parlamentin hər hansı səlahiyyətinə toxunulmur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru